Heç işləməyim gəlmir

 
Heç işləməyim gəlmir

Bütün ilin istirahətini 7 günə sığışdıranlar əsəbi, gərgin və yuxulu olurlar.

Növbəti bayramı yola saldıq. İnsanların çoxu bayramı işdən, stresdən uzaq, dincələrək keçirdi. Dünəndən isə iş sahibi olan hər kəs yenidən iş başına qayıdıb. Kiminin üzündə hələ də bayramdan qalan xoş əhval, kimisində yorğunluq, kimisində isə narazılıq hiss olunur. Bundan sonra uzun müddət bu cür uzun tətilin olmayacağını düşünmək isə cansıxan əsas fikirlərdən biridir.

Daim iş başında olan insanlar üçün həftə sonları özlərinə vaxt ayırmaq baxımından əvəzsiz fürsət ikən 7 günlük bayram tətili, demək olar ki, tam bir istirahətdir. Tərcüməçi işləyən Nuranə Məmmədovanın sözlərinə görə, bayramdan sonra ən çox əziyyət çəkdiyi hal yuxudan erkən oyanmaqdır. Daim səhərin erkən saatlarında oyanmağa öyrəşən insanlar çox yatmağa başlasalar, sonra erkən qalxmaq sözün əsl mənasında fəlakət olur: "İşimiz saat 9-dan başlayır. Qaradağdan (Sahil qəsəbəsi) Bakıya işə gəlmək üçün 7-də evdən çıxıram. Buna görə də daha tez durmağa məcburam. Bayramda oturaq həyat keçirdiyimdən səhərləri oyananda az qalıram ağlayam. İşdə günortalar yuxulayıram, özümü döyülmüş hiss edirəm. Amma iş üçün darıxmışam və işləmək üçün bol enerji toplamışam".

İnsanlar arasında "bazar ertəsi" sindromu, demək olar ki, geniş yayılıb. 2 günlük istirahətdən sonra deyinərək işə gedən insan üçün 7 günlük istirahət sonrasını düşünmək belə ürək ağrıdıcıdır. Bayramda dincəlmək hər nə qədər əsəb sakitləşməsinə, rahatlamağa, enerji toplamağa yardım etsə də, o rahatlıqdan gərgin iş rejiminə qayıtmaq heç də asan olmur. Təbii ki, insanlar fərqlidir. Uzun müddət istirahətdən sonra başını qaşımadan işləyən, əhvalı əla olan insanlar da mövcuddur. Amma belə insanlarla yanaşı, özünü yorğun, bədbəxt, həvəssiz, sıxıntılı hiss edənlər də az deyil.

Psixoloq Rüstəm Ağaverdinin sözlərinə görə, bayramdan sonrakı tətil insanlar üçün sadəcə dincəlmək üçün deyil, istədiyini yemək üçün də gözəl bir fürsətdir. Məhz o rahatlıq və konfortdan sonra işə qayıtmaq, yorulmaq, istədiyi zaman yemək yeməmək, istədiyi kimi hərəkət edib dincələ bilməmək sıxıntı yaradır: "Bayrama görə verilən tətil günləri uzun müddət işləyən insanlar üçün mükafat kimidir. İş günlərində sabah işə getmək üçün erkən vaxtda yatmaq lazımdır. Yorğunluqdan nə yediyinin fərqinə varmadığından acından ölməmək üçün əlinə nə gəldi tapıb yemək lazımdır. Məsuliyyətli olmaq lazımdır. İşə gecikməmək, işini, evini, sağlamlığını, təmizliyini, baxımını 24 saata sığışdırmaq lazımdır. Bu müddət ərzində əsəbini qorumaq vacibdir. Tətil olanda isə xüsusi təamlar, gecə yarısına kimi televizora baxmaq, vaxtının böyük hissəsini ailəsinə, özünə ayırmaq insan üçün əvəzedilməz bir mükafatdır. Tətildən sonra işə qayıtmaq isə heç də xoş olmur. Buna görə tətilləri heç vaxt bitməyəcəkmiş kimi yaşamaq lazım deyil. Tətil daha yaxşı işləmək üçün insana verilən bir şans olmalıdır".

