Kəlküttənin "Mohun Bagan” və "Peylan Errouz” klubları arasında futbol üzrə Hindistan çempionatının oyunu başa çatan kimi meydançada zəhərli ilanlar sürünməyə başlayıb.
Futbolçulardan və meydançada olanlardan heç kim zərər çəkməyıb. İlanlar hətta soyunub-geyinmə otaqlarınadək gedib çıxsalar da, onların peyda olması stadionda çaxnaşma yaratmayıb.
Futbolçular baş verənlərdən yalnız müəyyən vaxtdan sonra xəbər tutublar. "Mohun Bagan”ın və futbol üzrə Hindistan yığma komandasının yarımmüdafiəçisi Rahim Nəbi bəyan edib ki, mən həmin meydançada yenidən oynamağa çəkinərdim.
Stadionun yerləşdiyi Kalyani bələdiyyəsi başçısının sözlərinə görə, ilanların ortaya çıxmasına havanın isti keçməsi səbəb olub. Məhz bu səbəbdən sürünənlər öz yuvalarını tərk ediblər.
Lakin Hindistan Futbol Federasiyası meydançanı istifadədən məhrum etməyə hazırlaşmır. Liqanın rəhbərliyi hələlik yalnız stadionda lazımı təhlükəsizlik tədbirləri görməyi tələb edib.