Uşaqlarınızla aranızda sərhəd saxlayın

 
Uşaqlarınızla aranızda sərhəd saxlayın

Psixoloqlar tərəfindən bu günə kimi valideynlərə ən dəyərli bir məsləhət olub; "uşaqlarınızla dost olun".
Artıq uzun illərdir valideynlər də uşaqların iç dünyasına enmək, onların nə düşündüyünü bilmək üçün övladlarıyla dost olmaq üsulundan istifadə edirlər. Çox vaxt yararlı olan bu üsul uşaqların valideynləri ilə olan məsafələrinin daha da yaxınlaşmasına və özlərini daha təhlükəsiz hiss etməsinə səbəb olurdu.

Maraqlı haldır ki, indi bu məsləhət Türkiyə psixoloqları tərəfindən qəbul olunmur. Onlar belə hesab edir ki, ata və ana uşaq üçün valideyn kimi qalmalıdır və valideynlər uşaqları ilə dost olmamalıdır. Çünki uşaqlar özlərinə istədiyi qədər dost tapa bilər, amma ata və ana tapa bilməzlər.

Psixoloqlar belə qənaətdədirlər ki, valideynlər uşaqlarına dost kimi davrandıqda övladları özlərini qorunmasız hiss edirlər. Belə ki, "atam-anam mənim hər istədiyimi edir, onlarla hər mövzuda söhbət edə bilirəm, onlar məndən güclü deyilsə, onda məni kim qoruyacaq?" fikri beyində formalaşmağa başlayır. Bu isə çox ciddi bir problemdir. Uşaqlar dosta ehtiyac duyurlarsa, məktəbdə, bağçada, yaşadığı mühitdə kifayət qədər dost tapa bilərlər, amma valideyn tapmaq mümkün deyil.

Valideynini dost kimi görən uşaq istəklərinin onlar tərəfindən etirazsız qarşılandığının şahidi olur. Böyüdükdə isə həqiqi dostlar tərəfindən etirazla qarşılanmaq onlara xoş təsir etmir və əksər hallarda dostluq münasibətləri bitir.

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, valideynlər övladları ilə münasibətlərində nə qədər yaxın olsalar, bir o qədər yaxşıdır. Bu münasibətlər isə həddindən artıq mehriban olmamalıdır. Aradakı pərdə götürülməməlidir: "Psixoloqların "uşaqlarla dost olmayın" fikri "uşaqlarla ünsiyyəti kəsin" mənasına gəlmir. Onlara həddindən artıq sərbəstlik verməyin, qarşısındakının valideyni olduğunu unutmasına imkan verməyin mənasına gəlir.

Çox ailələr var ki, onlar "uşaqlarınızla dost olun" fikrinə əsaslanıb uşağa o qədər sərbəstlik verirlər ki, uşaq artıq valideynlərini söyməyə başlayır, sözünə qulaq asmır və uşağın "ipini yığmaq" olmur. Uşaqların həddindən artıq sərbəst və rahat olması günümüzün ən aktual problemlərindən biridir".

Ailələr sərbəst və demokratik olmaq fikri ilə özünə və ətrafındakılara qarşı sərhəd tanımayan uşaqlar böyüdürlər. Bu isə çox ciddi problemdir. Bütün uşaqların müdafiə olunmağa, qorunmağa ehtiyacı var. Yeniyetmələri qorumaq onlara qadağalar qoymaq, olar-olmazları izah etməklə başlayır.

Əgər bu gün uşağa heç bir qadağa qoyulmazsa və uşaq özünü valideynləri ilə eyni sərbəstlikdə hiss edərsə, onda uşağın qorunma ehtiyacı ödənməmiş olur. Ana və atası ilə sərhədləri qorumayan uşaq böyüdükcə özündən böyük olan insanlar, yaxud dostları ilə də sərhədləri qorumur. Bu isə onun sosial həyatında problemlər yaradır.

Psixoloq bildirir ki, valideynlər uşaqlarla dost olursa, aralarındakı münasibəti diqqətlə nəzərdən keçirməlidirlər. "Biz dostuq" cümləsi işləndikdə aradakı valideyn-övlad pərdəsi itmiş olur. Bu, uşağın sonrakı həyatı üçün ciddi riskdir. Valideynlərin sərhəd saxlaması uşaqları ilə münasibətləri soyutmaq, onlarla danışmamaq, yaxud daima onu "uşaqsan" deyib ayırmaq dərəcəsində olmamalıdır.

