Görüş (III hissə)

 
Görüş (III hissə)

Görüş

İcazəsiz kopya etmək qadağandır!!!
Nahid əlində məktəb çantası, evlərinin qarşısında dayandı,qapını aralayıb içəri boylandı.Təranə qarşısına iri bir tiyan qoyub paltar yuyurdu.Arxası qapıya tərəf olduğundan Nahidi görmədi.Nahid qapını sakitcə açıb, asta addımlarla evə daxil oldu.Futbol oynamağa başı qarışdığından evə gec gəlmişdi.Əynindəki məktəb paltarları da həmişəki kimi tozun-torpağın içində.Təranə onu belə görsə yenə danlayacaqdı.Mətbəxdə yemək bişirən nənəsinin yanından sivişib otağına qalxmaq istədikdə,nənəsinin səsini eşidib dayandı:
-Nahid, ay bala, hardasan indiyə kimi?Əvvəl adam dərsdən çıxıb evə gələr,əynini dəyişər, sonra oynayar də.Vay-vay... Üst- başın nə gündədi?!
Mətbəxin qapısından ona baxan,Münəvvər nənə başını buladı.
Nahid özünü doğrultmaq üçün dil-boğaza qoymadı :
-Salam nənə.Rəsul mənə dedi ki,sən futbol oynaya bilmədiyim üçün qorxudan qaçırsan,mən də məcbur oldum dəə neyniyim?Nənə,Rəsul həmişə məni cırnadıree...Hələ məndən də 3 yaş böyükdü,amma ağlı yoxdu. Bizim komanda futbolda onları udur deyə paxıllığından bilmir nə etsin.
-Yaxşı ağrın ürəyimə.Sən ona fikir vermə.Artıq 10 yaşın var.Böyük oğlansan.Ağıllı ol.Əynini dəyiş gəl, yemək ye.
Nahid mətbəxdə iştahla nahar edirdi.Başı oyuna qarışdığından,ac olduğunu indi hiss etmişdi.Bu zaman qardaşı Farizin ağlamaq səsi eşidildi.Pəncərədən bayıra boylandıqda qardaşının ağlaya-ağlaya anasına nə isə danışdığını gördü. Danışıqları aydın eşıidilməsə də 5 yaşlı Farizin yıxılıb özünü əzməsini hiss etdi.Təranə əlinin işini yarımçıq qoyub ,onu qucağına alıb ovudur, ağrıyan ayağını ovxalayırdı.Anasının qucağında ovunan uşaq səsini kəsdi.Onunla üzbəüz oturub bunu seyr edən Münəvvər nənə Nahidə baxdı.Uşağın üzündə elə kədərli ifadadə vardı ki,sanki dünyanın dərdi balaca çiyinlərinə çökmüşdü.Nahid böyüdükcə atasına çox oxşayırdı.Lakin gözləri Hicranınki idi.Ən çox da kədərlənəndə adama elə baxırdı ki...O, belə baxanda arvadın yadına Hicranın getməmişdən qabaqkı kədərli gözləri düşürdü:
-Nənən gözlərinin qadasını alsın ay Nahid.Nə oldu sənə, nənən boyuna qurban.
-Nənə, anam məni Farizdən az istəyir?
Münəvvər nənənin bədəni üşəndi:
-Yox gözümün işığı.Niyə soruşdun?
Nahid ah çəkdi:
-Məni çox danlayır ona görə dedim.
-Sən nadinclik edirsən də Nahid.Amma anan ikinizi də eyni sevir.
Nahid onun bu sözünün qarşısında heç nə deməyib ayağa durdu:
-Sağ ol nənəcan, acından ölürdüm.Mən getdim oynamağa.
-Nənən qurban,evə gec gəlmə.Yoxsa atan hirslənər.Dərslərini də hazırlamamısan.
Artıq qapıdan çıxan Nahidin dalınca qışqırdı:
-Rəsulnan da dava etmə,uzaq ol ondan.Şər Mənzərin nəvəsidi, xatasını bizdən uzaq eləsin.

