Qənirə Paşayeva (2)

 
Qənirə Paşayeva (2)

Xeyli vaxtdı beynimdə götür-qoy etdiyim, qəlbimdə yer verdiyim bir məsələ var(dı). O məsələ bardə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar. Nəinki anlayışla qarşıladılar, doğru addım atdığımı qəbul etdilər..!

Söhbət orqanlarımın bağışlanması ilə bağlı qərardan gedir. Əslində bu məsələ bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunan hadisədir. Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilərik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Örnəyi, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik… Çox təəssüf ki, bu sahə hələ Azərbaycanda inkişaf etməyib və hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar və təbii ki, xarici ölkələrdə sadəcə zənginlər bundan yararlana bilir. Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olun¬maması, əhali arasında bu istiqamətdə maarifləndirmənin demək olar, yox dərəcəsində olması əslində bəlkə də hər gün həyatını hansısa orqanın köçürülməsi ilə xilas edə biləcəyimiz birini ölümə tərk etmək deməkdir… O üzdən də mən bu qərarımı hansısa hisslər altında deyil, düşünərək atdım və həyatımın ən doğru qərarlarından biri olduğuna da inanıram! Çünki bu qərarımla həm bir insan kimi öz orqanlarımı bağışlamaq, həm də toplumda bu mövzunu müzakirə gündəminə gətirmək istəyirəm. Təkcə Avropada deyil, elə qardaş Türkiyədə orqan köçürülməsi nə qədər insanın həyatını xilas edib (xilas edir). Orqan köçürülməsi üçün Türkiyəyə gedən insanlarımızı düşünün. Ölümdən xilas ola bilənləri gözünüz önünə gətirin. İndi bir anlığa düşünün ki, əgər kimlərsə orqanlarını bağışlamasaydı, o insanları xilas etmək mümkün ola bilərdimi?!. – Xeyr! Məhz humanist insanların ölümlərindən sonra orqanlarının bağışlanması haqqında zamanında vermiş olduqları qərarlar (orqanlarını bağışlaması) hər il minlərlə insanı yenidən həyata döndürür…

Siz necə? – Bir insanı həyata döndərmək istərmisiniz?

Ölümünüzdən sonra bir neçə insanın yenidən həyata qayıtmasına kömək etmək sizə görə deyilmi, sizcə?

İnanıram, “Bəli” cavabı verəcəksiniz özünüz öz sualınıza…

Bu məsələnin dinimizlə də bağlı heç bir ziddiyyəti yoxdur. Qardaş Türkiyənin dini işlər qurumu olan Dəyanət İşləri Qurumunun bununla bağlı açıqlamasında da belə deyilir. Mən ümid edirəm ki, qısa zamanda bu məsələ ölkəmizdə də ciddi şəkildə müzakirə olunacaq, bu istiqamətdə bir neçə il əvvəl qəbul olunmuş qanunun həyata keçirilməsi istiqamətində müvafiq icra orqanları hüquqi mexanizmlər hazırlayıb qəbul edəcək, lazım olarsa qanunvericilik səviyyəsində əlavə və düşəlişlər həyata keçiriləcək, maarifləndirmə işləri surətlənəcək. Orqan bağışlama ölkəmizdə öz həllini tapmazsa orqan köçürülməsi kimi önəmli bir sahə ölkəmizdə inkişaf edə bilməyəcək. Mən əlaqədar qurumları bu mövzuya daha böyük diqqət ayırmağa çağırıram. Çünki bu istiqamətdə qanunun qəbulundan 13 il keçməsinə baxmayaraq hələ də bu istiqamətdə heç bir ciddi irəliləyiş yoxdur. Qeyd edim ki, insan organ və vəya toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 1999 – cu il tarixində qəbul edilmişdir. Bu qanunla orqan və vəya toxumaların transplantasiyasının ümumi müddəaları, transplanyasiya məqsədilə meyitdən və ya donordan organ vəya toxumaların götürülməsinin qaydaları və bu barədə tibb müəssisələrinin və tibb işçilərinin məsuliyyəti müəyyənləşdirilmişdir. Ayrıca Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan organ və vəya toxumaların siyahısı təsdiq edilmişdir. Bu siyahıya görə respublikamızda ürək, ağciyər, ürək – ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya ediləbilər.

ƏN BÖYÜK PROBLEM. Organ transplantasiyasının qarşısındakı ən böyük əngəl organ bağışının az olmasıdır. İnkişaf etmiş ölkələrdə də problem eynidir. Amma beynəlxalq statistikalara nəzər salsaq görərik ki, organ bağışının nisbətləri heç də hər ölkədə eyni deyil. Məsələn, bir milyon əhali başına düşən donor sayısı İspaniyada 34,6 , ABŞ – da 20,0 , Türkiyədə 2,0 , Rumıniyada isə 0,4 – dür. Qanunvericilikdəki məhdudiyyətlərlə bərabər, toplumların bu mövzudakı maariflənmə səviyyəsi əsas faktorlar kimi qarşımıza çıxır. ABŞ – da organ bağışını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur.


Geri dön

sebnem98

  • 14 aprel 2013 13:16
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
ABŞ – da organ bağışını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur.

--------------------

ZuZuM__

  • 31 mart 2013 16:49
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Teshekkurler =0

--------------------

my angel__

  • 30 mart 2013 14:34
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: XaXaXiXi-Ne-GuLuRsEn
my angel__,Oda helə səninkimi ifritədidə özü tapa bilmir aaa tutub sürüyəjəm onuda sənidə ifriteşkalar şaka kız şaka canımsız ikinizdə uşşşş))

wink

--------------------
Помни, что ты - мое все ❤

Banned549678

  • 30 mart 2013 12:09
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Teshekkurler =0

so_sad

  • 30 mart 2013 12:05
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: ANGEL BEZ KRILYEV
esl millet vekildir tewekkurler...

Banned549678

  • 29 mart 2013 13:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TesheKKuRleR =) meqale ucun =)

★Azerbaijan girl★

  • 29 mart 2013 11:41
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ayyy bitanem cox sag ol ureyimm..bu qadini cox sevirem :)

Əkbər007

  • 29 mart 2013 02:28
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
maraqli meqale ucun coox sagol.esl millet vekildir tewekkurler...

--------------------

Banned1

  • 29 mart 2013 02:01
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
my angel__,
Oda helə səninkimi ifritədidə özü tapa bilmir aaa tutub sürüyəjəm onuda sənidə ifriteşkalarlol şaka kız şaka canımsız ikinizdə uşşşş))

Ghost of legend

  • 29 mart 2013 01:29
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tesekkurler oxudum hamsini

my angel__

  • 28 mart 2013 20:11
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Az Gulnare bu meqaledi de)))
Beyazka min isteyi ile buna aid meqale qoymuwam)

--------------------
Помни, что ты - мое все ❤

CuPbUyUm

  • 28 mart 2013 19:59
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
xebere gore twk

--------------------

so_sad

  • 28 mart 2013 19:14
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere gore sag ol tongue

Banned1

  • 28 mart 2013 18:56
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
İfriteşkAm bu nəya ?
Hihihi sağoltongue....

ShoKKi_MoKKi

  • 28 mart 2013 18:36
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli meqale ucun coox sagol.canim

--------------------

Just for laugh

  • 28 mart 2013 18:18
  • Məqalə: 7
  • Şərh: 684
  • Bal:
{awards}
teshekkurler bully

--------------------
Bagislayin bir de gelmeyecem...

★Love me★

  • 28 mart 2013 18:10
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
esl millet vekildir tewekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}