Alimlə xəlifənin maraqlı söhbəti

 
Alimlə xəlifənin maraqlı söhbəti

Dini mənbələrdə böyük İslam alimləri və abidlərin şah və onların varisləri ilə görüşlərindən tez-tez söz açılır.O zamanlar hakimlər nə qədər zalım olsalar da, cəmiyyətdə, fəqih və hədis alimləri ilə görüşəndə özlərini dindar kimi göstərir, onların məsləhətlərini və moizələrini dinləyirdilər.

Ardından isə törətdikləri zülmlərdən guya peşman olaraq, göz yaşlarına qərq olurdular. Lakin bütün bu hakimlər moizələrdən sonra yenə də öz əməllərinə qayıdır, insanlara zülm edir, fəsad yayırdılar. Bu da onların ikiüzlü olmalarını sübuta yetirirdi. Amma istənilən halda alimlərin moizələri hakimlər üçün çox dəyərlidir. Bu söhbətlərdə bizi tərəflərin kimliyi deyil, kəlamların gözəlliyi və müdrikliyi maraqlandırır. Çünki İslamın ilk dövrlərində yaşamış alimlər hakimlərə Müqəddəs Quran və hədislər əsasında tövsiyyələr verirdilər.

Miladi VIII əsrin birinci yarısında yaşamış elm və ibadət əhlindən biri də Əbu Hazim künyəsi ilə tanınan Sələmə ibn Dinar Mədəni idi. Əməvi xəlifələri ilə müasir olan Əbu Hazim Mədinədə yaşayırdı, arabir Şama (Suriyaya) səfər edib xəlifələrlə görüşürdü. Bəzi tarixçilər onu tabiin təbəqəsinə (yəni səhabələrlə görüşüb onlardan təlim almış şəxslərə) aid ediblər.

Bir gün Əbu Hazim Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlikin yanına gəlir. Onların arasında maraqlı bir söhbət baş verir. Xəlifə Əbu Hazimdən soruşur: “Niyə ölümdən qorxuruq, ölüm haqqında eşidəndə narahat oluruq?” Əbu Hazim cavab verir: “Çünki siz dünyanızı abad edib, axirətinizi bərbad qoymusunuz. Abad yerdən xarabalığa köçməyi heç kim istəməz”. Xəlifə yenə sual verir: “Axirətdə Allah-təalanın hüzuruna hansı şəkildə daxil olacağıq?” Əbu Hazim: “Yaxşılarımız sanki uzaq səfərdən yorğun halda öz vətəninə qayıdan və evində dincələn adam kimi olacaqlar. Amma pis adamların əhvalı ağasından qaçmış, sonra da ələ keçirilib geri qaytarılmış kölənin vəziyyətini xatırladacaq”.

Xəlifə növbəti sualı verir: “Əməllərin ən üstünü hansıdır?” Alim cavab verir: “Vacibləri yerinə yetirmək, haramlardan çəkinmək”. Xəlifə qiyaməti gözləri önünə gətirib həsrətlə söyləyir: “Kaş biləydim ki, o zaman yerim hara olacaq?” Əbu Hazim isə sakitliyini pozmadan ona məsləhət verir: “Bunu Qurandan öyrənə bilərsən. Quranda buyurulur: “Həqiqətən, yaxşı əməl sahibləri cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə cəhənnəmdə olacaqlar” (İnfitar, 13-14)”. Xəlifə ədalətin mənasını soruşanda Əbu Hazim deyir: “Ədalət odur ki, həm qorxduğun, həm də ehsanına ümid etdiyin adamın yanında haqqı deyəsən”. Xəlifə: “İnsanların ən ağıllısı kimdir?” Əbu Hazim: “Allaha ən yaxşı itaət edən adam”. Xəlifə: “Bəs ən cahil adam kimdir?” Əbu Hazim: “Öz axirətini başqasının dünyasına satan şəxs”.

Süleyman ibn Əbdülməlik bu dəfə Əbu Hazimdən soruşur ki, bizim (yəni Əməvi sülaləsinin) hakimiyyət haqqında nə düşünürsən? Alim cəsarətlə öz fikrini bildirir: “Sənin ata-babaların camaatın razılığı olmadan, qılınc gücünə hakimiyyəti ələ keçirib hökumət sürdülər. Kaş biləydin ki, o biri aləmdə onlara nə etdilər”.