*****

Nahidin bayaq dediyi sözlər canına üşütmə saldı.Bu uşaq niyə belə sual verdi?
Gəlini Təranədən razı idi, indiyə kimi də Nahidi şübhələndirəcək bir hərəkət edən olmamışdı.Təranə bu evə gəlin gələndən, hər işdə qaynanasına kömək olsa da Nahidə Münəvvər ana özü baxmış, bir an belə özündən ayrı saxlamamışdı.Ona görə də bütün dünya nənə üçün bir yana idi,Nahid bir yana.Heç vaxt gəlininin onun yanında Nahidin üstünə qışqırdığını və yaxud vurduğunu görməmişdi.Amma Nahid artıq böyüyür və körpəlikdəki kimi onu hər şeydən qorumağa nənənin gücü çatmırdı. Təranə üzdə uşaqlar arasında ayrı-seçkilik salmasa da, Nahid deməli nə isə hiss etmişdi.Bəs bu "Nə isə" nə idi? Münəvvər ana gəlininə hər cür irad tuta bilərdi.Amma ona" Nahidi qəlbində də öz balan kimi qəbul et!" deyə bilməzdi.Bu mümkünsüz idi.Yoldaşı dünyasını dəyişəndən sonra Münəvvər ana da nə vaxtsa köçünü sürəcəyini bilirdi.Nigarançılığı bircə Nahiddən idi.Onun balaca qəlbi hələ bu zərbələrə hazır deyildi.

Nahidin belə düşünməyi səbəbsiz deyildi.Evdə nənəsi yemək çəkəndə" birinci böyüyə"- deyib yeməyi Nahidin qarşısına qoyurdu.Təranə yemək çəkəndə isə birinci Farizə çəkirdi.Həmişə elə şərait yaradırdı ki, Nahidə elə gəlirdi evdə böyük uşaq Farizdi.Bir dəfə Farizlə top üstündə dava etmişdi.Nənəsi evdə yox idi.Topu ona vermədiyi üçün Fariz bərkdən ağlamağa başlamış,onun səsinə gələn anası Nahidin onu vurduğunu zənn edərək, ona bir şıllə vurmuşdu.Nahidə bir anlığa elə gəldi ki,bu şillə üzünə deyil, ürəyinə dəydi.Əlini ürəyinin üstünə qoyanda Təranə təccüblə ona baxmışdı.Onu arxadan çağırmasına baxmayıb birnəfəsə qonşu kənddə yaşayan bibisigilə qaçmış və sonra Təranədən heç kimə şikayət etməmişdi.Lakin bu onun balaca qəbinə dərd oldu.Ağlayanda ,inciyəndə ovunmaq üçün qardaşı kimi Təranənin deyil, nənəsinin qucağına qaçırdı.Təranədən çəkinirdi sanki.Nənəsinə daha çox bağlı idi.Bilmirdi niyə?

