Yazın gəlməsilə hansı xəstəliklər oyanır?

 
Yazın gəlməsilə hansı xəstəliklər oyanır?

Əsrin xəstəliyi

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri "allergiya əsri" adlandırıblar. Bu xəstəliyin yaranma səbəbi və ondan qorunma ilə bağlı məlumat verən həkim-allerqoloq Leyla İsmayılova Milli.Az-a bildirdi ki, havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir:

"Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir. Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızarıqlıq və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Allergiya nəticəsində yaranan qaşınma bəzi adamlarda göz önündəki təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb olur ki, bunların da ən ciddisi isə görmə qabiliyyətinin pozulmasına yol açmasıdır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da gözdə şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur".

Həkimin sözlərinə görə, qaşınma səbəbi ilə gözün davamlı olaraq əllərlə ovxalanması başqa infeksiyaların da yaranmasına səbəb olur. Bundan başqa, bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənbəli olmur, keçici və mikrobla bağlı olaraq yaranır. Həkim deyir ki, bu fəsildə insanlarda eyni zamanda davamlı asqırmalar, burun axıntısı, tıxanıqlıq müşahidə edilir. Bu tıxanıqlıqla bağlı insanlar burundan nəfəs ala bilmir və ağızdan nəfəs alırlar ki, bu zaman alınan nəfəs nəmləndirilmədən və isidilmədən ağciyərlərə çatdığından buna bağlı problemlər yaşanır. Beləliklə, nəticədə baş ağrısı, üzdə, alında ağrı, boğazda qıcıqlanma, yanma, davamlı udqunmağa ehtiyac olur. Astma xəstəsi olanlarda döş qəfəsində sıxılma, tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik, xırıltılı tənəffüs və öskürək ola bilər. Həkimin sözlərinə görə, yazda göz allergiyasından qorunmaq üçün evdə nəfəslik yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur. Çünki kondisionerlə xaricdəki tozların otağa birbaşa daxil olmasının qarşısı alınır. Həmçinin vurğulandı ki, tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə məsləhətdir: "Gözə əllə təmasdan mümkün olduqca uzaq durmaq lazımdır. Evdə toz alarkən belə yaş dəsmaldan istifadə edilməlidir".

Yorğun, halsız, yuxusuz və bədbəxt...

Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Yazın gəlməsiylə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanların özlərini davamlı halsız hiss etmələrini və yuxudan xilas ola bilmədiklərini deyən psixoloq Aydın Babayev bildirir ki, yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır:

"Bu vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir".

Yaz depressiyasının adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlik olduğunu deyən psixoloq qeyd edir ki, insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur:

Əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müracət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər. Eyni zamanda həmin sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını da öyrənmək önəmlidir. Xüsusilə də ailədə psixoloji problemi olan başqa qohumlar varsa, daha diqqətli olmaq lazımdır”.

Ümumiyyətlə, depressiyanı ciddi qarşılamaq lazım olduğunu deyən psixoloqun sözlərinə görə, bahar depressiyası psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid hormonların nizamsızlığından da yarana bilər:

"Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan “baharda hamı xoşbəxt ikən mən niyə beləyəm” demək əvəzinə “Həyatımda bir sıra müsbət və mənfi hadisələr olub, hamısı kimi bu da keçəcək” düşünmək özünü daha yaxşı hiss etməyə imkan yaradar".

Uşaqların "xəstəlik mövsümü"

Yaz mövsümü ilə bağlı dəyişikliklərin uşaqlara da təsirsiz ötüşmədiyini deyən pediatr Yasəmən Cəlilova bildirdi ki, bu mövsüm uşaqlar üçün “xəstəlik mövsümü” sayılır: “Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları infeksiya əlaməti ola bilər. Eləcə də faringit, virusların səbəb olduğu tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir”.

Pediatrın sözlərinə görə, ümumiyyətlə, bu aylarda havaların dəyişməsi, viruslara və polenlərə bağlı olaraq uşaqlara təsir edən xəstəliklər daha da çoxalır: "İlk olaraq valideynlər uşaqları istiyə uyğun geyindirməli və tərləməkdən qorumalıdırlar. İnfeksiyalara qarşı sıx-sıx əllərini yumalıdırlar. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdır. Uşaqların düzgün qidalanmasını təşkil etməlidir. Onlara çoxlu süd məhsulları yedirtməlidir. Gündə yarım saat günəşə çıxarıb gəzdirməlidir".


