Görüş (IV hissə)

 
Görüş (IV hissə)

İcazəsiz kopya etmək qadağandır!!!
Nahid tənəffüsdə atasına yaxınlaşıb,dərsdən sonra bibisigilə getmək üçün icazə aldı.Nənəsinin ölümündən sonra mehrini bibisinə salan Nahid , özünü onlarda çox yaxşı hiss edir, heç sıxılmırdı.Əgər atası icazə versəydi elə həmişəlik onlarda qalar,oradan da məktəbə gedərdi.Böyüdükcə atasına çox bənzəyən Nahidi bibisi çox sevər, hər gördüyündə "Bibin boyuna qurban!" deyib, başına pərvanə kimi dolanırdı.
Bibisigilin həyət qapısının, içəridən bağlı olduğunu görüb,kənd uşaqlarına məxsus cəldliklə darvazadan içəri tullandı.Alabaş bir-iki ağız hürsə də, bu evin sevimli qonağını tanıdıqdan sonra qarşısına gəlib quyruğunu buladı.Nahid Alabaşın başını tumarlayıb evə doğru yönəldi, qapını döyüb, bibisini səslədi:
-Bibi,ay bibi!Mənim gül-çiçək bibim, hardasan?
Lalənin evdən səsi eşidildi :
-Bibin sənə qurban,nə yaxşı gəldin.Evə gəl, bayıra çıxa bilmirəm,əlim xəmirdi.
Nahid evə keçdi.Bibisinə yaxınlaşıb üzündən öpdü:
-Bibi, səninçün darıxmışdım eee...
-Darıxmalısan da ay kişi qırığı, neçə bibin var ki?Elə ürəyimdən sən keçirdin.Təndirə çörək bişirəcəm.Qoy xəmiri yoğurum,sənin sevdiyin yarpaq dolmasından gətirəcəm sənə.
Nahid əllərini ləzzətlə bir-birinə sürtdü:
-Bəh-bəh kefdi ki...Bibi,təksən evdə?
-Həə ,uşaqlar oynamağa gediblər.
Bu zaman həyətdən Lalənin əri Seymuru səsi eşidildi:
-Lalə,ay Lalə.
-Nahid, bax gör nə deyir ay bala.
Seymur Nahidlə görüşdü:
-Nahid xoş gəlmisən!Niyə gec-gec gəlirsən?Bibin az qala yuxuda da səni çağırır.
-Eeh... Dərslərin əlindən vaxt olur ki.
-Adə, nə dərs ?Səsin futbol meydançalarından gəlir.Yaxşı, mən tələsirəm, Laləyə de mənim sənədlərimi evdən versin.
Nahid bibisinə yaxınlaşdı:
-Bibi, Seymur əmi sənədlərini istəyir.
-Lap yadımdan çıxmışdı.Nahid, hazırlayıb şifonerin yuxarı gözünə qoymuşam gətir ver.
Nahid şifonerin qapısını açdı.Sənədləri götürmək istəyəndə üst-üstə yığılmış kağızlar yerə səpələndi.Tələsik sənədləri Seymura verib otağa qayıtdı.Əyilib yerdən kağızları yığışdırmağa başladı.Bu zaman gözünə bir şəkil sataşdı.Atasının cavanlıq şəkli idi, yanında gözəl bir qız.Ortadan yapışqanla yapışdırılmış şəkildəki qıza diqqətlə baxdı.Bu qədər ona doğma gələn bu insan kim idi?Nahid gözlərini şəkildən ayıra bilmirdi.Ona elə gəlirdi ki,onu hardasa görüb,lakin yadına sala bilmirdi.Şəklin arxasında yazı vardı"Hicran səni sevirəm.Fərhad".Nahid şəkil əlində bibisinə yaxınlaşdı.Lalə artıq işini qurtarıb əllərini yuyurdu:
-Bibi, bu qız kimdi?
Lalənin rəngi ağardı:

-Nahid, bu şəkli haradan götürdün?Bu...Bu...Atanın tələbə yoldaşıdı.
-Atamın tələbə yoldaşlarının şəklini görmüşəm.Belə qız oxumayıb onunla.
-Nahid, bilmirəm.Yəqin bir tanışıdır.
-Bibi, siz məndən gizlətsəniz də,uşaqlar mənə danışıblar.Mənim anamdı bu?
-Sən keçən dəfə məndən soruşanda dedim axı,axmaq uşaqların sözünə qulaq asma.Sənin anan Təranədi.
Nahid artıq özünü idarə edə bilmirdi.Şəkli tutan əlləri əsir, səsi titrəyirdi:
-Bibi qurban olum,ölüm ayağının altında, onsuz da hər şeyi hiss etmişəm,olanları danış mənə.Mənim artıq on dörd yaşım var.Daha uşaq deyiləm ki.İstədiyim qızdan da danışacamee sənə,sirr saxlaya da bilirəm.Nə olar bibi.
Lalə halsız halda stula oturub,gözlərini naməlum nöqtəyə zillədi.
-Sənə hər şeyi danışacam,amma indi yox.
Nahid dizi üstə çökdü:

