Bu gün “Torpaq çərşənbəsi“dir

 
Bu gün “Torpaq çərşənbəsi“dir

Ölkəmizdə baharın nəfəsi gec də olsa asta-asta duyulmağa başlayıb. Yazın gəlişinə işarə edən Novruz çərşənbələrinin üçünü - Su, Od, və Yeli artıq ötən həftələrdə geridə qoymuşuq. Bu gün isə çərşənbələrin sonuncusu İlaxır çərşənbədir. Axır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır.

Bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Bundan başqa, torpağa canlanma da ilaxır çərşənbədə gəlir və o öz qarını-buzunu əridib toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.
İnanca görə, doğru çərşənbələrdə yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hopub onları oyadır. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğuyla toxumu cücərdir, əkini dikəldir. Doğru çərşənbənin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir - heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür. Bəs İlaxır çərşənbənin daha hansı xüsusiyyətləri var?

4 çərşənbənin ən gözəli -İlaxır çərşənbə

Hər çərşənbəndə olduğu kimi, İlaxır çərşənbənin də özünəməxsus qaydaları var. İlaxır çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər.

Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərdilir. İlaxır çərşənbədə süfrəyə 7 növ şirniyyat düzülür. Ailə üzvlərinin sayına görə süfrədə şam yandırılır. Həmçinin, süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz.

Papaqatdı, qapıpusdu,qulaq falı...

Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif falların icra edilməsidir. Bu fallara adətən gənc qızlar baxırlar. Belə ki, subay qızlar bir yerə yığışıb qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salaraq niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, saymalısınız. Saydığınız yaş sizin gəlin gedəcəyiniz Demək, o yaşda da gəlin gedəcəksən. Subaylar Axır çərşənbə axşamı duzlu kökə yeyib yatırlar, su içmirlər. Yuxuda kimsə içməyə su verir. İnanca görə, həmin su verən adam yuxu görənin qismətidir.

Bildiyiniz kimi, qulaq falına çıxmaq, papaq atmaq çərşənbələrin və Novruzun əsas ənənələridir. İlaxır çərşənbə insanlar qulaq falına gedirlər. Qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, ta qədimdən həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Axır çərşənbədə nənə-babalarımız, valideynlərimiz nəsihət edərdilər ki, yaxşı sözlər danışaq, mehriban olaq. Məhz həmin gecə qapımıza qulaq falına çıxanlar xoş sözlər eşitsin, qəlblərində tutduqları diləklər həyata keçsin.

İlaxır çərşənbədə hər kəs gizli olaraq qapılara papaq atır. Qapısında papaq görən insan onun içərisini bayram şirniyyatları ilə doldurur və papağı yenidən qapının ağzına qoyur. Bunu etmək də mütləqdir. Çünki bayram günü qapıya atılan heç bir papağı boş geri qaytarmaq olmaz. Bu çərşənbənin ən gözəl xüsusiyyətlərindən biri də cavanların boyanmış yumurta döyüşdürməsidir. Yumurtası qırılan şəxs məğlub olaraq yumurtasını qarşısındakı insana verir.

Bu gündə hər kəs öz ailəsinin yanında olmalı, küsülülər barışmalıdır. Qoca və xəstə insanlar ziyarət olunurlar. İlaxır çərşənbə həmişə xüsusi təntənə ilə qeyd edilib, xüsusi mərasimlərlə müşayiət olunub.

Qodu-qodu“, “kəndirbaz“,“xoruz döyüşü“ ...

Bu çərşənbədə hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Axırıncı çərşənbədə cavanlar səhərdən axşamacan halay oyunu oynarlar. Yelləncəkdə yellənən qızlar istədikləri oğlanın adını ağaca yazar, bir-birini yelləndirərlər. Kimin başı yazılı ağaca dəysə, niyyəti yerinə yetərmiş.

Axırıncı çərşənbədə nəzir götürən ailələr səməni halvası çalıb, qapı-qapı paylayar, süfrələr şirniyyatla bəzənər, təndirdə şirin çörək - nazik bişirilər. Odla bağlı şənliklər şər qarışanda keçirilər. Tonqal qalanar, hamı tonqalın üstündən atdanar. İlin ağrı-acısı sevinclə əvəzlənər. Eyni zamanda, əvvəlcədən hazırlanıb neftə qoyulmuş lopalar atılar və hər yan nura qərq olar. Axır çərşənbədə meydan tamaşaları göstərirlər.

Qodu-qodu mərasimi keçirirlər. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları adamları sevindirər. Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar. Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbəsində çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər.

Ömrünüz həmişə bahar içində keçsin, evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın!

Bayramınız mübarək!


Geri dön

☮★Azerbaijan Boy★☮

  • 4 aprel 2013 17:48
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
BEYENDIYIVIZE COOX SEVINDIM!!!

