Fotoaparatın tarixi

 
Fotoaparatın tarixi



Tarixin ilk fotoaparatı Fransız fiziki Cozef Niepce tərəfindən, quru qutudan istifadə edilərək, bir qalayın lövhə üzərinə kopiyalanması ilə icad edildi. Bu icadın tarixi isə 1826-ci ilə gedib çıxır.
1839-cu ildə daha sonralar Niepce'nin köhnə şəriki Luis Jak Daguerre, təsadüfən xarab görünüşlü bir lövhəni təmizləmək üçün, kimyəvi maadələrdən istifadə etməsi nəticəsində görünüşün kəskinləşdiyini gördü. Sonralar bu kimyəvinin civə olduğu təsbit edildi və fotoşəkillərini çəkdirən şəxslərin tərpənməməsi şərtiylə dəqiq sayıla biləcək fotoşəkillərin çəkilə bildiyi görüldü. Fotoşəkilçilik göründüyü kimi ,19. əsrin içində həm kommersiya, həm ictimai həm də bədii sahədə böyük irəliləyişlər yaşadı.
Sonrakı zaman inkişafı boyunca, camera obscura'nın icadı hər nə qədər bəzi yazarlar tərəfindən Roger Bacon, Albert, Leonardo da Vinçi və Giovanni Battista Porta'ya mal edilirsə də, bəzi tarixçilər 1039-ci ildən 250 il əvvəl Ərəb elm adamı Alhazen tərəfindən ortaya atıldığını iddia etməkdədirlər . Ancaq Alhazen'in iddia edilən bu kəşfi öz mədəniyyətinin sərhədləri içində qaldığından, qaranlıq qutunun gerçək qaynağı olaraq şərhlənməkdədir. 1550-ci ildə Gardano söz mövzusu qaranlıq qutuya cüt tərəfli xaricbükey bir lupa yerləşdirmişdir. 1568-ci ildə Daniel barbaro yaradılan görünüşün daha da dəqiqləşməsi üçün bir diafraqma əlavə olunması vacibliyini təklif etmişdir. 1573-ci ildə də Dante, görünüşün yuxarıdan aşağıya düzəldilməsi üçün içbükey bir güzgü istifadə edilməsi lazım olduğunu açıqlamışdır. 1558-ci ildə Porta, söz mövzusu cihazın rəssamlar tərəfindən istifadə edilə və beləliklə də həqiqətə yaxın, doğru perspektivə sahib görünüşlər çəkilə bləcəyinii açıqlamışdır.
Əslində, fotoaparat böyük icatların çoxu kimi bir adam tərəfindən icad edilməmişdir. Fikrin doğulması, həyata keçirilməsi, inkişafı, dəyişik şəxslərin işləri və uzun fasiləli dövrlərin nəticəsidir. 11. və 16. əsrlər arasında, insanlar "qaranlıq otaq" fikiriylə əlaqədar işlər etmişdilər. Həqiqətdə kağız üzərinə bir şəkilin "alınması" söz mövzusu deyildi.
1568-ci ildə Daniello barbaro, "qaranlıq otaq" adı verilən cihaza bir lupa əlavə etdi. Primitiv bir obyektiv xüsusiyyətindəki linzanın açılışı, görünüşün daha qəti ola bilməsi üçün idi. 1802-ci ildə, Tomas Wedgwood və Sor Humphrey Davy, işığa qarşı həssas bir maddəylə örtülü kağız üzərinə, kontakt təzyiq yoluyla siluet və görünüşlər təsbitinə müvəffəq oldular. Lakin təzyiq ömürlü deyildi.
1816-ci ildə, Cozef Niepce, bir ləl-cəvahirat qutusu və bir mikroskopda alınmış lupayla primitiv bir fotoaparat etməyi bacardı. Mənfi bir görünüşü təsbit etdi. William Talbot adındakı İngilis, 1835-ci ildə, neqativdən alınma ilk müsbət nəticə əldə etdi. Görünüşün ömürlü (davamlı) olması sağlana bilmişdi.
l839'da, Luis Daguerre, gümüş val üzərinə görünüş alıb. Eyni çıxış nöqtəsindən təməllənən işlər bir-birini izlədi. Başlanğıcda ağır addımlı inkişaflar bir sonrakına zincirləndi.
Ən sonunda, 1888-ci ildə, qutu fotoaparat bazara çıxarıldı. Bu maşın, Kodak sistemini istifadə (Eastman Dry Plate and Film Company - Eastman Quru Val və Film Şirkəti) tərəfindən inkişaf etdirildi. Söz mövzusu maşın, 100 pozalıq filmlə dolu olaraq satılıb. Çəkilişdən sonra, maşın və film Rochester'e göndərilir, burada film alınır, duş əməliyyatı edilir, maşına təkrar film doldurularaq sahibinə qaytarılırdı.
Söz mövzusu qaranlıq qutu fotoqrafik məqsədlər üçün də istifadə edilməyə başlandığında, 19. əsrin əvvəllərindən günümüzə qədər əsas xüsusiyyəti eyni qalmaq şərti ilə, dəyişikliklərə uğramışdır.


Geri dön

Just For Legend

  • 31 dekabr 2010 23:20
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
Maraqli melumata gore cox sag ol

--------------------

Sergio Ramos

  • 24 dekabr 2010 20:07
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
thanks Crazy

--------------------

YazYamuru

  • 24 dekabr 2010 18:36
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÇOOOOOOOOOX SAĞOL smile

--------------------



Ulya

  • 24 dekabr 2010 17:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli melumatalrdi baciw winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}