“Solğun ümidlər”

 
“Solğun ümidlər”

Həyat hər kəs üçün bir başqadır, elə deyilmi? Bəzisi üçün şaqraq nəğmə, bəzisi üçün isə yanğılı bir nəğməyə bənzəyir. Yaşamaq!Həm də necəliyindən asılı olmayaraq yaşamaq bu iki nəğmənin də ahənginə uymaq deməkdir... Həyat hər kəs üçün eyni deyil, əziz oxucum...
Elnarə pəncərə qarşısında yağan yağışı seyr etdikcə uzun bir keçmişə sarı boylanıb dərin düşüncələrə qərq olurdu. Yağışın aramsız səsi ona unudulmaqda olan bir adı yenidən xatırladırdı bu dəfə...və bu dəfə daha da boğulurdu keçmişin girdabında...
Yenə gəncliyinin soyuq göz yaşları tökülürdü onun ağ şüşəyə bənzər yanaqlarından. Əlinin arxasıyla gözlərini bərk-bərk sıxıb hökümsüz süzülən o yaşları durdurmaq istəyirdi, lakin bacarmırdı. İçini yandıran o adı dilinə gətirməmək üçün sanki özü-özüylə savaşırdı bu anlarda. “Unudacağam! Artıq mənimçün Şaiq deyə biri yoxdur...Yoxdur artıq, yoxdur...Yoxdur!Mənim həyatımda Eldar var.O mənim ərimdi... Ərimdi...Hə, mənim ərim Eldardı.
Və qəflətən görürdü ki, yox, Şaiq yenə onun dilindədir...Göz bəbəklərindən tökülən o sirli damlaların belə adı Şaiqdi...
Onunla 8 il bundan qabaqkı ilk görüşləri və 6 il bundan qabaqkı son görüşləri gözünün önündə silinməz bir kino kadrı idi Elnarənin...
“... Soyuq bir Yanvar günü idi...
Gənc bir qız kitab rəflərinin qarşısında duraraq kitab seçimi üçün hər kəsə kömək etməyə çalışır, yanında olan bəzi rəfiqələri də arada onun bu canfəşanlığına baxıb xısın-xısın gülürdülər. Qışın ayaz kəsmiş soyuğundan isə cavanların bir çoxu bəhanəylə kitabxanaya doluşmuşdu. Şaiq də dostlarıyla birgə bu bəhanənin içindəydi.
Gözünü qırpmadan ondan azca kənarda rəfiqələrinin gülüş yağmuruna tutulan o qıza baxırdı. Ara vermədən dostlarının “gedək, bəsdir baxdığın, o sənə heç məhəl belə qoymur” sözlərini eşitmirdi sanki. Qəlbində baxışlarını tuşladığı bu qızı tanımaq istəyi baş qaldırırdı nədənsə. Qızın qara iri gözləri onun səmtinə ara-sıra hərlənib yox olduqca Şaiq həyəcandan ilişib qaldığı yerdən tərpənirdi. Kipriklərini belə qırpmadan özündən 2-3 metr aralıda sanki dünyaya meydan oxuyan şirin təbəssümlü bu qızın şıltaqlığına baxırdı. Qız onun fərqinə varsın deyə gah telefonu cibindən çıxarıb hündürdən danışır, gah da dostlarından hansınınsa sözünə bərkdən gülürdü. Lakin Şaiqin bu əzmkarlığı heç bir nəticə vermədən sona çatırdı...
Nəhayət, dostlarını yola saldıqdan sonra bütün cəsarətini toplayıb rəfiqələrindən uzaqlaşan qızın yanına yaxınlaşdı.
- Salam!
- Salam!-qız başını belə qaldırmadan “H” hərfi başlığı ilə qeyd olunmuş rəflərə doğru addımladı. Şaiq də arxasınca.
- Üzr istəyirəm xanım, məncə bu qədər kitabın arasından istədiyinizi tapmaq çox çətin olacaq. Lazım olan kitabın adını deyin birlikdə axtaraq.
- Mən təcili yardıma zəng vurmamışam. Xahiş edirəm, işinizdə olun.
Qızın sərt sözləri Şaiqin üzünə bir sillə kimi yapışsa da, biruzə verməyib daha da irəli yeridi.
- Mən heç təcili yardıma da oxşamıram. İnsanlıq naminə kömək eləmək istədim. Burda pis heç nə yoxdur zənnimcə. İstədimki...
- İstəklərə də mən cavab vermirəm. Zəhmət olmasa bələdçi xanıma yaxınlaşın.
Şaiqin dili-dodağı qurudu bir anda. Nə cavab verəcəyini özü də kəsdirə bilmədi. Qız iki cümləsiylə yolunu elə bağlamışdı ki, Şaiq bu hazırcavablığın qarşısında özünü yeni məktəbə gedən və gözünü döyə-döyə ətrafı çaşqın baxışlarla izləyən birinci sinif şagirdi kimi hiss edirdi. Ətrafdakılar olmasaydı elə qəhqəhəylə gülərdi ki özünə və ilk dəfə idi ki, hansısa cümlənin tıxılaraq boğazında qaldığına... Amma bu şirin fırtına içini elə sarmışdı ki, nə olursa olsun geri çəkilmək istəmirdi, çünki bilirdi ki insan istərsə əldə edə bilməyəcəyi şey yoxdur...
Sanki bir daha heç nə soruşmayacaqmış kimi bir görkəmlə qızla üzbəüz rəfə tərəf getdi. İçində bir daha ünsiyyət qurmaq üçün yeni mətn axtarmağa başlayarkən, ətrafdan qıza tərəf deyilən sözləri də eşidirdi: “-Elnarə, bir şey tapdın?”
Əlbəttə, Elnarənin də cavabı elə həmişəki kimi qısa və dolğun: “-Yox, mərdimazardan savayı heç nə tapmamışam hələ.
Yenə yerində dura bilmədi Şaiq.
- Mərdimazar dediyiniz mənəm yəqinki?
- Görürəm özünüzü çox yaxşı tanıyırsınız. Bəs yəqinki niyə?
- Mən sadəcə kömək təklif etdim. Gobudluq deyildi bu.
- Sizə dedim ki, ehtiyacım yoxdur.
- ...
- Mənə mane olursuz. Deyəsən, söhbət çox uzandı axı.
- Bağışlayın!- Şaiq pərt olmuş görkəmini kimsə hiss etməsin deyə önündə dayandığı rəfin içindən qalın bir kitab sivirib çıxardı və iti addımlarla bələdçiyə doğru irəlilədi.
Şaiqin ardından az keçmədiki Elnarə də bələdçiyə yaxınlaşdı.
- Mənə Viktor Hüqonun “Edam məhkumunun son günü” kitabı lazımdır. Bayaqdandır axtarıram, amma deyəsən heç bir nəticəsi olmayacaq. Zəhmət olmasa, mənə yardımçı olun.
Şaiq saniyəlik bir təəccüblə gözucu əyilib əlindəki kitaba baxdı...
Yazdırmaq üçün bələdçinin yanına gəlib təhvil aldığı kitaba...
Viktor Hüqo “Edam məhkumunun son günü”... Axı, bu kitabın onda nə işi vardı?

