2010-cu il Azərbaycan futbolunun "şilləvuran" hadisələri

 
2010-cu il Azərbycan futbolunun "şilləvuran" hadisələri


2010-cu ilin ən yadda qalan idman hadisələri: il idman tariximizə hansı olaylarla düşdü?

2010-cu il başa çatır. Arxada qoyduğumuz il ərzində bir idman təsərüfatımızda bir sıra maraqla hadisələr yaşandı. Bəs 2010-cu il Azərbaycan idmansevərlərinin yaddaşında nəylə qaldı?

İlin rusvayçılığı

2010-cu ili ən böyük hadislərindən biri Azərbaycanın qadın futbol təsərüfatında yaşandı. Belə ki, qadın futbolu üzrə yığma komandamızda baş verən olaylar bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Məlum oldu ki, bir neçə əcnəbi qadın futbolçu milliləşdirilərkən yaşları saxtalaşdırılıb və bu «lipa»lar beynəlxalq arenada Azərbaycanı təmsil edib.
Belə ki, yığmamızın üzvləri İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova, həmçinin 2009-cu ildə AFFA tərəfindən «İlin qadın futbolçusu» seçilən Anna Atayevanın yaşının saxtalaşdırıldığı məlum oldu va bu futbolçular uzun müddətə futboldan kənarlaşdırıldı. Azərbaycan yığmasına texniki məğlubiyyətlər verildi, AFFA böyük məbləğdə cəzalandırıldı.
Biabırçılığın üstünü ört-basdır etmək istəyən AFFA Qadın Futbolu Federasiyasını və yığma komandanı ləğv edib, yeni - 15 yaşlı qızlardan ibarət komanda yaratdı.

İlin məğlubiyyəti

Qadınlardan ibarət yığma komanda 2010-cu il boyunca demək olar ki, diqqət mərkəzində qaldı. Ardıcıl böyükhesablı məğlubiyyətlərlə diqqəti çəkən komandanın iyunun 24-də keçirdiyi oyun futbol tariximizə ən böyük hesablı məğlubiyyət kimi düşdü. Belə ki, bir müddət əvvəl Belçikaya 0:11 hesabı ilə yenilən yığma İsveçdə futbolumuzun utanc səhifəsini yazdı - 0:17.

İlin oğurluğu

Bu il ana olan güləş üzrə yığma komandamızın üzvü Mariya Stadnik üçün uğurlu keçsə də, çətin günlər də yaşadı. Belə ki, Mariya və həyat yoldaşına, Ukraynanın sərbəst güləş üzrə yığma komandasının lideri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Stadnikə məxsus evə oğrular basqın etdi. Orğular güləşçilərin evindən 4700 dollarlıq zinət əşyaları, 25000 dollar dəyərində 8 kişi qol saatı, 5000 dollarlıq məişət texnikası, alkoqol içkilər, qadın və kişi ətirləri, "Fort-12 CM" tipli rezin güllələr üçün qurğu ilə yanaşı, 2 olimpiya medalını da apardı. Medallardan biri Mariyanın Azərbaycan yığması ilə Pekin olimpiadasında qazandığı bürünc medal idi ki, bu hadisə də tarixə 2010-cu ilin oğurluğu kimi düşdü.

İlin derbisi

Sözsüz ki, futbol üzrə Azərbaycan Premyer Liqasının bəzəyi «Neftçi» - «Xəzər Lənkəran» oyunlarıdır. Bu komandalar arasında baş tutan qarşılaşmalar həmişə böyük ajotaja səbəb olur.
«Neftçi» və «Xəzər Lənkəran» arasında 2010-cu ildə çox oyun keçirilsə də, onlardan biri - martçın 27-də Lənkəranda keçirilən oyun daha böyük səs-küyə səbəb oldu. 0:0 hesabı ilə başa çatan oyunun baş hakimi Əfqan Həmzəyevin səhv qərarları aranın qarışması ilə nəticələndi. «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov baş hakimə kəllə atdı, azarkeşlər referini döydü. «Neftçi» və «Xəzər Lənkəran»ın preizdentləri meydana çıxıb fanatları sakitləşdirsə də, olaylar davam etdi. Belə ki, «Neftçi»nin avtobusu Lənkəranda azarkeşlərin hücumuna məruz qaldı. Nəticədə avtobusun şüşələri sındı, komandanın rumın futbolçusu Adrian Nyaqa ağır bədən xəsarət aldı.

