Və o Bir Günü...(Qənirə Paşayeva)

 
Və o Bir Günü...(Qənirə Paşayeva)

Axtarmaq... Hər yerdə axtarmaq... Hər saat, hər gün aramaqla keçir ömrüm...

Bilirəm, bir ömür boyu səni aramaqla keçəcək günlərim, aylarım, illərim...

Bilirəm, ölənə qədər arayacam səni. Yoxsa ömrümün bir anlamı da olmaz...

Və mən yalnız səni arayacam, getdiyim hər yerdə, baxdığım hər şeydə, hər üzdə, hər gözdə... Səni, yalnızca səni...

Yenə səni arayıram... Əslində indi çox uzaqlardayam. Sənin şəhərindən də, mənim şəhərimdən də min kilometrlərlə uzaqlardayam. Günəş qüruba enir, günün ən kədərli, kövrək anıdır. Bir azdan Ay çıxacaq, mən isə küçələri dolaşıram. Dolaşıram küçələri, amma düşünürəm - Səni... Sənin burada olmadığını bilə-bilə yenə səni arayıram, səni... Bəlkə, bəlkə burdadır deyə... Bəlkə bir azdan bax elə bu küçənin tinində qarşıma çıxacaqsan deyə...

Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

Gül satan qadının qarşısından keçirəm. Mənə gül almağı təklif etmir... Yəqin tək olduğumu gördüyü üçün belə edir... Amma mən güllərin ən gözəlini alıram özüm üçün sənin adından. Sən axı mənə heç zaman gül almamışdın. Onları ciyər dolusu qoxlayıram...

Hava yaman soyuqdur... Dükana girirəm. Artıq qış gəldi, havalar yaman soyudu. Sənə əlcək hədiyyə alıram. Əllərin üşüməsin deyə. Mənə bax, ey... bilirəm ki, onu sənə verə bilməyəcəm, amma yenə alıram... Əllərim yaman üşüyür... Mənə elə gəlir ki, bəlkə də indi sənin əllərin üşüdüyündəndir ki, əllərim bu gün daha da çox üşüyür. Əllərimi tez isitməliyəm ki, əllərin isinsin... Deyəsən sənsizliyin mənə verdiklərindəndir. Davamlı əllərim üşüyər... Sənə aldığım əlcəyi əllərimə geyinirəm... Əllərimə elə qəribə istilik gəlir ki... Elə bil sənin ovuclarındadır, elə bil sən əllərimi nəfəsinlə isidirsən...

Yolüstü bir kafeyə girirəm. Qəhvə sifariş verirəm. Sənin çox sevdiyin qəhvəni... İkimiz üçün də sifariş edirəm. Ofisiant üzümə maraq dolu bir sualla baxır. Amma heç nə soruşmur. Yenə səni düşünürəm...

Stolun üstündə şam yanır. Necə də atəşlə, amma sakit-sakit yanır şam... Göz yaşları axır dolu-dolu... Ciyərlərimə çəkirəm şamın eşq qoxusunu...

Şamı, pərvanəni anlamaq... Pərvanəni, eşqi anlamaq üçün onun kimi yanmalıdır insan. – Sən eşqin fəlsəfəsini bu cür izah edərdin... Sənin eşq fəlsəfəni də özün kimi tam anlaya bilmədim... Nəyisə gizlədirdin məndən hər zaman. Sanki sənin sirrini, müəmmanı çözə bilməyimi istəmədin heç zaman. Hər zaman sirli qalmağa çalışdın.

Aramaqla yanmalıdır insan...

Artıq gecdir. Otelə getməyi düşünürəm... Yolda qarşıma kitab dükanı çıxır. Mənə kitablar alacağına söz vermişdin, amma almamışdın. Mən də hər zaman görəsən mənə hansı kitabı almaq istəyirdi deyə çox düşünmüşdüm. Kitablara baxıram, sənə kitab almaq istəyirəm... Görəsən hansı kitabı almamı istəyərdi deyə düşünürəm... Bəlkə zəng edim soruşum deyə içimdən şeytani hisslər baş qaldırır... Amma zəng etmirəm... Bir neçə dəfə telefonu əlimə alıb təkrar çantaya qoyuram. Çünki telefonuma cavab verməyəcəyini bilirəm...

