Xəyanət qoxusu (V hissə)

 
Xəyanət qoxusu (V hissə)

Rauf ciddiləşdi:
−Kinayə ilə danışmağa ehtiyac yoxdur. – nəsə fikirləşdi. – Dediniz, silahı var idi?
−Əlbəttə vardı. Həmişə də dolu idi. İndi izah edin, necə ola bilər ki, içəri gələn yad adamdan qorunmasın? Çünki, cangüdən
yaralananda mütləq səs olmalı idi. Heç nə eləməsə də, ən azı qışqırardı.
−Hm, bunu düşündüyünüzdən də çox şeylə izah etmək olar. Bəlkə heç mərhum hadisənin şokundan özünə gələ bilməyib? Və ya heç nə eşitməyib?
İlqar Raufu mənalı-mənalı süzdü:
−Mən dedim axı, Elçini məndən yaxşı tanıyan yoxdur. O çox cəsarətli, özünü itirməyən, vəziyyətdən çıxmağı bacaran adam idi.
Rauf fikrə getdi:
−Zəhmət olmasa suallarımı cavablandırın. Amma nə qədər düzgün olsa, o qədər yaxşıdır.
İlqar inamsız və könülsüz halda razılaşdı:
−Cavablandıraram. Amma mənə sizi başqa cür təsvir etmişdilər. Siz heç nədən şübhələnmirsiz heç.
Rauf bayaqdan əlində oynatdığı qələmi üstündə əcaib cızıqlar çəkdiyi vərəqin üstünə qoydu. Başını qaldırdı:
−İlqar bəy, haqqımda nə deyiblər, bilmirəm. Amma bu hər şeydən şübhələnməyə səbəb vermir. Əksinə, yersiz şübhələr insanı yanlış yola salar. Əsas odur ki, hər şeyi məntiqlə düşünüb, məntiqlə qərar çıxarasan. Nəysə, əvvəla deyin, nə biznesi ilə məşğulsunuz? Bir də bu biznesdə əsas simalar kimdir?
İlqar barmaqlarını çırtlatdı:
−Bizdə avtomobillərin satışıdır əsasən. Mənəm, rəhmətlik Elçin idi, böyük yeznəm Kamran Əliyevdi, bir də kiçik yeznəm Mirəhməd Babayev. Mən özüm Almaniyada yaşayıram. Avtomobilləri aldığımız firma ilə müqavilə bağlayırıq, mən maşınları Azərbaycana yola salıram. Onlar da buradakı biznesi idarə edirlər.
Rauf alnını ovuşdurdu:
−Sizcə, yeznələriniz necə insandır?
İlqar sərt baxışlarını onun üzünə dikdi:
−Onlar əla yola gedirdilər. Özü də Elçini öldürmək üçün onların heç bir səbəbi yoxdur. Heç nəyə də ehtiyacları yoxdur. Elçinin xətrini hamımız çox istəyirdik. Rəhmətliyin heç kəslə işi yox idi. Sakit adam idi. Düzgün adam idi. Onun kimiləri barmaqla sayılır indiki zamanda. Elə bil keçmişin köhnə kişilərindən idi.
−Hm, bəs həbs edilən şəxslə mərhumun nə əlaqəsi var idi? Onların nə düşmənçilikləri olub ki?
−Heç nə! – qonaq əsəbi halda əlini yellədi. - Heç bir düşmənçilik,filan yox idi. Anlaşılmazlıq olmuşdu. Həmin adam satış üçün avtomobillər almışdı bizdən. Qiymətdə anlaşılmazlıq olmuşdu. Nə bilim, məsələ pulu ödəməyə çatanda başlayıb ki, əvvəl başqa qiymət danışmışdınız. Nəysə, kəsib məbləğin qalanını. Elçin də çox qəzəblənib ki, kişinin sözü bir olar. Avtomobilləri apardığın kimi də qaytar gətir. Gətirib qaytaranda yenə mübahisə düşüb. – qonaq fikirli-fikirli başını buladı. - Amma inanmıram ki, onu öldürmək dərəcəsinə çatsın. Buna heç vaxt inanmaram. O da adını-sanını qoruyan adamdır. Hətta bunu eləmək istəsəydi, başqa adama elətdirərdi. Şübhələrim düzdürsə, deməli o da günahsız yerə həbsdə yatır.
−Hansı şübhələr? – Rauf maraqlandı.
−Elçini həmin adamın öldürməməsi. Burda nəsə başqa iş var. Məntiqi uyğunluq yoxdu. Vallah ürəyim deyir ki, hər şey başqa cürdür.
Rauf kresloya söykəndi:
−Bəs özünüzün şübhələndiyiniz kimsə var? Axı qardaş, dost olmusunuz...
İlqar əsəbi halda başını geriyə atdı:
−Elə ən pisi də odur ki, onun düşməninin kim ola biləcəyi heç ağlıma da gəlmir. Heç kəsə pisliyi dəyməmişdi. Heç kəsin çörəyini almamışdı, incitməmişdi.
Rauf əl çəkmək istəmədi:
−Bəs heç olmayıb ki, kiminləsə anlaşılmazlıq, ya da başqa belə nəsə olsun? Məsələn, razılığa gəlməmək kimi. Ya da bəlkə elə şəxsi məsələ olub ki, hətta sizə də deməyib? Ola bilməzdimi?

