Yenidən dirçəlmiş Gemballa

 
Yenidən dirçəlmiş Gemballa

Məşhur alman tüninq emalatxanası Gemballa bu yaxınlarda iflasa uğradığını elan etmiş və onun sahibi və əsasını qoyan Uve Gemballanın CAR -da faciəli ölümü isə sanki bu firmanın üzərindən birdəfəlik xətt çəkmişdi. Lakin bununla razılaşmayan bir kəs tapıldı. Gemballanın işini onun silahdaşı Andreas Şvarts davam etdirdi. O nəinki yeni sərmayədarlar tapdı, həmçinin büronun adını və köhnə kollektivi qoruyub saxlaya bildi. Həmin kollektiv isə öz mərhum başçısının arzularını karbondan istifadə etməklə həyata keçirdi. Axı yaxşı məlum idi ki, Uve Gemballa yeni Porsche Cayenne modeli üzərində işləmək üçün imkan yaranmasını səbirsizliklə gözləyirdi. Lakin tale başqa qərar verdi.

Gemballa emalatxanasının ən yüksək peşəkarlıq səviyyəsi təkcə Almaniyada deyil, bütün dünyada ən bənzərsiz tüninq- bürolardan biri kimi ona çoxdan şöhrət qazandırmışdı. Emalatxananın yeni işi- Gemballa Tornado isə heç şübhəsiz ki, bu statusu daha da möhkəmləndirəcək. Bu avtomobilə sadəcə tamaşa etmək kifayətdir və bu zaman çox az adam tapılar ki, ona biganə qala bilsin. Bu uğur isə ilk növbədə yeni, cəsarətli və qeyri- adi dizaynın ayağına yazılmalıdır.

Gemballa mühəndisləri bu işlərində xırda- para məsələlərə baş qoşmadan karbondan yeni kapot, ön və arxa bamperlər, qanadlar, qapılar və astanalar düzəldiblər. Bütün bunlar maşına çox cəlbedici görkəm verib. Lakin iş təkcə bununla bitməyib. Dəyişikliklər həm də onun çəkisinin 70 kq azalmasına gətirib çıxarıb. Bundan başqa onlar avtomobili tamamilə yeni arxa optika ilə təchiz etmiş və onun 22 düymlük ağ- qara disklərini qabaqda 295/35, arxada isə 335/30 ölçülü aşağı profilli rezinlə təmin ediblər. Gemballa Tornado -nun xasiyyəti də xeyli "tünd"dür. "Əsil- nəcabətli" nəsildən olan bu ağ- qara qaçağan "at"ı effektli şəkildə durdura bilmək üçün onun qabaq oxunu 6 porşenli, arxanı isə 4 porşenli supporta malik Brembo əyləci və öndə 420 mm, arxada isə 405 mm ölçüdə disklərlə təmin ediblər.
Salona gəldikdə isə, orda iş hələ davam etdirilir. Lakin şübhə yoxdur ki, o da ümumilikdə ağ- qara rəng çalarlarından istifadə edilməklə icra ediləcək. Mühəndislər 4.8 litr həcmli səkkizlik turbo mühərrik, daha doğrusu onun Stage 2 modifikasiyası üzərində də işləyirlər. Bu aqreqat 680- 700 a.g. və 1000 Nm fırlanma anı hasil edəcək. "Başlanğıc səviyyə"- Stage 1 modifikasiyası da mövcuddur və o "cəmi" 580 a.g. hasil edir. Hər şeydən görünür ki, tamamlama işləri hələ bir müddət davam edəcək. Belə ki, Gemballa emalatxanası hələ ki, avtomobilin xüsusiyyətləri və qiyməti ilə bağlı məlumatları bölüşməyə hazır deyil. Lakin bir şeyi dəqiq söyləmək mümkündür- bu vaxtadək "tamamlama işlərinə məruz qalmış" ikinci nəsil Porsche Cayenne avtomobilləri arasında ən effektlisi Gemballa Tornado olacaq.

Yenidən dirçəlmiş Gemballa
Yenidən dirçəlmiş Gemballa


Geri dön

_RONALDO_

  • 8 aprel 2011 18:15
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
TeshEkkuRLerrrr.....
wekil gozeldi sagol

--------------------

Sergio Ramos

  • 29 dekabr 2010 23:01
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Bəyəndiyinizə sevindim

--------------------

CandyGirl

  • 29 dekabr 2010 19:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
qesenq sport masindi

--------------------

Ucube_cocuk

  • 29 dekabr 2010 17:53
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞOL

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

BaKiNkA_

  • 29 dekabr 2010 14:56
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Thankssss

acuna

  • 29 dekabr 2010 14:43
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
basqa hec ne yaza bilmirem

Ulya

  • 29 dekabr 2010 14:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Morning_Star

  • 29 dekabr 2010 13:10
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Əladır e.Bir az Cayenne Lumma-ya oxşayır.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}