Yeni il nə gətirir, nə aparır!

 
Yeni il nə gətirir, nə aparır!..

“Təqvim” sözü “qvam” kökündəndir. Ölçü, qəlib mənasındadır, yəni zamanın, vaxtın ölçüsü.

Təbii ki, bizə verilmiş bu ömür imkanında uğur qazanmaq, istəyimizə nail olmaq üçün bu zaman ölçüsünü ciddi dəyərləndirməliyik...
Qonşumuz Mikayıl müəllim ölüm ayağında idi. Ömrünün son illərində astma xəstəliyindən əziyyət çəkən Mikayıl müəllim elə bil ölmək üçün bu yeni ili gözləyirdi. Gecə saat 12 olmasına hələ xeyli qalsa da, həyətdəki partapartdan evdə oturmaq olmurdu. Qapı-pəncərə nə qədər kip bağlanmış olsa da, biz sağlam adamlar da nəfəs almağa çətinlik çəkirdik. Danışmağa halı olmasa da, havasızlıqdan necə boğulduğu açıq-aydın görünürdü. Həyətə çıxıb fişəng atan uşaqları saxlamaq istədim, ancaq kimə nə deyəsən, kim idi o anda Mikayıl müəllimin son anlarını düşünən? Pəncərələrdən, eyvanlardan dayanmadan havaya fişəng atılırdı. Çığırmaq nədir, heç güllə də atsan, eşidən olmazdı. Bir qədər həyətdə boğula-boğula dayanıb, yenidən evə dönməkdən başqa əlacım qalmadı. Bəli, qonşumuz Mikayıl müəllim Yeni ilin ilk saatlarında həm astma xəstəliyindən, həm də elə o fişəng tüstüsündən boğula-boğula gözlərini yumdu. Elə o vaxtdan bəri hər dəfə yeni il gələndə Mikayıl müəllimin boğulmaqdan qaralmış çöhrəsini xatırlayıram...

Yeni il bazarı


Yeni il yaxınlaşan kimi bazarda hər şey bahalaşır. Balıq rekord qiymətə çatır. Qoz-fındıq ən azı 2-3 dəfə bahalaşır. Bir qazan plov asmaq üçün adi vaxtdakından ən azı 2-3 dəfə çox xərc çəkməli olursan. Şabalıd bahalaşır, kişmiş bahalaşır, qaysı bahalaşır. Bir sözlə, fürsət güdənlər bu yeni ildən yaxşıca bəhrələnirlər. Ancaq camaata ayrıca yeni il maaşı vermirlər axı... İstəsən də-istəməsən də, evdə bir yeni il hazırlığı görməlisən ki, arvad-uşaq yanında “üzün qara olmasın”.

Küknar ağacı


Yaxın illərə qədər haradansa küknar pöhrələrini qırıb yeni il qabağı bazarlara çıxarırdılar. Elə indinin özündə də bəzi imkanlılar Çinin plastmas küknarındansa, bu ağacın təbiisini bəzəməyə üstünlük verirlər. Yüzlərlə küknar ağacı kəsilir yeni il qabağı. Beş-on ilə başa gələn bir ağac beş-on günün “zövqünə”, “sevincinə” qurban gedir. Sonra da siz onların qurumuş gövdəsini zibilliklərdə görə bilərsiniz.
Təbii ağaca imkanı çatmayanlar da dükan-bazardan plastmas “yolka”lar almaqla məsələni həll etmək istəyirlər. Yolkaların da qiyməti boy-buxununa görə dəyişir: yolka var 1 metr, yolka var metr yarım, yolka da var 2 metr... Məsələ təkcə yolka almaqla qurtarmır ki...