Psixoloq bildirir ki, iş ərəfəsində fikri tamamən işləmək, pul qazanmağa yönəldən insanlar bütün ilin yorğunluğunu bayram tətillərində ata bilməzlər. Məhz buna görə də bayram sonrası əhvallar ikiləşmiş olur. Bir qisim insanlar rahatlamış, dincəlmiş formada işə başlayır, ikinci qisim insanlar isə yorğun, əsəbi, yuxulu olurlar. İlin bütün günlərində gündən zövq almağa çalışmaq hər günü bayram etmək deməkdir:

"İndi yaxşı yemək, yaxşı dincəlmək, yaxşı oxumaq üçün pul lazımdır. Bunu hər kəs bilir. Ona görə də çox insan gününü işə sərf edir. Əlavə vaxtlarında sabahın işinə əl atır, daha yaxşı işləmək və qazanc əldə etmək üçün çalışır. Dincəlmək, kitab oxumaq, harasa getmək üçün vaxtım yoxdur deyən insanlar belə məşğuliyyətləri bayram ərəfəsinə saxlayırlar. 7 günə isə bütün ilboyu xəyal etdiyi məşğuliyyətləri sığdırmağa çalışırlar. Nəticədə istirahətdən tam doymamış yenidən işə qayıdırlar. Belə insanlar nə işdən, nə də istirahətdən zövq ala bilirlər. Günü həm işləmək, həm dincəlmək, həm kitab oxumaq, həm dost-tanışla vaxt keçirmək üçün bölən insanlara isə tətil əlavə hədiyyə kimi olur".

Bayram sonrası depressiyalar da insanlar arasında yayılan hallardan biridir. Yüksək kalorili qidalar həftə ərzində insanda tənbəlliyə, passivləşməyə səbəb olur. Tətil günlərində belə yüngül gəzinti ilə hərəkət etmək, yatmamaq, daim nə iləsə məşğul olmaq insanda passivliyin yaranmasının qarşısını alar. "Əgər siz artıq passivləşmisinizsə, özünüzü işləməyə məcbur etməyin. İşin ilk günlərində bayramdan əvvəl etdiklərinizə nəzər salın. Sanki başqa insanın işinə nəzər yetirirmişsiniz kimi, uğur və məğlubiyyətlərinizi gözdən keçirin. Bu, həm yavaş-yavaş sizin iş həyatına adaptasiya olmağınıza, həm də bayramdan sonrakı iş həyatınızda yenidən yanlışlara yol verməməyinizə səbəb olar".

Həmsöhbətimizin sözlərinə görə, bayram sindromundan qurtulan insanlar bazar ertəsi sindromundan əziyyət çəkməyə davam edəcəklər. Çünki 2 gün istirahət müddətində yenidən yatmaq, yemək və tənbəllik halları davam edəcək: "Qapalı mühitdə işləyən insanlar 2 günü qapalı evdə keçirməklə dincəldiklərini düşünürlər. Halbuki özlərini mənəvi yorurlar. İşə getdiyiniz saatda yuxudan qalxın və təmiz havaya çıxın. 2 gününüzü 5 günlük işdən fərqləndirin. Belə olan halda dincəlmək üçün insanların uzunmüddətli bayram tətillərinə də ehtiyacı qalmayacaq".


Geri dön

Banned456

  • 31 mart 2013 16:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
xebere gore sag olun

ZuZuM__

  • 31 mart 2013 15:21
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrr

--------------------

Banned456

  • 30 mart 2013 14:35
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
xebere gore sag olun

so_sad

  • 30 mart 2013 11:14
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere gore sag olun

ღ★Yağmur★ღ

  • 30 mart 2013 08:58
  • Məqalə: 1134
  • Şərh: 6724
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Əkbər007

  • 30 mart 2013 02:47
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
"Qapalı mühitdə işləyən insanlar 2 günü qapalı evdə keçirməklə dincəldiklərini düşünürlər. Halbuki özlərini mənəvi yorurlar. İşə getdiyiniz saatda yuxudan qalxın və təmiz havaya çıxın. 2 gününüzü 5 günlük işdən fərqləndirin. Belə olan halda dincəlmək üçün insanların uzunmüddətli bayram tətillərinə də ehtiyacı qalmayacaq".tewekkurler

--------------------

ShoKKi_MoKKi

  • 30 mart 2013 01:01
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkur edirem..