-Bibi, sən məni bir də görmək istəmirsən?Yoxsa qaçacam evdən!Özüm hər şeyi öyrənəcəm.Gedib tapacam onu.Atamgildən qorxursan bilirəm, sənə kişi kimi söz verirəm ki,bu bizim aramızda sirr qalacaq.
Lalə onun saçlarını tumarlaylb,yaşarmış kədərli gözlərinə baxdı.Artıq olanları gizlətməyin mənasız olduğunu görüb,sözə başladı...
Bibisi danışdıqca Nahid gözlərini şəkildən ayırmır,barmaqlarını Hicranın sifət cizgilərində gəzdirirdi.Görəsən səsi necədi?Hələ də belə gözəl qalıbmı?Qəribədir birinci dəfə gördüyü bu qadına qarşı,qəlbində sonsuz bir sevgi baş qaldırmışdı.Birdən ağlına gələn fikirdən yerinın dik atıldı:
-Bibi, bəlkə o ölüb.Bu qədər zamandır ondan xəbəriniz yoxdu.
Lalə gülümsədi:
-Nahid, mən onu heç unutmadım.Atam ölüm ayağında olanda, məni yanına çağırıb vəsiyyət etdi .Dedi "Hicran uşaqlıq etdi,onun hərəkətinin qarşısında gərək idi ki, mən böyüklük edim,bacarmadım.Ayırmamalıydım onları.Nahidin yanında üzüm qaradı.Səndən bir xahişim var, zamanı gələndə onları görüşdürərsən, mən də qəbrimdə rahat olaram".Onun sözləri indi də qulaqlarımda səslənir.Axtardım onu,öyrəndim ki,neçə illər Fərhadın yolunu gözləyib,ümidini kəsməyib.Sonra eşitdim ki, beş il olar ailə qurub,uşaqları var,özü də şəhərdə yaşayır.
-O, məni unudub yəqin bibi.
-Ana balasını unudarmı heç?Atan ona çox acıqlı olduğundan sənin öldüyünü demişdi.Müxtəlif yollarla sənin sağ olduğunu öyrəndi, sonra sənin şəklini istədi.Şəkli belə qıymadı atan.

