Qalstuk bağlamağın fərqli üsulları

 
Qalstuk bağlamağın fərqli üsulları

İstər iş həyatında, istərsə də gündəlik həyatda, qalstuk kişinin ən çox istifadə etdiyi aksesuardır. Düzdür buna aksesuar demək bir balaca qəribə səslənir, nə isə…Bəzi kişilər qalstuk bağlamağı bacarmırlar. Çünki qalstuk bağlamağı öyrənmək əvvəllər cansıxıcı bir iş olub. Amma vaxt keçdikcə cəld bir şəkildə bu işin öhdəsindən gəlirik.

Qalstuk bağlamağın fərqli üsulları

Uzun və mübahisəli bir tarixə malik olan qalstukdan, bu gün dünyada təqribən 650 milyon insan istifadə edir və bir il ərzində 800 milyon qalstuk satılır. Bu da qalstukun tarixçəsi…

Qalstukun meydana gəlməsi

1635-ci ildə, 30 illik müharibə zamanı Fransız Kralı XIII Luinin ordusunda olan təqribən 160 min legioner və cəngavərlər arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir detala görə digərlərindən asanlıqla fərqlənirdilər. Xorvatiyalı əsgərləri digərlərindən fərqləndirən boyunlarına bağladıqları yaylıqlar idi.

Müharibəyə yollanan Xorvat əsgərlərini yola salan həyat yoldaşları, sevgililəri, anaları, başlarından açdıqları yaylıqları sevdikləri insanların boyunlarına bağlamış və bir düyün vurmuşdular. Bir tərəfdən, evlərindən ayrı düşmüş əsgərlər bu yaylıqlara baxdıqda sevdiklərini və evlərini xatırlayacaq, digər tərəfdən də qadınlar bağladıqları düyünlərin bu kişiləri pisliklərdən qoruyacağına inanırdılar.

Müharibə davam etdikcə Xorvat əsgərlərin boyunlarındakı düyünlər diqqəti cəlb edirdi. Qadınlardan yadigar bu yaylıqlar Fransız modelyerlərin əlində mühüm bir aksesuara çevrilərək təbii ki vaxt keçdikcə böyük dəyişikliklərə uğradı. Müharibəyə gedən Xorvat kişisinin boynuna öz yaylığını bağlayan Xorvatiyalı qadının davranışı ilə, bu gün qadınların sabah evdən çıxan ərinin qalstukunu düzəltməsi əslində nə qədər də biri-birinə yaxın davranışlardır. Özü də aradan bu qədər əsrlər keçməsinə baxmayaraq…

Qədim dövrlərdən 6-cı əsrin ikinci yarısına qədər boyunları açıq gəzməkdə bir qəbahət görməyən kişilər, İntibah dövründə boynu örtən yaxalıqlar kəşf etdilər. Bu yaxalıqlar 17-ci əsrdə toxunma yaxalıqlarla bəzədildi və fərqli-fərqli modellər işlənib hazırlanmağa başlandı.


Fransız zabitlərinin sevimlisi

Müxtəlif məlumatların olmasına baxmayaraq, boyun yaylıqlarının 30 illik müharibə zamanı məşhurlaşdığı hamı tərəfindən qəbul edilir. O günə qədər “ruff” adlanan bir növ yaxalıqdan istifadə edən fransızlar, Xorvatların istifadə etdiyi, ütülənməyə və kraxmallanmağa ehtiyacı olmayan yeni boyun yaylıqlarını mənimsəməkdə heç çətinlik çəkmədilər. İqlim şəraitinə görə “ruff”-lardan daha istifadəyə yararlı olan yeni boyun yaylıqları həm də onları isti saxlayırdı.

Müharibədən sonra evlərinə qayıdan fransız zabitləri, təzə tanış olduqları bu geyim növünü gündəlik həyatlarında da istifadə etməyə davam etdilər.

