Müsəlmanlar yeni ili qeyd etməlidirmi?

 
Müsəlmanlar yeni ili qeyd etməlidirmi?

Ərəblər Yeni İli niyə "boykot" edir?

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək

Yeni İlin istənilən formada bayram edilməsinin

küfr və yasaq olduğunu bəyan edib.

Yeni İl simvolikalı mallar satan dükanların

hamısı çox böyük məbləğdə cərimələnəcək.

Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının

Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki,

ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək.

Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl

simvolikalı istənilən malların idxalı qadağan olunub.

Yeni İl tək Səudiyyə Ərəbistanında yasaq deyil.

Şəriət qaydalarının tətbiq edildiyi bütün

yerlərdə Yeni İl haram və bica iş sayılır.

İslam nə deyir?

Şəriət müsəlmanlara Allahdan savayı kimsəyə sitayiş

etməməyi tapşırır. Qurani-Kərim də Allahdan böyük

kimsənin olmadığını buyurur, Allaha edilməyən ibadəti

böyük şirk, yəni Yaradana şərik qoşmaq və haram sayır.

Şirk isə insanı birbaşa cəhənnəmin əbədi alovlarına doğru aparır.

İslam alim-üləmalarının qəti fikirlərinə görə, şirkin,

yəni Allaha şərik qoşmağın bir yolu da Yeni İli bayram etməkdir.

İslamda "əqidə" adlanan anlama görə, Yeni İldə Allaha

şərik qoşaraq kimlərdənsə yardım diləmək,

həmd istəmək böyük günahdır.

"İllah da ki, kafirlər kimi spirtli içkilər içmək, sərxoş olaraq

rəqs etmək və ağac bəzəyib ondan nə isə diləmək, təlxək

paltarlı bir insanı "nişanə" sayıb onun yolunu gözləmək çox böyük,

özü də rəzil günahdır. Xristianları anlamaq olar - bu,

onların ənənəsidir. Bəs müsəlmanlara nə olub?!

Kafir kimi davranmaq, spirtli içkilər düzülmüş masanın arxasında

oturmaq, sonra da qadınlarla kişilərin məst olub rəqs etmələrini

necə izah edək? Unutmayın ki, kafirlərin yolu ilə gedən və

onlara bənzəmək istəyənin özü elə kafirdir", - məşhur

İslam üləmalarından olanŞeyx Kərdavi deyir.

İslam üləmalarının dediklərinə görə, Yeni İli bayram edən müsəlmanlar

günah işləməklə bahəm, yolka bəzəyib onun ətrafında

dövrə vurmaqla "təvaf" edir ki, bu da şirkin bir növüdür.

Halbuki müsəlman üçün yeganə təvaf Kəbə ətrafındadır.

Kəbədən savayı heç nəyin ətrafında ayini dövrə vurmaq olmaz.

Qurani-Kərimdə deyilir: "... Onlar qədim evin (Kəbənin)

ətrafında dövrə vursunlar" ("Əl Həcc", 29).

Ona görə də Şəriətdə Kəbədən savayı ayrı bir nəsnənin - məzarın,

ağacın, insanın və ya Yeni İl Yolkasının

başına dolanmaq şirk və Şeytana ibadətdir.

Bundan başqa, Şəriətə görə, Yeni İl bayramında Şaxta Babanı

çağırmaq və ondan hədiyyə gözləmək küfrdür.

Çünki müsəlman olan kəs Allahdan savayı kimsəyə həmd etməməli,

Allahdan savayı kimsədən yardım və hədiyyə gözləməməlidir.

Müsəlmanın inanc və inama əsaslanan "fitrə"si Allaha

etiqadla möhkəmlənməli, bütpərəst nişanələrə yer olmamalıdır.

Bır sıra İslam alimlərinin fikrinə görə, istənilən ağacı əski,

oyuncaqlar və s. ilə bəzəmək, üstəlik bu ağacın

başına parlaq ulduz qoymaq şeytan əməlidir.

Yeni İlin girməsinə bir neçə dəqiqə qalmış arzu və diləkləri

səsləndirmək, "Qoy Yeni ilimiz..." sözləriylə başlamaq da şeytana sitayişdir.

Çünki Allaha ünvanlanmamış istənilən arzu və

ibadət haram, şeytana qulluq, cadugərlikdir.

