
Gözəlim gəl son görüşdü,
Qoy isti əlini daş qəbrim üstə...
Tək qaldim dərdimə şərik yox,
Agla göz yaşını tök qəbrim üstə.
Unutma mənimlə olan günləri,
Varaqla yazdığım xatirələri.
Əlimlə gətirdiyim qızıl gülləri,
Bük qara telinə qoy qəbrim üstə.
Sənin üçün yazıram dinlə şeirimi,
Həyatda namərdə salma meylini.
Məndən sonra kimsə qırsa qəlbini,
Gəl söylə dərdini daş qəbrim üstə.
Əyər bu dünyadan getsəm mən cavan,
Yaşat sevgimizi sən qoyma nakam.
Məzarım soyuqdu üşüdüm yaman,
Çıxar yaylığını sər qəbrim üstə.
Qoy isti əlini daş qəbrim üstə...
Tək qaldim dərdimə şərik yox,
Agla göz yaşını tök qəbrim üstə.
Unutma mənimlə olan günləri,
Varaqla yazdığım xatirələri.
Əlimlə gətirdiyim qızıl gülləri,
Bük qara telinə qoy qəbrim üstə.
Sənin üçün yazıram dinlə şeirimi,
Həyatda namərdə salma meylini.
Məndən sonra kimsə qırsa qəlbini,
Gəl söylə dərdini daş qəbrim üstə.
Əyər bu dünyadan getsəm mən cavan,
Yaşat sevgimizi sən qoyma nakam.
Məzarım soyuqdu üşüdüm yaman,
Çıxar yaylığını sər qəbrim üstə.