1650-ci ildə, qalstuk, xüsusilə hərbi üstünlüklərini daim vurğulamağı sevən Fransız aristokratları arasında dəb halını aldı. Fransızlar özlərinə məxsus bir tərzdə təkmilləşdirdikləri aksesuara “A la Croate – Xorvat tərzi” adını verdilər. “A la Croate”-ın, “Cravate” sözünə, yəni bu gün istifadə olunduğu şəklə düşməsi ilə bərabər onun forması, istifadəsi, daşıdığı simvolik (rəmzi) mənalar da böyük dəyişikliklərə uğradı.

Qalstukun rəngləri, istifadə olunan naxışlar, bağlanma şəkilləri sosial təbəqələr arasındakı fərqlilikləri, siyasi mövqeləri özündə əks etdirən rəmzlərə çevrildi; modelyerlər öz modellərindən insanları rəngləndirmək üçün istifadə edir, rəssamlar isə onlardan geridə qalmayıb öz modellərini gizlicə şəkillərində əks etdirdilər…

Qalstuku kişilərin həyatına girməsi ilə eyni zamanda ciddi bir problem meydana gəldi. Səhər yuxudan oyanan kişilər artıq geyimlərinə uyğun bir qalstuk seçməli idilər. Bu seçim bəzən elə çətin olurdu ki, hətta bəziləri qalstuku seçib geyimi ona uyğunlaşdırırdı…

Bir başqa problem də, seçilən qalstukun düzgün və lazımi uzunluqda bağlanılması idi…

Bu iki yeni problemi ilk yaşayanlardan biri Fransız Kralı XVI Lui oldu. Kral hər səhər oyananda, xidmətçiləri qarşısında rəngarəng və müxtəlif çeşidli qalstuklarla dayanırdılar. Düzgün qalstuku seçmək üçün sərf edilən vaxtdan daha çox vaxt, qalstukun düzgün şəkildə bağlanılmasına sərf edilirdi.

Bir müddət sonra kralın bəyəndiyi qalstuklar köynəklərin arxasına iynə ilə hazır sancılmış vəziyyətdə gətirilirdi. Bu gün bəzi kişilərin üstünlük verdiyi “hazır qalstuklar”-ın “atası” da çox güman ki bir xidmətçinin dahiyanə fikri olub…


Günümüzdə qalstukun yeri

Uzun və mübahisəli bir tarixə malik olan qalstukdan bu gün dünyada təqribən 650 milyon insan istifadə edir və il ərzində satılan qalstuk sayı 800 milyona çatır. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində hippilər və azadlıq şərqiləri meydana gələndə, avtoritarizmi, nizam-intizamı təmsil etdiyi üçün ciddi bir zərbə alan qalstuk, 1980-ci illərdə meydana çıxmış “Yuppilər”-lə birlikdə yenidən gündəmə gəlməyə başladı. Bir növ vizit kartı kimi boyunlarında gəzdirdikləri qalstuk ilə qürur duyan (fəxr edən) kişilər, öz sosial statuslarının bayrağı hesab etdikləri qalstuklara xüsusi əhəmiyyət verməyə başladılar.

1990-cı illər qalstuk üçün ağır illər oldu. İtalyan ayaqqabı markası Suparqanın böyüyü Franko Bossisia açıq-aydın bir şəkildə qalstuka müharibə elan edərək bu bəyanatı verdi: “ Qalstuk heç bir işə yaramır, kişilərin çoxu fərqli bir qalstuk seçmək istəyirlər, amma nəticədə özlərini biabır edirlər. Üstəlik qalstuk çox cansıxıcı və istidir”. Bossianın bir iddiası da var idi: “5 il sonra, iş adamları da daxil olmaqla daha heç kim qalstuk taxmayacaq”. Dahi kino rejissoru Orson Velles də qalstuku sevməyənlərdəndir. Son illər ərzində ən məşhur mərasimlər də daxil olmaqla, səhnəyə qalstuksuz çıxan aktyorların sayı getdikcə artır. Bilinmir, bəlkə də rejissordan nümunə götürürlər. Qalstuk əleyhinə olan lobbi nə desə də və nə qədər güclənsə də, ciddiliyin və sosial mövqeyin rəmzi olan qalstukun taxtını sarsıtmaq heç də asan görünmür.