٭٭٭٭٭

Tale sanki yenidən gülmüşdü üzünə. Elnarəyə yaxınlaşmaq üçün son bir şans daha yaranmışdı hələ də çıxış yolu axtarıb tapa bilməyən qəlbində. Bəlkə bu dəfə alınardı çox istədiyi bu tanışlıq... Artıq əmin idi ki, Allah şans verib bu gün ona, həm də dəfələrlə...
Kitabı ən əziz əşyası kimi böyük bir sevinclə basdı bağrına. Onun bu körpələşən anlarında Elnarə bələdçiylə birlikdə rəf-rəf dolaşaraq “Edam məhkumunun son günü”nü axtarırdı...
Əslində, taleyin bir qismətimi, ya da bir möcüzəsimi bilinmir, amma “Edam məhkumunun son günü” tələbələrin əlində olduğundan, kitabxanada sadəcə biri qalmışdı...O da körpə uşaq kimi qucağında bərk-bərk əzizləyib saxladığı gənc bir oğlanın yeganə ümidi olmuşdu bu anlarda...
Bələdçinin oturduğu yerdən 2-3 metr aralıya-Elnarənin təəssüflə gəzdiyi rəflərin arasına baxdı Şaiq dəqiqələrcə. Susdu...və danışmaq üçün tərpənmədi belə. “Axtardığınız kitab məndədi, onsuzda oxumaq məqsədilə götürməmişəm. Əlimə o gəldi mən də götürdüm. Əziyyət çəkib axtarmayın daha. Bir rəfi nə qədər gəzəcəksiniz? Tapılmırsa demək yoxdur...”deyə bilmədi nədənsə. Bir də hardan əlinə düşəcəkdi bu fürsət ki, duyğuları içindən çağlayıb çıxan bir halda yenidən Elnarəni görsün?!
Amma ürəyi onun pərişan simasına baxmağa cürət etmədi daha və Şaiq qoynuna bərk-bərk sıxdığı “Edam məhkumunun son günü”ylə birlikdə bələdçidən uzaqlaşan Elnarəyə sarı irəlilədi...
- Bağışlayın, -dedi həzin və pıçıltılı bir səslə - Axtardığınız...

Müəllif: İlahə Cəlilova

“Solğun ümidlər”


Geri dön

Əkbər007

  • 13 aprel 2013 02:49
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
EHHH, BÜTÜN HEKAYƏLƏR KİMİ ƏVVƏL SAF SEVGİ SONRA DA ACI AYRILIQ. NİYƏ SEVİB DƏ HƏMİŞƏLİK BİR YERDƏ OLMAQ OLMUR BİLMİRƏM. AMMA YENƏ DƏ TEŞEKKÜRLER. MARAQLI İDİ.
Любовь - это сказка, а сказка - обман!!