Geri dön

pervis

  • 9 may 2013 12:35
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
"Bu vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir".

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

ShoKKi_MoKKi

  • 7 may 2013 15:29
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Tewekkurler

--------------------

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:16
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

--------------------

pervis

  • 3 may 2013 15:43
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Gül Əliyeva

  • 13 aprel 2013 23:39
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Xəbərə görə saol ifimmmmm

Zehra Awiqi

  • 13 aprel 2013 09:15
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
Əsrin xəstəliyi

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

--------------------
http:// [?] Загрузить с интернета:

Gül Əliyeva

  • 13 aprel 2013 01:07
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
tewekkurler xebere goreeee

Əkbər007

  • 12 aprel 2013 20:12
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
Uşaqların "xəstəlik mövsümü"

Yaz mövsümü ilə bağlı dəyişikliklərin uşaqlara da təsirsiz ötüşmədiyini deyən pediatr Yasəmən Cəlilova bildirdi ki, bu mövsüm uşaqlar üçün “xəstəlik mövsümü” sayılır: “Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları infeksiya əlaməti ola bilər. Eləcə də faringit, virusların səbəb olduğu tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir”.

Pediatrın sözlərinə görə, ümumiyyətlə, bu aylarda havaların dəyişməsi, viruslara və polenlərə bağlı olaraq uşaqlara təsir edən xəstəliklər daha da çoxalır: "İlk olaraq valideynlər uşaqları istiyə uyğun geyindirməli və tərləməkdən qorumalıdırlar. İnfeksiyalara qarşı sıx-sıx əllərini yumalıdırlar. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdır. Uşaqların düzgün qidalanmasını təşkil etməlidir. Onlara çoxlu süd məhsulları yedirtməlidir. Gündə yarım saat günəşə çıxarıb gəzdirməlidir".
saq olun

--------------------

ShoKKi_MoKKi

  • 11 aprel 2013 23:33
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

ღLovelyღ

  • 11 aprel 2013 23:33
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

мυsLiмαηκα

  • 11 aprel 2013 23:22
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Allah bizlerden qorusun..

Ghost of legend

  • 11 aprel 2013 22:49
  • Məqalə: 13
  • Şərh: 1137
  • Bal:
{awards}
melumata gore tskler

sebnem98

  • 11 aprel 2013 22:34
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Onlara çoxlu süd məhsulları yedirtməlidir. Gündə yarım saat günəşə çıxarıb gəzdirməlidir".

--------------------

legend sun girl

  • 11 aprel 2013 22:30
  • Məqalə: 89
  • Şərh: 1557
  • Bal:
{awards}
təşəkkürlər məqaləyə görə

★WirinKa★

  • 11 aprel 2013 22:26
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
xebere gore coxx sagolun

--------------------

surawka

  • 11 aprel 2013 22:13
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler

✰_DeLNoLiNi_✰

  • 11 aprel 2013 22:04
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
Qrip oysdir qrip ((

--------------------
[

★Украду Девушку★

  • 11 aprel 2013 21:55
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Əsrin xəstəliyi

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

--------------------

barsa yek

  • 11 aprel 2013 21:46
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
twkler xebere gore............

--------------------

Gül Əliyeva

  • 11 aprel 2013 21:25
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
təşəkkerlər

My life die

  • 11 aprel 2013 21:12
  • Məqalə: 15
  • Şərh: 798
  • Bal:
{awards}
tewekkurler xebere goreeee

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

Gun_el

  • 11 aprel 2013 21:08
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
Allah qorusun

--------------------


✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 aprel 2013 20:54
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
xeber ucun twkler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

favarit_Angel

  • 11 aprel 2013 20:54
  • Məqalə: 0
  • Şərh: 515
  • Bal:
{awards}
............TWWKK XEBERE GORE...............

--------------------
QARSINDAKINA QEDEH QALDIRARSAN ,UREYINDEKINE ICERSEN...

★Azerbaijan girl★

  • 11 aprel 2013 20:52
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tewekkurler xebere goreeee

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}