Darıxmaq vaxtı

 
Darıxmaq vaxtı


Bu nə təhər darıxmaqdı,
Axı, belə kim darıxır?!


Əsgərliyə gedəni təmtəraqla yola salmaq, qayıdışına qurban götürmək, hər məktubu üçün doğmalarını muştuluqlamaq kəndimizin maraqlı ənənələrindən idi. Sonradan biləcəkdik ki, bu ənənənin kökü əslində çox uzaqlara da dayanmır: İkinci Cahan Savaşından sonra «gedənlərin gəlməyəcəyi» duyğusu camaatın düşüncəsinə hakim kəsilmişdi – ona görə, hər məktub bir sevinc, hər gəliş bir bayram gətirirdi kəndimizə.
Kənd uşaqları üçün fərqlənmək, öyünmək yerlərindən biri də əsgərlikdən gələn «kişiləşmiş gəncin» əsgər kəmərinə və əsgər papağına sahib çıxmaq idi. İlk işimiz məlumat toplamaq olardı, SSRİ müdafiə nazirinin əmrini izləyərdik, sonra da rayon mərkəzinə uzanan yolu nəzarətə götürmək üçün dağa qalxardıq. Bu yolun o üzündə ara-sıra televizordan, radiodan izlədiyimiz «BÖYÜK DÜNYA» vardı və bizlər «BÖYÜK DÜNYANI» kəndimizlə birləşdirən, ilan kimi qıvrıla-qıvrıla uzanan yolu yorulmadan, usanmadan saatlarla seyr edərdik. Bir az içində əyləncə də vardı bu gözləmənin, axı, diribaş uşaqlar «kəmərə və papağa» sahib olmaq üçün «gəldi» xəbərini müjdələmək yarışına düzülürdülər?! Amma ən əsası bu yol Xəyallarımızın Yoluydu – düşündükcə düşünər, bu yollardan əsgər, tələbə, yazıçı, jurnalist, şair kimi qayıtdıqca qayıdar, gəlişimizi gözləyən bizim kimi uşaqları sevindirəcək hədiyyələri çeşidləməkdən zövq alardıq.

Mən bu dağa tez-tez çıxardım - hər ay, hər həftə, hər gün. Bu yol həftədə bir dəfə ayrı aləmdə işləyən qardaşım İbrahimi gətirirdi. Bəzən gəlməyəcəyi günlərdə də onu gözləməyə gedirdim.

Və darıxmağa öyrəşdim…

***

Bir gün o yollar məni də ARZULARIMIZIN ŞƏHƏRİNƏ apardı, qayğısı ancaq oxumaq, yazmaq, bir də yaxşı qiymət almaq olan bir ömür başlandı. Tələbəlik, bir-birini anlayan eyniyaşlı gənclik, BÖYÜK DÜNYANI fəth eləməyin «bir addımlığında» olmağımızla bağlı aşıb-daşan enerji darıxmağımın qarşısını ala bilmirdi.
İndi qardaş darıxmaqlığına anam, atam, bacı-qardaşım, qonşularım, uşaqlıq dostlarım və… «gedənləri qarşılamaq» üçün qalxdığımız DAĞ da əlavə olunmuşdu.
Ürək bu boyda DAĞı daşıya bilərmi?
Daşıyırdım – axı, darıxmağa uşaqlıqdan öyrəşmişdim!...

* * *

Sonra iş həyatı…
Sonra bir-birini əvəz edən yeni-yeni dostlar, münasibətlər…
Və sonra qəfil itkilər… Doğmaların, yaxınların, dostların itkisi.
Sıralarımız seyrəlir - hər gedən bir qəlpə aparır ürəyimizdən, gələnlərsə gedənlərin yerini doldura bilmir. Çünki hər dostun öz yeri, öz məqamı var; hər gələn öz yerinə gəlir – kimsə kimsənin yerini tuta bilməz.
İtirdiklərimiz, itkilərimiz, itiklərimizin darıxmaqlıqları başladı; özümüzün, sözümüzün, dünyamızın darıxmağını yaşadıq, gözümüz “uzaq, yaşıl ada”da qaldı, uzağın həsrətin çəkdik…
Amma bu darıxmaqlara öyrəşə bilmədim.
Darıxmağa uşaqlıqdan öyrəşsəm də!


Geri dön

Just For Legend

  • 31 dekabr 2010 23:04
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
Maraqli melumata gore cox sag ol

--------------------

Odinokiy_Prins

  • 25 dekabr 2010 12:59
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
[color=#FF0000][/color]]

Bele pis cixmasin tenbellik etdim oxumaqa ona gorede oxumadim....Amma cox guman maraqli olarda)))

DaMLa

  • 25 dekabr 2010 07:56
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Darıxmaq - sıxılmaqdır...bəzən yalnızlığından, bəzən isə ətrafında olan lazımsız insanlardan... darıxmaq səbir etməkdir, xəyala dalmaqdır, uzaqlara baxmaqdır.. həm də çooox uzaqlara..(

--------------------

Sergio Ramos

  • 25 dekabr 2010 02:05
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
oxumadım maraqlı olmadığı üçün yəqin

--------------------

Made_In_Bakinka

  • 24 dekabr 2010 23:45
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
dosi cooox maraqli idi... super ellerine sagliq

Ulya

  • 24 dekabr 2010 22:44
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol maraqla oxudum winked

sevgim

  • 24 dekabr 2010 22:40
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
heyatdida neyneyesen?

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

YazYamuru

  • 24 dekabr 2010 22:23
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
EEEEEEEEEEHHHHHHHHH NƏYSƏƏƏƏ........FİKİR ELƏMƏ DÜZƏLƏR feel winked

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 36
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}