Çin oyuncaqları

Bu gün Azərbaycana gələn oyuncaqların, demək olar ki, hamısı Çindən gətirilir. Son dövrlərdə Türkiyədə, Avropada, bir sözlə, özünə az-çox hörmət edən ölkələrdə Çin oyuncaqlarına veto qoyurlar. Doğrudur, Amerika, Kanada kimi ölkələr Çin malına üstünlük verirlər, ancaq, təbii ki, bu işdə keyfiyyət məsələsini də unutmurlar.
Bizə gətirilən oyuncaqların, demək olar ki, hamısı insan sağlamlığı üçün zərərlidir. Bu haqda kifayət qədər deyilsə də, ticarətin qarşısını almaq mümkün deyil. Xüsusilə də, Yeni il şənliklərində Çin mallarının ölkəmizə daşınması daha geniş vüsət alır. Fişənglər, yolka bəzəkləri, cürbəcür fiqurlar, “ulduz”lar, müxtəlif heyvan fiqurları, tapançalar, maşınlar... nə varsa, hamısı Çin malıdır.
Əgər siz üstü sintetik parçadan tikilmiş heyvan fiqurlarını əlinizlə sığallasanız, onun necə elektrikləndiyini və səs çıxardığını aydın müşahidə edə bilərsiniz. Bu oyuncaqlar müxtəlif kimyəvi tərkiblərdən hazırlanır və onlar heç şübhəsiz uşaqlar üçündür. Ağlı kəsməyən bir uşağın arabir bu heyvanın başını və ya ayağını ağzına salıb dişləməsi də təbiidir...
Yolka bəzəyi kimi satılan şüşə kürələr sınanda isə içərisindən qəribə qoxulu tozlar yayılır. Bu oyuncaqların “şübhəli tərkibləri” barədə kifayət qədər fakt sadalamaq olar. Ancaq ən yaxşısı tədbirli olmaq, uşaqlara ekoloji baxımdan təhlükəsiz oyuncaqlar almaqdır.

Yeni ile ne aparir ne getirir

Sizə Şaxta baba lazımdırmı?


İmkanınız və həvəsiniz varsa, evə Şaxta baba sifariş edə bilərsiniz, üstəlik, Qar qız da yanında. Ancaq gərək əvvəlcədən hədiyyənin pulunu verəsiniz, gəliş-gediş üçün taksi haqqını ödəyəsiniz. Bir sözlə, uşağa fantastik bir gecə bəxş etmək üçün əlinizi cibinizə salmalısınız, özü də əməlli-başlı. Bizdə çox şeylər kimi, bu məsələləri də canlandırmaq üçün nə lazımdırsa edirlər. Şaxta baba da istəyir ki, elə bloka gəlmişkən, bir neçə mənzilə baş çəksin. Bir də yolkanın qarşısında Şaxta baba ilə şəkil çəkdirmək də var...
Yeni il ərəfəsində və ilk günlərində şəhərdə xüsusi Şaxta babalar dolaşır və pulu ilə şəkil çəkdirirlər. Əgər istəsəniz, uşaqlarınızın şəklini Şaxta baba ilə çəkdirə bilərsiniz. Təbii ki, bunun da haqqını ödəməlisiniz.

Şaxtasız Şaxta baba


Əksər hallarda yeni ilin ilk günləri günəşli keçir. Hava o qədər də soyuq olmur. Hər halda siz son 5-6 ili xatırlasanız, dediklərimizi təsdiq edərsiniz. Ancaq televiziyada, küçədə, baxdığınız hər yerdə qarşınıza Şaxta baba çıxır. Heç şübhəsiz, bu Şaxta baba anlayışı bizə sonradan gəlmə, ögey bir məfhumdur. Bizim qəhrəmanlarımız daha çox Novruz bayramında meydana çıxırlar, ancaq boynumuza alaq ki, bu keçəl-kosanın da o qədər şitini çıxarıblar ki, onlar da elə Şaxta babanın gününə düşüblər.
Xristian dünyasında, xüsusilə, Rusiyada yeni ili iki dəfə bayram edirlər. Biri yanvarın 1-də, digəri isə 13-də. Bu da onların təqviminin dəyişməsi ilə bağlıdır. Bizim telekanallarımız da hər dəfə yeni il karnavallarını o gün təkrar verirlər.

Mifik qəhrəman

Hər xalqın özünə uyğun mifoloji qəhrəmanları var. Heç şübhəsiz, bizim xeyirxahlıq obrazımız ağ atlı oğlandır. Piri baba da kasıbların, yetimlərin himayəsinə yetir, heybəsindən onlar üçün yemək çıxarır, həm də onların ən ac, ən aciz anlarında... Ümumiyyətlə, xeyirxah obrazlar hər xalqda müxtəlif cürdür. Şaxta baba da bir çox xalqlar üçün təkcə qışın simvolu olmaqla bitmir, həm də xeyirxahlıq rəmzini ifadə edir. Ancaq dediyimiz kimi, bizim folklorumuzda, bizim tariximizdə Şaxta baba adında mifik obraz yoxdur.

