Azərbaycanda sürücü xanımlar üçün 6 vacib məqam

 
Azərbaycanda sürücü xanımlar üçün 6 vacib məqam

Avtomobil və qadın sözlərinin bir araya gəlməsi ilə çoxlarının xəyalında xoş mənzərələr canlanır: “Gözəl, zərif bir xanım özünə yaraşan avtomobili ehtiyatla idarə edir.Xanım olduğu üçün də yolda ona çox problem də yaranmır”. Nağıllardakı kimi ideal. Lakin xanımlar sürücülük etməyə başlayıb yollara çıxanda bütün xəyallar dağılır.

Hər şey gözlənildiyi kimi asan başa gəlmir. Reallıqla üzləşdikdə bir çox xanımlar, hətta yolun yarısından qayıdıb avtomobil sürməkdən imtina edirlər. Bəzən onları çətin yollar, bəzən tıxaclar, bəzən həddindən çox olan qaydalar qorxudur. Buna görə də biz yeni başlayan xanımları cəsarətləndirmək və işlərini asanlaşdırmaq üçün onlara bəzi məsləhətlər hazırladıq.

Yol-hərəkəti qaydalarını öyrənin

Burada ən əsası sürücülük kurslarında yol-hərəkəti qaydalarını yaxşı öyrənməkdir. Siz bu qaydaları vurma cədvəli kimi əzbərləməlisiniz. Çünki yolda onları yada salmağa vaxt qalmaya bilər. Siz yolda gördüyünüz hər hansı bir işarənin mənasını yada salana kimi, qəza baş verə bilər.

Heç nədən qorxmayın

Bəzən avtomobil idarə etməyi öyrənərkən xanımlar çox həyəcanlanır, sakitləşdirici dərmanlar qəbul edirlər. Heç vaxt özünüzü bu dərəcədə qorxutmayın. Qorxu sizin diqqətinizin yayılmasına səbəb ola bilər. Özünüzü rahat hiss edin və avtomobil idarə etmənin üstünlüklərini hiss edib zövq almağa çalışın.

Müəllim seçimində yanılmayın

Sizə avtomobilin sirlərini öyrədəcək adamın öz təcrübəsi, xasiyyəti və avtomobil dünyasında nüfuzu da vacibdir. Heç vaxt onunla mübahisə etməyin. Yaddan çıxarmayın ki, o, hər şeyi sizdən yaxşı bilir. Müəlliminizlə mübahisə aranızda olan münasibətləri də korlaya bilər. Çünki sizin ilk addımlarınız, qorxularınız, bilmədiyiniz detallar barədə söylədiyiniz yersiz bir fikrə dözmək üçün qarşınızdakı insanda da dəmir iradə lazımdır. Buna görə də çalışın bu vəzifəni tanış adamınıza tapşırmayasınız.

Geyimə diqqət

Bu haqda biz geniş danışmışıq. Lakin xatırlatmaq lazımdır ki, geyiminiz nə çox dar, nə çox böyük olmamalıdır. Diqqətinizi yayındıran, sizi narahat edən detallardan qaçın. Avtomobil idarə edən qadın gündəlik geyimdə xüsusilə rahat olmalıdır. İlk vaxtlar çalışın avtomobil idarə edərkən idman ayaqqabıları geyinin. Sonradan avtomobilinizə öyrəşəndən sonra dikdaban ayaqqabılara da keçə bilərsiniz. Lakin avtomobil idarə edərkən ən arzuolunmaz qalın platformalı ayaqqabılardır. Çünki belə ayaqqabılarla pedalları hiss etmək çətin olur. Çalışın avtomobilinizdə ehtiyat üçün rahat paltar, gödəkcə, şalvar və s. olsun.

Sığorta yaddan çıxmasın

Bəli, siz avtomobil idarə etməyi öyrəndiniz, özünüzə lazım olan məqamları bilirsiniz və yola çıxmağa hazırsınız. Bu zaman avtomobilinizi sığortalamaq yaddan çıxmasın. Həm yeni başlayan xanım sürücü kimi sizin kiçik xətalar etmək ehtimalınız var, həm də avtomobilinizin oğurlanması, bilə-bilə ona zərər verilməsi hallarında hazırlıqlı olarsınız. Həm də bu sizin özünə güvənməniz və yolda rahat olmanız üçün yaxşıdır.

Mobil telefon - sizin şeytanınız və mələyiniz

Hətta avtomobili olmayanlar da bilir ki, yolda olarkən mobil telefonla danışmaq qəti qadağandır. Bu diqqəti çox yayındırır. Bu, məqam xanımlar üçün xüsusilə vacibdir. Çünki qadınların əksəriyyəti telefonla saatlarla danışa bilərlər. Avtomobil idarə etmələri belə onlara mane ola bilməz. Qəzaların çoxu da məhz belə diqqətsizliyin ucbatından baş verir. Ona görə çalışın avtomobildə olarkən mobil telefonu özünüzdən uzaq tutun.

