Maraqlı hekayə

 
Maraqlı hekayə

Səhər pəncərəsindən yatağına düşən günəşin şüaları ilə oyandı. İlk işi həmişə olduğu kimi poçt qutusunu yoxlamaq idi. Çünki o məzun olmuşdu və universitetə qəbul olunub, olunmayacağı xəbərini poçt qutusu vasitəsilə öyrənəcəkdi. Bugün də heç bir məktub yox idi poçt qutusunda. Onun hər gün, hər səhər poçt qutusunu yoxladığını görən biri var idi Çan. O Cennaya qarşı içində adlandıra bilmədiyi hisslər bəsləyirdi, amma bunu Cennaya deyə bilmirdi. Onu saxlayan bir şey var idi. Hər gün Cennanın poçt qutusunu yoxladığını görürdü Çan.Soruşarsınız ki, bunu hardan bilmişdi? Çünki Çan hər səhər idman etmək üçün dəniz kənarına gedirdi. Və bir səhər yenə idman etmək üçün küçəyə çıxdığında Cennaya sataşmışdı gözü. Cennanın evdən qaça-qaça çıxdığını və poçt qutusuna yaxınlaşdığını, lakin sonra əliboş, qəmgin geri qayıtdığını görmüşdü. Və hər səhər Çan yenə bu mənzərə ilə qarşılaşmışdı. Onun bəlkə də bu fikirləri idi ki, Cennaya hisslərini etiraf etməsinin qarşısını alırdı, o Cennanın sevgilisi olduğunu düşünürdü. Amma bunu düşünsə də o öz ürəyinə söz keçirə bilmirdi. O fikirləşirdi ki, bununla Cennaya zərər vermir, çünki onun hisslərindən heç kimin xəbəri yox idi. Ürəyində yaşayırdı hisslərini, səssiz – səmirsiz. Yenə gözəl səhərlərdən biri, quşların musiqisi, küləyin səsi və Cennanın anası...- Cenna, tez oyan sənə məktub var – deyə Cennanı səsləyirdi.Cenna tez yatağından qalxıb aşağı endi. Əlində bir bağlı zərf qapının ağzında dayanmış anasını gördü. O zərfi anasından alıb açdı. Amma bu məktub onun gözlədiyi məktub deyildi. Bu onu bu günə qədər səssiz izləyən Çandan idi.Çan bu səhər yenə Cennanı görmək ümidi ilə oyanmış, amma onu görməmişdi, çünki Cenna bu gün poçt qutusuna baxmağa çıxmamışdı, daha doğrusu gecikmişdi, çünki məktubu anası vermişdi ona. Çan onu görməyib, yoluna davam etdi.
Cenna isə üzərində “Sevgili Cennaya” yazılmış məktubu oxumağa başlamışdı.

MƏKTUB

Sevgili Cenna, bu mənəm – sənin üzünü görmədiyin, səsini eşitmədiyin, adını bilmədiyin, xəyalını belə qura bilməyəcəyin qonşunuz Çan. (Çan bu məhlədə yeni olduğu üçün, Cennanın isə demək olar ki, qonşularla sıx əlaqəsi olmadığından onları bir-biriləri ilə bağlı məlumatı yox idi).Çox düşündüm bu məktubu yazmağa qərar verənə qədər, ürəyimin səsinə qulaq asdım, amma o da mənə kömək etmədi. Çünki ürəkdir o yalnız sevgini saxlar içində. Və yalnız da sevgiylə döyünər , sevginin əksinə bir şey deməz heç vaxt. Bu səfər beynimdən kömək istədim çünki beyin ürəyi n dediyini deməz, o həmişə düzgün qərar verməyə çağırar insanı. Beynim mənə bu məktubu yazmamağı məsləhət bildi. Amma biz insanları bilirsən, çox tərshik öz istədiyimizi edərik əvvəl, axır. Bəlkə də bu məktubumu yazmağım sənin üçün problem olacaq, amma mən də insanam, mənim də hisslərim var. Sənin sevdiyin insan olduğunu bilirəm, hər gün ondan məktub gözlədiyini də, bilmirəm nə səbəbdən amma onun sənə cavab yazmadığını da bilirəm. Səni üzgün görməyə dözə bilmirəm, bəlkə də bu məktubu yazmağıma səbəbimi eşidəndə güləcəksən mənə. Gül. Tək istəyim budur, səni güldürmək. Məqsədim odur ki, bu səhər poçt qutusunu açdığında əliboş qayıtmayasan. Bir dəqiqəlik belə olsa bir məktubun gəldiyini görüb, sevdiyin insandan olduğunu sanıb gülümsəməyindir. Bunun sonrasında yenə pis olacağını, amma məni başa düşəcəyini bilirəm...Məktub burda sona çatır. İndi isə qayıdırıq Çanın məktubu yazdığı vaxta...

