Telekanallarımız bayrama nə hazırlayıb?

 
Telekanallarımız bayrama nə hazırlayıb?

Qışı, Yeni ili qarlı-buzlu qarşılamaqdan məhrum

olan azərbaycanlılar gərək təəssüflənməsinlər.

Təbiətin mütəəssir etdiyi tamaşaçıları yerli telekanallar sevindirəcəklər.

Bayram günlərində qışın nəfəsini, Şaxta Babanı, Qar Qızı evinizə gətirəcəklər.

Yeni il sürprizləri, konsertlər, dünya azərbaycanlıları ilə görüşlər,

ölkə sərhədlərindən uzaqda yaşayanlar və hətta azadlıqdan məhrum

olan dustaqlar bayram həftəsində televiziya tamaşaçılarının evinin

qonağı olacaqlar. Yerli telekanallar zəhmət bahasına hazırladıqları

proqramları sizin ixtiyarınıza verəcəklər.

Odur ki, xarici telekanallara üz tutmayın.

ANS televiziyası dekabrın 31-dən 5-dək yayımını Yeni ilin

gəlişinə həsr edəcək. ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru

Rəşad Məmmədovaçıqlamasında deyib ki, bayram günlərində demək olar,

bütün proqramlar bayram əhval-ruhiyyəsində olacaq: “ANS-in tamaşaçıları üçün

“Üç rəngli bayrağımız” adlı bayram şousu hazırlanıb.

Dekabrın 31-də “Qulp” proqramının xüsusi buraxılışı olacaq, bayram

günü dustaqlar yad olunacaq, onlar üçün hazırlanan konsert proqramı

nümayiş etdiriləcək. Bundan başqa, ənənəvi olaraq Yeni il axşamı

meyxanaçıların konsert proqramı göstəriləcək.

Digər proqramlarımız da eyni konsepsiyada hazırlanıb”.

“Lider” Telekanalının baş prodüseri Emin Hüseynov artıq dünəndən

etibarən, yəni dekabrın 27-dən yeni il proqramlarına start verildiyini deyib:

“Artıq dekabrın 27-dən etibarən əyləncəli proqramlarımız start götürüb.

Telekanalımız böyük Yeni il şənliyi hazırlayıb. Həftə ərzində yeni il münasibəti ilə

proqramların həcmi artırılıb. Dekabrın 31-də 3 saatlıq maraqlı konsert

proqramı olacaq. Həmin konsertdə 60-cı illərin hit mahnıları səslənəcək.

Onu da qeyd edim ki, heç bir telekanalda belə maraqlı proqram hazırlanmayıb.

Bundan başqa, həftə ərzində yayımlanacaq digər proqramlarımız da

Yeni ilin gəlişi münasibətilə hazırlanıb. Bu sıraya “Tap dostum”,

“Qızıl pillə”, “Kim, harada və necə” də daxildir.

“Space” telekanalı qışın gəlişini hiss etməyən Azərbaycan tamaşaçıları üçün

isti Hindistan ölkəsinin filmlərini xatırladan Yeni il tamaşası hazırlayıb.

“Space” Telekanalı musiqi layihələri yaradıcılıq heyətinin rəhbəri Könül

Nəzərli tamaşanın dekabrın 31-də nümayiş olunacağını deyib:

“Hind filmlərinin motivləri əsasında “Hind yuxusu və ya Qanq, mən səninəm”

adlı yeni il tamaşası hazırlamışıq.

Tamaşada incəsənət adamları iştirak edəcək.

Ssenari müəllifi Mikayıl Güləddinoğlu, rejissoru Mirsadıq Ağazadədir.

Bundan geniş konsert proqramı çəkilib. Bayram proqramlarımız

Yeni ilin gəlişindən düz Köhnə Yeni ilədək davam edəcək”.

“Xəzər” televiziyasının proqramları 2011-ci ilin gəlişindən çox,

Dünya Azərbaycanlılarının həmrəyliyi ab-havasına köklənib. “Xəzər”

Televiziyasının proqramlar departamenti rəhbərinin müavini Nazim

Şərbətovun açıqlamasına görə, “Yaxşısı budur”, “Star Life”, “Ay Zaur”

verilişlərində daha çox Dünya Azərbaycanlılarının Həmrəylik Günü vurğulanıb:

“Əyləncəli proqramların demək olar ki, hamısında konsert proqramları hazırlanıb”.

ATV telekanalı yeni il sürprizlərini dekabrın 31-də təqdim edəcək.