Qurani-Kərimdə isə deyilir: "İnsanları cadugərliyə öyrədən

şeytanlar kafirdilər" ("Əl Bəqərə", 102)

Və ən nəhayət, illərin müxtəlif heyvanlar üstündə təhvil edilməsinə

inanmaq, "Qaban ili" və ya "Dovşan ili" kimi ifadalər

işlədərək bu inanclara etibar etmək də şeytana qulluqdur.

İslam alimlərinin fikrincə, belə inancları olan müsəlmanlar

yolundan azan adamlar, müşriklər, Allaha şərik qoşanlardır.

Üləmaların fikrincə, belə insanlar Şaxta Baba və ya

Santa Klaus barədə danışmaqla Taqutu vəsf edirlər.

Üstəlik, bütpərəst bayramı olan Yeni İldə artıq xərclər,

"bayram masa"sını bəzəmək ərəb dilində "israf", yəni

gərəksiz məsrəflər sayılır. Bu isə müsəlman üçün yolverilməz əməldir.

Qurani-Kərimdə deyilir: "And olsun zamana!

Həqiqətən də insan itkilərdədir" ("Əsr" Surəsi).

Yeni İlin qanlı "tanrı"ları

Əslinə baxsaq, Qar Qızın sırf Rusiyanın rəvayət və nağıllarının,

adət və ənənələrinin ayrılmaz ünsürü olduğunu düşünmək yanlışlıqdır.

Dindarların və İslam din xadimlərinin, habelə onların xristian

həmkarlarının fikrincə, Qar Qız qara ruhlu, Şər məzmunlu

simvol, yaşamın ən mənhus yönlərinin sakral təzahürüdür.

Yeni İlin digər simvollarının da sirli kökləri olduğu vurğulanır.

Məsələn, Yeni ilin mütləq simvolu sayılan yolkalar kimi.

Qədim ketlərdə küknar ağacı qanlı qurbanlar tələb edən

meşə ruhunun sığınacağı sayılardı. Druidlər də ibadətlər

zamanı küknar budaqlarından insan və

heyvanların bağırsaq, mədə, ciyər və ürəklərini asardılar.

Xristianlıq yayılıb kilsə güclənəndən sonra isə Avropa

xalqları küknar ağacından artıq mədə-bağırsaq yox,

ağacdan hazırlanmış kürələr asdılar. Sonralar həmin

kürələr şüşə oyuncaqlara çevrildi. Bağırsaqlar isə

parça və kağızdan hazırlanmış "zəncir" ilə lentlərlə əvəzləndi.

Şaxta Baba və ya Sant-Klaus hardan peyda olub?

Şaxta Baba və onun Qərbdəki analoqu Sant-Klausa gəldikdə isə,

onların ulu babası qəddar kelt tanrısı "Şimalın Böyük Qoca"sı,

buz soyuqlar və çovğunların hökmdarıdır.

Böyük Qoca da belinə çuval ataraq evləri dolaşırdı.

Amma o, Santa Klaus və ya Şaxta Baba kimi hədiyyə

paylamır, insanların il ərzində vermədikləri qurbanları toplayardı.

Çuvallı qocanın gəlişi keltlərə yaxşı heç nə vəd etmirdi.

Onun gedişindən sonra evdə donub buzlamış meyitlər qalardı.

Kəndlərini, evlərini və özlərini bu mənhus qocadan

qorumaq uçün keltlər qocaya umümi qurban verər,

yeniyetmə yaşlarındakı bakirə qızı lüt soyundurub

kəndin kənarındakı meşəliyin qənşərində ağaca bağlayardılar.

Özü də gecə, qışın sazağında.

Məhz o qızın donmuş, buzla örtülmüş cəsədi indi

Şaxta Babanı müşayiət edən Qar Qızın "nənəsi" sayıla bilər.

Rusiyada isə Şaxta Baba ilk dəfə yalnız 1840-cı ildə,

yazıçı və knyaz Vladimir Odoyevskinin

"Moroz İvanoviç" nağılından sonra peyda oldu.

Mitranın Milada çevrilməsi

Qədim Roma İmperiyasında imperator Konstantin xristianların

təqiblərinə son qoymaq qərarına gələndən sonra keşişlər azad

oldular və istədikləri kimi ibadət edirdilər. Lakin onlar romalıların

Yeni İl bayramını əvvəlki kimi bayramlaşdıqlarını gördüklərindən,

həmin bayramı da xristianlaşdırmaq qərarına gəldilər.

