“Azərbaycan Hava Yolları” yeni təyyarələr alib

 
“Azərbaycan Hava Yolları” yeni təyyarələr alib


“Azərbaycan Hava Yolları” QSC (AZAL) 6 ədəd “Airbus” təyyarəsi alib
Bu barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, artıq bu gün 2 ədəd “Airbus-320” təyyarəsi AZAL-ın aviaparkına daxil olacaq: “Ümumiyyətlə biz 6 ədəd “Airbus” avialayneri alacağıq ki, bunlardan 4-ü 320, 2-si isə 319 tipli təyyarələr olacaq. Bu gün AZAL 2 ədəd “Airbus-320” avialaynerini qəbul edəcək, növbəti “Airbus-320” təyyarələri Azərbaycana gələn ilin yanvar ayında, 2 ədəd “Airbus-319” avialayneri isə 2011-ci ilin I rübü ərzində gətiriləcək”.

Məhərrəm Səfərli onu da bildirib ki, təyyarələrin AZAL-ın parkına əlavə olunması şirkətin yerinə yetirdiyi uçuşların coğrafiyasını genişləndirməsinə imkan verəcək. Belə ki, “Airbus” avialaynerləri alındıqdan sonra yeni istiqamətlər üzrə aviamarşrutların açılması istisna olunmur.

Qeyd edək ki, AZAL-ın aldığı 6 ədəd “Airbus” təyyərələri 2007-ci ilin istehsalıdır.

Xatırladaq ki, bundan başqa, AZAL-la ABŞ-ın “Boeing” şirkəti arasında müqavilə mövcuddur və müqaviləyə əsasən, AZAL aldığı iki ədəd “Boeing 737 Next-Generation” təyyarəsini bir ədəd “Boeing 767-300ER” və iki ədəd “Boeing-767” (yük təyyarəsi) avialaynerlərinə dəyişəcək. Ümumiyyətlə, AZAL «Boeing» şirkətindən 8 təyyarə alacaq (müqavilə əsasında dəyişdirilən təyyarələr də daxil olmaqla). Bunlardan ikisi “Boeing-767-300ER”, ikisi – “Boeing -767” yük təyyarəsi, ikisi – “Boeing-737” və ikisi “Boeing-787-8” avialaynerləridir.

Qeyd edək ki, bu gündən etibarən AZAL Rusiya istehsalı olan «Tu» təyyarələrinin öz marşrutlarında istifadəsini tamamilə dayandırıb.


Geri dön

Just For Legend

  • 31 dekabr 2010 22:58
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
Maraqli melumata gore cox sag ol

--------------------

YazYamuru

  • 25 dekabr 2010 01:03
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
AAAAAAA NE YAXŞI HƏR BİZİM TƏYYARƏYƏ MİNƏNDƏ İRGƏNİRDİM ZİBİLİ ÇIXMIŞDI ŞÜKÜR smile

--------------------



Azeri_Tukaw

  • 25 dekabr 2010 00:34
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
inwallah yanvarin 25i vetene gelende ele fikir vererem buna feel

--------------------
Жизнь-хороший учитель.Но она так дорого берет за ошибки.

Ulya

  • 25 dekabr 2010 00:00
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
lap yaxsi wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}