Təhlükəli proqramlar

 
Təhlükəli proqramlar
Gündəlik internet həyatımızda ən böyük problem yaşadacaq məsələlərdən biridə viruslardır.Düzdü onlara qarşı çox proramlar (antiviruslar) tətbiq olunsada sonda tam qarşısısnı almaq mümkün deyil.Gəlin
onları bir azda yaxından tanıyaq,beləliklə viruslar və onların növləri:

Klassik viruslar

Kompüter viruslarını yaşam mühitinə görə və yoluxdurma üsuluna görə qruplaşdırmaq olar. “Yaşam mühütü” dedikdə virusun kompütürin, əməliyyat sisteminin, fayl və əlavələriə öz kodunu yaza bildiyi sistem sahəsi başa düşülür. Yaşam mühütünə görə virusları aşağıdakı kimi qruplaşdıra bilərik:

Fayl virusları
Yuklənmə virusları
Makros virusları
Skript virusları

Fayl virusları özunun çoxalması üçün hər hansı əməliyyat sisteminin fayl strukturundan istifadə edir. Bu zaman virus muxtəlif üsullarla icra fayllarına (.com, .exe tipli) oz kodunu yazır ( ən çox yayılmış üsuldur), “əkiz” faylar yaraır, öz surətlərini muxtəlif kataloqlarda çoxalda bilər.
Yüklənmə virusları adətən özünü disklərin yuklənmə sektorlarına (boot-sektor) yazır. Belə viruslar ötən əsrin 90-cı illərində geniş yayılmışdı. Amma 32-bitlik əməliiyat sistemlərinin tətbiqindən və həmçinin disketlərdən yeğanə informasiya daçıyıcısı kimi istifadəyə son verildikdən sonra belə viruslar praktik olara yoxa çıxdı.
Bir çox cədvəl və qrafiki redaktorlar, layihə sistemləri, mətn prossesorları istifadə zamanı təkrar olunan əməliyyatları avtomatlaşdırmaq üçün makro-dillərə (makroslar) malikdirlər. Bu makro-dillər mürrəkkəb struktura malik olmaqla yanaşı inkişaf etmiş əmrlər sisteminə malikdirr. Makro-viruslar məhz bu makro-dillərdə yazılmış və verilənləri emal edən tətbiqi proqrqamlara öz kodunu əlavə edə bilən proqramlardır. Çoxalmaq üçün bu viruslar makro-dillərin imkanlarından istifadə edir və onların koməyi ilə bir yoluxmuş fayldan digərinə keçir.
Virusun yoluxma uculları muxtəlifdir:
-virus faylın bütünm kodlarını məh edə və onun əvəzinə öz kodunu yaza bilər. Nəticədə fayl içləmir və onun bərpası mumkun olmur. Beəliklə fayl sistemi pozulmuş əməliyyat sistemi yaxud tətbiqi proqram siradan çıxaraq öz işini dayandırır.
-virus çoxalarkən faylın məzmununda dəyişiklik edir, amma tam sıradan çıxartmır. Belə virusa yoluxmuş fayllar iş qabiliyyətini demək olarki, itirmirlər. bu çox vaxt kompeterin işinin ləngiməsində özünü büruzə verir.
Bu gün məlum olan yüklənmə virusları adətən boot-sektorları yoluxdururlar. Bu tip virusların iş prinsipi komputeri işə saldıqda əməliyyat suisteminin işədüşmə alqoritminə uyğunlaşıb. Belə ki, bu zaman əməliyyat sistemi komputerə qoşulmuş qurguları (yaddaş, disk qurğuları və sair) test etdikdən sonra proqramın yuklənmə diskinin (BİOS-un nizamlanmasından aslı olaraq bu A:, C: yaxud kompakt disklər ola bulər) ilk fiziki bölümünə müraciət edir və idarəetməni həmin diskə verir. Aydındır ki, bu sektor yoluxubsa idarəetmə məhz özünə orada yer elemiş virus proqrama öturuləcəkdir.
Makro viruslar bir qayda olaraq MS Offoce proqram paketinin informasiyanı OLE2 formatında saxlamaga imkan verən Word, Excel və PowerPoint proqramlarında rast gəlinir.

Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms)

Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalaraq, lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompyuterdən digərinə köçürülür.

2009-cu ilin yanvar ayında “Conficker” adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon personal kompyuteri zədələmişdir.

Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar:
Poçt “soxulcanları” (email-worms),
IM-Worm – internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar,
IRC-Worm( IRC-kanal “soxulcanları”),
P2P-Worm (faylmübadilə şəbəkələrinin virusları),
Net-Worm (digər şəbəkə “soxulcanları”) kimi qruplaşdırılan soxulcan viruslar mövcuddur.

Poçt “soxulcanları”-email-worm- bu növ virus-soxulcanalr bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir.

IM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin(MSN, İCQ və sair ) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar.

Troyan proqramlar (Trojans)

Troyan proqramlar - hal–hazırda yayılan və demək olar ki, bütün dünyanın əlində aciz qaldığı viruslardan biri də troyan virusudur. Bu virusun ən özəl xüsusiyyəti, computer sistemini tədricən amma mükəmməl şəkildə məhv etməsidir.

Troyan proqramların adı “Trouya atı” ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keşmiş və Troya müharivəsinin taleyini həll etmişlər. Qısaca troyanları belə xarakteriaə etmək olar. Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompyuterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikici hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa komputerdə olan ikinci hissə yoluxmuş komputerin İP (şəbəkəyə qoşulmuş hər bir komputerin identifikasiyası üçün unikal ünvan) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş komputer kiminsə nəzarətinə keçir –disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, “yenilənmə”(reflesh) düyməsi kömək eləmir və sair.

Ponetsial olaraq təhlükəli proramlar (Riskware)

Yeni bir virus və troyan növləridir, normal proqramçılar tərəfindən normal proqramlanma kodu ilə işlənilib lakin pis niyyətli məqsəd üçün tətbiq edilir (soyğun və zərərvermə) . İlk dəfə 2000 ci ildə rast gəlinib, virus və troyanın təmizlənməsini kimi təhlükəli olduğu kimi riskware adındanda məlum olduğu kimi təhlükəli bir proqramdır.Kompüterə səhvlikə daxil olaraq yükləndiyi zamanda tez-tez istifadəçiyə özünü göstərərək və ya arxa planda işləyərək göstərdiyi proqramı pulla almağa,informasiyaları oğurlama (nadir görünən) və onun proqramlandığı sayta girməyə məcbur edir.Əsasən əl ilə təmizlənməsi lazım olan virus proqramları çox zaman normal proqram olaraq işləyən lakin tez-tez istifadəçisini rahatsız edən bu virusu normal proqram(antivirus-codec kimi) görür

Şpion proqramlar(Spyware)

Şpion proqramlar istifadəçilərə aid informasiyaları,düzətldiyi işləri onun icazəsi olmadan
toplayıb və bu informasiyaları pis niyyətli (bu proqramı göndərən)şəxslərə göndərmək iqtitarında olan proqramlardır
Bu kateqoriya digər mənada "snoopware" (burunu salan proqram) adlandırılan şpionlar əsasən
Internet istifadəçiləri tərəfindən sistemə yoluxur.
Şpion proqramlar virus və soxulcanlardan fərqi ordadır ki sistemə bir dəfə yayılandan sona öz nüxsələrini yaradıb daha çox yayılmağa ehtiyac duymurlar. Şpion proqramlar əsas məqsədi qurban kimi seçilən sistemdə gizli qalaraq lazımlı informasiyaları toplamaqdır.Bu sizin kredit bank hesabınızın kartınız nömrəsi kimi vacib informasiyalar da ola bilər
İstifadəçilərin icazəsi olmadan sistemə yoluxan şpion proqramlar,şəxsi gizlilyini saxlaya bilən
ən vacib hücumlardan biridir.
Siz internet üzərindən tanınmyan proqram endirib onu yoxlamamış işə salsanız bir növ belə praqramlara qapı açacaqsınız. Bu gunki gündə şpion proqramlara qarşı çox kəskin mübarizə gedir.Viruslara qarşı anti-virus proqramları varsa şpionlara da qarşı anti-şpion (antispyware)
Proqramlar tətbiq edilir.

