Sən ağa, mən ağa... bəs uşağa kim baxa?

 
Sən ağa, mən ağa... bəs uşağa kim baxa?


Ofis dağıdan ailələr: İş adamlarının ailəsi necə olmalı, nikahı saxlamaq, həyat yoldaşına və uşaqlara vaxt ayırmaq üçün nələr etməli?

Böyük əksəriyyətimiz, övladımız doğulduğu vaxt iş həyatımızın tamamilə bitəcəyini və ya öncəki kimi olmayacağını düşünürük. Bir çoxları da var ki, “öncə karyera, sonra uşaq” prinsipini əsas götürür. Düzdür, bu cür ailələr bizim cəmiyyətimizdə nisbətən azdır. Bizim cəmiyyətin spesifik xüsusiyyəti var - əksər ailələrimiz övlad sahibi olmağa tələsir. Bu cox vaxt yaxşı qiymətləndirilsə də, zərərli təsir göstərdiyi zamanlar da olur. Milli.Az xəbər portalının bugünkü mövzusu, çalışan valideynlərlə uşaq arasında ünsiyyət və bu cür ailələrdə uşaq psixologiyası və tərbiyəsinin necə tənzimlənməsi ilə bağlıdır.

Maddi problemlərlə boğuşarkən övladımızın bizə nə qədər ehtiyac duyduğunu gözardı edirik

Təəssüflər olsun ki, hər bir işdə sistemli və proqramlı davranmağı planlaşdıran insanlar bu məsələdə necə deyərlər “başısoyuqluq” edirlər. Oxuyaraq və ya çalışaraq övlad dünyaya gətirən ailələrimz də az deyil.
Hər iki valideynin işlədiyi ailələrdə bu problem həmişə var olub, amma bir çox ailələrdə valideynlər bunun öhdəsindən gəlir. Düzdür, valideynləri anlamaq olar, elə bir zamandır ki, yalnız ailə başçısının çalışması və qazandığı pul ilə ailə saxlamaq olmur. Bu halda ailənin xanımı dövrəyə girir və ömür yoldaşına dəstək olur.
Amma bir çox ailələr də var ki, qadın gərək olmadığı halda da işləmək üçün israr edir. Bu, pis hal deyil, qadın cəmiyyətdə yerini tutmaq istəyir, amma övladını tərbiyə etməklə də cəmiyyətə daha çox xeyir verə bilər.
Bu halda ailədə uşaq(lar) varsa, uşaq baxçasına və ya ailənin yaxınlarına əmanət edilir. Şübhəsiz ki, övladımız ən çox qiymət və önəm verdiyimiz biridir. Amma onun gələcəyi üçün çalışarkən, maddi problemlərlə boğuşarkən övladımızın bizə nə qədər ehtiyac duyduğunu gözardı edirik.

Hazırda qadınlar, istər ailə büdcəsinə töhfə vermək məqsədi ilə, istərsə də həyat standartlarını yüksəltmək, peşə sevgisi, cəmiyyətdə yer qazanmaq, yeni insanlar tanımaq və həyat yoldaşı kimi yüksəlmək və s. kimi bir sıra səbəblərdən işləmək istəyirlər.
İşləyən qadınların böyük əksəriyyəti anadır. Nəinki qadının, eləcə də ata olan kişilərin də ailədə və uşaq tərbiyəsində önəmli rol oynaması vacibdir. Amma mütəxəssislər deyir ki, valideynlərdən birinin - çox vaxt ananın uşaq üzərində təsiri böyük olur. Uşaq daha çox anadan qayğı və diqqət tələb edir.