O dönəmdəki Roma İmperiyasında Parsiyanın (çağdaş İran)

səcdə etdiyi insan - Tanrı Mitranın, Günəşin təzahürlərindən

birinin doğum günü geniş bayram edilirdi. Məhz Mitranın

doğum günü qış və yay günlərinin qovuşuğu, dekabrın 25-i idi.

Mitra səcdəliyində çörəyi şəraba batırıb dadmaq vardı.

Bu ayində çörək - Mitranın vücudu, şərab isə Mitranın qanı idi.

Romadakı yeni güclənməyə başlayan xristianlığın

keşişləri də Mitraya sitayişlə bağlı bütpərəst inancı yox

etmək üçün onun doğum gününü xristian bayramı, Milad elan etdilər.

Beləcə, Roma keşişləri 354-cü ildə Mitranın doğum gününü

xüsusi fərmanla Milad Gününə çevirdilər.

Halbuki dekabrın 25-nin xristianlıq, İsa Məsih və ya

səmavi dinlərlə heç bir əlaqəsi yoxdur.

"Milad bayravmı" da beləcə peyda oldu.

Küknarın və Santa Klausun tarixi

Yeni il bayramında küknar, yəni yolka bəzəməyə gəldikdə isə,

bu ayinin də çox qədim tarixi var. Qədim Misir və Babilistanda

Aturis məhsuldarlıq, bolluq və bərəkət tanrısı olan qadındır.

Qədim hettlər isə Anura adlı qadın tanrıya sitayiş edərdilər ki,

onun gənc məşuqu Attis qadının təqiblərindən yaxa

qurtarmaq üçün küknar ağacının altında özünü axtalamışdı.

O vaxtdan bəri hettlər, babillər və misirlilərdə

küknar ağacı bərəkət, uğur və məhsuldarlıq simvolu sayılırdı.

Qədim yunanlarla romalılar bu simvolu həmin xalqlardan əxz etdilər,

sonra da küknar xristianlarda bərəkət və arzuların

çin olmasının məcaz ünsürünə çevrildi.

Qərbdəki Şaxta Baba olan Santa Klausa gəldikdə isə,

o, indiki Türkiyə ərazisində yerləşən Efes şəhərində yaşamış Müqəddəs Nikolaydır.

Yəni, Yeni İl bayramı hədiyyə gözləyən uşaqlar Şaxta Babanın

gəlişini istəməklə əslində Müqəddəs Nikolaya səbirsizliklə dua edirlər.

Santanın ağ-qırmızı paltarını "Coca-Cola" şirkəti çox sonralar fikirləşdi,

onun marallar qoşulmuş kirşəsini isə amerikalı rəssam Con Fencenrot çəkdi.

O vaxtdan bəri bütün dünya Santa-Klausu qırmızı paltarlı,

saqqallı təsəvvür edir və düşünür ki, bu qoca

marallar qoşulmuş kirşə ilə hərəkət edir.

Halbuki az öncə yazdığımız kimi, bütün bunlar sadəcə,

mif, alleqoriyadır. Özü də cəmi iki əsr əvvəl uydurulmuş bir alleqoriya...

Amma...

Bütün bunlar aydındır. İslam alimlərini də başa düşmək olar,

Şaxta Baba və ya Santa Klausun ulu babalarının, qədim əcdadlarının

adamyeyən tanrıcıqlar və eybəcər xortdanlar olduqlarını söyləyən tarixçiləri də.

Fəqət, bu fani dünyada insanın ruhu, yaşamı və psixikası deyilən anlamlar var.

Hər yeni adət, təzə ənənə və ya davranış modelini istək olarsa,

qədim Babilistandakı gil kitabələrə yazılmış zinalardan tutmuş,

Finlandiyanın hansısa ucqar, yayda belə küknar ağaclarından

qırov sallanan kəndindəki tanrıcıq inanclarına aparıb bağlamaq olar.

Yetər ki, buna istək olsun.

Sevinən simanı hüznlə qaraltmaq, gülən insanı ağlatmağa,

şənlənəni incitməyə nə var ki.