Keyfiyyətli bir qalstuk

Kişilərin geyim mövzusundakı biliklərini və hətta ümumilikdə zövqünü qalstuk üzərində aparılan dəyərləndirmələr üzə çıxarır. Düzgün seçilmiş bir qalstuk, çox da gözəl görünməyən bir geyimin görkəmini bir anda dəyişdirə bildiyi kimi, düzgün seçilməmiş bir qalstuk da geyimin bütün gözəlliyini korlaya bilər. Belə vəziyyətlərdə kişilər bu işin öhdəsindən yaxşı gəlməlidirlər. Keyfiyyətli bir qalstukun xüsusiyyətlərini öyrənməkdən başlamaq olar. Eni 8.5 sm, uzunluğu 140 sm olan klassik bir qalstukun 100 faiz təbii parçadan olması keyfiyyətin bəlkə də ən mühüm göstəricisidir.

Qalstuk parçaları toxunma və basqılı olmaqla 2 yerə ayrılır. Qalın olduğu üçün çətin bağlansalar da, toxunma qalstuklar keyfiyyətin bir göstəricisidir. Toxunma qalstuklardan ən geniş yayılmışı, naxışı diaqonal xətlər olan qalstuklardır. Son dövrlərdə ipək qalstuklarla yanaşı, yun, yun-kaşmir, yun-ipək-kətan və ya ipək-kətan kimi qarışıqlardan daha keyfiyyətli qalstuklar istehsal edilir. Parçaların keyfiyyətindən əlavə, astar və tikiş xüsusiyyətləri də qalstukun mühüm detallarındandır.

Əl ilə tikilmiş qalstukun arxa hissəsində tikiş müəyyən bir məsafədə bitir və arxa hissə açıq saxlanır. Burada məqsəd parça və astarın uyğun hərəkətinin təmin olunmasıdır.

Bəzi qalstuklarda bu hissədə ipək iynəsi istifadə olunur, bəzi qalstuklarda isə sapın ucu çöldə qalır. Bu iynə çıxarılmamalı və sap qətiyyən qoparılmamalıdır. Keyfiyyətin son və mühüm göstəricisi isə, astarda qalstukun markasının tikilmiş olmasıdır. Bütün bunları öyrənməkdə çətinlik çəkən kişilər üçün uğuru isbat olunmuş bir üsul da qalstuk seçimini həyat yoldaşına həvalə etməkdir.


Qalstukun incəlikləri

Qalstukun ucu, kəmərin alt hissəsinə çatacaq qədər bağlanmalıdır.

Açıldığı zaman onu tam açmaq lazımdır.

Asanlıqla çıxarılmalıdır.

Rütubətli yerlərdə saxlanılmamalıdır.

Qətiyyən ütülənməməlidir (Quru təmizləmə zamanı preslənməməlidir).

Gecələri qətiyyən boyunda bağlı qalmalıdır.

Toxunma qalstuklar, parçası genəlməsin deyə dairəvi şəkildə bükülərək saxlanılmalıdır.

Cins şalvarla geyinmək üçün, parçadan düzəldilmiş idman üslubunda bir modelə üstünlük verilməlidir.

Qalstukun düyünü dartılaraq açılmamalıdır.

Əsla astarı görünməməlidir.

Pencəyin sol cibinə qoyulan bəzək dəsmalı ilə eyni OLMAMALIDIR.

Həmişə köynəkdən fərqlənməli, lakin tam əksi də olmamalıdır.

Diaqonal toxumalı qalstuklar kostyumlarla geyinilməməlidir (Kostyumlarla geyinmək üçün xırda naxışlı qalstuklara üstünlük verilməlidir)

Yun və kaşmir qalstuklar soyuq günlərdə, ağır parçalarla istifadə olunmalıdır.