Təəssüf ki, bu gün valideynlərdə orta dərəcə yoxdur. Ya uşağı çox sıxma- boğma ilə böyüdürlər, ya da həddindən artıq sərbəstlik verirlər: "Türkiyə, yaxud başqa ölkə psixoloqlarının irəli sürdüyü fikirləri uşaqlar üstündə sınamazdan əvvəl valideynlər o fikirlərin nə qədər effektli olub-olmayacağını nəzərdən keçirsinlər. Hər ölkənin uşaq və gənc təbəqəsi ayrıdır, fikir baxımından bir-birindən fərqlidir. Bu gün xarici ölkələrdə qızların siqaret çəkməsi, oğlanların 18 yaşdan sonra ayrı evdə yaşamaq istəyi varsa, Azərbaycanda bu hal fərqlidir. Ona görə, bəzən psixoloqların fikirləri üst- üstə düşməyə bilər".

İngiltərədəki "The Times" qəzetində dərc olunan məqalədə də uşaqlarla valideynlərin dost olmaması və aradakı valideyn övlad məsafəsinin vacibiyindən danışılır. İngilis psixoloqlarının fikrincə, valideyn övlad üçün oyun yoldaşı, qoruyucusu, dəstəkçisi ola bilər, amma dostu əsla ola bilməz. Uşaqları ilə dost olan valideynlər bir müddət sonra valideyn statusunu endirir və uşaq artıq ata-anasından qorxmamağa, bəzən onun sözünə qulaq asmamağa başlayır.

Bu vaxt valideyn narazılığı ilə qarşılaşanda isə küsmə, incimə, cavab qaytarma halları baş qaldırır. Çünki uşaq özü ilə bərabər hüquqlara malik olduğunu zənn etdiyi valideynlərinin sözünü dinləmək istəmir. Uşaq yaşlarında valideynlik edib, uşaq yaşa dolduqdan sonra dostlaşmağı məsləhət görən ingilis psixoloqları bu üsulla uşaqların daha sakit və sözəbaxan böyüyəcəyi qənaətindədirlər.

F.Zeynalova dostluğun fərqli formada qavranılmasına diqqət çəkir və bildirir ki, dost olmaq uşaq üçün onun hər istədiyini etmək deyil, əksinə onun üçün hər istədiyini edə biləcək bir dayağı olmasını hiss etdirməkdir: "Uşağınızla dost olmayın məsləhəti o ölkələrdə verilir ki, onların uşağa verdiyi azadlığının sonu ya narkomaniya, ya siqaret, ya da quldurluqla bitir. Bu cür halların qarşısını almaq üçün uşaq valideyndən mütləq qorxmalıdır. Azərbaycana nəzər salaq.

Bu gün uşağı ilə dost olan valideyn onun çətinliklərini öyrənəcək. Bəlkə ona kömək edib çətinlikdən çıxaracaq. Valideyni ilə dərdini bölən uşaq başqalarına əl açmayacaq, pis insanlardan uzaq duracaq. Ona görə, fərqli ölkələrin psixoloqlarını dinləyib onları uşaqların üstündə sınaqdan keçirmək yaxşı nəticə verməyə bilər. Övladlarınızla dost olun ki, onun yaxşı və pis əməllərini başqalarından eşitməyəsiniz
".


Geri dön

sebnem98

  • 14 aprel 2013 13:36
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
Övladlarınızla dost olun ki, onun yaxşı və pis əməllərini başqalarından eşitməyəsiniz".

--------------------

R.M_FaNaTka

  • 2 aprel 2013 23:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Xmmm...........Maraqli Xeber idi ^^..TesEkKUrLer.^ =)

--------------------

Banned549678

  • 26 mart 2013 09:57
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
can bacim senin meqalenidi elelrine sagliqqqqqqq twkkkkkkkkkkkkkkkkkkkkk
·○●⊙THaNKs FoR MaRaQLı XəBəR⊙●○·

kiskanc

  • 23 mart 2013 23:29
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkkkurler

ZuZuM__

  • 23 mart 2013 10:34
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Psixoloqlar tərəfindən bu günə kimi valideynlərə ən dəyərli bir məsləhət olub; "uşaqlarınızla dost olun".