ATV-nin xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlunun məlumatına görə,

səhər saatlarından etibarən Yeni il şənliyi ATV telekanalında bayram

əhval-ruhiyyəli silsilə proqramlarla start götürəcək. “Gün keçdi” və

“Onun yarısı” proqramlarının yeni ilə həsr olunmuş xüsusi buraxılışı

təqdim olunacaq. Bayram günündə qismətli iştirakçı “Tale açarı”

lotereya oyununda hədiyyə əldə edəcək: “Yeni il sürprizlərini

dekabrın 31-dən etibarın təqdim edəcəyik. Saat 21-dən etibarən

başlayacaq və saat 1-dək davam edəcək “Rəqiblər” adlı şou-proqram

hazırlanıb. Şaxta baba, Noel Baba və Santa Klaus Qar qız uğrunda

mübarizə aparacaqlar. Proqramda Azərbaycanın

sayılıb-seçilən incəsənət nümayəndələri iştirak edəcəklər”.

İctimai Televiziyanın 2011-ci il üçün nəzərdə tutduğu bayram

proqramları bütün dünya azərbaycanlıları üçün nəzərdə tutulub.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov

əmindir ki, bayram gecəsi hazırlanan proqramların digər yerli kanallarda

alternativi olmayacaq: “Böyük səylə fərqli proqramlar hazırlamışıq.

Bunlardan biri dekabrın 31-də efirə gedəcək “Sabaha inam” filmidir.

Ssenarisi Ramiz Rövşənindir. Adətən yeni illə bağlı Sovet dönəmində

müxtəlif filmlər çəkilib hazırlanırdı. Bu ənənəni müstəqillik dövründə

biz davam etdiririk. Qısası, İctimai Televiziya yeni il həftəsi elan edib.

Milli azlıqlar departamenti Azərbaycanda yaşayan

milli azlıqlar üçün konsert proqramı hazırlayıb.

Bundan başqa böyük maraqla izlənən “Eurovision-2011” milli seçimi

bayram konserti ilə tamaşaçı qarşısına çıxacaq. Həmin gün həm

növbəti qalib müəyyən olunacaq, həm də digər qaliblər konsert

proqram ı ilə çıxış edəcəklər.

“Qərib axşamlar” adlı proqram xüsusi layihə formatında Dünya

Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş xüsusi layihə

formatına təqdim olunacaq. Həftə boyu xaricdə yaşayan soydaşlarımızın

xahişi ilə telekörpülər olacaq, dünyada yaşaya azərbaycanlılar

bir-birləri ilə İctimai kanal vasitəsilə bayramlaşacaqlar”.

Azərbaycan Dövlət Televiziyası və Radiosu isə bayram proqramlarını dekabrın 29-dan

etibarən təqdim edəcək. Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı

Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlının

bildirdiyinə görə, dövlət televiziyası ənənəvi olaraq Yeni ilə həsr

olunmuş geniş konsert hazırlayıb: “Bayram həftəsi 29-dan etibarən

start götürəcək. “İllər qovuşanda” adlı böyük konsert proqramı olacaq.

Proqram axşam saatlarından ta səhərə yaxın, saat 4-ə qədər

davam edəcək. Bundan başqa bayram günlərində nümayiş

etdirmək üçün bayram tamaşaları və filmləri seçilib”.


Geri dön

_RONALDO_

  • 15 may 2011 16:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Twk Yeni ilde super veriliwker olacaq

--------------------

gul_93

  • 7 mart 2011 17:29
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

CrazyGirl

  • 2 yanvar 2011 13:01
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thank yOUUUUUUUUUUUUUUUU smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Just For Legend

  • 31 dekabr 2010 18:49
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 31 dekabr 2010 16:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
baxaram:)

CandyGirl

  • 30 dekabr 2010 11:44
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yene maraqsiz birsey hazirlayarlar yeqin ki turklerinkine baxacam onlarinki daha maraqlidi

--------------------

only-girl

  • 30 dekabr 2010 10:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür


Təşəkkür

--------------------

qaraqan_girl

  • 30 dekabr 2010 09:07
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
TEWEKKURLER

sevgi yalandir

  • 30 dekabr 2010 08:53
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurelr fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Asiyan

  • 30 dekabr 2010 05:32
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
NE VARKI GUYA BIZIM KANALLARDA..ESLINDE HECNE ETMEMELIDIRLER MUSELMAN OLKESI OLARAQ AMMA ARTIQ AZERBAYCANIMIZDA MUASIRLESIBDIR.. smile

Dj_Tural

  • 30 dekabr 2010 03:01
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
eh bizim kanallarda duz emelli nese verirler ki?yene hemiweki kimi kohne hamam kohne vanna

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Sergio Ramos

  • 30 dekabr 2010 03:00
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı idi

--------------------

Made_In_Bakinka

  • 29 dekabr 2010 23:58
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
hmmm yene sablon mahnilar olacaqdaaaa

YazYamuru

  • 29 dekabr 2010 23:29
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏƏƏƏƏ LAP YAXŞI feel

--------------------



OK

  • 29 dekabr 2010 22:53
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Tesekkurler

--------------------

BaKiNkA_

  • 29 dekabr 2010 22:44
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Twk Yeni ilde super veriliwker olacaq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}