İllərin qovşağında düşüncələr

 
İllərin qovşağında düşüncələr


və ya 2010-cu ilə ötəri baxış

Yeni əsrin daha bir ili - 2010-cu il də başa çatdı. Dünyanın siyasi meydanında mühüm hadisələr, maraqlı siyasi gedişlər və gözlənilməz qərarlarla dolu bir il. İsrail -Türkiyə qarşıdurması, müsəlman dövlətləri arasında yaxınlaşma görüntüsü, İranın dünyaya meydan oxuması, Avropa dövlətlərinin Astana sammiti ilə müşaiyət olunan bu il Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası arasında real müharibə təhlükəsinin yaranması ilə yekunlaşdı. Bu təhlükənin hansı dərəcədə olduğunu isə yaxın zaman çox güman ki, göstərəcək.
Azərbaycan üçün də başa çatmaqda olan il yadda qalan oldu. Artıq neçə ildən bəri iqtisadi sahədə müşahidə olunan yüksəliş davam etdi. Paytaxt Bakıda, həmçinin regionlarda yenidənqurma və abadlıq işləri yeni vüsət və məzmun kəsb etdi, əhalinin sosial vəziyyətində irəliləyişlər baş verdi. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti regionda və bütövlükdə dünya miqyasında onun mövqelərini xeyli möhkəmləndirdi. Bunun da son nəticədə növbəti il üçün Qarabağ problemi ilə bağlı danışıqlarda Azərbaycanın diqtə edən tərəf ola biləcəyinə ümüdləri artırır.
Azərbaycan Milli Məclisinə noyabr ayında keçirilən seçkilər başa çatmaqda olan ilin ən mühüm siyasi hadisəsi oldu. Seçkilər ölkənin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması, bütövlükdə seçki mədəniyyətinin əxz edilməsi baxımından irəliyə doğru atılmış bir addım kimi yaddaşlara köçdü. Hər halda beynədxalq ictimaiyyət tərəfindən seçkilərə verilən qiymət bunu deməyə əsas verir.
Yaxşı gələcəyə ümüdləri artıran başqa bir faktor isə Azərbaycanın hərbi potensialının durmadan böyüməsi, gənclər arasında hərbi vətənpərvərlik ruhunun artması və Azərbaycan vətəndaşında özünəinamın qayıdışıdır. Bu qayıdış isə istər-istəməz bizlərə ən yaxın zamanlarda daha böyük qayıdışlar haqqında düşünməyimizə əsas verir. Azərbaycan əsgərinin cəbhə xəttində göstərdiyi görünməmiş rəşadət və qəhrəmanlığı yeni əsrin yeni dastanının - «Mübariz dastanı»nın yaranması üçün mövzu oldu. Mübarizin şücaəti həmçinin ironiya ilə «Koroğlu da, Babək də, Cavanşir də, Nəbi də, Cavad xan da keçmişdir, sən bu gündən danış» deyənlərə tutarlı bir cavab oldu. Bəli, bizim şərəfli keçmişimiz kimi, şərəfli bu günümüz də var. Koroğlu və Babək keçmişimizin, Ramil Səfərov, Fərid Əhmədov və Mübariz İbrahimov isə bu günümüzün qəhrəmanlıq rəmzləridir. Deməli biz varıq və həmişə də var olacağıq! Və deməli biz itirdiklərimizi qaytarmaq gücündə və sabaha ümüdlə baxmaq səlahiyyətindəyik!

Odur ki, qoy 2011-ci il itirdiklərimizin qayıdacağı bir il olsun! Amin!!!


Geri dön

CrazyGirl

  • 2 yanvar 2011 12:18
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
Amin!!Tsk xeber ucun smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 31 dekabr 2010 18:03
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqlidi

MuslimGirl

  • 31 dekabr 2010 12:38
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Cox maraqli xeberdir. Tesekkurler

Asiyan

  • 31 dekabr 2010 01:17
  • Məqalə: 0
  • Şərh: 653
  • Bal:
{awards}
Odur ki, qoy 2011-ci il itirdiklərimizin qayıdacağı bir il olsun! Amin!!!

AMİİNNN

BaKiNkA_

  • 31 dekabr 2010 00:23
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Super xebere gore thanks canim eladi

Made_In_Bakinka

  • 30 dekabr 2010 23:40
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
YazYamuru,
ruhuna de asta yixilar wink uffff olar

sevgim

  • 30 dekabr 2010 21:58
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
tsk xebere gore

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

R_O_M_A

  • 30 dekabr 2010 21:49
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
ISTASK HER IL BIZIM UCUN GOZEL OLAR TEW

--------------------

CandyGirl

  • 30 dekabr 2010 21:25
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrr

--------------------

YazYamuru

  • 30 dekabr 2010 21:22
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
İKİNCİ ŞƏRH MƏNDƏN wink
AAAAAAAAMİN !!!!! love

--------------------



Sergio Ramos

  • 30 dekabr 2010 21:13
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
İLk şəRh məNdəN

sağol xəbər üçün

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 718
 
The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}