Sevmək və qovuşmaq

 
  • 28.03.2013, 20:49
  • Bölmə: Sevgi
  • Müəllif: C.I
Sevmək və qovuşmaq

Məcnun Leylisinə qovuşmadı, kim bilir, bəlkə, bizə elə gəlir, bəlkə, qovuşublar daha. Bəlkə, qovuşub küsüşüblər, bəlkə o Leyli-Məcnun eşqindən peşman da olublar. Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə, buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır.

Qovuşsalar da, qovuşmasalar da, bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçək anlamda qovuşmaq demək deyil ki. Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır. Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar. Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə də birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır.

Bəndəsinə istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə bəndəsini imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur.

Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Bəndənin Allahı sevməsi Allahın bəndəyə ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.

Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!


Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

Allah “bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim” buyurur. O, əlbəttə bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün “xaric anlayışı yoxdur.”

Məcnun Leylisiz öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs - bədənin istəyi, ruh Allahın sirridir, məkanı da Cənnət. Ruh istədiyini özünə cənnətə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq.

Yaşı səksəni ötmüş Məmmədsəid dədə yönünü qibləyə çevirib “Allahu Əkbər” deyən kimi ömür-gün yoldaşı Zibeydə nənə kürəyində hazır olur. Özləri də unudublar ki, bu mənzərə neçə illərdir beləcə davam edir, əlli , altmış, altmış beş... Amma heç yorulmayıblar, heç usanmayıblar. Bir çətən oğul-uşaq böyüdüblər, bir kənd sayılacaq qədər nəvə-nəticələri var, amma hər dəfə ilk sevgi kimi yanaşı durub qibləyə yönəlirlər, hər gün təzətərdilər, hər gün təravətli, hər gün şuxdular. Hərəsinin də öz canamazı var, illərdən bəri alın qoyulduğundan səcdə yerinin rəngi seçilməz hala gəlib, amma dəyişmək, yeniləmək istəmirlər, çünki o canamazlar illərin səcdə şahidləridir, birgəliyin, sədaqətin şahidləridir.

“Allah ataa, anaa rəhmət eləsin, ay Zibeydə, kürəyində namaz qılan arvadı olmaq Misirə sultan olmaqdan əfdaldı”. Məmmədsəid dədə namazı qurtarıb zikr edəndən sonra yanında büzüşüb dodağı altında dua eləyən ömür-gün yoldaşına deyirdi bu sözləri. Zibeydə nənə də ərinin bu alxışından məmnun halda başını yelləyər, zikrinə davam edərdi. Bu “Misirə sultan olmaq” məsələsi Məmmədsəid dədənin ağlına hardan gəlmişdi, kimdən götürmüşdü bu sözü, heç özü də xatırlamırdı, amma ancaq o məqamda işlədirdi, ancaq Zibeydə nənəyə deyirdi. Onlar ömür-gün yoldaşı olduqları qədər də namaz yoldaşı, dua yoldaşıydılar. Bir dəfə gənclik illərində necə olmuşdusa, aralarına inciklik düşmüşdü. Kişi xanımına əvvəlcə səsini qaldırmışdı, sonra da əlini, özü də heç bir şeyin üstündə. Namaza duranda Zibeydə xanım: “dur, ay Məmmədsəid, nə qədər eləyirəm, qəzəbim keçmir, sən öz namazını qıl, sonra da mən qılaram”- deyib ağlayaraq otaqdan çıxmışdı. Xanımın bu sitəmi kişiyə bərk yer eləmişdi və namazı necə qılıb qurtardığını özü də bilməmişdi. O hadisədən, bəlkə də, qırx il keçmişdi, ömür-günləri bir sevgi nəğməsi kimi oxunub gedirdi, amma o hadisəni də heç unutmurdular, kişi bir balaca səsini qaldıran kimi arvad başı ilə qapıya işarə edir, yəni “gedərəm haa”, gülüşürlər və Məmmədsəid dədə söhbəti dua ilə tamamlayır: “Allah ayırmasın!”

