Islam dini haqqında hamının bilməsi lazım olan ərkanlar

 
Islam dini haqqında hamının bilməsi lazım olan ərkanlar

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3)

"Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)

"Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).

"Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)

"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali –İmran,85)

İslamın rüknləri

Bunların sayı beşdir.

1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi.
2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması,
3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
4-Ramazan ayında oruc tutması,
5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.

Şəhadət

Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə – Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (Əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (Ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək.

Namaz

Namazın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Cənabı Haqqın varlığını, birliyini təsdiqdən sonra qulluq borcu olaraq beş vaxt namaz gəlir. Beş vaxt Namaz hicrətdən il yarım əvvəl Məkkədə fərz qılınmışdır.

Həddi-büluğa çatan, ağlı başında olan hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir.

Namazı tərk edən Allahın əmrinə qarşı çıxmış olur. Axirətdə cəza çəkər.

Namaz Allahın bizə verdiyi saysız ne'mətlərinə qarşı yaradanımıza şükran və qulluq borcumuzdur.

Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, borclarını ödəmiş, buna görə Allahın xoşnudluğunu qazanmış, axirətdə səadətə qovuşmuş olurlar.

Oruc

Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir.

Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir.

Oruc dəlilər, uşaqlara fərz deyildir.

Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır.

Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir.

Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur.

Zəkat

Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir.

Dinin zəngin saydığı şəxslər.

Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun)
Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.)

80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan)

Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır.
Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir.

Heyvan cinsinə gəlincə;

Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan : Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir.
Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır.

Həcc

Həccin dəlili Allahın bu kəlamıdır: Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir. (Ali İmran 97) Yetginlik yaşında, ağlı başında, gücü,qüvvəti yerində olan hər bir zəngin müsəlmanın ömründə bir dəfə, Həcc vaxtında Kə'bəni və ətrafındakı mübarək yerləri ziyarət etməsidir. Fərzdir.

Həcc mal və bədənlə edilən bir ibadətdir.

Fağırlara, şikəstlərə, iflic olanlara Həcc fərz deyildir. Yolun salim olması da şərtdir.

Üzərinə həcc fərz olmayan şəxsin möhtac olduğu malını və mülkünü sataraq Həccə getməsi doğru deyildir.

İslamda iman əsasları
Allaha iman
Mələklərə iman
Kitablara iman
Peyğəmbərlərə iman
Axirətə iman
Qəza və Qədərə iman


Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqərə 177)

Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq.
(Əl-Qəmər 49)

İhsan:

Bir rüknü var. O da budur: Allah elə ibadət edməlisən ki, sanki sən onu görürsən, əgər onu görmürsənsə bil ki, o səni görür. Buna dəlil Allahın bu kəlamıdır: Həqiqətən, Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı iş görənlərlədir! (Ən-Nəhl 128) Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür. Səcdə edənlər içində dolananda da. (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qılanda da) (Əş-Şuəra 217-220)

Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. (Yunus 61)

İnsanlar öləndən sonra diriləcəklər.

Buna dəlil Allahın bu kəlamıdır: Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. (Taha 55) başqa dəlil Allahın bu kəlamıdır: Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır. (Nuh 17,18)

Dirilişdən sonra insanlar əməllərinə görə hesaba çəkilib onların əvəzlərini alacaqlar.

Buna dəlil Allahın bu kəlamıdır: Göylərdə nə varsa, yerdə nə varsa, hamısı Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır. (Ən-Nəcm 31) və başqa dəlil Kafir olanlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edərlər. De ki :"Bəli Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır" (Əttəğabin 7)

Allah bütün Rəsulları müjdəçilər və çəkindirənlər kimi göndərib

Buna dəlil Allahın bu kəlamıdır: Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Ənnisə 165) Onların birincisi Nuh (ə.s)-dır. Sonuncusu Məhəmməd (s.ə.s) – dir. O Peyğəmbərlərin sonuncusudur. Nuh (ə.s)-ın rəulların birincisi olmasına dəlil Allahın bu kəlamıdır: Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik.(Ənnisə 163)

Allah Nuhdan (ə.s) Məhəmmədə (s.ə.s) qədər hər bir ümmətə tək Allaha ibadət etməyi əmr edən, tağuta ibadət etməkdən çəkndirən rəsullar göndərib. Buna dəlil Allahın bu kəlamıdır: Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin¿ deyə peyğəmbər göndərmişdir. (Ən-Nəhl 36)

Allah bütün qullarına tağutu inkar etməyi və Allaha iman etməyi vacib buyurub. İbn Qeyyim (r.a) deyib : «Tağutun mənası: Qulun ibadətdə, tabelilikdə və itaətdə həddini aşması deməkdir. ¿ Tağutlar çoxdur. Başlıcası beşdir: Allahın lənəti üzərinə olan iblis, onun razı olduğu şəkildə ona ibadət olunanlar, insanları özünə ibadət etməyə çağıran, qeyb elmindən bir şey bildiyin iddia edən və Allahın əmr etdiyindən xaric bir şeylə hökm etmək. Buna dəlil Allahın bu kəlamıdır : Dində məcburiyyət (zorakalıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs Şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir. (Bəqərə 256)

Allah bizim millətimizə hidayət versin və bizi İslam dinində sabit etsin! Amin

Islam dini haqqında hamının bilməsi lazım olan ərkanlar


Geri dön

pervis

  • 4 may 2013 19:01
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:48
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 aprel 2013 11:51
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

asknur

  • 15 aprel 2013 03:24
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
{awards}
tesekurler Allah razi olsun

★Azerbaijan girl★

  • 14 aprel 2013 13:54
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkkurler xebere goreeeeeeeeeeeee

Əkbər007

  • 14 aprel 2013 01:52
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
allah razi olsun INSANLAR OLENDEN SONRA DIRILECEKLER.
HEQIQETENDE BIZ OLU,OLULER ISE DIRIDIR

--------------------

Banned1

  • 13 aprel 2013 22:30
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Azerbaijan girl★

  • 13 aprel 2013 21:53
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
TEWEKKURLER XEBERE GOREEEEEEEEEEE

sebnem98

  • 13 aprel 2013 21:34
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Dirilişdən sonra insanlar əməllərinə görə hesaba çəkilib onların əvəzlərini alacaqlar.

--------------------

legend sun girl

  • 13 aprel 2013 21:19
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Nara Neznakomka

  • 13 aprel 2013 20:31
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bunların sayı beşdir.

1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi.
2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması,
3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
4-Ramazan ayında oruc tutması,
5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Banned549678

  • 13 aprel 2013 19:57
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
İslamda iman əsasları
Allaha iman
Mələklərə iman
Kitablara iman
Peyğəmbərlərə iman
Axirətə iman
Qəza və Qədərə iman

ALLAH RAZI OLSUN..

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 13 aprel 2013 19:55
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

angels never die

  • 13 aprel 2013 19:55
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
INSANLAR OLENDEN SONRA DIRILECEKLER.
HEQIQETENDE BIZ OLU,OLULER ISE DIRIDIR

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

★Love me★

  • 13 aprel 2013 19:18
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

ღ★Yağmur★ღ

  • 13 aprel 2013 17:58
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

My life die

  • 13 aprel 2013 17:54
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

ღLovelyღ

  • 13 aprel 2013 17:51
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

barsa yek

  • 13 aprel 2013 17:48
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}