İlin səhvi

2010-cu ilin ən üzüntülü hadisəsi yayda Avropa Liqasında yaşandı. Belə ki, «Bakı» Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda evdə Çernoqoriyanın «Buduçnost» klubunu məğlub etdi. Lakin səhlənkarlıq səbəbindən «Bakı»nın heyətində meydana cəzalı futbolçu - kamurunlu Joel Epalle çıxdığından UEFA komandamıza 0:3 hesablı məğlubiyyət verildi. Sonradan «Bakı»nın prezidenti bu hadisəyə görə bütün rəhbərliyi istefaya göndərib geri qaytardı. Bir nəfər günahkar elan olunaraq, komandadan uzaqlaşdırıldı. Amma futbolsevərlər baş verənləri uzun müddət unutmadı.

İlin qalmaqalı

2010-cu ildə bir sıra qalmaqallar baş verdi. Amma onlardan biri ölkə gündəmini daha çox məşğul etdi və güelərlə müzakirə mövzusu olaraq qaldı. Belə ki, futbol üzrə Azərbaycan Kubokunun finalında keçirilən «Bakı» - «Xəzər Lənkəran» oyununda baş verən «Fair-Play» (ədalətli oyun qaydaları) pozuntusu böyük qalmaqala səbəb oldu.
Belə ki, matçda hakim mübahisəli top qeydə aldı. Bu zaman «Xəzər Lənkəran»ın qapıçısı topun ona tərəf vurulmasını istdi. «Bakı»nın oyunçusu da topu sürətlə qapıya tərəf vurdu və qol oldu.
Belə hadisələrə dünya praktikasında çox rast gəlinib. Yəni «Fair-Play»ın pozulması nəticəsində qol vuran komandalar olub. Lakin həmin komandalar sonradan bilərəkdən qol buraxaraq, ədalətin bərpasına şərait yaradıblar. Amma «Bakı» bunu etmədi və olay günlərlə diqqət mərkəzində qalıb, böyük bir qalmaqala çevirildi.

İlin «razborkası»

İilin diqqətçəkən hadisələrindən biri də artıq tarixin arxivinə qovuşmuş «Standard»da baş verdi. Belə ki, komandanın baş məşqçisi Böyükağa Hacıyev futbolçusu Ramal Hüseynovla yumruq davasına çıxmaqla ilin olayları sırasına düşdü. Hadisə martçın 3-də keçirilən «Standard» - «Xəzər Lənkəran» oyunundan sonra baş verdi. Matç başa çatandan sonra baş məşqçi ilə futbolçu arasında əvvəlcə söz dueli yaşandı, ardınca isə tərəflər əlbəyaxa oldu. Ətrafdakı insanların müdaxiləsi nəticəsində məşqçi və futbolçunu sakitləşdirmək mümkün olsa da, Böyukağa Hacıyev sakitləşmədi və. Ramal Hüseynovu ADBTİA stadionunun yaxınlığındakı ağaclığa apararaq, bir saata yaxın «razborka» etdi.

İlin «şilləvuranı»

İlin yadda qalan hadisələrindən birinə də «Bakı»nın futbolçusu Mahmud Qurbanov imza atdı. Özü haqqında yazılani yazıdan narazı qalan futbolçu «KomandA» qəzetinin redaksiyasına hücum edərək, komputerlərin bir neçəsini, qab-qacağı sındırıb, qəzetin əməkdaşlarına, xüsusən də baş redaktor Rəşad Ergünə bədən xəsarəti yetirdi.

