Bu güzgüyə bir vaxt qoşa baxarıq

 
Bu güzgüyə bir vaxt qoşa baxarıq

Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də
damla – damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
Ayaq açıb yeriyəcək bu güzgü.


Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.


Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub, udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə,
güzgüyə
Pay düşəcək ətəyinin ucundan.


Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
Bu güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -
dörd tərəfi göz yaşınla dolunca.
Bu güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.


Bu da belə bir nağıldı yalandan,
Sən ki yoxsan, getdiyin o gedəndi.
Bu güzgü də yerindədi, yerində,
Bu güzgü də yenə sağdı, bütövdü.

Sınan güzgü axı bir də canlanmaz, -
bəlkə tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi, bəlkə də,
damla-damla göz yaşınla bitişib.


Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağindan dodaqları rəng alər,
Kirpiyindən kirpik taxıb keçirlər.


Göz yaşınla dolur, dolur gözləri.
Baxır yerə, baxır göyə, ağlayır.
Bu nə dərddi – heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır…

Bu güzgüyə bir vaxt qoşa baxarıq


Geri dön

Gül Əliyeva

  • 4 aprel 2013 17:20
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 24 mart 2013 09:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Qəşəng şeirdi təşəkkürlər

shop_050

  • 14 mart 2013 13:42
  • Məqalə: 0
  • Şərh: 2694
  • Bal:
{awards}
maraqli weirdi tewekkurler...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

Ặgrễssīv Kặ

  • 12 mart 2013 22:46
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
qeweh weirdi ^_^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 12 mart 2013 21:54
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.

--------------------

Arzu_zadeh

  • 12 mart 2013 17:49
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
Göz yaşların canındadı, bəlkə də
damla – damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
Ayaq açıb yeriyəcək bu güzgü.

--------------------

ღLovelyღ

  • 12 mart 2013 17:27
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

barsa yek

  • 12 mart 2013 16:55
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Twkler qeweng weirdi............

--------------------

so_sad

  • 12 mart 2013 16:35
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Sevgisiz sevgim

  • 12 mart 2013 16:33
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
ne gozel serdiiiii twkk

seva20

  • 12 mart 2013 16:30
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
cox sagolun gozel şeirdi tesekkur edirem

☮★Azerbaijan Boy★☮

  • 12 mart 2013 15:59
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində.

--------------------

fatime gul

  • 12 mart 2013 14:52
  • Məqalə: 0
  • Şərh: 1073
  • Bal:
{awards}
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.

Diana16

  • 12 mart 2013 14:42
  • Məqalə: 11
  • Şərh: 18
  • Bal:
{awards}
Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb? maragliydi

:: Pure Love ::

  • 12 mart 2013 14:36
  • Məqalə: 11
  • Şərh: 2093
  • Bal:
{awards}
Göz yaşınla dolur, dolur gözləri.
Baxır yerə, baxır göyə, ağlayır.
Bu nə dərddi – heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır…

S.N

  • 12 mart 2013 14:23
  • Məqalə: 15
  • Şərh: 1657
  • Bal:
{awards}
gozel weirdi...twkler

мυsLiмαηκα

  • 12 mart 2013 14:12
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}

Roya_____

  • 12 mart 2013 14:06
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
cox gozel beyendım(

Banned456

  • 12 mart 2013 14:03
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə,
güzgüyə
Pay düşəcək ətəyinin ucundan.
Maraqli idi tesekkurler ELLERINIZE sagliq )))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 37
Cəmi: 62

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 308
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}