***
İlqar azacıq düşünüb, alnını ovuşdurdu. Yaraşıqlı qamətini düzəldib, tutqun halda dedi:
−Bu istisna deyil. Çünki, Elçin mənimlə nə qədər yaxın olsa da, ümumilikdə qapalı adam idi. Bir problemi də olanda çalışardı özü həll eləsin, heç kəsi narahat eləməsin. Elə məni də bu narahat edir. Heç cür ağlım kəsmir. Əgər kiminləsə düşmənçiliyi olubsa da, bunu mənə deməyib. Desəydi ən birinci həmin adamı axtarardım da.
Rauf stola dirsəkləndi:
−Bəs həbs olunan şəxslə mübahisəsi olduğunu kim demişdi?
−Bu çox sadə olub. Avtomobilləri qaytarmağa gələndə mübahisə yaranıb, sonra dava düşüb. İşçilərin yanında olubmuş. Nə yaxşı ki, yeznələrim də yanında olub, sakitləşdiriblər. Həmin adam da Elçini hədələyib ki, “Bunu belə qoymayacam, peşman olacaqsan!”. Mənə xəbər çatanda Elçinə dedim ki, hər ehtimala qarşı polisə xəbər versin, etiraz elədi. Belə şeylərlə arası yox idi rəhmətliyin.
Udqundu. Qəhərdən boğazı göynədi. Qardaş əvəzi birini itirmişdi. Rauf diqqətlə onu süzüb fikrə getdi... İlqar başını qaldırıb diqqətlə Raufun gözlərinə baxdı:
−Nə deyirsiniz, bacararsınız?
Rauf gözünü məchul nöqtədən çəkmədən soruşdu:
−Həmin şəxs mərhumu hədələyəndə orada başqa kimlər olub?
İlqar təəccübləndi:
−Necə məgər?
−Soruşuram.
−Başqa adam olmayıb. O aralar alverin zəif vaxtıdır, ona görə də müştərilər az-az görünürdü. Mübahisə olanda ancaq sürücü, cangüdən, bir də satıcılarımız olub.
−Bir də yeznələr. - Rauf xatırlatdı.
−Hə, başqa heç kəs. Təkcə özümüzkülər.
Rauf yüngülcə burnunu çəkdi:
−Hm, aydındır. Siz mənə mobil, iş, bir də ev nömrələrinizi deyin. Sabah əlaqə yaradarıq.
İlqar dikəldi:
−Sabahdan başlamaq istəyirsiz ki?
−Bu gündən. – Rauf ayağa qalxdı.
İlqar bu oğlanı qəribə maraqla süzüb, ayağa qalxdı:
−İstədiyiniz məbləği deyin!
Rauf həmişə pul məsələsi çatanda karıxırdı:
−Özünüz təklif edin.
İlqar məbləğin adını çəkdi. Doğrudan da kifayət qədər yaxşı məbləğ idi. O bunu gözləmirdi:
−Oldu, amma ki, iki şərtim var.
−Nə şərt?
−Birinci şərt, polisi bu işə qatmayın. Əgər belə bir kömək yaradası olacaqsınızsa, indidən imtina edim.
İlqar ani düşünüb razılaşdı:
−Yaxşı. Bəs başqa nə?
−Lazım olan adamlarla maneəsiz və rahat görüşümü təmin edəcəksiniz və heç bir halda mənə təsir edib öz fikrinizi yürütməyə çalışmayacaqsınız.
İlqar gülümsədi:
−Bunlar çox asan şərtlərdir. Mən daha qəlizini gözləyirdim.
Rauf ciddiliklə:
−Asan olsa da, vacibdir – deyib, qonağını ötürdü...

