Röya həbs oluna bilər

 
Röya həbs oluna bilər

Populyar estrada müğənnisi Röya Nəcəfova həbs edilə bilər.

Çünki hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 nəfərdən

ibarət narkodəstə ilə bağlı gedən məhkəmə prosesində

onun da da hallanır. Amma Röyanın həbsinə başqa, bir qədər

şəxsi xarakter daşıyan daha ciddi mülahizələr səbəb ola bilər”.

Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə,

narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının

oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru

Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın

qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın

oğlu Orxan Nadirov rəhbərlik ediblər. Onlar ölkəyə xaricdən narkotik

maddə sayılan bahalı ekstazi həbləri gətirib satmaqda suçlanır.

Sonuncu məhkəmə prosesində Y.Həsənov MTN-də aparılan istintaq

zamanı müstəntiqlərin onu şantaj etməsindən danışmışdı.

O demişdi ki, telefonundan müğənni Röyanın nömrəsi çıxdığından

sənətçi xanımı da istintaqa çağıraraq dindirmək istəyiblər.

Lakin o, verilən bütün saxta sənədlərə qol çəkməyə razılaşandan

sonra Röyanı MTN-ə çağırmayıblar. Röyanın prodüserinin qəzetimizə

açıqlamasında da bu əlaqəni təsdiqləyən maraqlı məqam var.

Prodüserin dediyinə görə, Röya ilə Yalçın

həqiqətən də dost-tanış olublar.

Əslində ekstazi işi ilə bağlı Röyadan əvvəl də bir neçə

sənətçinin adı hallanıb. Bu sırada müğənnilər Brilliant Dadaşova

və Aygün Kazımova da var. Təbii ki, onlar bu işə bilavasitə yox,

dolayısı ilə aiddir. Belə ki, vaxtilə məhz onların yanında çalışan

bir neçə musiqiçinin adı bu məşhur işdə keçir.

Röya ilə bağlı məsələ isə fərqlidir. Məsələn, o, özü də

etiraf edir ki, narkobandanın başçısı Yalçın Həsənovla

çox yaxın münasibətləri olub. Bu, məsələnin bir tərəfidir.

Məsələnin digər tərəfi odur ki, Röya Azərbaycanın tanınmış

iş adamlarından olan “Çudo peçka” mağazalar şəbəkəsinin

sahibi Çingiz Cəlilovun oğlu Anarla rəsmi nikah bağlayıb.

Cütlük avqustda “Sarı gəlin” restoranında möhtəşəm toy

şənliyi də düzənləyib. Röyanın bütün qohumları bu toyda iştirak

etsə də bəy tərəfdən məclisə heç kim gəlməyib. Hələ o vaxt

qəzetlər yazırdı ki, Anarın valideynləri övladlarının açıq-saçıq

geyinən hansısa müğənni ilə ailə qurmasının qəti əleyhinə imiş

və bunu özlərinə yaraşdırmırmış. Cəlilovlar ailəsini qəzəbləndirən

həm də o imiş ki, Röya Anarın keçmiş ailəsini dağıdıb.

Məsələnin incə tərəfi odur ki, Anarı valideynlərinin, ailəsinin

yanına qayıtmağa qoymayan yeganə qüvvə də elə Röyadır.

İndi isə Anarı Röyadan alıb geri - öz ailəsinə qaytarmaq üçün

çox gözəl şans yaranıb. Əlimizə çatan xəbərlərə görə, bu fürsət

hazırda bütün detalları ilə dəyərləndirilməkdədir.

Söhbət ondan gedir ki, Çingiz Cəlilov Röyanı ekstazi işi

çərçivəsində bir neçə müddətə məhbəsə atdırmaq niyyətinə

düşüb, yaxud ən azı belə bir ehtimal var. Hadisələrin məhz bu

yöndə cərəyan edəcəyi deyilir və həmin fikirlər belə

əsaslandırılır ki, bu iş adamının “əlləri çox uzundur”.

Bir qədər əvvəl onun digər oğlu Teymur Cəlilov Bakının mərkəzində,

“Neftçilər” prospektində bir piyadanı idarə etdiyi “BMV” markalı

maşınla vurmuş, cəsəd zərbədən üç yerə bölünmüşdü.

Amma Teymur üçcə gün də olsa məhbəsdə yatmadı.

Çox böyük ehtimalla bu “uzun əllər” Röyanı da türməyə saldıra bilər.

Axı hətta arxa-dayağı çox böyük şəxslərə bağlı adamların

övladları da məhz ekstazi işinə görə həbsxanadadır.

Röyanın isə bir arxası ola bilərdi.

O da məhz Çingiz Cəlilov.

O isə Röyaya az qala qan düşməni,

ailəsinin bir nömrəli bədxahı kimi baxır.


Geri dön

nilayka

  • 6 may 2011 01:09
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
TESEKKURLER

--------------------

Just For Legend

  • 31 dekabr 2010 19:36
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

only-girl

  • 29 dekabr 2010 11:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
INSHALLAH hebs olunar

--------------------

Jack

  • 29 dekabr 2010 11:03
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
ZƏHLƏM GEDİR ONNAN angry

Ulya

  • 28 dekabr 2010 18:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
lap yaxsi wink

Asiyan

  • 28 dekabr 2010 16:52
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
BOŞ SÖHBETLERDİR.SOUBİZNESS... smile

Made_In_Bakinka

  • 28 dekabr 2010 15:36
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Allah komeyi olsun...

qaraqan_girl

  • 28 dekabr 2010 15:35
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
EY NIYE AXI

persiangirl

  • 28 dekabr 2010 15:02
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
yoxxxxxx niye?

Sergio Ramos

  • 28 dekabr 2010 14:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
öz işidi mənə nə

--------------------

CandyGirl

  • 28 dekabr 2010 13:12
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli idi
insallah edalet oz yerini tapar

--------------------

BaKiNkA_

  • 28 dekabr 2010 13:03
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Twk maraqli xeberdi

boginya

  • 28 dekabr 2010 12:56
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
{awards}
TEŞEKKÜRLER maraqlı xeberlerdi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 104

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}