Çətini ağlayanı sevindirməkdir.

Əfqanıstanın ucqar kəndində bir uşaq Santa Klaus papağı

taxıb kasıb atasından hədiyyə gözləyirsə və ya Banqladeşdəki

həsir daxmadakı qızcığaz Yeni İl gecəsi sinəsindən az qala

pırtlayıb çıxan ümidi ilə hədiyyəni alacağı vaxtı az qala

kəndirlə dartıb gətirmək istəyirsə - burada pis nə var?

O uşaqdamı kafirdir və ya kiçik, ucuz gəlinciyi bağrına basıb yatan,

yuxuda gülümsəyən qıvrımsaç bala da müşrikdir?

Günah uşaqları gülüş, sevinc və nəyəsə inanmaqdan məhrum etməkdi.

Kim deyib ki, Şaxta Babaya inanan uşaq

böyüyəndə kafir və ya bütpərəst olasıdı?

Nəyə əsasən söylənir ki, çocuq yaşlarında yolkanın ətrafına

dövrə vurub sevincdən gözləri işıldayan körpə böyüyəndə

Kəbənin ətrafına təvaf etməyəcək və günlərin birində də,

namusu, irzi və Vətəni təhlükədə olanda "Allahu Əkbər!"

deyərək düşmən üzərinə atılmayacaq?

Bəlkə tam tərsidir?

Bəlkə uşaqlıq illərində sevinməyənlərdir insanların başlarına

bəlalar açan, onları ağladan, göz yaşları

içində boğub qanlar silməyə vadar edən?Kim bilir...


Geri dön

Willow smith

  • 22 dekabr 2011 14:33
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
Allah razi olsun dosi

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

music_angel

  • 1 sentyabr 2011 16:14
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 15 may 2011 16:57
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
crying YOX

crying YOX

--------------------

gul_93

  • 7 mart 2011 17:26
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
yeni il bizim bayram deyil tewekkurler

CrazyGirl

  • 2 yanvar 2011 01:08
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Yeni il mu recourse selmalnlarin bayrami deyil

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 2 yanvar 2011 00:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eger bu gun insanlar arasinda xow munasibetleri qoruyursa ve ya yaradirsa niye de olmasin....mence kecirilmelidir

tewekkur eziyyete gore

kolge

  • 1 yanvar 2011 21:51
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Tewekkurler duwundurucudu ama biz sadece ilin deyiwmesini qeyd edirik eyni zamanda bayrami bu qeder de temteraqnan kecirmeye ehtiyc yoxdu deliye hemiwe bayramdi recourse

Ucube_cocuk

  • 31 dekabr 2010 19:43
  • Məqalə: 19
  • Şərh: 505
  • Bal:
{awards}
əslində biz azərbaycanlılar yeni il bayramını xoşlayırq

amma bu müsəlmanları bayramı deyil

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

MuslimGirl

  • 31 dekabr 2010 18:07
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Mence de, qeyd etmemeliyik. Amma qeyd edirik. Tesekkurler lazimli xeberdir

Ulya

  • 31 dekabr 2010 17:54
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
biz qeyd edirik:)

duygusal

  • 31 dekabr 2010 15:58
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Cox sag ol duz buyurursunuz .Eger ruslar bizim Qurani yandirirlarsa biz niye onlarin bayramini qeyd etmeliyik

R_O_M_A

  • 31 dekabr 2010 15:30
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
MARAQLIYDI AMMA YENI ILIN ISLAMA HECBIR ADIATI YOXDUR ONA QALSA DUNYANIN YARISI MUSALMANDIR QEYD ELEMESIN

--------------------

Sergio Ramos

  • 31 dekabr 2010 14:15
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Niyə qeyd etməyəkki?? Bir dəfə olan şeydi. Bayramdı

--------------------

Lindo

  • 31 dekabr 2010 14:10
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
maraqlidi twk

Just For Legend

  • 31 dekabr 2010 14:10
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Her sheyin oz yeri var,men bir sheyi yaxsi bilirem ki,her sheyin ifrati nifrete aparir.....

--------------------

CandyGirl

  • 31 dekabr 2010 13:33
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
yaxsi xeberdi..

--------------------

Morning_Star

  • 31 dekabr 2010 13:27
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 61
Cəmi: 82

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 718
 
The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}