* * *
Süfrə başında əyləşəndən artıq 4-cü dəfə idi ki, Nicatın telefonunun romantik melodiyası susmaq bilmirdi. Atasının ciddi baxışları deyəsən ona sirayət etdi. Bu dəfə zəngi ləğv etməyib, dəhlizə qaçdı. Astadan danışsa da, sərt danışdığı eşidilirdi... Bu dəfə süfrədən çörək götürən İradə xanım narazı səslə dilləndi:
−Ay bala, heç olmasa süfrədə oynatma da o telefonu. Kim idi?
Nicat mızıldandı:
−Heç, uşaqlar idi.
Eldar başını buladı:
−Uşaqlardır, bəs burda niyə danışmırsan?
Deməyə söz tapmayıb, çəngəllə xörəyinin üstündə cızıqlar çəkdi.Qardaşının halını görən Mayanı gülmək tutdu. Xısın-xısın güldü. Nicat da fürsət tapıb barmağını ona yellətdi. Qız da öz növbəsində onu cırnatmaq üçün “xırda-xırda” jestlər etdi. Uşaqlarının gizlin “parollarla” danışmasını gözdən qaçırmayan atanı gülmək tutdusa da, ciddi səslə onlara təpindi:
−Yeməyinizi yeyin!
Nahardan qalxan Nicat Mayanı dəhlizdə yaxaladı:
−Sən nəyə gülürdün, hə?
Maya yenə şıltaqlıq etməyə başladı:
−“Uşaqlar”a gülürdüm. – deyib, qardaşının əlindən sivişib otağa qaçdı.
−Dayan, payını verəcəm. – deyən Nicat da onun arxasınca yüyürdü. Stolun başına dövrə vura-vura bacısını tutmağa çalışırdı:
−Sən hardan bilirsən bunları? Telefonuma baxmısan, hə?
Maya hirsləndi:
−Nə danışırsan sən? Telefonunla nə işim. O gün balkonda elə bərkdən danışırdın ki, kar da eşidərdi.
Nicat pərt halda özünü divana atdı:
−Ay səni, nə pis oldu. Sən də gülməsəydin olmazdı da. Ata başa düşdü hamısını. Sən hələ yadında saxla!
Maya şən halda qapıya tərəf qaçdı:
−Məndən Əsmər xanıma salam deyərsən, Nicat bəy. – gülə-gülə otaqdan çıxdı. Nicatın dodağı qaçdı. “Hətta adını da bilir. Bu qızın qulağı yaman yaxşı eşidir”. Romantik bir melodiya yenidən səsləndi. Zəng vuran bayaqkı kobudluqdan incimiş Əsmər idi...
* * *
Maya otağına keçib, bir neçə dəqiqə paltar şkafının aynasında özünə tamaşa etdi. Sonra qapısını açıb, paltarları gözdən keçirməyə başladı. “Bu yox, bu da yox, bəlkə bu?” Şkafdakı paltarların içində üç rəng – ağ, mavi, yaşıl daha çox nəzərə çarpırdı. Bu üç rəng onun ən çox sevdiyi rənglər idi. Ona görə də, hər dəfə təzə paltar alanda özündən asılı olmadan bu rənglərdən yapışırdı. Asılqanları aralayıb, idman üslubunda olan mavi və ağ zolaqlı koftasını və göy cins şalvarını götürdü. Bunlar ona çox yaraşırdı. Ümumiyyətlə, çoxları onun zövqünü bəyənirdi. Özü də paltarları elə dəstləşdirib geyinirdi ki, hamısı bir-birini tamamlayırdı.
Geyinib aynada özünə bir də baxdı. Çiynindən bir qarış aşağı olan ipək saçlarını arxaya darayıb, saç bağı ilə yığdı. Bir saat əvvəl yeni hazırlıq müəllimi zəng vurub, bu gün hazırlığa gəlməsini tapşırmışdı. Heç özü də bilmirdi niyə belə tələsirdi... Otağına nəzər saldı. Əl-ayaqda qalan əşyaları yerbəyer etdi. Elə həmin an da mobil telefonunun melodiyası səsləndi. Koftasının cibinə qoyduğu telefonu çıxarıb, ekrana baxdı. Zəng vuran ən yaxın rəfiqəsi - Əfsanə idi.