İşləyən ana: "İş qadını ailəsinə zaman ayıra bilmədiyini deyirsə, bu bəhanədir…"

Qəhrəmanımız gənc ailədir. Ata, ana və Uğur adlı oğulları. Abbasovlar ailəsi Sumqayıtda yaşayır, ata və ana işləyir. Ana Sumqayıt Dövlət Universitetində lobarant işləyir, ata avtomobil profilaktoriyasında çalışır. Gülnarə Abbasova deyir ki, övladı anadan olandan sonra bir müddət işinə ara verməli olub: “Oğlum doğulandan sonra ona bir müddət özüm baxdım, amma məlum səbəblərdən dolayı işləmək məcburiyyətində idim. Ona görə də, onu anama və kiçik bacıma əmanət etdim. Oğlumla yalnız axşamlar və istirahət günləri ünsiyyətdə olurduq. Bu qədər az ünsiyyət nə məni, nə də oğlumu qane edirdi. Amma maddi problemlər işləməyə təhrik edir”.
Uşağın məktəbə gedib-gəlməsi, dərslərini hazırlaması və onunla zaman keçirilməsi barədə də danışdıq. Ana deyir ki: “Səhərlər tez oyanıram, öncə axşam üçün yemək hazırlayıram, daha sonra səhər yeməyini hazır edirəm, yeyib evdən birlikdə çıxırıq, həyat yoldaşım maşınla oğlumuzu məktəbə aparır, daha sonra məni instituta qoyur, daha sonra özü işə gedir. Mənim işim axşam saat 7-də bitir, ona görə nahar fasiləsində atası uşağı məktəbdən götürür, nənəsigilə aparır və yenidən işə dönür. Axşam ya mən, ya da atası uşağı oradan götürüb evə gəlirik. Yeməyi öncədən hazırlayıb qoyuram, ona görə axşamlar o qədər də cox işim olmur, uşaqla zaman keçirə bilirik, dərslərinə nəzarət edirəm, problemləri və istəkləri barədə danışırıq”.

Ata: "Evimizi uzunmüddətli kreditlə almışıq, ödənişimizi hər ikimiz çalışaraq ödəyə bilirik"

Ata Nəsib Abbasov deyir ki, indi ailə başçısı və oğul atası olmaq çətindir: “Uğur bizimlə daha çox zaman keçirmək istəyir. Elə biz də bunu çox istəyirik. Amma təəssüf ki, çox işləməyə də məcburuq. Evimizi kreditlə almışıq, ödənişimizi hər ikimiz çalışaraq ödəyirik. Amma bu o demək deyil ki, övladımıza zaman ayırmırıq. Səhərlər və axşamlar onunla vaxt keçiririk, istirahət və tətil günləri gəzintiyə çıxırıq, onunla bol söhbət edirik, istəkləri ilə maraqlanırıq”.
Evin xanımı deyir ki, işləyən xanımların övladlarına zaman ayıra bilməməklərindən şikayət etməyə haqqı yoxdur: “Azərbaycan reallıqlarına görə bizim xanımlar o qədər də çox işləmirlər, ən çox işləyən xanım saat 18-dək çalışır. Böyük əksəriyyəti isə, müəllim, tərbiyəçi və tibb işçisidir ki, onların da işi saat 14-15-də, uzağı 17-də başa çatır. Bundan sonra evinə və ailəsinə zaman ayırmağa kifayət qədər vaxtı var. Uşağa nənəsi, xalası, ya da kimsə baxa bilər, hətta anadan da yaxşı baxar bilərlər, amma ana qayğısına heç nə çatmaz. Uşaq bunu gözləyir, ana-ata nəvazişi həmişə lazımdır”.

İndi isə keçək balaca qəhrəmanımıza. Uğurun 11 yaşı var 4-cü sinifdə oxuyur. Ata-anasını çox sevdiyini deyir, bir də nənəsini: “Atamla anam işdə olanda evdə tək qalmayım deyə məni nənəmgilə qoyurlar, nənəgil bizə yaxında olurlar. Bahar nənəm məni çox istəyir, dərslərimə də kömək edir, dadlı yeməklər bişirir, dərslərini hazırlayıb qurtaranda həyətə gəzməyə çıxarır. Yusif babam, Elnarə xalam, Vüqar dayım da mənə dərslərimdə kömək edirlər. Amma anam çox savadlıdır, o mənə hər şeyi öyrədir. Atam da ustadır, mənə bəzi şeyləri düzəltməyi öyrədir”.

