Baş nazirin soğan dərdi

 
Baş nazirin soğan dərdi


Hindistan hökumətinin rəhbəri soğanın bahalaşmasından niyə qayğılanıb?

Dünya bazarlarında quru soğanın qiymətinin kəskin bahalaşması Hindistan hökumətinin başına dərd olub. Baş nazir Manmohan Sinqh bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi soğanın bahalaşmasının yarada biləcəyi fəsadların qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.O, nazirlik yetkililərindən qiymətləri münasib səviyyəyə salmaq üçün "əllərindən gələni etməyə" çağırıb.Hind mətbəxinin ən önəmli tərəvəzlərindən olan soğanın qiymətləri son günlərdə Hindistanda xeyli artıb.Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun Asiya üzrə direktoru Aşok Qulatinin dediyinə görə, dünya bazarları və Hindistanda soğanın qiymətlərinin kəskin bahalaşması əsas soğan istehsalçısı olan ölkələrdə iki ay əvvəlki hava şəraiti ilə bağlıdır.Naçar qalmış Hindistan soğan ixracını yasaqlamaqla bahəm, iki həftə əvvəl Pakistana satışı ilə bağlı müqavilələrin bağlandığı soğanları geri istəyib.


Geri dön

Ramizz

  • 29 yanvar 2011 16:11
  • Məqalə: 1
  • Şərh: 1
  • Bal:
XURMANIN FAYDALARI

Hədislərdən birində isə xurma barədə belə deyilir: «… İftarınızı xurma ilə açın. Əgər xurma yoxdursa, onda üzümlə iftar edin. Və əgər üzüm də yoxdursa, onda sadəcə olaraq su ilə iftar edin. Həqiqətən də su – pak edəndir». Bu hədislərdən və eləcə də, müqəddəs Qurani-Kərimdə xurma haqqında 20 dəfə deyilməsindən, bu meyvənin insan orqanizmi üçün nə qədər xeyirli olması bəlli olur.

Bəşəriyyətin çoxəsrlik həyat təcrübəsi, İslam dininin üstünlük verdiyi və seçim etdiyi şeylərin heç də təsadüfi olmadıqlarını və həqiqətən də digər şeylərdən daha üstün olmalarını dəfələrlə sübut etmişdir. Elə bu halda da, müasir elm, insanın mükəmməl yemək rasionunda xurmanın çox məsuliyyətli bir rol oynadığı qənaətinə gəlmişdir. Belə ki, xurma digər meyvələrdən tərkibində olan: dəmir, fosfor, mis, marqans, maqnium, kalium və bir çox digər elementlərin müxtəlifliyi və bolluğu ilə fərqlənir. Şübhəsiz, xurma şirniyyat və yeməklərin tacı olaraq, yüngül və tez həzm üçün ideal meyvədir.

Bundan da başqa, hətta çox yorulmuş insan belə xurmanı yeyəndən keçən yarım saat sonra öz qüvvəsini və enerjisini bərpa edə bilir. Çox maraqlıdır ki, İslam dininin bərqərar olmasının ilk illərində məhz xurma din müdafiəçilərinin yemək rasionunun ayrılmaz komponenti rolunda çıxış etmişdir. Belə ki, xurma çox gözəl əzələ stumullaşdırıcısı olaraq, müşriklərin hücumundan müdafiəyə hazırlaşan əsgərin ən yaxşı yeməyi kimi tanınmışdı. O zamanlar xurmanı bel kəmərinə bərkidilən xüsusi torbacıqlarda daşıyırdılar.
Bütün bunlardan başqa da, xurmanın tərkibində sağlam körpənin kamil inkişafı üçün lazım olan ana südünü zəruri elementlərlə zənginləşdirən maddələr də vardır. Bu maddələr körpə orqanizminin müxtəlif xəstəliklərə qarşı müqavimətliliyini artırır. Xurmanın tərkibində həmçinin, hamilə qadınlar üçün çox xarakterik olan depressiv vəziyyətin aradan qaldırılmasına yardım edən xüsusi elementlər də mövcuddur. Ona görə də, bütün bu amilləri nəzərə alan dietoloqlar hamilə və südverən qadınlara ən yaxşı qida kimi xurmanı məsləhət görürlər. Bu zaman, nəzərə almaq lazımdır ki, əziz İslam Peyğəmbəri (s) sağlam nəsil yetişdirmək üçün hamilə və südverən qadınların xurma yeməsini tövsiyə edirdi. Müasir dietoloqlar əsəb xəstəliklərindən əziyyət çəkən və narahat uşaqlara da xurmadan istifadə etmələrini məsləhət görürlər. İslam Peyğəmbəri (s) həmçinin, ürək xəstəliklərində də xurmadan istifadə etməyi məsləhət görürdü. Bizim günlərin alimləri isə xurmanı nəfəs yollarının xəstəlikləri zamanı da istifadə etməyi lazım bilirlər.

