Bakıda inanılmaz fırıldaq edən iş adamı həbs olundu

 
Bakıda inanılmaz fırıldaq edən iş adamı həbs olundu


Həmin şəxs xəstə qadına ərindən qalan mirası talamaqda ittiham olunur.

Paytaxtda qadına qarşı inanılmaz fırıldaq edən şirkət rəhbəri tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verdiyi məlumata görə, həmin şəxs Ərəstun Rəcəbovdur. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Nəsimi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən dünən yaxalanıb.

Ə.Rəcəbov "Şeyx Nəzər" MMC-nin təsisçisidir. O, Səfurə Kosayevanın mərhum həyat yoldaşından qalmış miras evin pulunu mənimsəyib.
Belə ki, S.Kosayeva 2008-ci ilin martında ağır xəstə olduğundan, müalicəsi üçün mərhum həyat yoldaşından miras qalmış Abşeron rayonu Zeytun-2 sovxozu, Naximov küçəsi 182 saylı ünvanındakı yarımçıq qalmış mülkünü satmaq məcburiyyətində qalıb. Evini satmaq üçün alqı-satqı məntəqəsində makler İlham Bağırovla tanış olub. İlham isə onu müştəri Ərəstun Rəcəbovla tanış edib. Bundan sonra Ərəstun alıcı kimi satılan mülkə baxıb və evin qiymətini 76 min manata razılaşıblar. Elə əsl dələduzluq əməli də bundan sonra başlayıb. O, qadını aldadaraq alqı-satqı müqaviləsini imzaladıb və bildirib ki, yeni qanunla pullar əvvəlcə bankın depozitinə köçürülür,3 gün sonra satıcıya verilir.

Lakin S.Kosayeva sonradan aldadıldığından şübhələnib. Məlum olub ki, sən demə, ona alqı-satqı müqaviləsi əvəzinə girov-ipoteka müqaviləsinə imza atdırıblar. Hadisədən bir neçə gün sonra Ə.Rəcəbov qadının 20 min manatını beh kimi qaytarsa da, 56 min manatı mənimsəyib.

Bundan sonra S.Kosayeva aldadıldığını dərk edərək, hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayətlə müraciət edib. Müəyyən edilib ki, müştəri Ə.Rəcəbovla mülkün qiymətini 76 min manata razılaşsalar da, mülkün qiyməti bankda 140 min manat qiymətləndirilir. Evin müqabilində 105 min manat kredit pul götürülüb. Bundan sonra məsələ Ali Məkhəməyə qədər uzanıb. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, fakta hüquqi qiymət verilməsini, evin girov qoyulmasının səbəblərinin müəyyən edilməsini və vətəndaşları aldadanların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Davam edıən uzun məhkəmə çəkişməsindən sonra Ə.Rəcəbovun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.


Geri dön

_RONALDO_

  • 12 may 2011 23:33
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Minnetdares

--------------------

Ulya

  • 5 yanvar 2011 12:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

MuslimGirl

  • 1 yanvar 2011 15:10
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dehsetdir! Tesekkurler

CrazyGirl

  • 1 yanvar 2011 15:00
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Dehset tsk xebere gore no

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 1 yanvar 2011 13:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Gullelensin!!

tewekkur xebere gore

qaraqan_girl

  • 1 yanvar 2011 11:21
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
Yaxsi xeberdi

only-girl

  • 1 yanvar 2011 11:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tewekkurler

--------------------

Poppy

  • 1 yanvar 2011 10:54
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler )))

--------------------

Made_In_Bakinka

  • 1 yanvar 2011 02:38
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
hmmm gederiy deymeye yanina yaxsi deyil...

BaKiNkA_

  • 1 yanvar 2011 02:32
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Minnetdares

CandyGirl

  • 1 yanvar 2011 01:48
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yaxsi xeberdi.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}