Güzgüdə özümlə söhbətim

 
Güzgüdə özümlə söhbətim

Qaranlıq quyudasan... Ancaq bu quyudan çıxmaq ancaq və ancaq sənin öz əlindədir. Yadında saxla, sən özün özünü çıxartmasan heç kəsin uzatdığı əl səni yuxarı qaldıra bilməz.Yuxarı bax, görürsən hava necə təmiz və işıqlıdır. İndi də ətrafına bax. Çox qaranlıqdır elə deyilmi? Ətrafın sənin bu günkü günlərindir. Yuxarı sənin gələcək günlərin.
İki seçimin var:
1. Sən “bu qaranlığa gözüm alışıb, burası rahatdır, sakitdir, əladır” deyib burda otura da bilərsən.
2. Özündə güc tapıb sadəcə 100 dəfə, milyon dəfə olsa belə yuxarı atıla da bilərsən.
Bilirəm, deyəcəysən: “Mən hər dəfə yuxarı atılanda və quyudan çıxmağı bacarmayıb yerə çırpılanda canım inciyir, ümidlərim snür, alnıma yazılan taledir bu sevgi..qəbul edirəm” deyirsən. (“Heyranam” sənin özünü vəziyyətdən çıxarmağa çalışan bu bəhanələrinə).
Güzgüdə özümlə söhbətim

Düz demirsən!! Alnına yazılan bu deyil!!Alın yazısını oyuncaq edib əlində mənə göstərmə!!Axı, sən özündə yaxşı bilirsən ki, düşdüyün o qaranlıq quyunun adı nədir: “Hisslər”. Ağıl sənin yanında deyil. O yuxarıdan sənə baxır və səni səsləyir:
-Çıx, çıx yuxarı mən səni gözləyirəm!! Bir dəfə də cəhd elə!! Sən bacaracaqsan!!
Səsi zəif gəlir qulaqlarına eləmi? Yox, əslində o var gücüylə qışqırıb səni səsləyir. Sadəcə bu quyu divarları, yəni hisslərin sənə mane olur eşitməyə:
-Eşitmə, eşitmə onu!!!-deyirlər sənə
Və sən də onlara inanıb ağılın səsini eşitməmək üçün qulaqlarını tıxayırsan. Amma özündə yaxşı bilirsən ki, düz eləmirsən. Yadında saxla, yorulanadək cəhd elə quyudan çıxmağa. Mində olmasa da, milyonda çıxacaqsan. Qoy hər dəfə çırpılanda ayaqların ağrısın. Bu ki, vicdanının ağrısından cox yaxşıdır.

Güzgüdə özümlə söhbətim


Bilirsən, bu gün ayaq ağrısına dözə bilməyən insan sabah vicdan ağrısı ilə üz-üzə qalır. O ağrı isə dünyadakı bütün ağrıları diz çökdürüb önündə.Və bütün ağrılar qəbul edirlər ki, vicdan ağrısı onların başında kraldır, şahdır və heç birinin əvəz edə bilməyəcəyi liderdir. O ağrıya tab gətirə biləcəksənmi...? Özün düşün. O ağrı intihara, psixi pozğunluğa ən yaxın və ən asan gedilə bilən körpüdür. Və o körpünün digər ağrılarda olduğu kimi dərman, iynə adlı sərhəd keşikçiləri yoxdur. İradəsi zəif istənilən insan istənilən vaxt vicdan ağrısı adlı körpüdən intihara asanlıqla gedə bilər.

Güzgüdə özümlə söhbətim

Oturma qaranlıq quyuda. Qalx..Qalx birdə cəhd et. Bilirəm..ayaqların ağrayır. Baxma ağrılarına. Əgər bu gün çıxmazsan birazdan qaranlıq çökəcək. Göy üzü zülmət olacaq. Özünə haqq qazandırıb “sabah yenə günəş doğacaq” demə. Sən bu quyudan çıxmazsan sabah o günəş doğacaqda doğmasına amma sənin üçün deyil! Sabah sənin üçün çox gec olacaq!! Sən o günəşi görsən belə onun istiliyini hiss edə bilməyəcəksən! O günəş səni deyil.....vicdanlıları isidəcək!!! Sənin ruhunun soyuqluğunu isə heç bir Günəş bacarsa belə qızdırmayacaq, isitməyəcək...!! Bundan imtina edəcək!! Axı....axı Günəş vicdansızları isitmir!!!