−Hə, Əfsanə.
−Hardasan?
Bir əli ilə dəftər-qələmini çantasına yerləşdirdi:
−Evdə. Niyə ki?
Əfsanə təəccübləndi:
−Sən hələ çıxmamısan? Mən çoxdan dayanacaqdayam.
Tamamilə unutmuşdu. Hazırlığın vaxtını dəyişdiyini ona deməmişdi. Məsuliyyətsizliyinə görə pərt oldu:
−Bağışla, sən Allah. Hazırlığın vaxtını dördüncü günə keçirmişəm. – sonra günahkarcasına – İncimədin ki?
Əfsanə yaman əsəbləşdi:
−Hələ bir soruşursan da?! Səni tanımaq olmur. Hərdən elə məsuliyyətsiz olursan ki, səni öldürmək istəyirəm.
Maya güldü:
−Yaxşı, öldür, öldür. Əgər bununla sakitləşəcəksənsə. Sən hirslənəndə səndən qorxuram. - Hər ikisi gülüşdülər.
Əfsanə ciddiləşdi:
−Yaxşı, əlimdən belə asan qaça bilməzsən. Özü də, ayıb olsun, mənə demədiyin üçün.
−Vallah...
−Nəysə, niyə dəyişdin vaxtı?
−Fizikadan hazırlığa gedirəm.
−Fizikadan? - Əfsanə təəccübləndi.
−Hə, attestat imtahanına görə.
−Az bilmirsən amma. Maya, mən sənsiz getmək istəmirəm hazırlığa. Vaxtında desəydin... Nəysə, mən də müəllimə deyəcəm ki, məni sizin qrupa salsın.
Maya sevindi:
−Heç ağlıma gəlməmişdi. Əla olar amma.
Əfsanə gileyləndi:
−Hə, hə, əla olar. Sevinənimə bax. Bunu sən eləməliydin.
−Yaxşı da, barışaq. İndi gecikirəm, gələndə evinizə zəng vuraram.
−Yaxşı, oldu.
−Hələlik...
Dəhlizə keçdi. Ayaqqabısını geyinə-geyinə mətbəxdə əyləşmiş valideynlərinə tərəf səsləndi:
−Mən çıxdım, hələlik.
Anası qapıya tərəf boylandı:
−Yaxşı yol, ehtiyatla! Özündən muğayat ol. Maşınlardan özünü gözlə!
−Yaxşı, yaxşı. – gülümsəyib, qapıdan çıxdı. “Heyif, atamın işi olmasaydı rahatca gedəcəkdim maşınla. Of, yenə bu tıxacda ləngiyəcəm” – düşündü. Səbri çatmadı. Avtobusdan düşüb, tələsik ayaqla getməyə başladı. Az qala qaçırdı. “Növbəti dayanacağa çatsam, oradan qalan yol elə də çox deyil” – düşünüb, yolu keçdi. Səkiyə təzəcə çıxmışdı ki, siqnal səsindən diksindi. Əhəmiyyət vermədi. Görəsən yenə hansı ağılsızdır?! Yolun kənarıyla gedirəm, deyəsən bunu da görmür... Yenə siqnal səsləndi. Bu dəfə Maya hirslə geri dönəndə, yeni müəlliminin ciddi baxışları ilə qarşılaşdı. Rauf maşının pəncərəsinin şüşəsini endirdi:
−Səhv etmirəmsə, zala gedirsiniz.
Maya azacıq əyildi:
−Bəli. Tıxaca görə düşdüm ki, bəlkə qaça-qaça tez çataram. Deyəsən heç...
−Əyləşin. - Rauf onun sözünü kəsdi. Maya tərəddüdlə ona baxdı. Rauf müəllim onu şagirdliyə götürsə də, yenə yad adam idi. O gün anası necə dedi? “İndi heç kəsə etibar etmək olmur. Sözlərim haqqında yaxşı fikirləş”. Neyləyim görəsən?
−Əyləşin! – bu dəfə əmr etdi.
Maya ani tərəddüddən sonra avtomobilin arxa qapısını açıb, əyləşdi. Özünü yaman itirmişdi. İlk dəfə idi ki, yad adamın maşınına əyləşirdi. Hətta salam verməyi də unutmuşdu.Rauf da deyəsən onun halını başa düşdü:
−Salam!
Maya salamlaşmadığını hələ indi xatırladı. Pərt halda mızıldandı:
−Salam.
−Dərsə başlamağa hazırsınız?
−Bəli, hazıram.
Rauf ön güzgüdə onu diqqətlə süzüb, gözlənilmədən soruşdu:
−Qorxursunuz?
Maya özünü tamam itirdi:
−Yooox... Nədən?
−Mənə belə gəldi...
Mayanın qəşəng qaşları çatıldı:
−Səhv zənn etmisiniz.
Rauf gülümsədi:
−Ola bilər...
Daha yol boyu heç biri bir kəlmə də kəsmədilər.Maya pəncərədən qarışqa kimi qaynaşan maşınları süzərək, həyəcanını boğmağa çalışırdı. Özü-özünə çox acığı tuturdu. “Mənə bax bir. Axı nə olub ki? Adamyeyən deyil ki? Nədən belə həyəcanlandım. Amma nə diqqətlidir. O dəqiqə hiss elədi. Özü də hələ bir soruşur da. Qorxmalı heç nə yoxdur. Of, anam olmayan yerdən mənim fikirlərimi elə qarışdırıb ki...” Tünd qara rəngli “Mersedes” birmərtəbəli idman zalının qarşısında dayandı. Maşından düşüb zala daxil oldular. Rauf qapıdan keçəndə onu irəli verdi:
−Xoş gəlmisiniz.
−Sağ olun. – Maya başını aşağı salıb, içəri keçdi. Zalda beş nəfər 16-23 yaş arası oğlanlar vardı. Hamısı da Raufu görən kimi hörmətlə salamlaşdılar. Bütün şagirdləri bu sərt və qəribə müəllimlərinin xətrini çox istəyirdilər. Onlar Raufla bərabər içəri girən qəşəng qızı maraqla və diqqətlə süzdülər. Amma müəllimlərinin sərt baxışını görən kimi yenə müxtəlif “nidalarla” məşqlərinə davam etdilər. Raufun kabinetində hər şey ona maraqlı idi. İçəri keçmişdisə də, hələ əyləşməmişdi. Keçən dəfə kifayət qədər diqqət yetirmədəyi bu geniş otağı bu dəfə daha maraqla nəzərdən keçirməyə başladı. Otağın baş tərəfində geniş ofis stolu yerləşmişdi. Stolun bir tərəfində Raufun tünd qara, dəridən hazırlanmış enli və möhtəşəm kreslosu, qarşı tərəfdə isə iki sadə, qara kreslo vardı. Geniş kitab rəfinin yanında kreslolarla dəst divan qoyulmuşdu. Divarlardan birinə bədənnüma ayna bərkidilmişdi. Bundan başqa otağın müxtəlif sahələrində qədimi əşyalar – xüsususən də silahlar var idi. Rauf stolun üstündə hazır qoyduğu fizika kitabını qarşısına çəkdi:
−Əyləşin. - kitabı vərəqləməyə başladı. Maya çantasını qarşısındakı kresloya qoydu. Sonra diqqətlə kitaba baxan müəlliminə tərəf döndü:
−Bəs necə çatdıracaqsınız? Həm onları – barmağı ilə çölə işarə etdi - həm məni hazırlaşdırmağı?
Rauf qələmlə mövzunun qarşısına işarə qoydu. Maya gözucu mövzuya baxdı:
−Birdən onlara kömək lazım olsa?!
Müəlliminin onu eşitmədiyini zənn edib, pərt halda sualını təkrarlamaq istədi:
−Müəllim, deyirəm...
−Bu mənim problemimdir. – Rauf başını qaldırmadan qızın sözünü kəsdi. Maya pərt olsa da dinmədi. Raufu acıqla süzüb,
ürəyində“kobud” – deyib, yamanladı. Rauf qarşısına işarə qoyduğu iki mövzunu Mayaya göstərdi:
−Bunların hərəsini bir dəfə oxuyun. Bir dəfə, amma diqqətlə. Sonra gəlib mövzunu izah edəcəm. Sonra yenə oxuyacaqsınız. - deyib otaqdan çıxdı.
Maya bir neçə saniyə onun çıxdığı qapıya tərəf baxıb, deyindi:
−Bu müəllimlə mənimki heç tutmayacaq deyəsən...
* * *
Ardı var...