Reklam Proqramları (Adware )

Reklam Proqramları İngilis dilindən açıqlaması advertising-supported software yəni reklam dəstəkli proqram,yükləndiyi kompüterə yükləndikdən sonar proqram işləməsi zamanı avtomatik olaraq büruzə verən göstərən və endirilmə edən bir proqram paketidir. Adware bəziləri spyware statusunda olub və şəxsi məlumatları ələ keçirmək üçün fəaliyyət göstərirlər.

Aldadıcı proqramlar (Jokes)

Proqram təminatı hansıki kompüterə bir başa zərər vurmur lakin ekrana müxtəlif tip məktublar çıxaraq (yalandan) bu ziyan artıq mövcuddur və ya hər hansı şəraitdəsə fəaliyyət göstərəcək
Belə proqramlar istifadəçini möcud olmayan təhlükələr barada xəbərdar edərək narahat edir
Məsələn:Zərərsiz faylları virus çıxardır,format ehtiyac duyulmayan zaman format istəyir və s.

Rutkitlər (Rootkit)
Zərərvermə aktivliyin gizləmək üçün fəaliyyət göstərən utilitlərdi.Onlar zərərvermə aktivliyin
Gizlədərək(maskalayaraq) anti-virusun onları tutmasının bir növ qarşının alır. Rutkitlər Ə.S
Şəkilini dəyişib və onun əsas funksiyarlın ələ keçirib öz xüsusi fəaliyyətin gizlədərək kompütedə öz zərərvermə əməllərinə başlamasına yardımçı olur. Rootkit işə düşən zaman onun üzərində işlədilən proqramlar rootkit'in bacarığı sayəsində verdiyi məlumatları sistemdən verilən məlumatlarla ayırd edə bilmir

Pis niyyətli proqram (Malware)

Kompüter texnologiyasının son zamanlar inkişaf etməsinə baxmayaraq təhlükəsizliyə qarşı mübarizə yenə ən aktual məsələ olaraq qalır. Pis niyyətli proqram(en:malware, İngiliscedən"malicious software"in qısaldılmış formasıdır), yoluxduğu kompüter sistemində və ya şəbəkə üzərində digər quruğularda zərərə yol açmaq və ya iş fəaliyyətini aşağı salmaq məqsədiylə tərtib edilmişdir.

Bu qədər sag olun...


Geri dön

shohret

  • 22 yanvar 2012 15:52
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
maraqli melumatdi

sevgi yalandir

  • 8 yanvar 2011 14:51
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmmmmmmmmmmm twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MuslimGirl

  • 4 yanvar 2011 12:48
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Təşəkkürlər. Çox lazımlı yazıdır.

Lindo

  • 4 yanvar 2011 11:08
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk maraqli melumatdi

Sesli_girl

  • 4 yanvar 2011 10:46
  • Məqalə: 7
  • Şərh: 100
  • Bal:
{awards}
Aha love

Sergio Ramos

  • 3 yanvar 2011 22:49
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
I did not study
Gratitude

--------------------

CrazyGirl

  • 3 yanvar 2011 22:33
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur.....

--------------------
Sən varsansa həyat çox gözəl!

Dj_Tiesto

  • 3 yanvar 2011 22:27
  • Məqalə: 28
  • Şərh: 74
  • Bal:
{awards}
Sizler sag olun

Tercume tam ozume mexsusdur,calisin viruslarsan ve virus yazarlardan uzaq olun

--------------------
Web-Master

L_SimuS

  • 3 yanvar 2011 22:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyee gore

CandyGirl

  • 3 yanvar 2011 21:30
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yaxsi xeberdi tesekkurler........

--------------------

Morning_Star

  • 3 yanvar 2011 21:29
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Ehhh.Bir program yazmışam.Komp-u bədbəxt edib

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 58

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}