Qaranlıq otaq. Yalnız ayın işığıdır pəncərəsindən düşən. Çan bir məktub yazır və sonra nədənsə fikrini dəyişib məktubu üzərində “Sevgili Cennaya” yazılmış zərfin içinə qoyur və qırağa atır. Və yeni məktub yazmağa başlayır.

İKİNCİ MƏKTUB

Cenna, mənə elə gəlir ki, sən məni tanımırsan mən sizin qonşunuzam- Çan. Sənə bu məktubu yazmaqda məqsədim hər gün yolunu gözlədiyin sevgi məktubudur. Mən heç özüm də bilmirəm niyə sənin pis olmağını istəmirəm. Bu məktubu yazıram ki, heç olmasa bu səhər poçt qutusunda sevgi məktubu da olmasa, sevgilin tərəfindən yazılmasa da bir məktubun gəldiyini görüb sevinməyindir. Tək istəyim budur, sən gül...Bu məktubu yazıb qurtarandan sonra onu da zərfə qoyur və üzərinə “Sevgili Cennaya” yazır. Bir anlıq qarışıqlıq nəticəsində ilk yazdığı tamamlanmamış sevgi məktubunu Cennaya göndərir.Cenna məktubu oxuyur, amma sonda üç nöqtəni görüb yəqin ki, davamı gələcək deyə düşünür. Bu hadisə ona çox maraqlı gəlir.Yenə günlər ötür Cenna onu tanımadığı üçün bu günlər ərzində heç vaxt qarşılaşmırlar. Və nəhayət Cennanın gözlədiyi məktub gəlir. O, məktubu gördüyü an sevincindən bilmir nə etsin və bu an ona kənardan baxan Çanı görür, Çan Cennanın ona baxdığını görüb yoluna davam edir, Cenna isə tez evə daxil olub məktubu açır. Budur o universitetə daxil olub.Çan bu dalğınlıqla getdiyi bir vaxtda qarşısına Holli çıxır, hansı ki, o qız da hər səhər Çanla birgə idman edir. Onlar birgə yollarına davam edirlər.Cenna o anki sevinci ilə Çanı gördüyünü unudur. Amma gecə yatağına uzandığı an Çan yadına düşür və üzündə gülümsəmə hiss olunur. O heç özü də bilmədən onun üçün fədakarlıq edən, heç bir şeyi düzgün bilmədiyi, Cennanın sevgilisi olduğunu düşündüyü halda belə onun xoşbəxtliyini istəyən Çana qarşı içində hisslər oyanmağa başlayır. Və hər gün Çandan gələcək məktubu gözləyir. Çünki birinci hissədə ona aydın olmayan məqamlar var idi.Çan isə öz hisslərini içində boğmağa, fikrini başqa insana və ya başqa bir şeyə yönəltməyə çalışır. Və buna nail olmaqda ona Holli kömək edir. Holli ona qulaq asır, məsləhətlər verir. Çan isə elə bil ki, problemlərinin çarəsini Hollidə tapır.Cenna hər gün heç nədən xəbərsiz universitetə gedir, hər yerdə gözü onu axtarır. Çanı ağlından çıxarda bilmir, məktubunu gözləyir, məktubu gəlməyəndə isə özündən səbəblər uydurur. Hər səhər universitetə gedəndə onu görmək ümidi ilə çıxsada evdən onu görmür.Və bir gün Cenna evə qayıdanda Çangilin qapısında bəzədilmiş toy maşını görür. Bu anda da fikirləşir bəlkə onun toyu deyil, bəlkə... Bəlkələr belə ona kömək olmur. Bu anda Çanı görür bəylik geyimində, əlində isə bir dəstə qızılgül.Sanki onun gözünün qarşısı qaralır, ümidləri, bəlkələri, səbəbləri, xəyalları yıxılır, puç olur. Çan isə heç nədən xəbərsiz üzündə sevinc Hollinin evinə gedir. O özü də bilmədən düşünülməmiş addımına görə Cennanı sevindirmək əvəzinə, onun qəlbində qapanmayacaq yara, silinməyəcək iz qoyur.

Maraqlı hekayə


Geri dön

sebnem98

  • 14 aprel 2013 15:25
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
tesekkurler

--------------------

ZuZuM__

  • 23 mart 2013 03:18
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
Təşəkkür edirem təsirlidi çox...

--------------------

Gül Əliyeva

  • 23 mart 2013 02:57
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Təşəkkür edirem təsirlidi çox...