Söhbətin axırında xəlifə Əbu Hazimdən xahiş edir ki, ona qısa bir nəsihət versin. Əbu Hazim bunu söyləyir: “Çalış ki, Allah səni qadağan etdiyi yerdə (yəni haram iş başında) görməsin; əksinə, əmr etdiyi yerdə (yəni vacib və savab işlərin icrasında) görsün”. Bu sözləri eşidəndə Süleymanı hıçqırıq tutur və hönkürtü ilə ağlamağa başlayır. Xəlifənin yanında duran əyanlardan biri Əbu Hazimi məzəmmət edir: “Bu sözləri niyə xəlifəyə deyib qanını qaraltdın?” Alim həmin şəxsin cavabını sərt şəkildə verir: “Səsini kəs! Allah alimlərdən əhd alıb ki, öz bildiklərini camaata çatdırsınlar və gizlətməsinlər”. Əbu Hazim bunu söyləyib saraydan çıxır. Xəlifə onun könlünü almaq üçün xeyli pul göndərib üzrxahlıq edir. Əbu Hazim isə pulu geri qaytarır və xəlifəyə cavab yollayır: “Allaha and olsun, bu pul səndə olanda mən ona (yəni pula) nifrət edirdim. İndi deyirsən ki, bunu səndən alıb özümə götürüm?

Alimlə xəlifənin maraqlı söhbəti


Geri dön

so_sad

  • 25 mart 2013 12:21
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
twk.............

Gözlüklü

  • 24 mart 2013 22:45
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkurler

NERMIN.

  • 23 mart 2013 21:11
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
tewekkurler.

--------------------
Deyer verdiyin insan sene deyer vermirse burax oz deyeri ile qalsin.....

Əkbər007

  • 23 mart 2013 16:19
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
ilk werh menden tewekkurler. crying

--------------------

so_sad

  • 23 mart 2013 10:29
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Miladi VIII əsrin birinci yarısında yaşamış elm və ibadət əhlindən biri də Əbu Hazim künyəsi ilə tanınan Sələmə ibn Dinar Mədəni idi. Əməvi xəlifələri ilə müasir olan Əbu Hazim Mədinədə yaşayırdı, arabir Şama (Suriyaya) səfər edib xəlifələrlə görüşürdü. Bəzi tarixçilər onu tabiin təbəqəsinə (yəni səhabələrlə görüşüb onlardan təlim almış şəxslərə) aid ediblər

ZuZuM__

  • 23 mart 2013 01:53
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..............

--------------------

Banned1

  • 23 mart 2013 01:18
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razı olsun

solnuska

  • 22 mart 2013 22:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned549678

  • 22 mart 2013 20:20
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
cooox sagolunnn ALLAH razi olsuuuuuuunnnnnnnnnnnnnnnn

ShoKKi_MoKKi

  • 22 mart 2013 19:49
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maragli idi..tesekkurler...

--------------------

Music lover

  • 22 mart 2013 18:43
  • Məqalə: 16
  • Şərh: 735
  • Bal:
{awards}
cox sagolun smile

ღ★Yağmur★ღ

  • 22 mart 2013 18:37
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ShoKKi_MoKKi

  • 22 mart 2013 18:31
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
“Çalış ki, Allah səni qadağan etdiyi yerdə (yəni haram iş başında) görməsin; əksinə, əmr etdiyi yerdə (yəni vacib və savab işlərin icrasında) görsün”. Bu sözləri eşidəndə Süleymanı hıçqırıq tutur və hönkürtü ilə ağlamağa başlayır. Xəlifənin yanında duran əyanlardan biri Əbu Hazimi məzəmmət edir: “Bu sözləri niyə xəlifəyə deyib qanını qaraltdın?” Alim həmin şəxsin cavabını sərt şəkildə verir: “Səsini kəs! Allah alimlərdən əhd alıb ki, öz bildiklərini camaata çatdırsınlar və gizlətməsinlər”. Əbu Hazim bunu söyləyib saraydan çıxır. Xəlifə onun könlünü almaq üçün xeyli pul göndərib üzrxahlıq edir. Əbu Hazim isə pulu geri qaytarır və xəlifəyə cavab yollayır: “Allaha and olsun, bu pul səndə olanda mən ona (yəni pula) nifrət edirdim. İndi deyirsən ki, bunu səndən alıb özümə götürüm?”

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}