
Azan namazın qılınacağını bildirmək üçündür
"Azan oxunmasının sadəcə namaz vaxtının girdiyini bildirmək üçün, yoxsa ki, namazın qılınacağını, müsəlmanların azanı duyaraq camaatla namaz qılmaq üçün məscidə gəlmələrini bildirmək üçündür?" sualı üləma tərəfindən mübahisə mövzusu olsa da çoxluğun qənaətinə görə Azan, namaz qılınacağını, müsəlmanların məscidə gəlmələrini bildirmək üçündür.
Camaat namazı ilahi Qüdrətə olan bağlılığın ictimai bir göstəricisi olmaqla yanaşı eyni zamanda sosial bir hadisədir. Gündə beş dəfə qılınan namazlarda müsəlmanların məscidlərə gedərək camaatla görüşmələri onların bir-birləri ilə dərdləşmələrini, problemləri varsa onu birlikdə həll etmələrini, hər cür yardımlaşmalarını, öz aralarında asan üsulla bir-birlərindən hal - əhval tutmaqlarını təmin edir. Həm Allaha qulluq, həm də cəmiyyəti maraqlandıran bu önəmli görüşməni təmin etmək üçün Azan oxunur; camaat namazının qılınacağı bildirilir.
Azan, camatı namaz qılmaq üçün toplamaq məqsədi ilə oxunduğu üçün məsciddə camaatla qılınacaq namaza Azan oxunan kimi başlanılmamalıdır; camaatın gəlməsi üçün 5-10 dəqiqə gözlənilməlidir. Əks halda insanlar camaatla qılınan namaza çatmaya bilərlər.
Azanın şəri (fıqhi) hökmü
Azanın bir "sünnəti- mükəddə" olduğuna dair bütün imamlar ittifaq etmişdilər. "Azanın vacibliyini (qanuniliyini) inkar küfrə vəsilə olur" şəklində fətva verilmiş, dəlil olaraq da bu ayələr göstərilmişdir:
"Ey iman edənlər! Cümə günü namaz üçün çağrıldığınızda Allahı zikr etmək üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə, 9)
Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə, 58)
Sünətdən dəlil olaraq da Rəsulullahın bu Hədisi Şərifi göstərlmişdir:
"Namaz vaxtı girdiyində aranızdan biri sizin üçün Azan oxusun!"