Satıcı qız hansı kitabı almaq istədiyimi soruşur. Bilmirəm, sən seç deyirəm... Maraq və təəccüblə üzümə baxır, sonra bir kitab gətirir. Pulunu ödəyib otelə qayıdıram... Yenə səni düşünürəm, yenə səni axtarıram...

Otel otağı yaman cansıxıcı gəlir mənə... İçimdən dəli bir ağlamaq keçir. Birdən kitabı xatırlayıram. Başımı bir az da olsa qarışdıra biləcəyimi düşünürəm... Görəsən satıcı qız mənə nə kitab verib deyə açıram...

David Nicholls, “One day” (“Bir Gün”)... Oxumağa başlayıram və ilahi bu bir təsadüfdürmü deyirəm... – Doğurdan da qəribə təsadüfdür. Təsadüfdürmü? Bəlkə də...

20 il. İki insan. Bir Gün...

O, Bir Günü düşünməyə başlayıram...

Gerçəkdən də bəzi insanlar bütün həyatını, aradığının tam önündə olduğunu fərq etmədən yaşarlar...

Emma və Defteri oxuduqca bizi düşünürəm...
Və o Bir Günü...

Müəllif: Qənirə Paşayeva


Geri dön

ZuZuM__

  • 31 mart 2013 19:00
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
Film afişalarına baxıram... Bizi düşünürəm....

--------------------

my angel__

  • 30 mart 2013 14:36
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Beyendiyinize seviindim winked

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Banned549678

  • 29 mart 2013 19:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Bilirəm, bir ömür boyu səni aramaqla
keçəcək günlərim, aylarım, illərim...
Bilirəm, ölənə qədər arayacam səni. Yoxsa
ömrümün bir anlamı da olmaz...

KLOVAYA DEVÇONKA

  • 28 mart 2013 20:57
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
{awards}
maraqlı hekayəyə göre tşk.

kiskanc

  • 28 mart 2013 16:40
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkurler

solnuska

  • 27 mart 2013 23:21
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

so_sad

  • 27 mart 2013 19:36
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

Əkbər007

  • 27 mart 2013 19:12
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Hava yaman soyuqdur... Dükana girirəm. Artıq qış gəldi, havalar yaman soyudu. Sənə əlcək hədiyyə alıram. Əllərin üşüməsin deyə. Mənə bax, ey... bilirəm ki, onu sənə verə bilməyəcəm, amma yenə alıram... Əllərim yaman üşüyür... Mənə elə gəlir ki, bəlkə də indi sənin əllərin üşüdüyündəndir ki, əllərim bu gün daha da çox üşüyür

▒(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)
▒(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)
▒▒(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)
▒▒(▓▓▓▓▓(_|__))▓▓▓▓▓▓▓(_|__))▓▓▓)
▒(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)
▒(▓▓▓▓▓▓▓▓(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)
▒(▓▓▓▓▓▓▓(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)▓▓▓▓▓),,––-""
▓(▓▓▓▓▓(▓▓▓▓▓▓▓(██|█)▓▓▓▓)▓▓▓▓)––––––,,
▓(▓▓▓▓▓▓(▓▓▓▓▓▓▓▓▓▓▓▓▓)▓▓▓▓)``––,,
▓▓(▓▓▓▓▓▓(▓▓▓▓▓▓▓▓▓▓▓)▓▓▓▓)
▓▓(▓▓▓▓▓▓▓▓▓░░|__/░░|__//▓▓)
▓▓▓▓(▓▓▓▓▓▓░░░|_/░░░|_//▓▓)
▓▓▓▓▓▓(▓▓▓▓░░░|/░░░░|//▓▓)
▓▓▓▓▓▓▓▓(▓▓▓░░░░░░░░░▓▓)
▓▓▓▓▓▓▓▓(▓▓▓░░░░░░░░░▓▓)
▓▓▓▓▓▓▓▓▓)(▓▓░//||░░░░/|▓)
▓▓▓▓▓▓▓▓)▒▒(▓▓/_|░░░/_|▓)
▓▓▓▓▓▓▓)▒▒▒▒(▓▓▓▓▓

--------------------

Just for laugh

  • 27 mart 2013 16:28
  • Məqalə: 7
  • Şərh: 684
  • Bal:
{awards}
[hide][/hide]Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

--------------------
Bagislayin bir de gelmeyecem...