-Bəs mən onu necə görə bilərəm?Onu elə görmək istəyirəm ki,bibi.
-Sən onu görəcəksən.Amma indi bu mümkün deyil.Səncə aramıza bu qədər məsafə varkən, indi onunla necə görüşmək olar?Onun yaşadığı şəhərə getmək üçün heç bir səbəbimiz yoxdu.Mənə diqqətlə qulaq as!Bunun bir yolu var.Onunla görüşmək üçün instituta qəbul olub, şəhərə getməlisən. İnstituta qəbul olmaq üçün əla oxumalısan.Mən də bu müddətdə Hicranın ünvanını dəqiq öyrənər, onunla əlaqə saxlayaram.Sən oxumağa şəhərə getdikdən sonra yanına gəlmək üçün o qədər səbəbim olacaq ki...-Lalə, o danışdıqca gözləri yol çəkən ,xəyalında artıq Hicranla görüşən Nahidin burnuna çırtma vurdu-Eyy... Cavan oğlan, sən hara getdin?Tezdi hələ.
Nahid xəyaldan ayılıb diksindi, sonra da bibisinə qoşulub ləzzətlə güldü.
Lalənin danışdıqlarından sonra Nahidin qəlbində cavabını bilmədiyi suallar baş qaldırdı.Anası onu qoyub niyə getdi?Atası niyə onun arxasınca getmədi?Bunları düşündükcə çox sıxılırdı.Ancaq bibisinin qəlbində yandırdığı ümid çırağı bu qaranlığa işıq saldı.Bibisigildə gecələyəndə o şəkli titrək əlləri ilə yerindən götürür,öpür,sinəsinin üstünə qoyub, sonra yuxuya gedirdi.Yuxusunda Hicranı eynən şəkildə olduğu kimi gülümsəyən vəziyyətdə görürdü.Lakin dodaqlarında təbəssüm olduğu halda gözlərindən yaş axırdı.Səhər yuxudan oyananda onu yuxuda gördüyü üçün sevinsə də,bu sevinci ürək dolusu olmurdu.Hər şeyi ətraflı düşünəndə bütün yaxınlarından küsürdü qəlbində.Lakin bu küskünlüyü çox çəkmirdi.Yaşanmış bir sevginin bəhrəsi olduğu üçün balaca qəlbində nifrətə yox yalnız sevgiyə yer vardı.Bir dəfə Lalə onun üstünü örtmək üçün otağa daxil olanda,sürüşüb yerə düşmüş şəkli ehmalca yenidən onun sinəsinə qoymuş,əyilib alnından öpmüşdü.Çiyinləri hələ bərkiməmiş bu yeniyetmənin çəkdiyin dərdin ağırlığında özünü də günahkar bilirdi.Çarpayının önündə diz çöküb əllərini qaldırdı:" Hər şeyə qadir olan ALLAHIM, sənə yalvarıram,boynuma götürdüyüm işi layiqincə yerinə yetirməyimdə mənə yardımçı ol".
Fərhad Nahiddə olan dəyişiklikləri görür və özlüyündə buna sevinirdi.Dərslərinə daha çox zaman ayırır, futbola çağıran dostlarına məhəl qoymurdu.Həmişə nadincliyindən şikayət edən müəllimləri indi onu görəndə razılıq edirdilər.
Nahidin əziyyəti hədər getmədi.O, instituta qəbul olanda Fərhad sevincindən özünə yer tapmırdı.Valideyn üçün bu çox fərəhli bir andır.Nahidi şəhərə aparıb kirayə ev tutdu.Onun şəhər həyatı başladı.Heç vaxt belə böyük şəhərdə olmayan Nahidin həyatında yeni səhifə açıldı.Addımını qoyduğu hər yerdə gözü Hicranın əksindəki simasına oxşar adam axtarırıdı.Lakin heyhat... Bu qədər insan kütləsinin içində bu mümkün deyildi.Şəhər həyatına da çox tez alışdı.Təbiətən ünsiyyətcil olduğundan hamı ilə dil tapmağı bacarırıdı.Bibisindən məktub almışdı.Yazırdı ki, narahat olma, qış tətilində yanına gələcəm.İnsan gözləyəndə, vaxt gec geçir.Əvvəl heç sevmədiyi qış fəslini,indi həsrətlə gözləyirdi.Nəhayət Lalədən teleqram aldı" Məni qarşıla, gəlirəm".
Dəmiryol vağzalında insan əlindən tərpənmək olmurdu.Biri əzizini qarşılayır,digəri yola salırdı.Nahid bibisini uzaqdan gördü.Əlində dolu çanta ,ətrafa baxıb onu axtarırıdı.Sakitcə arxadan yaxınlaşdı:
-Mənim gül-çiçək bibim,bəs demirsən səni don vurar?!Qış hara? Lalə hara?-Laləni hop edib qucağına aldı.Bibisindən çox hündür olduğundan hər dəfə onu uşaq kimi qucağına alıb cırnadırdı.
-Adə, qorxudan ürəyim düşdü.Adam belə sakit gələr?Hələ də ağıllanmamısan? Ayıbdı qoy yerə məni,görən olar.Dayan bir öpüm səni.
-Həə ...Doğurdanee bu boyda camaatın içində birdən "Görən olar?"-Bibisinin sözünə ürəkdən güldü.-Darıxmışdım dəə bibimçün .
-Mən də darıxmışam.Atangil də həmçinin.Sən heç bilsən sənin üçün nələr gətirmişəm?
-Elə uzaqdan ətri vurdu məni,dayan, çantaları götürüm.
Lalə Nahidin qoluna girib zarafatlaşa -zarafatlaşa yola düzəldilər.Hər tərəf ağapaq qar idi.Şəhər sanki ağ paltar geyinmişdi.Gəzdikcə çox gözəl bir mənzərə açılırdı qarşılarında.
Lalə çox çətinliklə Hicranın ünvanını öyrənib onunla əlaqə saxlamış,görüş yerini təyin etmişdilər.Nahidin təkidi ilə danışdıqları vaxtan bir saat tez gələn Lalənin artıq ayaq barmaqları donmuşdu.Nahidin isə dayanmadan var-gəl etməkdən alnında tər damcıları görünürdü.Əynindəki qara palto,boynundakı uzun ağ şərf ona yaraşırdı.Havanın soyuq olmasına baxmayaraq başı açıqdı.Külək şəvə kimi qara saçlarını oynadırdı.Bibisinə yaxınlaşdı:
-Bibi, birdən gəlməz?
Lalə ağzını açıb etiraz etmək istəyirdi ki,qarşıdan gələn qadını görüb susdu.Qarşıdan 37-38 yaşlı çox gözəl bir qadın gəlirdi.Həyacanlı olduğu uzaqdan nəzərə çarpırdı.Lalə Hicranı tanıdı.Hicran onlara yaxınlaşıb dayandı.Gözlərinə inanmırdı, Fərhad da gəlmişdi?Axı Lalə onun haqqında heç nə demədi.Bəs niyə heç dəyişməyib?Nahid çevrilib bibisi baxan səmtə baxdıqda, Hicran yanıldığını hiss etdi. İstədi yerindən tərpənsin amma elə bil ayaqları keyimişdi.Lalə gərginliyi azaltmaq üçün onu qabaqladı-Xoş gördük, Hicran.- deyib onunla görüşdü.Əli ilə Nahidi göstərib:
-Bayaqdan Nahidlə gözləyirik.-dedi.
Hicran Nahidə yaxınlaşdı-Oğlum!-deyib ayaqlarına döşənmək istədikdə Nahid qoymadı,anasının boynuna sarıldı. Lalə özünü saxlaya bilməyib onlardan aralandı.Hicran "Körpəm mənim,Nahidim!" -deyib onu öpüşlərə qərq etdi.Saçlarından öpəndə ona elə gəldi ki,Nahidin saçlarından hələ də körpə ətri gəlir.Neçə illər həsrətini çəkdiyi bu ətri ciyərlərinə çəkdi.Çiyinlərindən bərk-bərk tutub sinəsinə sıxdı.Sanki kimsə elə bu dəqiqə gəlib,Nahidi onun əlindən alacaqdı.Bütün bu illər ərzində qəlbində yığılıb qalan nəvazişli sözləri demək üçün, həsrətlə bu günü gözləyən Hicranın bütün sözlər yadından çıxmışdı sanki.Nahid özünü ələ alıb Hicranın gözlərini sildi:
-Ağlama ana,bundan sonra məni tez-tez görəcəksən.Gəl gedək bir yerdə oturaq bura soyuqdu.Sənə danışacaq o qədər sözüm var ki.
Nahid özünü toxtadmaq istəsə də göz yaşları ixtiyarsız yanaqlarından axıb gedirdi.Hicran "Körpəm mənim!"-deyib, əlini onun üzünə sürtdü,saçlarını sığalladı.İnanmırdı həsrətindən qovrulduğu balasının indi qarşısında durmasına.Nahid onun qoluna girdi.Bibisinə yanaşdı:
-Ay mənim gül-çiçək bibim, gəl eyy gəl... Səni don vurar bu şaxtada.Lalə hara, qış hara?-zarafat edib, ona dünyada ən əziz olan hər iki qadını güldürdü.Hicran oğlunun qoluna girdi.Lakin illərdən bəri qəlbini deşən kədər onu tərk etmədi.Bu illər ərzində o özünü bağışlamayıbsa,Nahid onu bağışlayacaqmı?
Son.

