8 Mart həm də ətir və gülsatanların“bayramıdır”

 
8 Mart həm də ətir və gülsatanların“bayramıdır”

8 Mart qadınların, yəni zərif cinsin bayramı olduğu üçün bu günü hədiyyəsiz təsəvvür etmək çətindir. Elə bu səbəbdən də 8 mart tarixi yaxınlaşdıqca hədiyyə bazarında ciddi canlanma müşahidə olunur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hədiyyə olaraq ən çox ətir və güllərə üstünlük verilir. Kişilər belə hesab edirlər ki, qadın üçün ən yaxşı hədiyyə gül və ətir ola bilər. Hədiyyə bazarında apardığımız müşahidələr isə onu göstərir ki, kişilərin bu qənaətə gəlməsində, təkcə qadınların zövqü həlledici olmayıb. Bazardakı mövcud qiymətlər də kişiləri daha çox gül və ətir seçməyə məcbur edir...

Cibində 150-200 manatdan az pulu olanlar qızıl mağazasına girməsinlər

Gül və ətir 8 Martın əsas atributlarından olsa da, sirr deyil ki, qadınlar üçün ən yaxşı hədiyyə qızıldan hazırlanan bəzək əşyaları hesab edilir. Hədiyyə olaraq qızılgülü qızıl üzükdən daha çox arzulayan qadınların sayı yəqin ki, elə də çox olmaz. Ancaq paytaxtın qızıl mağazalarındakı mövcud qiymətlər kişilərin cibindəki vəsaitlə üst-üstə düşmür. Bunu həm satıcılar, həm də müştərilər təsdiqləyir. Paytaxtın “Mərkəzi Univermaq” (ÇUM) adlanan və qızıl satışı üzrə ixtisaslaşmış ticarət mərkəzində işləyən satıcılar və müştərilər qızılın həddindən artıq baha olduğunu bildirirlər. Satıcılar bizimlə söhbətdə bildirdilər ki, qızılın bahalaşması bəzək əşyalarının da qiymətini qaldırıb. 4-5 il əvvələ kimi 8 Martda hədiyyə vermək üçün qızıl üzük, yaxud da qızıl boyunbağı alanların sayı çox olurdu. Satıcılar deyirlər ki, indi bu əşyaları ancaq toy edənlər alırlar. Kənardan söhbətə qulaq asan müştərilərdən biri isə deyir ki, qızıl üzük olmadan evlənmək mümkün olmadığı üçün nə qiymət desələr almağa məcburuq. Bütün sahələrdə olduğu kimi qızıl bazarında da Çin istehsalı olan, nisbətən ucuz bəzək əşyaları üstünlük təşkil edir. Satıcılar deyirlər ki, Çin malı ucuz olduğu üçün hədiyyə kimi bu bəzək əşyaları alınır: “Ancaq toy üçün üzük, sırğa, boyunbağı alan müştərilər daha çox sexlərdə hazırlanan yerli mallara üstünlük verirlər”. Apardığımız müşahidələr göstərir ki, bazarda 4-5 qramlıq 585 əyarlı sadə qızıl üzüyü (bəzəksiz, qaşsız - red.) 200 manatdan ucuz almaq mümkün deyil. Qeyd edək ki, bəzək əşyalarının qiyməti onun bəzəyindən və üzərindəki qiymətli daşlardan asılı olaraq dəyişir. Ümumiyyətlə isə, müşahidələrimiz onu göstərdi ki, cibində 150-200 manatdan az pulu olanların qızıl mağazasına girməsi məsləhət deyil.

100 ml-lik təmiz “Christian Dior” ətri 40-50 manata necə satıla bilər?

Qızıl mağazalarından fərqli olaraq, 150-200 manata ətir və gül mağazalarına girmək olar. Ancaq burada ən ciddi problem bazarda saxta ətirlərin həddindən artıq çox olması ilə bağlıdır. Bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, ətir bazarı müştərilərin ən çox aldandığı yerdir. Marketinq üzrə mütəxəssis Anar Məmmədov bizimlə söhbətdə bildirdi ki, hazırda məşhur ətir brendlərinin saxtasından bazarda istənilən qədər tapmaq olar: “Məsələn, bəzən mağazalarda məşhur bir brendin məhsulunu çox ucuz qiymətə satırlar. Çox təəssüf ki, müştərilər bunun fərqinə varmırlar. Heç kim öz-özünə sual vermir ki, 100 ml-lik təmiz “Christian Dior” ətri 40-50 manata necə satıla bilər. Ancaq bazarda “Christian Dior” ətrini hətta 30 manata satanlar da var. Ətir alarkən brendlərin rəsmi təmsilçiliklərindən almaq lazımdır. Hətta bəzən saxta malları baha qiymətə sataraq müştərini çaşdırmağa çalışırlar. Əksər hallarda isə vitrinə orijinal ətirlər qoyurlar. Bağlı qutularda isə saxta mallar olur”. Həmsöhbətimiz deyir ki, 50-100 ml-lik qablarda yaxşı ətir almaq üçün ən azı 100 manat pul xərcləmək lazımdır. Onun sözlərinə görə, 20-30 manata satılan ətirlərin tərkibi şübhəlidir və belə məshulları almaq məsləhət deyil. Marketinq mütəxəssisi belə hesab edir ki, ətir almağa maddi imkanı olmayanlar, qadın üçün gərəkli olan digər aksessuarlara və suvenirlərə müraciət edə bilərlər.

