Həyat

 
Həyat


Qız: Salam canım, mən gəldim.
Oğlan: Niyə icazə almadan gəldin?
Qız: Əgər icazə alsaydım, sən düşünərdin və məni rədd edərdin. Sən məndən qorxardın axı mən özümlə çətinlik gətirirəm. Sən mənlə görüşdən qaçardın, amma mən səni çox görmək istəyirəm. Sən yanlız mənimlə həqiqi xoşbəxtliyə nail ola bilərsən.
Oğlan: Mən səni istəmirəm. Çıx get. Rədd ol.
Qız: Mən səni sevirəm! Lakin istəyirsənsə, məni qovursansa gedərəm. Lakin geri dönsəm daha indiki kimi olmayacam. Həqiqətən getməyimi istəyirsən?
Oğlan: Sən həyatımda ən dəyərli varlıqsan. Amma bu çoxdur mənim üçün. Bax bir ətrafıma, axı mənim hər şeyim var. Sən lazım deyilsən, get!
Qız: Yaxşı gedərəm. Lakin bir daha gəlməyəcəm bunu unutma.
Oğlan: Yox, gəl amma indi yox indi istəmirəm. İndi çıx get.
Qız: İstəyirsən, gedim və yenidən bir mələk kimi gəlim? Daima yanında olum, səni qoruyum?
Oğlan: Yox, mələk mənim anamdır. O daima mənim yanımda olub və olacaqda.
Qız: Yaxşı onda mən bəxtin olaraq gələrəm. Sənin qarşında olan bütün əngəlləri aradan qaldıraram, pisliklərdən qoruyaram, səni xoşbəxt edərəm.
Oğlan: Yox, mənim bəxtim arvadımdır, daima məni qoruyur, çətinlikləri dəf edir və məni heç vaxt tərk etməyəcək.
Qız: Olsun, onda gedim və ay kimi gəlim. Heçnə etməyəcəm, gecələr səssizcə yatmağını seyr edəcək. Sənin yuxunu qoruyacam. Rahat yatasan.
Oğlan: Yox, mənim ayım qızımdır, onun necə böyüdüyü görəndə, onun gülər üzünü görəndə mən rahat yata bilirəm.
Qız: Onda gedim və yağış olaraq gəlim. Başının üstündə qara bulud alanda səni qucaqlayım, səni qoruyum.
Oğlan: Yox mənim yağışım ən yaxın dostumdur. O daima pis günümdə yaxşı günümdə yanımda olub.
Qız: Bəs sən axı nə istəyirsən?
Oğlan: İndi kimsənsə, onda da elə gəl.
Qız: Bağışla amma indiki kimi bir daha ola bilmərəm. Sən istəyirsən və mən gedirəm. Bağışla.

Və o geri baxmadan çıxıb gedir. Bir daha geri qayıtmamaq şərti ilə gedir. Lakin oğlan üçün artıq hər şey mənasını itirmişdi, nə anası, nə həyat yoldaşı, nə uşaqları, nə dostu. Daha heç birinin anlamı yoxdu. O insana yanlız bir dəfə qonaq gələni qovmuşdu. O əsl sevilməli və dəyər verilməli varlığı qovmuşdu.

O Həyatı qovmuşdu.

PS: İnsan bu həyata bir dəfə gəlir, Allahın sizə verdiyi bu həyatı yaxşı dəyərləndirin, hər bir problemdə həyatdan küsməyin, çünki həyat sizi tərk etsə bir daha gəlməyəcək.


Geri dön

_RONALDO_

  • 12 may 2011 17:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
COX GOZEL COX MENALIDI TWK

--------------------

nilayka

  • 18 fevral 2011 22:34
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
oxumaga deyer,twk

--------------------

only-girl

  • 3 yanvar 2011 19:24
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

Sergio Ramos

  • 26 dekabr 2010 23:35
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu mövzu ilə baölı çox şey yazardım amma qoy məndə qalsın sağol xəbər üçün

--------------------

sevgim

  • 26 dekabr 2010 23:21
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
heyatdi insani her vaxt guldurem
heyatdir insani her vaxt qemleden
heyatdir insana her sey bexs eden
heyatdir insandan uzun donderen

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Asiyan

  • 26 dekabr 2010 22:26
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
çox sağ ol..YazYamuru dedide daa recourse

Ulya

  • 26 dekabr 2010 19:23
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol dosi.gozel xeber idi

YazYamuru

  • 26 dekabr 2010 18:51
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}

PS: İnsan bu həyata bir dəfə gəlir, Allahın sizə verdiyi bu həyatı yaxşı dəyərləndirin, hər bir problemdə həyatdan küsməyin, çünki həyat sizi tərk etsə bir daha gəlməyəcək.
EEEEEHHHHH DEMƏDƏ DAAAAAA BUNU BİLƏ BİLƏ YENƏDƏ ALINMIR BU SÖZÜ HƏR GÜN ÖZÜMÜZƏ TƏKRARLASAQDA HƏYAT BİZİ ÇOOOOOOX İNCİDİR belay wassat

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}