Kətan və kətan qarışığı olan qalstuklar isə yalnız yay mövsümündə və pambıq, kətan geyimlərdə istifadə olunmalıdır.


Geri dön

R.M_FaNaTka

  • 2 aprel 2013 23:33
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
XeBere Goree^mUellife tesseKKurLerrr&^66^^

--------------------

Əkbər007

  • 30 mart 2013 04:11
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
maraqli meqale ucun tskler...
COX BALACA METIN IDI OXUYA BILMEDIM TWK ama sekilleri gordum oyrendim

--------------------

OnE_ DiReCtIoN

  • 20 mart 2013 16:23
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
I Harry I live is England smile

☮★Azerbaijan Boy★☮

  • 16 mart 2013 15:08
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
İstər iş həyatında, istərsə də gündəlik həyatda, qalstuk kişinin ən çox istifadə etdiyi aksesuardır. Düzdür buna aksesuar demək bir balaca qəribə səslənir, nə isə…Bəzi kişilər qalstuk bağlamağı bacarmırlar. Çünki qalstuk bağlamağı öyrənmək əvvəllər cansıxıcı bir iş olub. Amma vaxt keçdikcə cəld bir şəkildə bu işin öhdəsindən gəlirik.

--------------------

solnuska

  • 9 mart 2013 02:29
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_trickster_

  • 8 mart 2013 17:16
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
en asani axirincidi... ama hec onuda bagliya bilmirem feel

--------------------

barsa yek

  • 7 mart 2013 17:24
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Twkler.............

--------------------

Shokoladka

  • 7 mart 2013 14:51
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Qalstuk baglamagi burdan oyrenirem, ordan yadimdan chixir :)) Tecili oyrenmek lazimdi..Tskler..

--------------------


so_sad

  • 7 mart 2013 14:30
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
tewekkurler

ShoKKi_MoKKi

  • 7 mart 2013 13:56
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
maraqli meqale ucun tskler...

--------------------

leyluwka_20

  • 7 mart 2013 13:22
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
Bir müddət sonra kralın bəyəndiyi qalstuklar köynəklərin arxasına iynə ilə hazır sancılmış vəziyyətdə gətirilirdi. Bu gün bəzi kişilərin üstünlük verdiyi “hazır qalstuklar”-ın “atası” da çox güman ki bir xidmətçinin dahiyanə fikri olub…

--------------------

ZeMka

  • 7 mart 2013 12:15
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
twkler.......

--------------------

Nigar Huseynova

  • 7 mart 2013 11:51
  • Məqalə: 4
  • Şərh: 125
  • Bal:
{awards}
Uzun və mübahisəli bir tarixə malik olan qalstukdan, bu gün dünyada təqribən 650 milyon insan istifadə edir və bir il ərzində 800 milyon qalstuk satılır. Bu da qalstukun tarixçəsi…

Gun_el

  • 7 mart 2013 11:32
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
Qoy aile qurum ali tehsili olan biriyle mutleq oyrenecem soz

--------------------


seva20

  • 7 mart 2013 11:18
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
cox sagol baci

Dj_melek

  • 7 mart 2013 10:43
  • Məqalə: 16
  • Şərh: 1417
  • Bal:
{awards}
tesekkurler

ღLovelyღ

  • 7 mart 2013 10:05
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Bash Belası

  • 7 mart 2013 10:03
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Məsləhətə görə təşəkkür...

Arzu_zadeh

  • 7 mart 2013 09:34
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
COX BALACA METIN IDI OXUYA BILMEDIM TWK ama sekilleri gordum oyrendim

--------------------

N_GOKA

  • 7 mart 2013 09:18
  • Məqalə: 3
  • Şərh: 340
  • Bal:
{awards}
tewekkurler

--------------------
SeNsIz Bu HeYaT MeNe HaRaMdIr
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 80

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}