Bir büket qızılgül 35-45 manata başa gəlir

8 Martın vazkeçilməz hədiyyəsi hesab edilən gülləri nisbətən ucuz hesab etmək olar. “Nəsimi” bazarında gül satışı ilə məşğul olan Ramil adlı satıcı bizimlə söhbətdə bildirdi ki, adətən, bayramlarda insanlar daha çox qızılgül almağa üstünlük verirlər: “Bu güllərin qiyməti təxminən 6-7 manatdan başlayır. Ümumiyyətlə, digər güllərdə olduğu kimi, Hollandiyadan gətirilən qızılgüllər də baha olur. Gül alanların da çoxu bu güldən alır. Xrizantema gülü nisbətən ucuzdur və əsasən tələbələr bu güllərə üstünlük verirlər. Bu gülün bir dənəsinin qiyməti 4-5 manatdır. Bundan başqa, 5 manatdan roza gülünü də almaq olar. Zambaq nisbətən bahalı gül hesab olunur. Bu gülün dənəsi isə 10 manatdan bahadır”. Gülsatanla söhbətdən sonra apardığımız hesablama göstərir ki, içərisində 5-7 ədəd qızılgül olan buket təxminən 35-45 manata başa gəlir.

8 Martın 92 yaşı tamam oldu

Məlumat üçün onu da bildirək ki, artıq 92 ildir ki, 8 mart tarixi qadınlar bayramı kimi qeyd edilir. 1921-ci ildə Moskvada keçirilən sosialist qadınların 3-cü konfransında qərara alınıb ki, beynəlxalq qadınlar günü hər ilin 8 mart tarixində qeyd edilsin. 1857-ci ilin 8 mart tarixində Nyu-Yorkda on minlərlə qadın fəhlənin iştirakı ilə kütləvi etiraz mitinqi keçirilib və həmin gün ixtişaşlar nəticəsində 129 qadın öz həyatını itirib. Beynəlxalq qadınlar gününün 8 mart tarixində qeyd edilməsi Nyu-Yorkda baş verən həmin hadisələrlə əlaqələndirilir. 16 dekabr 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 8 mart tarixinin beynəlxalq qadınlar günü kimi qeyd edilməsi barədə qərar qəbul edilib. Ölkəmizdə 8 mart tarixi 1965-ci ildən SSRİ Ali Sovetinin qəbul etdiyi qərara uyğun olaraq, qeyri-iş günü kimi qeyd edilir.

Qadınlar harada və nə qədərdirlər?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3%-ni və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edir. Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4%-dir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3%-i, orta ixtisas təhsil müəssisələrində 77,4%-i, ali təhsil müəssisələrində 49%-i, həkimlərin isə 63,9%-i qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 17%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16%-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq, 4 min 194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edfib.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 min 285 nəfər olduğu halda, 2012-ci ildə 7 min 411 nəfərə çatıb.


Geri dön

☮★Azerbaijan Boy★☮

  • 19 mart 2013 17:24
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
8 Mart qadınların, yəni zərif cinsin bayramı olduğu üçün bu günü hədiyyəsiz təsəvvür etmək çətindir. Elə bu səbəbdən də 8 mart tarixi yaxınlaşdıqca hədiyyə bazarında ciddi canlanma müşahidə olunur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hədiyyə olaraq ən çox ətir və güllərə üstünlük verilir. Kişilər belə hesab edirlər ki, qadın üçün ən yaxşı hədiyyə gül və ətir ola bilər. Hədiyyə bazarında apardığımız müşahidələr isə onu göstərir ki, kişilərin bu qənaətə gəlməsində, təkcə qadınların zövqü həlledici olmayıb. Bazardakı mövcud qiymətlər də kişiləri daha çox gül və ətir seçməyə məcbur edir...

