Bir eşqim var, bir ürəyim, bir canım,
Gözlərimi kipriyimdən almısan.
Od tutubdu yanır bütün hər yanım,
Bu atəşi canıma sən salmısan.
Uzaqdasan, yaxın qalma tüstümə,
Nöyüt tökmə həsrətinlə üstümə.
Yeri, göyü yandırarsan istimə,
Kül olarsan, aramızda qalmısan.
Davudhanam, bax, deyirəm biləsən,
İstəmirəm acıyasan, güləsən.
İstəyirəm həsrətimə öləsən
Sən ki mənim ürəyimi almısan.