NERMIN.

  • 27 mart 2013 16:19
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
cox maraqli hekaye idi cox sagolun ellerinize sagliq.

--------------------
Deyer verdiyin insan sene deyer vermirse burax oz deyeri ile qalsin.....

shop_050

  • 27 mart 2013 15:06
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
tewekkurler....

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

my angel__

  • 27 mart 2013 15:03
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Beyendiyinize sevindim..inwallah ardinida qoyacam

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

sebnem98

  • 27 mart 2013 14:41
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

--------------------

Nara Neznakomka

  • 27 mart 2013 14:27
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

..................

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

мυsLiмαηκα

  • 27 mart 2013 13:36
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

..::Wonderland::..

  • 27 mart 2013 13:33
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
cox gozel idi...tewekkurler.ama bilmek isteyirem bu adi 1meqaledir,yoxsa "Onun Sevgi Mektublari"adli eserden secimiw hissedirmi?

--------------------
Bu heyat ozu bir yuxudur.Bunu gormek ucun ayilmaq ve derk etmek lazimdir!!!

enigmatic_girl

  • 27 mart 2013 13:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
20 il. İki insan. Bir Gün...

--------------------

★WirinKa★

  • 27 mart 2013 13:04
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
suppperdi axira kimi oxudum ve maraqlidi

--------------------

★Azerbaijan girl★

  • 27 mart 2013 12:11
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Hava yaman soyuqdur... Dükana girirəm. Artıq qış gəldi, havalar yaman soyudu. Sənə əlcək hədiyyə alıram. Əllərin üşüməsin deyə. Mənə bax, ey... bilirəm ki, onu sənə verə bilməyəcəm, amma yenə alıram... Əllərim yaman üşüyür... Mənə elə gəlir ki, bəlkə də indi sənin əllərin üşüdüyündəndir ki, əllərim bu gün daha da çox üşüyür


axira kimi oxudum cox amma cox gozel yazibe..cox tesir etdi en coxda bu hissesi....yene olsa onun meqalelerinden xahis atarsan canimmm...super ellerine saglik :)

Bash Belası

  • 27 mart 2013 11:49
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....

★Azerbaijan girl★

  • 27 mart 2013 11:47
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Qenire Pasayeva menim idealimdi cox sevirem onu..secilmiwlere atdim mutleq oxuyacam cox sag ol canimmm

★Украду Девушку★

  • 27 mart 2013 11:37
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Cox Saqol .))

--------------------

aydenizz

  • 27 mart 2013 11:35
  • Məqalə: 0
  • Şərh: 427
  • Bal:
{awards}
Yenə səni arayıram... Əslində indi çox uzaqlardayam. Sənin şəhərindən də, mənim şəhərimdən də min kilometrlərlə uzaqlardayam. Günəş qüruba enir, günün ən kədərli, kövrək anıdır. Bir azdan Ay çıxacaq, mən isə küçələri dolaşıram. Dolaşıram küçələri, amma düşünürəm - Səni... Sənin burada olmadığını bilə-bilə yenə səni arayıram, səni... Bəlkə, bəlkə burdadır deyə... Bəlkə bir azdan bax elə bu küçənin tinində qarşıma çıxacaqsan deyə...

Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Kafelərin qarşısı ilə keçirəm... Bizi düşünürəm...

Film afişalarına baxıram... Bizi düşünürəm....
twk

Beren Saat...

  • 27 mart 2013 11:33
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
Əl-ələ gəzən insanlara baxıram... Bizi düşünürəm...

Gözlüklü

  • 27 mart 2013 11:11
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Emma və Defteri oxuduqca bizi düşünürəm...
Bu cumle ne cumledi bele.cumlede sehvlik var.

Tewekkurler

Ilash KA

  • 27 mart 2013 11:10
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
Teşekkürler )))

ღ★Yağmur★ღ

  • 27 mart 2013 10:54
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Çox maraqlı hekayədir təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღLovelyღ

  • 27 mart 2013 09:58
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}