--------------------

★Azerbaijan girl★

  • 10 aprel 2013 00:36
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurlerrrrrrr

EnD of TiMe

  • 8 aprel 2013 22:50
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler cox maraqliydi..beyendim

Miss HOSTED

  • 8 aprel 2013 21:48
  • Məqalə: 0
  • Şərh: 172
  • Bal:
{awards}
EHHH, BÜTÜN HEKAYƏLƏR KİMİ ƏVVƏL SAF SEVGİ SONRA DA ACI AYRILIQ. NİYƏ SEVİB DƏ HƏMİŞƏLİK BİR YERDƏ OLMAQ OLMUR BİLMİRƏM. AMMA YENƏ DƏ TEŞEKKÜRLER. MARAQLI İDİ.

VitamiN_Ka

  • 8 aprel 2013 21:25
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

barsa yek

  • 8 aprel 2013 19:28
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Canim cox sagol.ellerine sagliq birdenem smile love tongue

--------------------

:: Pure Love ::

  • 8 aprel 2013 19:24
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Hamiya twkler

-Kralica-

  • 8 aprel 2013 18:05
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkuurrrr

--------------------




★Azerbaijan girl★

  • 8 aprel 2013 17:55
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler xeber ucun

ღLovelyღ

  • 8 aprel 2013 17:48
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

goz yasi

  • 8 aprel 2013 17:41
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
maraqlidi twk

Banned549678

  • 8 aprel 2013 17:37
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Yenə yerində dura bilmədi Şaiq.
- Mərdimazar dediyiniz mənəm yəqinki?
- Görürəm özünüzü çox yaxşı tanıyırsınız. Bəs yəqinki niyə?
- Mən sadəcə kömək təklif etdim. Gobudluq deyildi bu.
- Sizə dedim ki, ehtiyacım yoxdur.
- ...

My life die

  • 8 aprel 2013 17:33
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
tesekkurler

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

Banned1

  • 8 aprel 2013 16:32
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Təşəkkürlər

ღ★ Firuzə ★ღ

  • 8 aprel 2013 16:22
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler maraqli idi...

--------------------

crazy love

  • 8 aprel 2013 15:10
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
Tewekkurler

Gözlüklü

  • 8 aprel 2013 15:00
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkurler )

sebnem98

  • 8 aprel 2013 14:51
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Həyat hər kəs üçün bir başqadır, elə deyilmi? Bəzisi üçün şaqraq nəğmə, bəzisi üçün isə yanğılı bir nəğməyə bənzəyir. Yaşamaq!Həm də necəliyindən asılı olmayaraq yaşamaq bu iki nəğmənin də ahənginə uymaq deməkdir... Həyat hər kəs üçün eyni deyil, əziz oxucum...

--------------------

★Azerbaijan girl★

  • 8 aprel 2013 14:25
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler

★Украду Девушку★

  • 8 aprel 2013 14:14
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Həyat hər kəs üçün bir başqadır, elə deyilmi? Bəzisi üçün şaqraq nəğmə, bəzisi üçün isə yanğılı bir nəğməyə bənzəyir. Yaşamaq!Həm də necəliyindən asılı olmayaraq yaşamaq bu iki nəğmənin də ahənginə uymaq deməkdir... Həyat hər kəs üçün eyni deyil, əziz oxucum...

--------------------

berke 1gun ozlersin

  • 8 aprel 2013 14:11
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
MARAQLİ İDİ

--------------------
yjkuykyk,fkluy

Nara Neznakomka

  • 8 aprel 2013 14:01
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Gənc bir qız kitab rəflərinin qarşısında duraraq kitab seçimi üçün hər kəsə kömək etməyə çalışır, yanında olan bəzi rəfiqələri də arada onun bu canfəşanlığına baxıb xısın-xısın gülürdülər. Qışın ayaz kəsmiş soyuğundan isə cavanların bir çoxu bəhanəylə kitabxanaya doluşmuşdu. Şaiq də dostlarıyla birgə bu bəhanənin içindəydi.
Gözünü qırpmadan ondan azca kənarda rəfiqələrinin gülüş yağmuruna tutulan o qıza baxırdı. Ara vermədən dostlarının “gedək, bəsdir baxdığın, o sənə heç məhəl belə qoymur” sözlərini eşitmirdi sanki. Qəlbində baxışlarını tuşladığı bu qızı tanımaq istəyi baş qaldırırdı nədənsə. Qızın qara iri gözləri onun səmtinə ara-sıra hərlənib yox olduqca Şaiq həyəcandan ilişib qaldığı yerdən tərpənirdi

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Roya_____

  • 8 aprel 2013 13:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler yaxsı alınıb meqale

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}