Nəzərdə saxlamaq lazımdır ki, 1 kq xurmanın tərkibində 3000 kalori vardır ki, bu da aktiv insanın bir sutkalıq minimumunu əvəz etməyə tamamilə kifayət edir.

Qeyd edildiyi kimi, xurmanın tərkibi müxtəlif vitaminlər və minerallarla zəngindir. Xurmada həmçinin, xeyli miqdarda kalsium elementi də vardır ki, bu da öz növbəsində sümüklərin bərkiməsinə xidmət edir. Məlum olduğu kimi, əgər insan orqanizmində kalsiumun miqdarı azalarsa, bu onun sümüklərinin və dişlərinin kövrəlməsinə və digər xəstəliklərə gətirib çıxara bilər. Beləliklə, xurma insana bu işdə də yardımçı olaraq, bədəndə olan kalsiumun miqdarının zəruri miqdardan aşağı düşməsinin qarşısını alır.

Son zamanlar aparılmış tədqiqatlardan həmçinin bəlli olmuşdur ki, xurma həm də insanın gözləri üçün çox vacibdir. Belə ki, o gözün zəifləməsinin qarşısını alır. Və bundan da başqa, xurma mədə xərçənginin profilaktikası üçün effektiv vasitələrdən biri sayılır.

Oruc tutan müsəlmanlar adətən öz iftarlarını xurma ilə açırlar. Belə ki, bir neçə dənə xurmanın yeyilməsi ilə aclıq hissi demək olar ki, yoxa çıxır. Və əgər, bundan sonra oruc tutan şəxs az miqdarda yeməklə kifayətlənsə və həddən ziyadə yeməsə, o nə özünün mənəvi, nədə ki, fiziki sağlamlığına ziyan toxunduracaqdır. Belə ki, hədislərdən bəlli olduğuna görə, artıq yemək – bir çox xəstəliklərin meydana çıxmasının və ruhiyyənin, ürəyin daşa dönməsinin əsas səbəbidir.
XƏDİCƏ TƏQİZADƏ

«Dəyərlər»


Just For Legend

  • 31 dekabr 2010 23:15
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

YazYamuru

  • 27 dekabr 2010 14:12
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
AAAAAAAAAAYYYYY SOĞAN MƏNİ AĞLAR GÜNƏ QOYAN SOĞAN feel wink

--------------------



фея

  • 24 dekabr 2010 22:17
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
biy indi ne edek?teki sogan derdi olsun e wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 24 dekabr 2010 22:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink

Made_In_Bakinka

  • 24 dekabr 2010 20:40
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Emo_girl_98,
wink lol

Sergio Ramos

  • 24 dekabr 2010 20:39
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı olmadı
müəllifə təşəkkür

--------------------

Azeri_Tukaw

  • 24 dekabr 2010 20:20
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
emeye hormet tewekkur edirem ama menasiz movzudu wink

--------------------
Жизнь-хороший учитель.Но она так дорого берет за ошибки.

AskZede

  • 24 dekabr 2010 19:33
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Eladir Twk

--------------------

CandyGirl

  • 24 dekabr 2010 19:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
derde bax eeeeee

--------------------

only-girl

  • 24 dekabr 2010 18:44
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
feel wink

--------------------

YazYamuru

  • 24 dekabr 2010 18:19
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
SOĞAN DƏYƏRLİ TƏRƏVƏZDİ EYBİ YOX BAHALAŞIB İNŞALLAH UCUZLAŞAR feel belay

--------------------



MuslimGirl

  • 24 dekabr 2010 18:11
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
smile Duz eleyir. Sogan ,demek olar ki, boyuk xeyir dasiyir. Tesekkurler, gozel movzuya gore smile

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}