Qovuşmaq sevməyin meyvəsidir, hər sevən qovuşmağa can atar. Sevməyin zövqü olduğu kimi, qovuşmağı istəməyin də ədəbi var. Sevdiyin sizə gələcək, nə gözəl. Bir həftə əvvəldən hazırlıqlar başlar. Ev-eşik, həyət-baca çiçək kimi tər-təmiz olar, hər tərəf gül qoxuyar. Bazarlıqlar, biş-düşlər, geyim-kecim, nə lazımsa, hamısı ədəbinə, qaydasına uyğun... Bəs, sən sevdiyini qəlbinə qonaq etmək, könlünə hakim qılmaq istəsən necə? Bilirsənmi, aləmlərə sığmayan Allah sevdiyi qulunun qəlbinə sığar? Sənin qəlbin o Müsafiri qəbul etməyə layiqmi, hazırmı? Qurdla quzu, atəşlə pambıq bir yerdə ola bilmədikləri kimi imanla küfr də eyni zamanda bir qəlbə sığmazlar. Bir qəlbdə ya o var, ya o birisi. Bir az ondan, bir az bundan mümkün deyil, imanın şərtləri var, şərtlisi yoxdur, ya tam var, bütöv var, ya da yoxdur.

Hər sevməyin qovuşmağı var, hər sevən sevdiyinə qovuşacaq. Bundan zərrə qədər də şübhən olmasın. Sən sevdiyinə bax, hansı ünvana qovuşmaq istədiyinə bax; sən sevməyinə bax; sevdiyinə bax və bir də sevdiyinə layiq olmağa bax, gerisini düşünmə, narahat olma, heç canını da sıxma. Ədəbli sevgi Sırat körpüsü kimidir, səni sevdiyindən başqasına aparmaz.

Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...


Geri dön

Banned1

  • 2 aprel 2013 22:50
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 aprel 2013 22:19
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
evmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

--------------------

ZuZuM__

  • 31 mart 2013 16:32
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Allahın ipinə sarılın!

--------------------

Prosta_Novuw

  • 30 mart 2013 15:57
  • Məqalə: 2
  • Şərh: 866
  • Bal:
{awards}
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

ღLovelyღ

  • 30 mart 2013 15:21
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned549678

  • 30 mart 2013 13:22
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

so_sad

  • 30 mart 2013 11:45
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!

Banned549678

  • 29 mart 2013 15:36
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TesheKKuRleR =) sirindirrrrrrrrr ALLAH razi olsun...sekilde qesengdir ve sirin usss menim sevdiyimin esgerden gedib geldiyi gunleri gorum)bu kizin yerinde olaydim sekil superdirrrr

classic_guiter_girl

  • 29 mart 2013 15:33
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

Just for laugh

  • 29 mart 2013 13:16
  • Məqalə: 7
  • Şərh: 684
  • Bal:
{awards}
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!

--------------------
Bagislayin bir de gelmeyecem...

shop_050

  • 29 mart 2013 12:27
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

Roya_____

  • 29 mart 2013 10:12
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagolun winked

GunesGunes

  • 29 mart 2013 01:58
  • Məqalə: 34
  • Şərh: 926
  • Bal:
{awards}
twk love maraqli idi cox olmasina baxmayaraq

Əkbər007

  • 29 mart 2013 01:57
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
TəŞəKKüR EDiRəM

--------------------

Ghost of legend

  • 28 mart 2013 23:52
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tesekkurler

★Azerbaijan girl★

  • 28 mart 2013 23:49
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
sag ol bitowum)

✰_DeLNoLiNi_✰

  • 28 mart 2013 23:28
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...
Inwallah yeni

--------------------

ღ★Yağmur★ღ

  • 28 mart 2013 23:14
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

мυsLiмαηκα

  • 28 mart 2013 23:06
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.

Ehh gorekde...

ღ★ Firuzə ★ღ

  • 28 mart 2013 22:51
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
chox sagol...

--------------------

ShoKKi_MoKKi

  • 28 mart 2013 22:39
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

--------------------

YazYamuru

  • 28 mart 2013 22:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

yalansa olme ewweyim meselesi hara qovuwulur wink wink

--------------------



nuruWka

  • 28 mart 2013 22:26
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
eladi coxsaolun

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

sweet_girl.

  • 28 mart 2013 22:05
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
tesekkuurr

★Украду Девушку★

  • 28 mart 2013 21:55
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!

--------------------

★WirinKa★

  • 28 mart 2013 21:44
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurler oxudum....

--------------------

solnuska

  • 28 mart 2013 21:19
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

AyliN BunyaminovA

  • 28 mart 2013 21:01
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Hər sevməyin qovuşmağı var, hər sevən sevdiyinə qovuşacaq. Bundan zərrə qədər də şübhən olmasın.TəŞəKKüRleR

--------------------
ܨܓܓܨܓܓ✍

_TUNAR_MAMEDOV_

  • 28 mart 2013 20:57
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...


BIRaz oxudum.... geshey meqaledi...Eziyyete gore cox sag olun...

--------------------

Banned1

  • 28 mart 2013 20:56
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TəŞəKKüR EDiRəM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 10
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}