Skype 2010

 
Skype 2010

22 dekarbda səhər saatlarından etibarən istifadəçilər Skype proqramından şikayətlənməyə başlayıblar. Proqram gah internetə qoşulmayıb, gah da özü-özünə sönüb. Bu problemlə həm kompüter, həm də mobil telefon sahibləri qarşılaşıblar.


Belə bir nasazlığın meydana çıxması şirkət üçün həqiqətən gözlənilməz bir hal olub. Bütün dünyada milyonlarla istifadəçi həmin gün Skype-dan ünsiyyət vasitəsi kimi istifadə edə bilməyib.


Nasazlığın Səbəbi

Kiçik araşdırma nəticəsində problemin əsas səbəbi, nəhayət ki, aşkarlanmışdır. Qeyd edək ki, ümumilikdə, Skype mərkəzləşməmiş sistem üzrə işləyir (yəni bu proqramın ümumi serveri yoxdur). Kompüterlər və digər qurğular bir-birinə birbaşa bağlanır. Bununla belə, digər istifadəçiləri axtarıb tapmaq üçün xüsusi kompüterlərdən (supernod) istifadə olunur ki, onlar lazımi şəxsin kompüterini taparaq ona qoşulmağa imkan verir.

Dekabr ayının 22-də isə belə “supernod” hallarının sayı olduqca aşağı olub. Bunun da əsas səbəbi Skype proqramının bəzi versiyalarında mövcud səhvlərdir. Və həmin gün işdə olan skype əməkdaşları on milyonlarla fəal istifadəçiyə xidmət edə bilməyib. Bu səbəbdən, skype proqramı istifadəçilərin əksəriyyəti üçün oflayn statusunda olub.



Problemi Aradan Qaldırmaq Məqsədilə Skype Mütəxəssisləri Hansı Tədbir Görüblər?

Ertəsi gün, yəni 23 dekabrda şirkət əməkdaşları bacardıqca sürətlə “meqa-supernod”lar işləyib hazırlamağa başladılar ki, proqramı ən qısa zamanda işlək vəziyyətə gətirə bilsinlər.

Skype-ın Rekord Göstəricisi

Qeyd edək ki, bir ay bundan öncə Skype fəal istifadəçilərinin sayına görə yeni rekord göstəriciyə nail olmuşdu. Belə ki, eyni zamanda skype proqramında onlayn statusda olan 25 milyon insan qeydə alınmışdı.

Amma bu günlərdə yaşanan problem üzündən bu göstərici olduqca aşağı enmişdir. Verilən məlumata görə, təkcə 22 dekabrda skype-da onlaynda cəmisi 1 milyona yaxın istidadəçi qeydə alınıb.

Analoji Problem 2 İl Öncə İCQ-də Də Yaşanmışdı

Xatırladaq ki, iki il bundan öncə, 2009-cu ilin yanvar ayında analoji hal ICQ şəbəkəsində də yaşanmışdı və nəticə etibarilə, istifadəçilərin əksəriyyəti alternativ proqramlara, əsasən də Skype protokoluna keçmişdilər.


Geri dön

_RONALDO_

  • 10 aprel 2011 11:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
SGOL MENBILIRDIM ADMIN HER KESE SKAYPDA

--------------------

Just For Legend

  • 31 dekabr 2010 23:32
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 24 dekabr 2010 16:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

CandyGirl

  • 24 dekabr 2010 16:25
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yaxsi xeberdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}