Geri dön

Lonely_Alone

  • 22 aprel 2013 21:15
  • Məqalə: 5
  • Şərh: 424
  • Bal:
Super hekayedi men butun hisseleri oxumuwam ve sebirsizlikle ardini da gozleyirem

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

sebnem98

  • 7 aprel 2013 16:34
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
twk............................

--------------------

мυsLiмαηκα

  • 6 aprel 2013 19:12
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Yarisini oxudum maraqliydi twk

EnD of TiMe

  • 6 aprel 2013 18:17
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore...

ღLovelyღ

  • 6 aprel 2013 17:40
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Gül Əliyeva

  • 6 aprel 2013 15:06
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
TəŞəKKüR EDiRəM

★Love me★

  • 6 aprel 2013 13:55
  • Məqalə: 14
  • Şərh: 1747
  • Bal:
{awards}
tewekkurler...

--------------------

Nara Neznakomka

  • 6 aprel 2013 13:05
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
ChoXx MaRaGLiYDi

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

★Украду Девушку★

  • 6 aprel 2013 12:32
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Maraqli idi.....

--------------------

GuNaY_83

  • 6 aprel 2013 12:11
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
twk.......................

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 6 aprel 2013 12:06
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ChoXx MaRaGLiYDi TwKkK

--------------------

R.M_FaNaTka

  • 6 aprel 2013 12:04
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
Xebere Gore twkler

--------------------

TAYNA VOSTOKA

  • 6 aprel 2013 12:03
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
COX MARAQLİDİR ARDİNİ SEBİRSİZLİKLE GOZLEYİREM

--------------------

Gözlüklü

  • 6 aprel 2013 11:23
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Tewekkurler

ღKiRaZ MeVsİmCiღ

  • 6 aprel 2013 11:16
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ela idi tesekkurler love

★CaNdy GiRL★

  • 6 aprel 2013 11:01
  • Məqalə: 32
  • Şərh: 1528
  • Bal:
{awards}
3-cu sehr menden hamisini oxudum twk

--------------------

Əkbər007

  • 6 aprel 2013 10:36
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
Yaxwidi amma oxumamiwam cox uzundu saq olun 2 ci weh menden angry

--------------------

Roya_____

  • 6 aprel 2013 10:25
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
super twklerr ılk werhde menden)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 725
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}