Qənirə Paşayeva (4)

 
Qənirə Paşayeva (4)

”Ahmet Yesevi kimdir? Bir araşdırma aparın, görəcəksiniz…Bizim milliyyətimizi əslində onda tapacaqsınız.” Bu sözlər böyük şairimiz Yahya Kemal demişdi. Böyük Əhməd Yəsəvi haqqında deyilmiş ən dəyərli sözlərdəndir. Xüsusilə gənclərimizin, böyüyən nəsillərimizin dədəmiz Əhməd Yəsəvini dərindən oxumaları çox vacib və önəmlidir. Onu oxumayan böyük bir zənginlikdən məhrum qalmışdır demək ki… Onu oxumayan türk gənci keçmişini, tarixini, türk milli düşüncə və inanc fəlsəfəsini yaxşı bilmir demək ki… Əhməd Yəsəvini oxumaq, anlamaq mənəvi zənginliyə, kamilliyə aparan yoldur. Özünü dərk etməyə aparan yoldur. Türk millətini və onun sevgi fəlsəfəsini öyrənməyə və anlamağa aparan yoldur. Böyük Yaradanla qovuşmağa arapar yoldur…

Garip, fakir, yetimlerle Elçi ilgilendi

O gecede Mirac oldu Allahı gördü

Döndü geldi yine fakirlerin halini sordu.

İnsan oğlunun yaşadığı zaman çatdığı ən uca yüksəliş Meracdır. Yəni Allah elçisinin Allaha çatdığı andır. Quran ayələrinin nazil edilməsində vasitəçilik edən Cəbrayıl adlı mələk belə peyğəmbərimiz Hz. Məhəmmədin çatdığı nöqtəyə qədər ucala bilməmiş, “yanarım” demişdir. Meraca yəni insanın çatdığı, çata bildiyi və çata biləcək ən ali dərəcəyə peyğəmbərimizin necə çatması, hansı hərəkətləri ilə bu zirvəyə yüksəlməsini dərindən anlamaq üçün dədəmiz Əhməd Yəsəvini oxumaq lazımdır. Allahın Elçisinə özü ilə elçisiz doğrudan görüşmək fürsətini nə üçün verdiyini, onu ən uca nöqtəyə, Cəbrayılın belə ucalmadığı nöqtəyə nə üçün ucaltdığını anlamaq üçün gənclərimiz mütləq dədəmiz Əhmət Yəsəvini oxumalıdır. Çünki onu oxumaqla təkcə bu suallara deyil onları düşündürən ən önəmli suala da cavab tapa biləcəklər. Peyğəmbərimiz Hz. Məhəmmədin yolunda gedənlərə də eyni yüksəliş veriləcəkmi ? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün mümkünmüdür? Mümkünsə, necə, hansı yol və hansı hərəkətlər ilə? Bunu anlamaq isə insana həyatı anlamağa kömək edir. Bu sualların cavabını tapmadan həyatı anlamaq, insan kimi yaşaya bilmək və xoşbəxtliyin nə demək olduğunun sirrini tapmaq mümkün deyil. Dədəmiz Əhməd Yəsəvi Hikmətinin əvvəlində deyir.

Sözü söyledim, kim isterse Allahı görmek

Canını canına bağlasın, damarların eklesin

Garip, yetim, fakirlerin gönlünü alsın.

Böyük Əhməd Yəsəvi Allahı görməyin ilk yolunu yetimlərin, anasız-atasızların, yoxsulların, kasıbların yanında olmaqda, onlara hər zaman maddi və mənəvi dəstək olmaqda, onları könüllərini sevindirməkdə görürdü.

Garip, fakir, yetimleri sevindir

Aziz canını parçalarcasına çalış

Yemek bulursan canın ile konuk eyle

Haktan işitip bu sözleri söylüyorum


O yüz illərdir insanlara səslənərək deyir ki yetimlərin, anasız-atasızların, yoxsulların, kasıbların, qəriblərin, yolda qalmışların yardımına qaçanlar Allaha qovuşmaq yoluna qədəm qoyanlardır. Bu yola qədəm qoymaq bundan keçir. O, bu gün də hər kəsi, hər birimizi düşünməyə çağırır. Mən Allaha qovuşmaq yoluna qədəm qoya bilmişəmmi? Sabah çox gec olmayacaq ki?..- deyə ciddi düşünməyə.

Garip, fakir, yetimleri kim sorarsa

Razı olur ol kulundan Yüce Allah

Ey habersiz, sen sebepsin, kalanı sırdır

Hak Mustafa öğüdünü söylüyorum.


Bəli, dədəmiz böyük Əhməd Yəsəvini gənclərimizə oxutmalıyıq, öyrətməliyik. Daha gözəl və mənəviyyatlı, ruhu, milli düşüncə və inancı möhkəm, sevgi dolu gerçək insanlarımizin, vətəndaşlarımızın sayının daha da çoxalmasını istəyiriksə onu öyrənməli və öyrətməliyik. O, deyirdi:

Akıllı isen gariplerin gönlünü al

Mustafa gibi ülkeyi gezip yetimleri ara


Allah Elçisinin Meraca yüksəlməsində qəriblərlə, kasıblarla, yetimlərlə maraqlanması böyük rol oynadı deyən Əhməd Yəsəvi əgər sən də Allaha qovuşmaq istəyirsənsə onun Elçisinin yolu ilə get, ona bənzəməyə çalış deyə Divani- Hikmətlə bu gün də bizə səslənir.