--------------------

leyluwka_20

  • 9 mart 2013 22:53
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
1857-ci ilin 8 mart tarixində Nyu-Yorkda on minlərlə qadın fəhlənin iştirakı ilə kütləvi etiraz mitinqi keçirilib və həmin gün ixtişaşlar nəticəsində 129 qadın öz həyatını itirib.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 9 mart 2013 18:45
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 min 285 nəfər olduğu halda, 2012-ci ildə 7 min 411 nəfərə çatıb.

--------------------

Dj_melek

  • 9 mart 2013 17:50
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
100 ml-lik təmiz “Christian Dior” ətri 40-50 manata necə satıla bilər?

Qızıl mağazalarından fərqli olaraq, 150-200 manata ətir və gül mağazalarına girmək olar. Ancaq burada ən ciddi problem bazarda saxta ətirlərin həddindən artıq çox olması ilə bağlıdır. Bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, ətir bazarı müştərilərin ən çox aldandığı yerdir. Marketinq üzrə mütəxəssis Anar Məmmədov bizimlə söhbətdə bildirdi ki, hazırda məşhur ətir brendlərinin saxtasından bazarda istənilən qədər tapmaq olar: “Məsələn, bəzən mağazalarda məşhur bir brendin məhsulunu çox ucuz qiymətə satırlar. Çox təəssüf ki, müştərilər bunun fərqinə varmırlar. Heç kim öz-özünə sual vermir ki, 100 ml-lik təmiz “Christian Dior” ətri 40-50 manata necə satıla bilər. Ancaq bazarda “Christian Dior” ətrini hətta 30 manata satanlar da var. Ətir alarkən brendlərin rəsmi təmsilçiliklərindən almaq lazımdır. Hətta bəzən saxta malları baha qiymətə sataraq müştərini çaşdırmağa çalışırlar. Əksər hallarda isə vitrinə orijinal ətirlər qoyurlar. Bağlı qutularda isə saxta mallar olur”. Həmsöhbətimiz deyir ki, 50-100 ml-lik qablarda yaxşı ətir almaq üçün ən azı 100 manat pul xərcləmək lazımdır. Onun sözlərinə görə, 20-30 manata satılan ətirlərin tərkibi şübhəlidir və belə məshulları almaq məsləhət deyil. Marketinq mütəxəssisi belə hesab edir ki, ətir almağa maddi imkanı olmayanlar, qadın üçün gərəkli olan digər aksessuarlara və suvenirlərə müraciət edə bilərlər.

Banned549678

  • 9 mart 2013 11:53
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 min 285 nəfər olduğu halda, 2012-ci ildə 7 min 411 nəfərə çatıb

so_sad

  • 9 mart 2013 10:10
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 min 285 nəfər olduğu halda, 2012-ci ildə 7 min 411 nəfərə çatıb.

☮★Azerbaijan Boy★☮

  • 9 mart 2013 09:19
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
8 Mart qadınların, yəni zərif cinsin bayramı olduğu üçün bu günü hədiyyəsiz təsəvvür etmək çətindir. Elə bu səbəbdən də 8 mart tarixi yaxınlaşdıqca hədiyyə bazarında ciddi canlanma müşahidə olunur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hədiyyə olaraq ən çox ətir və güllərə üstünlük verilir. Kişilər belə hesab edirlər ki, qadın üçün ən yaxşı hədiyyə gül və ətir ola bilər. Hədiyyə bazarında apardığımız müşahidələr isə onu göstərir ki, kişilərin bu qənaətə gəlməsində, təkcə qadınların zövqü həlledici olmayıb. Bazardakı mövcud qiymətlər də kişiləri daha çox gül və ətir seçməyə məcbur edir...

--------------------

ZuZuM__

  • 9 mart 2013 09:14
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
tesekurler

--------------------

fatime gul

  • 9 mart 2013 02:42
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
tesekurler

solnuska

  • 9 mart 2013 00:41
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 9 mart 2013 00:32
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli meqale ucun tesekkurler..

--------------------

мυsLiмαηκα

  • 8 mart 2013 22:28
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
8 Martın 92 yaşı tamam oldu... Tebrikler

Nara Neznakomka

  • 8 mart 2013 22:27
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
,,,,,,............ MaraqlI

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღLovelyღ

  • 8 mart 2013 22:19
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

_trickster_

  • 8 mart 2013 21:57
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
oxumadimmeeee cox uzunduuuuuu... ama eziyyetcun twk feel

--------------------

seva20

  • 8 mart 2013 21:35
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
cox sagolun elleriniz agrimasin

DILEKLER

  • 8 mart 2013 21:07
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
BUYURUN....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}