"SƏBR" haqda deyilmiş dəyərli aforizmlər

 
"SƏBR" haqda deyilmiş dəyərli aforizmlər

Ey iman edənlər! Səbr və dua ilə (namazla ALLAHdan) kömək diləyin.

Çünki ALLAH səbr edənlərlədir (onların dostudur). (Qurani-Kərim)

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə)

bir sevgi yaradacaq. (ALLAH həm özü onları dost tutacaq, həm də onların

məhəbbətini hamının,o cümlədən möminlərin qəlbinə salınacaqdır). (Qurani-Kərim)

Siz xoşunuza gəlməyənə səbr etməsƏniz,

sevdiyinizə çatmayacaqsınız. (Həzrəti İsa əleyhissalam)

Səbr etməklə kişi zindandan çıxar,

Səbr ilə açılar bağlı qapılar. (Nizami Gəncəvi)

Səbr ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)

Çıxacağım yerə səbri nərdivan edirəm. (Cəlaləddin Rumi)

Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. (Onore de Balzak)

Təmkin sayəsində ən yüksək məqama çatmaq

mümkündür. (Frensis Bekon)

Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir.

Gülün tikana səbr etməsi də onun gözəl

ətirli olmasına səbəb olur. (Cəlaləddin Rumi)

Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə

səbr köynəyini geyinirəm. (Lüdviq van Bethoven)

Səbri, hövsələni unudan insan,

Ağıldan, şüurdan açmasın dastan. (Nizami Gəncəvi)

Uzun müddət hökm sürmək istəyirsənsə,

səbirli ol. (Samuel Conson)

Hər bir müdrikliyin əsası səbrdir. (Platon)

Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü

ələ almağı bacaran da igiddir. (Demokrit)

Uğurun sirri səbrli olmaqdır. (Bencamin Dizraeli)

Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. (Con Drayden)

Uğurun iki səbəbi var :səbr və ümid. (Aleksandr Düma)

Dözüm gücün, tərslik isə zəifliyin

övladıdır. (Mariya fon Ebner-Eşenbax)

Səbr ən zəiflərin və ən güclülərin silahıdır. (Leşek Kumor)

Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə

nail olmaq üçünsə səbirli olmalıyıq. (Henrik İbsen)

Özümüzün və başqalarının səhvlərini qəbul edib,

bunlara səbrlə dözməliyik. (Həzrəti İsa əleyhissalam)

Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. (Çarez Kaleb Kolton)

Vaxt da müəllim kimidir : problemləri səbirlə,

tədricən yoluna qoyur. (Ezra kornel)

Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri

fəth edən sərkərdədən güclüdür. (Ernest Heminquey)

İnsan öz səbr və dözümüylə tauna da qalib gələ

bilər. (Napoleon Bonapart)

İradəli və səbirli insan məğlub olmaz. (Moris Meterlink)

Vaxt bütün qapıları səbirli insanların üzünə

açır. (Çin atalar sözü)

Xəzinə kəşf etmək istəsən əgər,

Hər bir çətinliyə tab et, sinə gər. (Nizami Gəncəvi)

Çox səbr lazımdır ki, səbirli olmağı

öyrənərsən. (Yakob Mixael Reynqold Lents)

Gözləməyi bacaran çox şeyə nail olar. (Henri Uodsuort Lonqfello)

Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. (Fars atalar sözü)

Səbrini basa bilməyəndən müdrik olmaz. (Yapon atalar sözü)

Həqiqəti sev, amma yanlışlıqlara qarşı da

səbirli ol. (Mari Fransua Arue Volter)

Hər söz üçün doğruluq, hər doğruluq üçün iş,

hər iş üçün də səbr lazımdır. (Naməlum)

Səbrin mənası-üzərində dağları və insanları daşıyan

torpaq kimi olmaq deməkdir. (Səriyyis Sakat)

Səbr-üzünü turşutmadan ağrı-acını qurtum-qurtum

içməkdir. (Cüneyd Bağdadi)

Əsl hünər bolluq içində səbr etməkdir. (Muhəmməd Qəzzali)

Səbr acı olsa da, meyvəsi şirindir. (Aristotel)

Səbr ümid etmək sənətidir. (Lyuk de Klapye Vovenarq)

Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən

sonra bal olur. Səbri olmayanlar

nə qədər də yoxsuldurlar. (Uilyam Şekspir)

Səbr ümidini təməli, ümid isə xoşbəxtliyin açarıdır. (Tomas Karleyl)


Geri dön

RoMaNTiK SerSeRi

  • 13 fevral 2012 23:04
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nilayka

  • 19 fevral 2011 18:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

vaso

  • 6 yanvar 2011 20:18
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
sebir imanin yarisidir. sebirli olmaq heqiqi xosbextciliyi tapmaq demekdir laughing
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin
[color=#FFCC66][/color]

CrazyGirl

  • 2 yanvar 2011 12:56
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Sən varsansa həyat çox gözəl!

Just For Legend

  • 31 dekabr 2010 18:38
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 31 dekabr 2010 16:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel sozleri winked

YazYamuru

  • 30 dekabr 2010 21:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
BİRDƏN SƏBRLİ OLURAM BİRDƏN SƏBRSİZ feel

--------------------



Sergio Ramos

  • 30 dekabr 2010 19:08
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Siz xoşunuza gəlməyənə səbr etməsƏniz,

sevdiyinizə çatmayacaqsınız. (Həzrəti İsa əleyhissalam)

--------------------

Asiyan

  • 30 dekabr 2010 16:21
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
Ey iman edənlər! Səbr və dua ilə (namazla ALLAHdan) kömək diləyin.

Çünki ALLAH səbr edənlərlədir (onların dostudur). (Qurani-Kərim)

MuslimGirl

  • 30 dekabr 2010 13:22
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Səbr ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)
Tesekkurler, gozel aforizmlere gore

CandyGirl

  • 30 dekabr 2010 13:21
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
serhleri unutmayin fikriniz onemlidir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}