--------------------

R.M_FaNaTka

  • 2 aprel 2013 00:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Maraqli Xebere Gore Muellife tesekkurler.........

--------------------

kiskanc

  • 21 mart 2013 19:57
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
torpaq cersenbeniz mubarek

solnuska

  • 20 mart 2013 22:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cerwenbeniz mubarek

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 20 mart 2013 14:13
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Haminin Bayrami Mubarek

--------------------

☮★Azerbaijan Boy★☮

  • 20 mart 2013 11:04
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
BEYENDIYIVIZE COOX SEVINDIM!!!

--------------------

Gulecka1993

  • 19 mart 2013 19:10
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
Butun LeGenD.Az ehlini v Azerbaycan xalqini tebrik edirem.Nece bele bayramlara cixasiniz

:: Pure Love ::

  • 19 mart 2013 18:45
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Haminin Bayrami Mubarek

ShoKKi_MoKKi

  • 19 mart 2013 18:42
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
cox gozel meqaledi tesekkurler...)her kesin Bayrami Mubarek.. :)

--------------------

-Anonimka-

  • 19 mart 2013 17:49
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
tewekkurler...men de herrr kesin bayramini urekden tebrik edirem

--------------------
Qıraqdan necə göründüyümün mənası yox..
Ürəyimi görə bilənlər bəs edər mənə!
Qıraqda məni müzakirə edənlərə bir sözüm yox...
Qıraqda qalmaqları bəs edər onlara !!!

DILEKLER

  • 19 mart 2013 17:36
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
qəlblərində tutduqları diləklər həyata keçsin.

_ESMERALDA_

  • 19 mart 2013 17:22
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
BAYRAMNANSA BU AXIR CERWENBE XOWUMA GELIR. BAYRAMINIZ MUBAREK !!!

--------------------
Xatırla o keçən günlərimizi. Səni nə çox sevdiyimi. O zaman sevmirdin məni, çünki başqasını sevirdin. İndi nəyə görə mənə yalvarıb qarşımda diz çökürsən. İndi isə sənə verə biləcəyim bir sevgim yoxdur çünki sənə nifrət edirəm :((((((((((

_Selen_

  • 19 mart 2013 17:18
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Mende haminin bayramini tebrik edirem)Bayraminiz mubarek!

--------------------
Heyat yashandigi qederdir:sonrasi ya xatirelerde bir iz,yada xeyallarda bir umiddir!

мυsLiмαηκα

  • 19 mart 2013 16:59
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Bayramınız mübarək!

legend sun girl

  • 19 mart 2013 16:36
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
ən sevdiyim bayram gəlir bayramınız mübarək
tşk xəbərə görə

☮★Azerbaijan Boy★☮

  • 19 mart 2013 16:09
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
BEYENDIYIVIZE COOX SEVINDIM!!!

--------------------

✰GlaMurKa✰

  • 19 mart 2013 16:08
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Her kesi coxlu coxlu tebrik edirem nece bele gozel illere cixasizz ALLAH her kesin sufresini bol ruzili elesin AMIN! winked

nuruWka

  • 19 mart 2013 15:06
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
BayRaminIz MubUw oLSuunn)

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 mart 2013 14:55
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Ömrünüz həmişə bahar içində keçsin, evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın!

--------------------

☮★Azerbaijan Boy★☮

  • 19 mart 2013 14:50
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Bayramınız mübarək!

--------------------

★Украду Девушку★

  • 19 mart 2013 14:22
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
TeWeKkuR..

--------------------

femida-

  • 19 mart 2013 14:13
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
her kesin ilaxir cersembesi mubarek olsun. nece bele cersembelere.

Əkbər007

  • 19 mart 2013 14:06
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Ömrünüz həmişə bahar içində keçsin, evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın!

Bayramınız mübarək!

--------------------

ღ★ Firuzə ★ღ

  • 19 mart 2013 14:04
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
teshekkurlerrr ))

--------------------

Roya_____

  • 19 mart 2013 14:03
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAHDAN HAMIYA UGURLU GOZEL GUNLER UREKDEN TEBRIK EDIREM HAMINI DOSTLAR PIS GUNUMUZ BELE OLSUN TEKI smile

Bash Belası

  • 19 mart 2013 14:00
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Hamının bayramını təbrik edirəm neçə belə bayramlara...

Gözlüklü

  • 19 mart 2013 13:56
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Her kesin bayramini tebrik edirem

✰Dгeaм✰

  • 19 mart 2013 13:56
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Butun LeGenD.Az ehlini v Azerbaycan xalqini tebrik edirem.Nece bele bayramlara

classic_guiter_girl

  • 19 mart 2013 13:52
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Ömrünüz həmişə bahar içində keçsin, evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın!

Bayramınız mübarək!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}