Üç ayda üç yeni il

Bu il yanvardan bir neçə gün əvvəl, daha doğrusu, dekabrın 29-da hicri-qəməri təqvimi ilə yeni il girir. Bildiyiniz kimi Məhərrəm ayı İslam təqvimində ilin ilk ayıdır. Martın 21-də isə biz Novruz bayramını, yəni qədim yeni ilimizi qarşılayacağıq. Üç ayda üç yeni il. Hicri-qəməri təqvimi bu gün ərəb coğrafiyasında və eləcə də bir çox İslam dövlətlərində işlədilir. Bu təqvim Günəşlə deyil, Ayla bağlıdır. Bir ildə 12 ay, 354-355 gün var. Ona görə də hicri-qəməri təqvimi bu gün bizdə işlədilən miladi təqviminə görə hər il 10-11 gün irəli gəlir. Yəni bu il İslam dünyasının yeni ili dekabrın 29-na düşürsə, gələn il eyni ayın ya 18-nə, ya da 19-na rast gələcək.
Bizim milli bayramımız kimi qeyd etdiyimiz Novruz da əslində başqa bir təqvimə, yəni hicri-şəmsiyə görə yeni ilin başlanğıcıdır. Hicri-şəmsi təqvimi bu gün İranda, Əfqanıstanda işlədilir. Hicri-qəməri və hicri-şəmsi təqvimləri hər ikisi öz başlanğıcını hicrətdən, yəni Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) Allahın əmri ilə Məkkədən Mədinəyə köç etməsindən götürür. Bir məsələ də var ki, qəməri təqvimi ayın, şəmsi təqvimi isə günəşin hərəkətinə əsaslanır. Hicri-şəmsi təqvimində də günlərin sayı miladi təqvimindəki kimi 364-365 gündür.

Bərəkətli olsun!

Bir qədər yuxarıda dediyimiz kimi, həyatımız üç təqvimdən keçir: birində bütün rəsmi işlərimiz qeydə alınır, bir başqasında Novruz kimi bayramımız var, üçüncüsü ilə isə ibadətimizi tənzimləyirik, orucumuzu tuturuq.
Dünyamız miladi təqvimi ilə, yəni Həzrəti İsanın doğulmasından başlayan təqvimlə 2009-cu ilə qovuşur. Yəni Həzrəti İsa 2009 il bundan əvvəl anadan olub. Elə yeri gəlmişkən, burada bir mühüm mövzunu da xatırladaq ki, siz təqvimlərə yad, ögey deyə bilərsiniz, ancaq Quranda adı çəkilmiş peyğəmbərlərdən hər hansı birini inkar etmək, özünü imandan məhrum etmək deməkdir. Həzrəti İsa çox sevilən və öyülən uca peyğəmbərlərimizdən biridir. Ona görə də onunla bağlı gerçək olan hər bir məsələyə hörmətlə yanaşmaq borcumuzdur. Əgər biz miladi təqvimi ilə qarşıladığımız bu yeni ili Həzrəti İsanın doğumu və özümüzü hesaba çəkmək üçün bir fürsət kimi dəyərləndiririksə, burada qınanacaq heç bir şey yoxdur.
Yox, əgər yeni il bizim üçün əvvəli “yeyib-içmək” məclisi, qayğısız, məsuliyyətsiz təmtəraq, sonrası da başağrısı, kədər, peşmanlıqla müşahidə olunan mərasimdirsə, əlbəttə, burada nəinki bayramdan, heç adi haldan da danışmağa dəyməz. İl ilə qovuşur, ötən ildə tamamladığınız və ya yarımçıq qalan işləriniz var. Yeni ilə də yeni düşüncələrlə, yeni niyyətlərlə girirsiniz. Hər halda bu illərin qovşağında özünü hesaba çəkmək sizin xeyrinizə olar. Ötən ildəki xətalarınızı düzəltmək üçün yeni planlar düşünə bilərsiniz.
Və bir də övladınız 1 yaş böyüyür. Onun da öz qayğıları, öz problemləri var. Bu illərin qovşağında verilmiş istirahət imkanından istifadə edib hər şeyə yenidən baxmaq imkanını da əldən buraxmayın.
Yeni ilə qədəm qoyuruq. Uğurlu olsun, bərəkətli olsun, istədiyiniz xeyirli arzulara qovuşasınız!