Psixoloq: "Səhərdən-axşamacan işləyən ana övladının gözündə robotdan fərqli deyil"

Mütəxəssislər deyir ki, anası işləməyən uşaqlara nisbətən anası çalışan uşaqlarda bəzi problemlər olur. Bu dərketmə, davranış və zəka kimi faktorlardır. Çünki ana zamanının çoxunu işə ayırır və nəticədə uşaqla vaxt keçirmir. Uşaqda qayğıya, nəvazişə ehtiyac sindromu yaranır.
Statistikaya görə, hər ikisi işləyən valideynlər övladlarının tərbiyələrinin doğru aparılmamasına səbəb olurlar. Çünki yalnız axşamdan-axşama uşağını görən valideyn ona qarşı mülayim və olduqca yumşaq olurlar ki, bu da uşağın tərbiyəsinə təsir göstərir.
Türkiyədə aparılan bir araşdırma sonucu isə çox təəccübləndirici bir nəticə ortaya çıxdı. Valideynləri işləyən uşaqların 85-90%-i belə bir durumdan şikayətçi deyil. Valideynləri işləyən uşaqların yalnız 10-15%i ana-ataları ilə daha çox vaxt keçirmək istədiyini söyləyib.

Regional Psixologiya Mərkəzinin psixoloqu Xatirə Səfərova deyir ki, uşaqla keçirilən müddətin uzunluğu deyil, keyfiyyəti önəmlidir: “Ananın uşaq ilə birlikdə keçirdiyi müddət artdıqca keyfiyyəti azalır. Evdar xanımlar uşaqla daim bir yerdə olduqları üçün bir müddətdən sonra bu durumdan sıxıla da bilər. İşləyən analar isə ümumiyyətlə uşaqları ilə kifayət qədər vaxt keçirə bilmədiklərindən şikayətlənirlər”
Xatirə Səfərova deyir ki, səhərdən-axşamacan işləyən ana övladının gözündə robotdan fərqli deyil: “Cəmiyyətimizdə elə qadınlar var, övladı olandan bir həftə sonra onu kiminsə himayəsinə verib işləyir. Br az dərinə getsən görərsən ki, ana bir müddət işləməsə də ailənin problemi yaranmaz. Amma bir çox qadın övladına zaman ayırmaqdansa işləməyi üstün tutur.”
Xatirə xanımın sözlərinə görə, qadınlar bunu cəmiyyətdəki mövqelərini itirməmək üçün edirlər: “Ümumiyyətlə bunun səbəbi çoxdur, amma ən geniş yayılmış səbəb qadının cəmiyyətdən geri qalma qorxusudur. Qadınlar hesab edir ki, evdə uşağa baxdığı müddətdə “korşalır” və yenidən işə başlayanda bir işə yaramaya bilər. Ona görə də tez-tələsik uşağı kiməsə tapşırır və işə qayıdır. Əminəm ki, qadın körpəsinin belə anlarda nə hiss etdiyini bilsə bu addımı atmaz.”

Uşağa kim tərbiyə verməlidir - ata, ana, yaxud nənə-baba?