--------------------

sebnem98

  • 29 mart 2013 22:53
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
İnsanlar arasında "bazar ertəsi" sindromu, demək olar ki, geniş yayılıb. 2 günlük istirahətdən sonra deyinərək işə gedən insan üçün 7 günlük istirahət sonrasını düşünmək belə ürək ağrıdıcıdır. Bayramda dincəlmək hər nə qədər əsəb sakitləşməsinə, rahatlamağa, enerji toplamağa yardım etsə də, o rahatlıqdan gərgin iş rejiminə qayıtmaq heç də asan olmur. Təbii ki, insanlar fərqlidir. Uzun müddət istirahətdən sonra başını qaşımadan işləyən, əhvalı əla olan insanlar da mövcuddur. Amma belə insanlarla yanaşı, özünü yorğun, bədbəxt, həvəssiz, sıxıntılı hiss edənlər də az deyil.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 29 mart 2013 19:46
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Növbəti bayramı yola saldıq. İnsanların çoxu bayramı işdən, stresdən uzaq, dincələrək keçirdi. Dünəndən isə iş sahibi olan hər kəs yenidən iş başına qayıdıb. Kiminin üzündə hələ də bayramdan qalan xoş əhval, kimisində yorğunluq, kimisində isə narazılıq hiss olunur. Bundan sonra uzun müddət bu cür uzun tətilin olmayacağını düşünmək isə cansıxan əsas fikirlərdən biridir.

--------------------

ღLovelyღ

  • 29 mart 2013 18:58
  • Məqalə: 491
  • Şərh: 5414
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned456

  • 29 mart 2013 18:29
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TesheKKurler =) hmmmmmmmmm

so_sad

  • 29 mart 2013 17:07
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler

☮★Azerbaijan Boy★☮

  • 29 mart 2013 16:39
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Həmsöhbətimizin sözlərinə görə, bayram sindromundan qurtulan insanlar bazar ertəsi sindromundan əziyyət çəkməyə davam edəcəklər. Çünki 2 gün istirahət müddətində yenidən yatmaq, yemək və tənbəllik halları davam edəcək: "Qapalı mühitdə işləyən insanlar 2 günü qapalı evdə keçirməklə dincəldiklərini düşünürlər. Halbuki özlərini mənəvi yorurlar. İşə getdiyiniz saatda yuxudan qalxın və təmiz havaya çıxın. 2 gününüzü 5 günlük işdən fərqləndirin. Belə olan halda dincəlmək üçün insanların uzunmüddətli bayram tətillərinə də ehtiyacı qalmayacaq".

--------------------

Roya_____

  • 29 mart 2013 16:04
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ellerınız agramasın

nuruWka

  • 29 mart 2013 15:29
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

Shokoladka

  • 29 mart 2013 15:14
  • Məqalə: 30
  • Şərh: 8440
  • Bal:
{awards}
Xebere gore tsk

--------------------


aydenizz

  • 29 mart 2013 15:09
  • Məqalə: 0
  • Şərh: 427
  • Bal:
{awards}
hgmmmmmmmmmmmmmmmmmmmmmmmm

Nara Neznakomka

  • 29 mart 2013 15:09
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
İnsanlar arasında "bazar ertəsi" sindromu, demək olar ki, geniş yayılıb. 2 günlük istirahətdən sonra deyinərək işə gedən insan üçün 7 günlük istirahət sonrasını düşünmək belə ürək ağrıdıcıdır. Bayramda dincəlmək hər nə qədər əsəb sakitləşməsinə, rahatlamağa, enerji toplamağa yardım etsə də, o rahatlıqdan gərgin iş rejiminə qayıtmaq heç də asan olmur. Təbii ki, insanlar fərqlidir. Uzun müddət istirahətdən sonra başını qaşımadan işləyən, əhvalı əla olan insanlar da mövcuddur. Amma belə insanlarla yanaşı, özünü yorğun, bədbəxt, həvəssiz, sıxıntılı hiss edənlər də az deyil.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

DILEKLER

  • 29 mart 2013 14:32
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkurler..........

★Azerbaijan girl★

  • 29 mart 2013 14:23
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
tewekkurler meqale ucun

NERMIN.

  • 29 mart 2013 14:20
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
TEWEKKURLER.

--------------------
Deyer verdiyin insan sene deyer vermirse burax oz deyeri ile qalsin.....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}