Geri dön

_RONALDO_

  • 15 may 2011 16:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
4ooOox gozEL mOvZuduR maRaqLa oXudumM TeshEkkuRLerrr.

--------------------

CandyGirl

  • 29 dekabr 2010 17:29
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox maraqliydi tesekkur

coooox yaxsi xeberdi tesekkur........

--------------------

BaKiNkA_

  • 29 dekabr 2010 15:07
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}

Bir qədər yuxarıda dediyimiz kimi, həyatımız üç təqvimdən keçir: birində bütün rəsmi işlərimiz qeydə alınır, bir başqasında Novruz kimi bayramımız var, üçüncüsü ilə isə ibadətimizi tənzimləyirik, orucumuzu tuturuq.
Dünyamız miladi təqvimi ilə, yəni Həzrəti İsanın doğulmasından başlayan təqvimlə 2009-cu ilə qovuşur. Yəni Həzrəti İsa 2009 il bundan əvvəl anadan olub. Elə yeri gəlmişkən, burada bir mühüm mövzunu da xatırladaq ki, siz təqvimlərə yad, ögey deyə bilərsiniz, ancaq Quranda adı çəkilmiş peyğəmbərlərdən hər hansı birini inkar etmək, özünü imandan məhrum etmək deməkdir. Həzrəti İsa çox sevilən və öyülən uca peyğəmbərlərimizdən biridir. Ona görə də onunla bağlı gerçək olan hər bir məsələyə hörmətlə yanaşmaq borcumuzdur. Əgər biz miladi təqvimi ilə qarşıladığımız bu yeni ili Həzrəti İsanın doğumu və özümüzü hesaba çəkmək üçün bir fürsət kimi dəyərləndiririksə, burada qınanacaq heç bir şey yoxdur.
Yox, əgər yeni il bizim üçün əvvəli “yeyib-içmək” məclisi, qayğısız, məsuliyyətsiz təmtəraq, sonrası da başağrısı, kədər, peşmanlıqla müşahidə olunan mərasimdirsə, əlbəttə, burada nəinki bayramdan, heç adi haldan da danışmağa dəyməz. İl ilə qovuşur, ötən ildə tamamladığınız və ya yarımçıq qalan işləriniz var. Yeni ilə də yeni düşüncələrlə, yeni niyyətlərlə girirsiniz. Hər halda bu illərin qovşağında özünü hesaba çəkmək sizin xeyrinizə olar. Ötən ildəki xətalarınızı düzəltmək üçün yeni planlar düşünə bilərsiniz.
Və bir də övladınız 1 yaş böyüyür. Onun da öz qayğıları, öz problemləri var. Bu illərin qovşağında verilmiş istirahət imkanından istifadə edib hər şeyə yenidən baxmaq imkanını da əldən buraxmayın.
Yeni ilə qədəm qoyuruq. Uğurlu olsun, bərəkətli olsun, istədiyiniz xeyirli arzulara qovuşasınız!

Ulya

  • 29 dekabr 2010 11:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli idi

Morning_Star

  • 29 dekabr 2010 11:38
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

Made_In_Bakinka

  • 29 dekabr 2010 11:37
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
twkler maraqli xeberdi

YazYamuru

  • 29 dekabr 2010 10:20
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÇOOOOOOOOOOOOOX SAĞOL TŞK smile

--------------------



::Emo Boy::

  • 29 dekabr 2010 08:34
  • Məqalə: 1
  • Şərh: 57
  • Bal:
{awards}
tesekkur sagol xeber ucun

--------------------
LOVE

Asiyan

  • 29 dekabr 2010 03:56
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
onu göreceyik inşallah

Sergio Ramos

  • 29 dekabr 2010 02:38
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı xəbər üçün sağol

--------------------

SUADA_M

  • 29 dekabr 2010 02:04
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
MARAQLİ MOVZU İDİ TESEKKURLER wink

--------------------

MiYasKa KrEoZi

  • 29 dekabr 2010 01:00
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
4ooOox gozEL mOvZuduR maRaqLa oXudumM TeshEkkuRLerrr...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}