Bütün uşaqlar anası və atası ilə daha çox zaman keçirmək istəyir. Uşaqlar üçün oynamağa ən yaxşı tərəf müqabili valideynlərdir. Bizim cəmiyyətdə ata-uşaq münasibəti o qədər də dərin inkişaf etməyib. Təəssüflər olsun ki, atalar övladları ilə az zaman keçirir. Halbuki övladın yetişdirilməsi üçün hər iki valideynə ehtiyac var.
Tipik Azərbaycan ailəsində belə bir durum hökm sürür: Ata, ana və uşaq (lar) dan ibarət ailə. Ata işləyir, ana uşaqla məşğul olur. Axşam ata işdən gəlir, yeyir-içir, televizora baxır və ya qəzet, kitab oxuyur və yatır. Uşaqla zaman keçirmək heç ağlına da gəlmir. Yaxud: Ata və ana çalışır, uşaq baba, nənə və ya başqa bir qohumun (əmi, bibi və s) himayəsində böyüyür. Uşaq yalnız axşamlar valideynlərinin üzünü görür. Amma uşağın nənəyə və ya başqa birinə əmanət edilməsi valideynlərin uşaq üzərində məsuliyyət hissini azaldır. Valideynlər, necə deyərlər, “arxayınlaşırlar”.
Uşağın nənəyə əmanət edilməsinin bəzi zərərləri də var. Bu, nənənin gəlini ilə, ya da kürəkəni ilə yaşayacağı qarşıdurmaları birbaşa olaraq uşaq üzərindən əks etdirmə ehtimalıdır. Bu durumda, ümumiyyətlə, uşaq ortada qalır. Bu mühitdə böyüyən uşaqlar psixoliji problemlər yaşayır, yalan danışmağa meyilli olurlar. Bir gerçəklik də var ki, nənə-baba tərbiyəsi görən uşaqlar necə deyərlər “ərköyün” olur, dediyinin yerinə yetirilməsinə alışırlar. Amma bu o demək deyil ki, nənə-baba himayəsində böyüyən bütün uşaqlar bu cür olur.
Statistika və müşahidələr göstərir ki, ana-ata tərbiyəsi və qayğısı ilə böyüyən uşaqlar cəmiyyətdə daha çox seçilirlər. Belə uşaqlar həm məktəbdə, həm də sonrakı həyatında daha çox uğur qazanır. Çünki onu əhatə edən qayğını və bu qayğının ona verdiyi gücü hiss edir. İşinə övladından daha çox diqqət ayıran analar, düşünməyə dəyməzmi?...


Geri dön

Just For Legend

  • 31 dekabr 2010 23:18
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
Maraqli melumata gore cox sag ol

--------------------

Made_In_Bakinka

  • 24 dekabr 2010 20:55
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
biraz oxudum hovselem catmadi lol amma adi superdi... Ellerine sagliq

Sergio Ramos

  • 24 dekabr 2010 20:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
uşaq evdə nə gördüsə onu da götürür

--------------------

Azeri_Tukaw

  • 24 dekabr 2010 20:11
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
kimd terbiye verir versin ama neneynen babadan bawqa. eslinde uwaga terbiye vermek aileden asilidir uwaq ailenin guzgusudur ailede ne gorse ne terbiyeni alsa onuda cemiet arasinda 1 guzgu tek her kese yansitacaqdir. ata ve anadan cox wey asilidi. movzuya gore tewekkurler maraqli idi.

--------------------
Жизнь-хороший учитель.Но она так дорого берет за ошибки.

R_O_M_A

  • 24 dekabr 2010 20:04
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
MOVZUYA GORE TEW

--------------------

AskZede

  • 24 dekabr 2010 18:40
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm MaraqlidirTwk Cox lazimli Xeberdir
love

--------------------

MuslimGirl

  • 24 dekabr 2010 18:13
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Umumiyyetle, ovlada ana-atanin terbiyeni vermesi daha meqsede uygundur. Deyerli movzuya gore tesekkurler

Ucube_cocuk

  • 24 dekabr 2010 18:01
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
çox sağol

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Ulya

  • 24 dekabr 2010 17:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli xeberdi:)

YazYamuru

  • 24 dekabr 2010 17:54
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
DÜZDÜR VALLAH NƏ DEYƏK recourse

--------------------



sevgi yalandir

  • 24 dekabr 2010 17:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}