Toyota GT 86: Dream Car

 
Toyota GT 86: Dream Car

Yəqin ki, zahiri görünüşü darıxdırıcı olan və 90% hallarda "simasız" olan sedanın, krossoverin, universalın və ya digər avtomobilin sahibi qəlbinin dərinliklərində ümumi kütlədən seçilən, baxanlarda həqiqi maraq oyadan avtomobilə malik olmaq arzusu yaranır. Bu istək təbiidir və insanın daim başqalarından fərqlənmək, başqalarında özünə qarşı maraq və hörmət oyatmaq duyğusundan qaynaqlanır.

Qarşımızdakı bu mühəndis əməyinin möcüzəsi, sözün əsl mənasında, bu arzunu gerçəkləşdirməyə qadirdir. Bu avtomobil əla xarici görünüşə malikdir. Onun dar "gözləri", iri mərkəzi havaçəkəni, duman əleyhinə faralarının altındakı kəsintilər və əlbəttə, baxanları valeh edən kapotu, şübhəsiz ki, nəqliyyat axınında onu digər avtomobillərdən açıq-aydın fərqləndirir. Bu avtomobilin profildən effektiv görünüşə malik olduğunu söyləmək azdır. Yan tərəfdən səthindəki qabarıq, əyri xətlərə və digər cizgilərə baxdıqda ona valeh olmaya bilmirsən. Arxa tərəfin görünüşü də istənilən superkarı kölgədə qoya bilər və hər cür tərifə layiqdir. Ən əsası, bu avtomobildə lüzumsuz heç nə yoxdur, hər şey yerli-yerində və gözəldir. Bu məhsulu ərsəyə gətirmiş dizaynerlər, həqiqətən, alqışa layiqdirlər.

İndi isə avtomobilin daxilinə nəzər salaq. Adətən yapon texnikasının interyerində öyünməli az şey olur. Amma G86 bu fikri tamamilə alt-üst edir. Əlbəttə, onun interyeri eksteryeri qədər gur emosiyalar doğurmasa da, hər halda diqqəti özünə cəlb etməyi bacarır. Xüsusən torpedonun tərtibatı idmansayağı üslubu ilə seçilir. Cihazlar panelinin mərkəzində qərarlaşan taxometr iri ağ siferblatı və ətrafındakı haşiyələrlə diqqəti cəlb edir. Onun tərkibinə daxil olan bir cüt rəqəmsal tabloda sürət və kilometraj göstəriciləri əks olunur. Üçmilli əlvan sükana maral dərisindən üzlük çəkilib.

Mərkəzi konsol kifayət qədər lakonikdir. İsitmə sisteminin deflektorları digər qurğulardan ayrıca qərarlaşıb, bir qədər aşağıda isə 6,1 düymlük displeylə birlikdə audiosistemin bloku yerləşdirilib. Həmçinin Bluetooth, AUX və USB ucluqları da (baza komplektasiyasında) var. Ən aşağıda isə digər idarəetmə elementləri yerləşdirilib. Torpedonun özü yumşaq plastikadan hazırlanıb və əllə toxunduqda xoş duyğular yaradır. Oturacaqda oturduqda özünü yürüş avtomobilində olduğu kimi hiss edirsən. Güclü yan dəstəkləri olan oturacaqlara bədən rahatca uyğunlaşır və insan özünü çox rahat hiss edir.

Arxa cərgədə yer az olduğuna görə böyüklərin orada oturması məsləhət deyil. Hər halda heç nədənsə bu daha yaxşıdır. Baqaj bölməsinin həcmi 223 litrdir. Bu sinfə mənsub olan avtomobillərin spesifikasını nəzərə alsaq, bu heç də kiçik həcm deyil. Üstəlik, ikinci cərgəni qatlamaqla baqaj üçün məkanı artırmaq olar. Amma potensial alıcılar, çətin ki, bu cəhətə diqqət yetirsinlər. Ümumiyyətlə, Toyota GT 86 iki nəfər üçün rahat kupedir.

Təbii ki, bu modelin əsas məziyyəti mühəndis işidir. Avtomobilin istər yüksək texnologiyaya əsaslanan güc aqreqatı, istərsə də ideal səviyyəyə yaxın olan idarəetmə imkanları mühəndislərin əməyinin bəhrəsidir. Dörd silindrli oppozit mühərrikin həcmi 2,0 litr təşkil edir. Mühərrik üçün turbokompressor nəzərdə tutulmayıb. Amma bununla belə, mütəxəssislərin zəhməti sayəsində bu atmosfer mühərriki 200 at gücünə bərabər güc nümayiş etdirə bilir (1 dəqiqədə 700 fırlanma dövrəsi ilə). 2,0 litr həcmli mühərrik üçün yüksək göstəricidir, deyilmi? Bundan əlavə, hər silindr üçün iki forsunka işləyir: birincisi yanacağı giriş kanalına, ikincisi isə birbaşa yanma kamerasına ötürür. Nəticədə fırlanma momenti və güc göstəriciləri artır, enerji istehlakı isə azalır.