İlin uğuru

Azərbaycanın futbol sahəsində böyük uğurları olmadığından azarkeşlərimiz yalnız təsadüfü qələbələrlə təsəlli tapır. Belə qələbələrdən biri də oktyabrın 12-də Bakıda qazanıldı. Milli komandamız Avrpa çempionatına vəsiqə uğrunda mübarizə aparan Türkiyə yığmasını məğlub etməklə osanlı türklərinə ağır zərbə vurdu və azarkeşlərini sevindirdi. Bununla da komandamız Avropa çempionatının seçmə mərhələsində ilk qələləbəsini qazandı.

İlin uğursuzu

Ötən il sərgilədiyi oyunla özündən söz etdirən, «Qarabağ»la Avropa Liqasında, həmçinin milli komandanın heyətində uğurlu çıxış edən Vaqif Cavadov Rusiya, Türkiyə və Hollandiya klublarının maraq dairəsinə düşdü. Uzun müddət aldığı təklifləri dəyərləndirən hücumçu sonda Hollandiya çempionatında çıxış edən ilk azərbaycanlı kimi tarixə düşmək qərarına gəldi. Lakin o, bu istəyəni reallaşdıra bilmədi. «Tvente»yə gedən kimi zədələnən Cavadov daha sonra heyətə düşməkdə çətinlik çəkdi. «Tvente»də yalnız yoxlama oyunlarında oynayan forvard sonda yenidən vətənə dönməli oldu.

İlin bəxtsizi

İlin əvvəlində Azərbaycan çempionatında və ardınca «Qarabağ»la Avropa Liqasında ortaya qoyduğu futbola hamının sevimlisinə çevirilən Əfran İsmayılov uğurunu ilin sonuna qədər davam etdirə bilmədi. Belə ki, «Neftçi» ilə Premyer Liqanın ilk turunda keçirilən oyunda ağır zədələnən futbolçu 5 ay futboldan kənarda qaldı. Bu səbəbdən o, «Qarabağ»ın Avropa Liqasında «Borussiya» (Dortmund), millinin Almaniya, Avstriya və Türkiyə ilə oyunlarını buraxmış oldu. Bununla da İsmayılov ilin bəxtsiz futbolçusu kimi tarixə düşdü.

İlin transferi

2010-cu ildə ölkəmizə bir sıra tanınmış futbolçular transfer olundu. Bunların arasında ölkələrinin yığma komandalarının formasını geyinən makedoniyalılar Filip Despotovski (İnter), İqor Mitreski, Slavko Georgievski (ikisi də «Neftçi»), bolqar Jivko Jelev (İnter), toqolu Dare Nibombe, fransız Stefan Borbikoni, Sierra Leonedan olan İbrahim Karqbo, kamerunlular Joel Epalle (üçü də «Bakı»), Qay Feutçine (Gəncə), alban Ansi Aqolli (Qarabağ), latviyalı Denis Romanovs, kosta-rikalı Uinston Parks (ikisi də «Xəzər Lənkəran), belçikalı Emil Mpenza (Neftçi), yamaykalı Deon Burton (Qəbələ) kimi oyunçular var.
Amma onların arasında ən uğurlu transfer ölkəmizə gələnə qədər çoxlarının tanımadıbı Bahodir Nasimov oldu. «Rubin»dən «Neftçi»yə dəvət olunan forvard gəldiyi gündən azarkeşlərin sevimlisinə çevirildi. 19 turda 15 qol vuraraq, Premyer Liqanın bombardirinə çevirilən futbolçu yenidən Özbəkistan yığmasına dəvət aldı və ilin ən uğurlu transferi oldu.


Geri dön

CrazyGirl

  • 2 yanvar 2011 13:25
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
tesekkur xebere gore...

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 29 dekabr 2010 19:04
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox saqol...........

--------------------

Ulya

  • 29 dekabr 2010 13:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol dosi

Sergio Ramos

  • 29 dekabr 2010 12:42
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım sağol

--------------------

Morning_Star

  • 29 dekabr 2010 12:41
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
lol


Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}