Güzgüdə özümlə söhbətim

“Mən vicdansızam...?” deyə soruşma məndən gözlərinin yaşını axıda-axıda... Vicdanın səni tərk edir..görmürsənmi?O sənə “əlvida” deyir asta-asta..... görmürsənmi? O qapıdan çıxır yavaş-yavaş...görmürsənmi? Amma.. amma qulaqları səsdədir, sənin bir kəlmənlə “dayan” deyən səsinlə o geri qayıdıb səni qucaqlayacaq. Sən sənə quyudan çıxmaq üçün kömək etməyə uzanan əlləri görmürsən, “çıx ordan, sənə kömək edirik” deyən səslərə qulağını qapamısan. Başa düşürsən....başa düşürsən...? Sən get-gedə vicdansız olursan...




Bu qədərmi asandır sənə gələcəyinin üzərindən heç nəyə dəyməyən birinə görə xətt çəkib ona sarı getmək? Bu qədərmi asandır sənə Allahın sənə verdiyi taleyi elə Allahın yaratdığı sənin kimi, amma sənin gələcəyini qurban verməyə heç amma heç dəyməyən bir varlığa qurban edib bütün sənə inananların, güvənənlərin, ümid bəsləyənlərin inamına, güvəninə, ümidinə göz yumub tüpürmək? Gözümə baxıb gözündən yaşları axıtma!! Mən sən deyiləm!!! Məni sənin göz yaşların acıdıb fikrimdən, düz yolumdan döndərə bilməz!!!Mən ağılın əlindən tutub səninlə danışıram!! Sən isə hisslərinin qucağına sığınıb məni dinləyirsən!! Və ən acınacaqlısı budur ki, özünü müdafiə etmək üçün hisslərinin sənin qulağına pıçıldadığı, sənin də mənə düdiyin o iki cümlə belə səni müdafiə edə bilmir!!! Görürsənmi, necə bədbəxt vəziyyətdəsən???!!!
Yetər artıq!!! Yetər!! Taleyinə sahib çıx!!Tüpür, səni göz yaşlarıyla gözəl gələcəyindən vaz keçməyə məcbur edən o gözlərə!!Tüpür, sənin sabahını sevgi adlı bu gün var olub, sabah yox olan o hisslərlə qaranlıq, naməlum gələcəyə aparan o ürəyin sahibinə!!Xətt çək hər şeyin üzərindən və bax..səni yuxarıdan ailən, 3 dostun, vicdanın və gözəl gələcəyin çağırır...

Bir də.... Birdə..cəhd elə...İnan ki, bu qaranlıq quyu sənə saxta sevgi göstərən ögey anadır..
Birdə.... Birdə.. Cəhd elə

ÇIX.......DIN....!!)


Geri dön

_RONALDO_

  • 15 may 2011 17:01
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
maraqli yazidi.tesekkur edirem

maraqli yazidi.tesekkur edirem

--------------------

gul_93

  • 7 mart 2011 17:00
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
maraqli idi tewekkurler

L_SimuS

  • 2 yanvar 2011 01:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hmmmmmmmm))

tewekkur eziyyete gore

Just For Legend

  • 31 dekabr 2010 23:02
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

Deniz_Gözlüm

  • 25 dekabr 2010 12:16
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
maraqıdı axırıncı sözlər lap xoşuma gəldi

Sergio Ramos

  • 25 dekabr 2010 02:09
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
şəkildəki gitaranı istəyirəm

--------------------

YazYamuru

  • 24 dekabr 2010 23:12
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
MƏNDƏ HƏRDƏN GÜZGÜYLƏ SÖHBƏTİM OLUR AMMA HƏYATIN ÇƏTİNLİYİ İLƏ HAQSIZLIĞI İLƏ BAĞLI EEEEEEEHHHHHH BİZİ YIXIB SÜRÜYƏN HƏYAT........ belay recourse

--------------------



CandyGirl

  • 24 dekabr 2010 23:02
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqlidi.......

--------------------

sevgim

  • 24 dekabr 2010 22:56
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
super.ela meslehetlerdi.her sey insanin oz elindedi.

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 24 dekabr 2010 22:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli yazidi.tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}