6 pilləli mexaniki transmissiya ilə avtomobil kifayət qədər sürətlə start götürür, sürət qutusu rəvan işləyir, akseleratorun pedalı hətta kiçik toxunuşa cəld reaksiya verir. Amma hər halda yolda sürətli hərəkət üçün güc aqreqatının kifayət qədər yüksək sürətlə fırlanması tələb olunur. Maksimal sürət həddi təxminən 230 km/saat təşkil edir, 100 km/saat sürət yığmağa 6,9 saniyə tələb olunur.

İdarəetmənin rahatlığına isə söz ola bilməz. Ağırlıq mərkəzinin superkarlarla müqayisə olunan dərəcədə aşağıda olması sayəsində, eləcə də klassik ötürücünün, özübloklanan Torsen differensialının və arxadakı çoxrıçaqlı asqının sayəsində avtomobil yolda etalona yaxın davranış nümayiş etdirir.

Toyota GT 86: Dream Car

Toyota GT 86: Dream Car

Toyota GT 86: Dream Car

Toyota GT 86: Dream Car

Toyota GT 86: Dream Car


Geri dön

☮★Azerbaijan Boy★☮

  • 5 may 2013 15:58
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
Qarşımızdakı bu mühəndis əməyinin möcüzəsi, sözün əsl mənasında, bu arzunu gerçəkləşdirməyə qadirdir. Bu avtomobil əla xarici görünüşə malikdir. Onun dar "gözləri", iri mərkəzi havaçəkəni, duman əleyhinə faralarının altındakı kəsintilər və əlbəttə, baxanları valeh edən kapotu, şübhəsiz ki, nəqliyyat axınında onu digər avtomobillərdən açıq-aydın fərqləndirir. Bu avtomobilin profildən effektiv görünüşə malik olduğunu söyləmək azdır. Yan tərəfdən səthindəki qabarıq, əyri xətlərə və digər cizgilərə baxdıqda ona valeh olmaya bilmirsən. Arxa tərəfin görünüşü də istənilən superkarı kölgədə qoya bilər və hər cür tərifə layiqdir. Ən əsası, bu avtomobildə lüzumsuz heç nə yoxdur, hər şey yerli-yerində və gözəldir. Bu məhsulu ərsəyə gətirmiş dizaynerlər, həqiqətən, alqışa layiqdirlər.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:50
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
İdarəetmənin rahatlığına isə söz ola bilməz. Ağırlıq mərkəzinin superkarlarla müqayisə olunan dərəcədə aşağıda olması sayəsində, eləcə də klassik ötürücünün, özübloklanan Torsen differensialının və arxadakı çoxrıçaqlı asqının sayəsində avtomobil yolda etalona yaxın davranış nümayiş etdirir.

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 13 aprel 2013 15:22
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
TeSheKkuRLeR

--------------------

Əkbər007

  • 13 aprel 2013 01:14
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
gozel masindi.. :)tesekkurler...twkleeeee

--------------------

crazy love

  • 12 aprel 2013 16:48
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

classic_guiter_girl

  • 11 aprel 2013 16:19
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

★Azerbaijan girl★

  • 11 aprel 2013 15:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

Bash Belası

  • 11 aprel 2013 12:16
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərə görə saol...

★Miss_Alekss★

  • 11 aprel 2013 03:17
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
···teshekkurler...maraqlanmiram···

--------------------

★Azerbaijan girl★

  • 11 aprel 2013 01:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
тещеккурлерррррррррррррр

Banned1

  • 10 aprel 2013 20:31
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
sahibinə qusmət:wassot:

R.M_FaNaTka

  • 10 aprel 2013 20:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel mawindi tesekkurler.......... winked

--------------------

★Love me★

  • 10 aprel 2013 20:20
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
tewekkurler...

--------------------

Nazlim_97_

  • 10 aprel 2013 19:39
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
TWKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKK

★Украду Девушку★

  • 10 aprel 2013 18:58
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Yəqin ki, zahiri görünüşü darıxdırıcı olan və 90% hallarda "simasız" olan sedanın, krossoverin, universalın və ya digər avtomobilin sahibi qəlbinin dərinliklərində ümumi kütlədən seçilən, baxanlarda həqiqi maraq oyadan avtomobilə malik olmaq arzusu yaranır. Bu istək təbiidir və insanın daim başqalarından fərqlənmək, başqalarında özünə qarşı maraq və hörmət oyatmaq duyğusundan qaynaqlanır.

--------------------

barsa yek

  • 10 aprel 2013 18:44
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Pis deyil.rengini beyenmedim.twkler

--------------------

мυsLiмαηκα

  • 10 aprel 2013 18:27
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Guzel araba...)))

ShoKKi_MoKKi

  • 10 aprel 2013 18:24
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
gozel masindi.. :)tesekkurler...

--------------------

My life die

  • 10 aprel 2013 18:07
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
twkleeeeeeeeeeeeeeeeeeeeer

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}