--------------------

solnuska

  • 20 mart 2013 22:09
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN MELUMATA GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

мυsLiмαηκα

  • 20 mart 2013 18:04
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
meslehetlere gore twkler

ShoKKi_MoKKi

  • 20 mart 2013 17:18
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Psixoloqlar tərəfindən bu günə kimi valideynlərə ən dəyərli bir məsləhət olub; "uşaqlarınızla dost olun".
Artıq uzun illərdir valideynlər də uşaqların iç dünyasına enmək, onların nə düşündüyünü bilmək üçün övladlarıyla dost olmaq üsulundan istifadə edirlər. Çox vaxt yararlı olan bu üsul uşaqların valideynləri ilə olan məsafələrinin daha da yaxınlaşmasına və özlərini daha təhlükəsiz hiss etməsinə səbəb olurdu.

--------------------

ZuZuM__

  • 20 mart 2013 10:45
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Əgər bu həyatda mütləq birini dəyərləndirmək lazımdısa, sadəcə özünün dəyərini bil.

--------------------

Senseless life

  • 20 mart 2013 10:22
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
Bu gün uşağı ilə dost olan valideyn onun çətinliklərini öyrənəcək. Bəlkə ona kömək edib çətinlikdən çıxaracaq. Valideyni ilə dərdini bölən uşaq başqalarına əl açmayacaq, pis insanlardan uzaq duracaq. Ona görə, fərqli ölkələrin psixoloqlarını dinləyib onları uşaqların üstündə sınaqdan keçirmək yaxşı nəticə verməyə bilər. Övladlarınızla dost olun ki, onun yaxşı və pis əməllərini başqalarından eşitməyəsiniz".

--------------------
ღ „ø¤ºº¤ø„ Kaş həyatımız da oyunlar kimi olardı. Hər “Game over” olanda “New game” ilə hər şeyə yenidən başlaya bilərdikღ „ø¤ºº¤ø„

Banned549678

  • 20 mart 2013 10:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, valideynlər övladları ilə münasibətlərində nə qədər yaxın olsalar, bir o qədər yaxşıdır. Bu münasibətlər isə həddindən artıq mehriban olmamalıdır. Aradakı pərdə götürülməməlidir: "Psixoloqların "uşaqlarla dost olmayın" fikri "uşaqlarla ünsiyyəti kəsin" mənasına gəlmir. Onlara həddindən artıq sərbəstlik verməyin, qarşısındakının valideyni olduğunu unutmasına imkan verməyin mənasına gəlir.

(sweet girl)

  • 20 mart 2013 04:15
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
meluamata gore twkler

FERIHA_95

  • 19 mart 2013 23:35
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
tewekkur>>>>>>>>.=)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 mart 2013 23:29
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
TeSheKkuRLeR

--------------------

gunesimm

  • 19 mart 2013 23:17
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
tewekkurler

WonderAlice

  • 19 mart 2013 22:14
  • Məqalə: 0
  • Şərh: 445
  • Bal:
{awards}
tewekkurlerrrrrrr

--------------------
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu

Əkbər007

  • 19 mart 2013 21:55
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
tewekkurler

--------------------

★Украду Девушку★

  • 19 mart 2013 21:46
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
TeWekkur..)

--------------------

☮★Azerbaijan Boy★☮

  • 19 mart 2013 21:14
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Psixoloqlar tərəfindən bu günə kimi valideynlərə ən dəyərli bir məsləhət olub; "uşaqlarınızla dost olun".
Artıq uzun illərdir valideynlər də uşaqların iç dünyasına enmək, onların nə düşündüyünü bilmək üçün övladlarıyla dost olmaq üsulundan istifadə edirlər. Çox vaxt yararlı olan bu üsul uşaqların valideynləri ilə olan məsafələrinin daha da yaxınlaşmasına və özlərini daha təhlükəsiz hiss etməsinə səbəb olurdu.

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 mart 2013 21:04
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}