Fərhadla ailə qurmaq üçün Təranə tərəddüd etmədən razılıq vermişdi.Çünki kəndin bir çox qızları kimi, o da qəlbində bu yaraşıqlı gəncə vurulmuşdu.Məhəbbətin gözü kor olar deyiblər.Əvvələr ümidini üzməsə də,illər keçəndən sonra anladı ki, onun sevgisi qarşılıqsız olacaq.Bunu illərlə bir yerdə yaşadıqdan sonra anladı.Toy gecəsində onu yalnız qoymağını da Hicranla əlaqələndirirdi.Düzdür, kənardan baxanda ideal bir ailələri var.Heç vaxt dava-dalaş etmirlər,Fərhad da onunla çox yaxşı rəftar edib, hörmətini saxlayır.Evdə heç vaxt Hicran haqqında danışılmır.Bütün bunlara baxmayaraq bir qadın fəhmi ilə Hicranın varlığını həmişə öz aralarında hiss edirdi.Bir dəfə Fərhadın iş stolunu səliqəyə salarkən siyirtmədən Hicranla birgə çəkdirdiyi şəkil tapmışdı.Fərhadın elə xoşbəxt gözləri vardı ki.Hansı ki,Təranə özü bu ifadəni Fərhadın gözlərində heç vaxt görməyib.Hələ yanındakı Hicran... Necə də gözəldi.Hirsindən şəkli cırıq-cırıq etdi.İmkanı olsaydı Fərhadın beynində,ürəyində Hicranla bağlı nə vardısa onları da məhv edərdi. Çünki çəkdiyi acıların səbəbkarı o idi.O olmasaydı Fərhad onu sevərdi-Təranəni.Bir də onu unutmağa qoymayan Nahid var,anasına oxşayan gözləri ilə həmişə atasına baxan Nahid.Fərhada ərə gələndə Nahidin varlığını qəbul etsə də,bilsə də bu işdə uşağın heç bir günahı yoxdu,onu ögey ana kimi incitməsə də ürəyi qəbul etmirdi Nahidi.Onun günahı isə Hicranın oğlu olmasında idi.Təranənin yeganə istəyi,arzusu Hicranın varlığını Fərhada unutdurmaq idi.Nahid isə onsuz da onun varlığından xəbər tutmayacaqdı.Buna Təranə heç vaxt imkan verməyəcəkdi. Hicran isə unudulmağa məhkumdu-unudulmalıdı.
Yaşıl düzənlikdə futbol oynayan uşaqların səsi ətrafı götürmüşdü.Nahid növbəti qolu qarşı qapıya vurub "Qool!" deyə, qışqıraraq qaçmaq istəyərkən,kimsə onu möhkəm itələdi.Özünü yıxılmaqdan güclə saxlayan Nahid, onu itələyən Rəsulun üstünə cumdu.Uşaqlar araya girib ayırsalar da Rəsul Nahiddən yağlı bir yumruq yedi.Rəsuldan yaşca balaca olsa da, boyu onunla tən idi.Rəsul ağzının qanını qoluna silib, artıq getməyə hazırlaşan Nahidə:
-Yetim-yesirin əlində qalmışıq dəə.Yazığım gəliree sənə, yoxsa yaxşı payını verərəm-dedi.Nahid yenidən onun üstünə cumub yaxasından yapışdı:
-Nə dedin?Ay axmaq, yetim niyə oluram? Atam da var, anam da.Ağlın çaşıb nədi?
-Təranə sənin anan hardan oldu?Anan səni körpə vaxtı atıb gedib.Guya bilmirdin?
Nahid duruxdu, qolları boşalıb yanına düşdü.Rəsulun sözləri əks-səda verdi qulaqlarında.Onu tanıyan uşaqlar təəccüblə baxışdılar.Bu sakit dayanmaq ona xas deyildi axı.Nahid bir müddət hərəkətsiz qaldı və qəfildən onlardan ayrılıb evlərinə sarı qaçdı.
Artıq atası işdən gəlmişdi.Öz otağında yazı yazırdı.Yox..Hələ atasının gözünə görünmək istəmirdi.Mətbəxə keçib sakitcə oturdu.Nənəsi eynəyini gözünə taxıb ,məcməyidə düyü təmizləyirdi.Eynəyin üstündən Nahidi süzdü:
-Yenə nə olub ay bala?Dava etmisən?Niyə dillənmirsən?
-Nənə mənim anam kimdi?Rəsul dedi ki,mənim doğma anam atıb gedib məni,Təranə mənim doğma anam deyil.
-Nəəə?
Qəfildən peyda olan Təranənin səsinə ikisi də diksindi.
-Qələt edib belə söz danışır şər Mənzərin nəvəsi.Mən sabah gedərəm onun anasının yanına.Görüm niyə oğluna tərbiyə vermir ki, o da ağzına gələni danışır.Sən də hər deyilənə inanma,bu söhbətə də bir də qayıtma!Sənin anan mənəm,mənəm,mənəm!Vəssalam!
Hirslə qapını çırpıb mətbəxdən çıxdı.Nahid nənəsinə baxdı, nənəsi başını aşağı salıb dinməzcə dayanmışdı.Nahid:
-Mən bibimgilə gedirəm -deyib sürətlə mətbəxdən çıxdı.Münəvvər ana əlindəki məcməyini qoyub onun dalınca getdi:
-Nahid, ay bala, bayır axşam olur, nənən qurban.Gəl evə,sabah gedərsən .Nahid! Nahid!-deyə arxasınca səslənsə da,Nahid artıq qaça-qaça gözdən itmişdi.Münəvvər nənə əlini dizlərinə çırpdı:
-Qorxduğum başıma gəldi.İndi mən qaragün, başıma haranın daşını töküm?!
Ardı var...