Düşünməyin ki, texnologiyanın son nailiyyətləri (naqilli və Bluetooth qulaqcıq) sizin köməyinizə çata bilər. Çünki bunlar da sizin diqqətinizi yoldan ayıracaq. Odur ki, çox vacib zəng qəbul etməli və ya kiməsə zəng vurmalısınızsa avtomobili yolun kənarına çəkib telefondan istifadə edin. Ancaq gözlənilməz hallar üçün mobil telefon çox vacibdir. Birdən sizin avtomobiliniz yolda sözünüzə baxmadı, siz də xanım olduğunuz üçün onun dərdindən baş aça bilmədiniz.

Təbii ki, yol yoldaşlarınız sizə canla-başla yardım edəcəklər. Lakin belə məqamlarda tanışlara zəng etmək lazımdır. Bu zaman mobil telefonunuz sizi xilas edə bilər. Ən əsası da odur ki, belə hallar üçün də əvvəlcədən hazırlıqlı olmalısınız. Təhlükə anında kimə zəng edəcəyinizi təyin etməlisiniz ki, həmin adam sizə həqiqətən də kömək edə bilsin.

Bax beləcə, əziz xanımlar, siz ən xırda detallara belə fikir verməli, onlardan istifadə etməyi bacarmalısınız. Ən azından sürücülüyünüzün ilk bir ilində və qış aylarında diqqətli olmağa, bütün qaydalara riayət etməyə çalışın. Sükan arxasında gülərüz olun, rahat olun, tələsməyin və tez əsəbiləşməyin. Bəzən həddən artıq özündən arxayın olmaq da ziyan verə bilər.


Geri dön

Re►PLay

  • 6 may 2013 06:00
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
тəşəkkürlər. . .<3

ShoKKi_MoKKi

  • 3 may 2013 15:21
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler melumat ucun..

--------------------

Əkbər007

  • 13 aprel 2013 02:05
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Yol-hərəkəti qaydalarını öyrənin !!! teweekkurler

--------------------

goz yasi

  • 11 aprel 2013 15:51
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
twkleeeeeeeeeer

R.M_FaNaTka

  • 10 aprel 2013 12:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Yol-hərəkəti qaydalarını öyrənin !!! angry

--------------------

surawka

  • 9 aprel 2013 22:49
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
təşəkkürlər

мυsLiмαηκα

  • 9 aprel 2013 20:09
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Mende öyrenecem Ínwallah...

ღLovelyღ

  • 9 aprel 2013 18:10
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Xeyale97

  • 9 aprel 2013 17:46
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
Heee bildim/...men oyrenirem uje..lazim idi mene

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

Pink World

  • 9 aprel 2013 16:42
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
MEnde Oyrenmek isteyirem

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

.::Sestra Brata::.

  • 9 aprel 2013 16:06
  • Məqalə: 0
  • Şərh: 966
  • Bal:
{awards}
men papamin mawinini sururem ama yuxarida olan hecbir qanunlara riayet elemirem twk:D

--------------------
http://imgs.su/tmp/2013-12-03/1386089473-511.jpg

aska q_va

  • 9 aprel 2013 15:46
  • Məqalə: 0
  • Şərh: 414
  • Bal:
{awards}
tewekurrler

--------------------
En boyuk sehvim.......
Uzume gulen her kesi,ozum kimi bilmeyimdi :/

Nara Neznakomka

  • 9 aprel 2013 15:38
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Yol-hərəkəti qaydalarını öyrənin

Burada ən əsası sürücülük kurslarında yol-hərəkəti qaydalarını yaxşı öyrənməkdir. Siz bu qaydaları vurma cədvəli kimi əzbərləməlisiniz. Çünki yolda onları yada salmağa vaxt qalmaya bilər. Siz yolda gördüyünüz hər hansı bir işarənin mənasını yada salana kimi, qəza baş verə bilər.

hmmmm

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

My life die

  • 9 aprel 2013 15:02
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
teweekkurler............

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

shop_050

  • 9 aprel 2013 15:02
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
tewekkurler...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

REAL_GIRL

  • 9 aprel 2013 14:56
  • Məqalə: 26
  • Şərh: 159
  • Bal:
{awards}
Teşekkurler

--------------------
Milawka R-vaa+forever.+Little_Girl=:*

Banned1

  • 9 aprel 2013 14:49
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
təşəkkürlər məsləhətə görə

✰_DeLNoLiNi_✰

  • 9 aprel 2013 14:47
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

...Damla...

  • 9 aprel 2013 14:45
  • Məqalə: 0
  • Şərh: 55
  • Bal:
{awards}
tewekkurler

angeL :)

  • 9 aprel 2013 14:43
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
tesekkurler mawinim olanda oxuyaram tongue

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

sebnem98

  • 9 aprel 2013 14:18
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Avtomobil və qadın sözlərinin bir araya gəlməsi ilə çoxlarının xəyalında xoş mənzərələr canlanır: “Gözəl, zərif bir xanım özünə yaraşan avtomobili ehtiyatla idarə edir.Xanım olduğu üçün də yolda ona çox problem də yaranmır”. Nağıllardakı kimi ideal. Lakin xanımlar sürücülük etməyə başlayıb yollara çıxanda bütün xəyallar dağılır.

--------------------

★Azerbaijan girl★

  • 9 aprel 2013 14:06
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
teweekkurler............

Pink World

  • 9 aprel 2013 13:50
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Ilk seh mendennn

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}