ZuZuM__

  • 22 mart 2013 10:02
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
tesekkur xeber ucun

--------------------

seva20

  • 22 mart 2013 02:33
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
tesekkurler yazi ucun

kiskanc

  • 21 mart 2013 19:19
  • Məqalə: 2
  • Şərh: 2312
  • Bal:
{awards}
Sevgili Cenna, bu mənəm – sənin üzünü görmədiyin, səsini eşitmədiyin, adını bilmədiyin, xəyalını belə qura bilməyəcəyin qonşunuz Çan. (Çan bu məhlədə yeni olduğu üçün, Cennanın isə demək olar ki, qonşularla sıx əlaqəsi olmadığından onları bir-biriləri ilə bağlı məlumatı yox idi).Çox düşündüm bu məktubu yazmağa qərar verənə qədər, ürəyimin səsinə qulaq asdım, amma o da mənə kömək etmədi. Çünki ürəkdir o yalnız sevgini saxlar içində. Və yalnız da sevgiylə döyünər , sevginin əksinə bir şey deməz heç vaxt. Bu səfər beynimdən kömək istədim çünki beyin ürəyi n dediyini deməz, o həmişə düzgün qərar verməyə çağırar insanı. Beynim mənə bu məktubu yazmamağı məsləhət bildi. Amma biz insanları bilirsən, çox tərshik öz istədiyimizi edərik əvvəl, axır. Bəlkə də bu məktubumu yazmağım sənin üçün problem olacaq, amma mən də insanam, mənim də hisslərim var. Sənin sevdiyin insan olduğunu bilirəm, hər gün ondan məktub gözlədiyini də, bilmirəm nə səbəbdən amma onun sənə cavab yazmadığını da bilirəm. Səni üzgün görməyə dözə bilmirəm, bəlkə də bu məktubu yazmağıma səbəbimi eşidəndə güləcəksən mənə. Gül. Tək istəyim budur, səni güldürmək. Məqsədim odur ki, bu səhər poçt qutusunu açdığında əliboş qayıtmayasan. Bir dəqiqəlik belə olsa bir məktubun gəldiyini görüb, sevdiyin insandan olduğunu sanıb gülümsəməyindir. Bunun sonrasında yenə pis olacağını, amma məni başa düşəcəyini bilirəm...Məktub burda sona çatır. İndi isə qayıdırıq Çanın məktubu yazdığı vaxta...

angeL :)

  • 21 mart 2013 17:25
  • Məqalə: 39
  • Şərh: 2187
  • Bal:
{awards}
tfu sana Can sen niye qizin hissleri ile oynayirsan eeee eseblwdim eeee angry

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

ZuZuM__

  • 21 mart 2013 16:02
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
tesekkur xeber ucun

--------------------

Roya_____

  • 21 mart 2013 10:43
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkur xeber ucun

fatime gul

  • 20 mart 2013 23:57
  • Məqalə: 0
  • Şərh: 1073
  • Bal:
{awards}
heyata guven yoxdur indi

konul123

  • 20 mart 2013 23:00
  • Məqalə: 0
  • Şərh: 1408
  • Bal:
{awards}
tesirlidi twklar,,,,,

Banned456

  • 20 mart 2013 22:37
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
cox sagolun ellerinize sagliq uzunlu idi ama heyatda beledide(

_trickster_

  • 20 mart 2013 22:23
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
wexsiyyetsiz....niye qizin hissleriynen oynadin ki??? tfu sene angry

--------------------

Əkbər007

  • 20 mart 2013 22:15
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
Təşəkkürlər müəllifə
Sonunu anlaya bilmədim axı. Yəni oğlan Cennanı sevdiyi halda sonda Holli ilə evlənir?

--------------------

★WirinKa★

  • 20 mart 2013 22:03
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
oxumagima pis oldum twkler

oxumagima pis oldum twkler

--------------------

_ARZUM_

  • 20 mart 2013 22:02
  • Məqalə: 7
  • Şərh: 304
  • Bal:
{awards}
ayda ne pis oldu axiri recourse

--------------------

Shokoladka

  • 20 mart 2013 21:16
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Maraqli idi chox sagolun..

--------------------


мυsLiмαηκα

  • 20 mart 2013 21:14
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
pis oldume axiri yaxwi qurtarmir..

solnuska

  • 20 mart 2013 21:13
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
twk..............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Yağmur★ღ

  • 20 mart 2013 21:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər müəllifə

Priya

  • 20 mart 2013 21:03
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Sonunu anlaya bilmədim axı. Yəni oğlan Cennanı sevdiyi halda sonda Holli ilə evlənir?

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}