Resul önüne bir yetim gelmişti

Garip ve müptelayım demişti

Acıdı Resul onun haline

İstediğini verdi eline

Resul dedi ben de bir yetimim

Yetimlik ve gariplikle yetişdim

Muhammed dedi ki kim ki yetimdir

Biliniz o benim has ümmetimdir

Yetim görseniz incitmeyiniz

Garibi görseniz küstürmeyiniz.


Əhməd Yəsəviyə görə İslam dinində ən böyük, ən yararlı ibadət ehtiyacı olan insanlara yəni qərib, kasıb, yetim olan insanlara xidmətdir. O, bizi bu gün də peyğəmbərimiz Hz. Məhəmmədi və Qurani-Kərimi düzgün anlamağa çağırır. Bu qudsi-hədisi yəqin ki bir çoxlarınız bilirsiniz. Amma onun daşıdığı hikməti böyüyən uşaqlarımıza lap kiçik yaşlarından öyrətməliyik. Gerçək insan olmanın yolunu çox gənc yaşlarından tapa bilsinlər deyə.

”Allah dedi ki:

- Ey insan, xəstə oldum, ziyarətimə gəlmədin.

İnsan soruşdu:

- Ey Rəbbim, sən aləmlərin Rəbbisin…Səni necə ziyarət edim?

Allah buyurdu:

- Bilmirsən? Filan qulum xəstə oldu, amma sən onu ziyarət etmədin, əgər onu ziyarət etsəydin, məni yanında tapacaqdın.

Allah dedi ki:

- Ey insan. Ac idim, doyurulmağımı istədim, məni doyurmadın.

İnsan soruşdu:

- Ey Rəbbim, mən səni necə doyurum? Sən aləmlərin Rəbbisən.

Allah buyurdu:

- Filan qulum səndən yemək istədi, sən yedirtmədin…Bilmədinmi? Onu yedirtsəydin, məni yanında tapacaqdın.

Allah buyurdu:

- Ey insan, su istədim, vermədin.

İnsan soruşdu:

- Ey Rəbbim, sənə necə su verim? Sən aləmlərin Rəbbisən.

Allah buyurdu:

- Filan qulum səndən su istədi, vermədin. Ona su versəydin, məni yanında tapacaqdın… Bunu da anlaya bilmədin?”

Bəli, bu bir qudsi hədisdir. Yücə Elçi Allahın vəhy etdiyini öz sözləri ilə bizə belə anladır. Amma nə qədərimiz bunu anlamışıq? Bəc bu gün nə qədərimiz bunu anlaya bilirik? Məhz bu səbəbdən də dədəmiz Əhməd Yəsəvini daha çox oxumalı və uşaqlarımıza öyrətməliyik. Çünki o bizim doğruları anlamamıza kömək edir. O, bu gün də bizə səslənir və xəstə, ac, susuz insanın, yetimin, yoxsulun könlünü almaq Allaha yaxın olmanın ən kəsə yoludur deyir!


Geri dön

ShoKKi_MoKKi

  • 22 aprel 2013 20:37
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
Təşəkkürlər maraqlı idi ))

--------------------

tagi.ikramli

  • 4 aprel 2013 11:13
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
maraqlidi desen ne deyerler

fatime gul

  • 4 aprel 2013 02:11
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
oxudum Allah razi olsun

Əkbər007

  • 4 aprel 2013 01:01
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
sagol ay bacım yazan elın var olsun twk
son werh menden twkler

--------------------

R.M_FaNaTka

  • 3 aprel 2013 22:03
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ThankkSss FooooOOrRRRR XeBerrr =)) amma oxumadim

--------------------

TAYNA VOSTOKA

  • 3 aprel 2013 21:20
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
xarici dovletlerde aclarla wekil cekdiren qenire,oz vetenindeki dilenenlerede vaxt ayirsa pis olmaz am

--------------------

★Украду Девушку★

  • 3 aprel 2013 20:37
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Meqale ucun twkr..

--------------------

my angel__

  • 3 aprel 2013 19:39
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Beyendiyinize sevindim..Inwallah ardi olar

--------------------
Помни, что ты - мое все ❤

Gözlüklü

  • 3 aprel 2013 19:29
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkurler

★Alex★

  • 3 aprel 2013 19:18
  • Məqalə: 14
  • Şərh: 286
  • Bal:
{awards}
Təşəkkürlər!

ShoKKi_MoKKi

  • 3 aprel 2013 19:17
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
cox sagol canim maraqli idi)

--------------------

✰Маша✰

  • 3 aprel 2013 19:09
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
cox sagolunnn

Roya_____

  • 3 aprel 2013 18:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
sagol ay bacım yazan elın var olsun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}