Görüş (IV hissə)


Geri dön

Gözlüklü

  • 24 mart 2013 23:08
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
Cox idee oxumadim uzrlu hesab edin day.tewekkurler

Banned549678

  • 23 mart 2013 11:30
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Vàaaaayyyy ne uzundu bu belə feel

ZuZuM__

  • 23 mart 2013 02:59
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Vàaaaayyyy ne uzundu bu belə

--------------------

Banned1

  • 23 mart 2013 02:38
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Vàaaaayyyy ne uzundu bu belə winked

fatime gul

  • 22 mart 2013 15:14
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
cox saq olun yarsini oxudum

ZuZuM__

  • 22 mart 2013 00:08
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

seva20

  • 22 mart 2013 00:08
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
cox sagolun elleriniz derd gormesin

angeL :)

  • 21 mart 2013 16:39
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
twklerrrrr meqale ucun

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

★CaNdy GiRL★

  • 21 mart 2013 16:39
  • Məqalə: 32
  • Şərh: 1561
  • Bal:
{awards}

uzundu oxumadim bawka vaxt oxuyaram winked

--------------------

kiskanc

  • 21 mart 2013 16:23
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
oxumamisam amma oxuyacagam

ZuZuM__

  • 21 mart 2013 15:45
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
-Darıxmalısan da ay kişi qırığı, neçə bibin var ki?Elə ürəyimdən sən keçirdin.Təndirə çörək bişirəcəm.Qoy xəmiri yoğurum,sənin sevdiyin yarpaq dolmasından gətirəcəm sənə.

--------------------

Əkbər007

  • 21 mart 2013 15:43
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Tewekkurler meqale ucun
maraqli idi
belay

--------------------

surawka

  • 21 mart 2013 14:31
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
-O, məni unudub yəqin bibi.
-Ana balasını unudarmı heç?Atan ona çox acıqlı olduğundan sənin öldüyünü demişdi.Müxtəlif yollarla sənin sağ olduğunu öyrəndi, sonra sənin şəklini istədi.Şəkli belə qıymadı atan.

My life die

  • 21 mart 2013 14:28
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

solnuska

  • 21 mart 2013 14:14
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN..............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ツMrs.Crazy ツ

  • 21 mart 2013 14:05
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
THankS...........

★Azerbaijan girl★

  • 21 mart 2013 13:54
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}