Sizə nə demək istədiklərini başa düşün (Maraqlı)

 
Sizə nə demək istədiklərini başa düşün (Maraqlı)

İşsiz bir gənc məşhur iş adamı Henri Fordla görüşmək istəyirdi.

Buna görə də Fordun sahib olduğu şirkətə getdi. Ancaq hər şey o istədiyi kimi olmadı. Və bu görüş ancaq 8 ay sonra baş tutdu. 8 ay sonra gənc artıq Henri Fordun qəbul otağında idi. Bir azdan katibə gəldi və: “Cənab Ford sizi xidməti avtomobilinin yanında gözləyir”, - dedi. Gənc tələsik aşağı düşdü. Doğrudan da, Ford onu xidməti avtomobilinin yanında gözləyirdi. Ford arxada, gənc isə qarşıda oturdu. Bir azdan avtomobil yola düşdü. Avtomobil sürətlə irəliləyir, ancaq heç kim danışmırdı...

Bir azdan şəhərin nəhəng avtomobil salonlarından birinin qarşısında dayandılar. Salonun sahibləri qonaqları hörmətlə qarşıladılar. Qısa bir söhbətdən sonra Ford və gənc salondan ayrıldılar. Eyni hadisə ikinci salonda da baş verdi. Sonra üçüncü, sonra dördüncü, sonra beşinci...

İş yerinə qayıtmaq üçün avtomobilə minəndə gənc bütün gücünü topladı və: “Cənab Ford, mənimlə iş barədə danışmayacaqsınız?” - deyə soruşdu. Ancaq bu sual Fordun xoşuna gəlmədi. Sürücüdən avtomobili saxlamağı tələb etdi və gənci avtomobildən düşürdükdən sonra sürətlə oradan uzaqlaşdı. İndi o, şəhərdən çox-çox uzaqda, tək-tənha qalmışdı. Üstəlik, cibində bir qəpik də yox idi. Nə qədər götür-qoy etməyə çalışsa da, Fordun bu hərəkətinə bir məna verə bilmirdi. Evə çatanda artıq bütün düşüncələri alt-üst olmuşdu...

Aradan bir neçə gün keçdi. Ancaq bir sual onu heç cür rahat buraxmırdı: “Ford onunla nə üçün belə davranmışdı?” Ya da “Ford bununla ona nə demək istəyirdi?” Günlərlə baş sındırdıqdan sonra, nəhayət, axtardığını tapdı...

Ertəsi gün ən yaxşı paltarlarını geyindi və Fordla getdikləri ilk avtomobil salonuna üz tutdu.

Salonun sahibləri onu böyük hörmətlə qarşıladılar. Sanki qarşılarında gənc bir adam yox, Henri Fordun özü var idi. Artıq hər şey ona aydın idi. Daha sonra gənc Henri Fordla gəzdikləri o biri salonlara da getdi. Və hamısından da eyni şeyi soruşdu: “Yeni bir avtomobil salonu açmaq istəyirəm, ancaq kifayət qədər sərmayəm yoxdur. Bu işdə mənə kömək edə bilərsinizmi?

Hamısı da eyni cavabı verdilər: “Əlbəttə ki... İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin...” Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu...

Aradan bir neçə il keçmişdi. Artıq Henri Forda təşəkkür etmək vaxtı idi. “Ford Kompani”nin baş ofisinə gedib, qəbul üçün müraciət etdi. Bir azdan katibə gəldi və: “Buyurun, cənab Ford sizi gözləyir”, - dedi.

Gənc təəccübdən nə deyəcəyini bilmədi. Çünki ilk qəbul üçün nə az, nə çox, düz 8 ay gözləmişdi...

Ford gənci iş otağının qapısında qarşıladı. Və bunları dedi: “Eyni yerdə avtomobildən düşürdüyüm nə ilk adam idiniz, nə də son adam oldunuz. Ancaq aralarında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. O gündən sizi böyük heyranlıqla izləyirəm. Bundan sonrakı iş həyatınızda uğurlar arzulayıram”...


Geri dön

so_sad

  • 25 mart 2013 12:07
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
Bir azdan şəhərin nəhəng avtomobil salonlarından birinin qarşısında dayandılar. Salonun sahibləri qonaqları hörmətlə qarşıladılar. Qısa bir söhbətdən sonra Ford və gənc salondan ayrıldılar. Eyni hadisə ikinci salonda da baş verdi. Sonra üçüncü, sonra dördüncü, sonra beşinci...

☮★Azerbaijan Boy★☮

  • 25 mart 2013 11:22
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Ford gənci iş otağının qapısında qarşıladı. Və bunları dedi: “Eyni yerdə avtomobildən düşürdüyüm nə ilk adam idiniz, nə də son adam oldunuz. Ancaq aralarında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. O gündən sizi böyük heyranlıqla izləyirəm. Bundan sonrakı iş həyatınızda uğurlar arzulayıram”...

--------------------

Gözlüklü

  • 24 mart 2013 22:37
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Tewekkurler

Əkbər007

  • 23 mart 2013 16:02
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
♥ EliNin TersI Ile IteledIn Meni
♥ Vaxt GeLeCek ElIniN IciYle ALLAHDAN
♥ IsTiYeCekSen MenI ......!!!!:( ♥
wassat

--------------------

surawka

  • 23 mart 2013 15:14
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
τεwεκκüρλερ

Arzu_zadeh

  • 23 mart 2013 12:35
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Sorry_No_Name

  • 23 mart 2013 11:43
  • Məqalə: 13
  • Şərh: 305
  • Bal:
{awards}
xəbərə görə tşk

--------------------
Mэnimlэ 0yuna vaгsan?

so_sad

  • 23 mart 2013 10:19
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
xebere gore tewekkurler

favarit_Angel

  • 23 mart 2013 10:12
  • Məqalə: 0
  • Şərh: 515
  • Bal:
{awards}
TWKLER MARAQLI XEBERDII.........

--------------------
QARSINDAKINA QEDEH QALDIRARSAN ,UREYINDEKINE ICERSEN...

Banned456

  • 23 mart 2013 09:35
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Hamısı da eyni cavabı verdilər: “Əlbəttə ki... İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin...” Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu...

nuruWka

  • 23 mart 2013 02:30
  • Məqalə: 92
  • Şərh: 2539
  • Bal:
{awards}
FA-RiD,
XEBERE AID WERH YAZ !!!! angry

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

ZuZuM__

  • 23 mart 2013 01:36
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Hamısı da eyni cavabı verdilər: “Əlbəttə ki... İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin...” Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu...

--------------------

Gül Əliyeva

  • 22 mart 2013 22:46
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Maraqlıdı tşk

мυsLiмαηκα

  • 22 mart 2013 22:24
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
cox maraqli hekayedi

ღ★Yağmur★ღ

  • 22 mart 2013 22:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

N.e.z.r.i.n

  • 22 mart 2013 22:07
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
saolun twklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
nezrin<3

solnuska

  • 22 mart 2013 21:50
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 22 mart 2013 21:41
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Tesekkurler..................

--------------------

---ANGELA---

  • 22 mart 2013 21:38
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
Qeribedi...
Twkkk

--------------------
Gülüşün gətirdi cənnəti mənə..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}