Geri dön

sebnem98

  • 14 aprel 2013 13:38
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
tesekkurler

--------------------

Banned1

  • 4 aprel 2013 16:00
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Hekayəyə görə təşəkkürlər

Banned549678

  • 26 mart 2013 09:59
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
COX SAQ OLUN ...

kiskanc

  • 24 mart 2013 12:09
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkkurler cox sag olun!

ZuZuM__

  • 23 mart 2013 10:35
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
-Qorxduğum başıma gəldi.İndi mən qaragün, başıma haranın daşını töküm?!
Ardı var...

--------------------

solnuska

  • 20 mart 2013 22:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN ...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nara Neznakomka

  • 20 mart 2013 19:54
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Görüş

İcazəsiz kopya etmək qadağandır!!!
Nahid əlində məktəb çantası, evlərinin qarşısında dayandı,qapını aralayıb içəri boylandı.Təranə qarşısına iri bir tiyan qoyub paltar yuyurdu.Arxası qapıya tərəf olduğundan Nahidi görmədi.Nahid qapını sakitcə açıb, asta addımlarla evə daxil oldu.Futbol oynamağa başı qarışdığından evə gec gəlmişdi.Əynindəki məktəb paltarları da həmişəki kimi tozun-torpağın içində.Təranə onu belə görsə yenə danlayacaqdı.Mətbəxdə yemək bişirən nənəsinin yanından sivişib otağına qalxmaq istədikdə,nənəsinin səsini eşidib dayandı:
-Nahid, ay bala, hardasan indiyə kimi?Əvvəl adam dərsdən çıxıb evə gələr,əynini dəyişər, sonra oynayar də.Vay-vay... Üst- başın nə gündədi?!
Mətbəxin qapısından ona baxan,Münəvvər nənə başını buladı.
Nahid özünü doğrultmaq üçün dil-boğaza qoymadı :

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ShoKKi_MoKKi

  • 20 mart 2013 17:27
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli idi...tesekkurler..

--------------------

ZuZuM__

  • 20 mart 2013 13:28
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Nahid özünü doğrultmaq üçün dil-boğaza qoymadı :

--------------------

ღ★Yağmur★ღ

  • 20 mart 2013 12:11
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər müəllifə

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

★Украду Девушку★

  • 20 mart 2013 10:44
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Beyendim twkr...)

--------------------

Senseless life

  • 20 mart 2013 10:24
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------
ღ „ø¤ºº¤ø„ Kaş həyatımız da oyunlar kimi olardı. Hər “Game over” olanda “New game” ilə hər şeyə yenidən başlaya bilərdikღ „ø¤ºº¤ø„

Banned549678

  • 20 mart 2013 10:15
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TeSheKkuRLeR

(sweet girl)

  • 20 mart 2013 04:17
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
twkler..meqaleye gore..

FERIHA_95

  • 19 mart 2013 23:48
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
tewekkurler

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 mart 2013 23:30
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
TeSheKkuRLeR

--------------------

gunesimm

  • 19 mart 2013 23:20
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
maraqliydi tesekkurler

WonderAlice

  • 19 mart 2013 22:17
  • Məqalə: 0
  • Şərh: 445
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu

Əkbər007

  • 19 mart 2013 21:57
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
tewekurler

--------------------

☮★Azerbaijan Boy★☮

  • 19 mart 2013 21:26
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Nahid əlində məktəb çantası, evlərinin qarşısında dayandı,qapını aralayıb içəri boylandı.Təranə qarşısına iri bir tiyan qoyub paltar yuyurdu.Arxası qapıya tərəf olduğundan Nahidi görmədi.Nahid qapını sakitcə açıb, asta addımlarla evə daxil oldu.Futbol oynamağa başı qarışdığından evə gec gəlmişdi.Əynindəki məktəb paltarları da həmişəki kimi tozun-torpağın içində.Təranə onu belə görsə yenə danlayacaqdı.Mətbəxdə yemək bişirən nənəsinin yanından sivişib otağına qalxmaq istədikdə,nənəsinin səsini eşidib dayandı:

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 mart 2013 21:05
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}