Hz. Zeynəbin (s.ə) yuxusu

 
Hz. Zeynəbin (s.ə) yuxusu

Zeynəb onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb, babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin.

Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəfə, bu tərəfə düşürdüm. Sonda, məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma, külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra, bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım”.

Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb, buyurdu:

Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki, bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma, bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə İslamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.

Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və İmam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.

Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-Beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib, dözür və sanki, daha böyük müsibətlərə hazırlaşırdı.

O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub, haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, 25 il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-Beyti məhv etmək üçün plan cızıb, həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.

Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm”.

Zeynəb onun səbrindən ilham alıb, fədakarlıq dərsini öyrənirdi. Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb, şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.

Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük imamı İmam Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir”.

Kufə şiələri nigaran halda özlərini imama çatdırıb, halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.
O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma, onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör, Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi...

Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməli idi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.
Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən, necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq, təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!

Bu dərd və müsibətlərin, qəm-qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı İmam Hüseynin (ə) oxuduğu şeirlərdən onların da şəhadətini duyaraq, fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».

Bəli, bütün bu müsibətlərdə Zeynəbin şüarı həmən Seyyidüş-şühədanın şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:

«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».

Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!
Məlum olduğu kimi, Zeynəbin əri Əbdullah ibn Cəfər, İmam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Oun məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Oun Əbdullahın Zeynəbdən olmuş oğludur.

Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:

Əgər məni tanımırsınızsa, mən Cəfərin - Həqiqi şəhidin oğluyam ki, Behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”.

Sonra, düşmənə hücum edib, atlılardan üçünü, piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.

Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq məlumat yoxdur. Amma, Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən məlum olur ki, yeniyetmə olmuşdur. Çünki, o ziyarətnamədə belə oxuyur: “Salam olsun sənə, ey Oun ibn Əbdullah ibn Cəfər ibn Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!

Zeynəbin (s) öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. Övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. Çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi və «Ənnəbiyyu ovla bil mömininə min ən fusihim» ayəsinin mənasını çox gözəl başa düşürdü. Bilirdi ki, Peyğəmbər (s) övladları hər şeydən, hətta, öz canı və övladlarından da üstün tutulmalıdır.

Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-Beytə üz tutur. İmam Həsənin (ə) sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.

İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayanır.
Əbdullah ibn Əmmar ibn Həcus deyir: Mən çoxlu düşmən hücumuna məruz qalan heç bir məğlubu, Hüseyn ibn Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli, sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından qaçır, pərən-pərən düşürdülər.

Ömər ibn Səd qoşun üzvlərinə qışqırırdı: Bu Ənzəi Bətin (Əli ibn Əbu Talib) oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib, hər tərəfdən ona hücum edin!

4000 nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.

Həzrət Seyyüdüş-şühəda fəryad etdi:

«Ya şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təzumun».

«Ey Əbu Süfyan davamçıları! Əgər, sizin üçün bir din yoxdursa və məaddan da qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər, düşündüyünüz kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq olun!)»
Şimr, Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?

Həzrət buyurdu: “Mən sizinlə vuruşuram! Qadınlar üçün cəza yoxdur və nə qədər ki, mən diriyəm öz təcavüzkar və yağı əsgərlərinizi hərəmə əl uzatmaqdan saxlayın!” Şimr dedi: İstəyini qəbul edirəm!

Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu çoxaldı.

İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra, isə mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:
«La hövla və la qüvvətə illa billah».

Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət yoxdur”.

Əbul Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: “Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan.

İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama
!”
Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma, bir kişi alnına daş vurdu, qan üzünə axdı. Öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə, başqa bir kişi üç guşəli oxla mübarək qəlbini hədəf seçdi.

Peyğəmbər övladı Allaha ərz etdi:

«Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfəə rəsəhu iləs-səmai və qalə: İlahi innəkə tələmu ənnəhum yəqtülunə rəcülən leysə əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».

Allahın adı və özüylə, Allah Rəsulunun milləti və dini xatirinə (bu şəhadət mənə nəsib olur)”.

Başını göyə tərəf qaldırıb, dedi: “Mənim Allahım! Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan başqa Peyğəmbər övladı yoxdur!

Əl atıb, belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.

Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.

O qandan bir damcı da yerə tökülmədi.

Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş, üz və mübarək saqqalını qana boyayıb dedi: “Allahla və cəddim Peyğəmbərlə görüşənədək elə bu halda qalacağam”.

Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt, Malik ibn Bosr gəlib, Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.

Dəbilqə – yəni Həzrətin başında olan hündür papaq qanla doldu. Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bəzilərinə görə isə dəsmal bağladı.

Zürət ibn Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibn Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibn Vəhəb də böyründən oxladı.

Hilal ibn Nafe deyir: Hüseyn can verəndə, mən onun yaxınlığında durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha, onun üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.

O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:

«Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl mustəğisin».

Sənin təqdiratın və fərmanın qarşısında səbr edib, dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!

Həzrət Məhəmməd Baqirdən (ə) rəvayət olunmuşdur ki, Həzrətin atı uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə gəlirdi: “Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin qızını və oğlunu öldürürlər”.

Sonra hərəm xeymələrinə fikir verdi:

Ummu Gülsüm fəryad edirdi:
«Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cəfəra, va Həmzəta».
Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb”.


Geri dön

R.M_FaNaTka

  • 1 aprel 2013 19:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
ALLAH RaZi OlSun SenDen ElLerin ^^ AgRimAsin .........&&

--------------------

kiskanc

  • 22 mart 2013 14:40
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razi olsun!

::KraSaV4iK::

  • 9 mart 2013 17:34
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned549678

  • 9 mart 2013 13:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

fatime gul

  • 9 mart 2013 03:16
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 9 mart 2013 01:07
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღLovelyღ

  • 8 mart 2013 23:02
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

shop_050

  • 8 mart 2013 20:42
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

leyluwka_20

  • 8 mart 2013 20:15
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

--------------------

ツMrs.Crazy ツ

  • 8 mart 2013 15:16
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
Tewekkurler...........

Ghost of legend

  • 8 mart 2013 15:13
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Shokoladka

  • 8 mart 2013 15:08
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


DILEKLER

  • 8 mart 2013 15:01
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

мυsLiмαηκα

  • 8 mart 2013 14:51
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb, buyurdu:

Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

_trickster_

  • 8 mart 2013 14:49
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
cox sagol Allah razi olsun

--------------------

seva20

  • 8 mart 2013 14:43
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
ALLAH razi olsun ellerin agrimaisn baci

Senseless life

  • 8 mart 2013 14:26
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
Allah razi olsun baci

--------------------
ღ „ø¤ºº¤ø„ Kaş həyatımız da oyunlar kimi olardı. Hər “Game over” olanda “New game” ilə hər şeyə yenidən başlaya bilərdikღ „ø¤ºº¤ø„

Dj_melek

  • 8 mart 2013 14:22
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
Allah razi olsun

✰GoLd GirL✰

  • 8 mart 2013 14:09
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razı olsun

barsa yek

  • 8 mart 2013 14:07
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Wirinim cox sagol meqalene gore.ALLAH razi olsun sennen. smile

--------------------

evil_angel

  • 8 mart 2013 13:48
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb, buyurdu:

“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır”.

Allah razı olsun baciş..

--------------------

so_sad

  • 8 mart 2013 13:46
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 8 mart 2013 13:43
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
“Əgər məni tanımırsınızsa, mən Cəfərin - Həqiqi şəhidin oğluyam ki, Behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}