Əl çəkin, kompleksim var!

 
Əl çəkin, kompleksim var!

Mənim bu məsələdə komplekslərim var...” Yəqin ki, tez-tez yaxın ətrafınızın və ya elə öz dilinizdən bu ifadələri eşitmək mümkündür. Hansısa işdə, məsələdə mövqesizlik və ya cəsarətsizlik, hətta deyərdim, aqressivlik “kompleks”lərin “boynuna qoyulur”. Baxmayaraq ki, çox vaxt bu sözün mənası, onun altındakı yük barədə çoxlarımız məlumatsızıq.

Xarici görünüşümüzmü ürəyimizi açmır, yoxsa insanları anlamaqda çətinlikmi çəkirik? Bəlkə onlara həddən artıq güvənib, kürəyimizi dayayırıq? Əmin ola bilərsiniz ki, bütün bu tərəddüdlərin kökündə hansısa kompleksin qırıntıları dayanır. Odur ki, başlayaq elə ilk sualdan: nədir bu məlum və naməlum komplekslər?

İnsan çox vaxt öz kompleksini dərk etmir
Öncə tibbi ədəbiyyatlar köməyimizə gəlir. Məlum olur ki, psixoloji komplekslər — insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqda səhv təsəvvürləri, onların şişirdilməsidir ki, bu da dərin və adətən kənar şəxslərdən gizlədilən narahatçılıqla müşayiət olunur. İnsanda olan komplekslərin əksəriyyəti adətən özü tərəfindən dərk olunmur. Komplekslər şüuraltı səviyyədə inkişaf edir və saxlanılır. Onların dərk olunması adətən çox xoşagəlməz hisslər yaşadır və bunun nəticəsində “senzura” bu məlumatın şüura ötürülməsinə mane olur.

Kompleks çox dayanıqlı psixoloji haldır, ondan tam qurtulmaq — hətta onun mövcudluğu dərk olunduqda və insan da ondan qurtulmaq istədikdə belə — praktik olaraq mümkün deyil. Komplekslərin davamlılığının bir neçə psixoloji izahı var. Birinci, komplekslər erkən uşaqlıq dövründə, yəni beyin hələ ona daxil olan məlumatı analiz eləmək və seçmək üçün kifayət qədər yetkin olmadığı dövrdə formalaşır. İkincisi, şəxsiyyətin strukturunda komplekslərin əksəri bir-biri ilə öz aralarında və insan həyatında həm də müsbət rol oynayan müdafiəsi reaksiyaları ilə əlaqəli olur. Məsələn, natamamlıq kompleksləri insan şəxsiyyətində adətən rasionalizasiya və sublimasiya kimi müdafiə mexanizmləri ilə birgə rast gəlinir.

Ən geniş yayılmış kompleks növü — mən natamamam...
Keçək kompleksin əlamətlərinə. Özünüzdə və yaxın ətrafınızda kompleks olduğunu necə və haradan müəyyənləşdirə bilərsiniz? Alimlərin gəldiyi nəticələrə inansaq, kompleksin ilkin əlaməti öz davranışına və ətrafındakıların hərəkətlərinə özünün qeyri-adekvat reaksiyalarına görə tez-tez və güclü narahatlıq və gərginliyin keçirilməsidir. Digər əlamətlər isə müxtəlif həyat situasiyalarına və digərlərinin davranışına müvafiq olmayan reaksiyaların verilməsi, digərləri tərəfindən qiymətləndirilən məsələləri həll edərkən sıxılma və əhəmiyyətli adamlarla görüş, söhbətdən öncə qorxu və narahatçılıq hissi...

Əlamətləri bir-bir özünüzdə tapdınızmı? İndi gəlin hansı kompleksin daşıyıcısı olduğunuzu müəyyənləşdirək. Ən çox yayılmış kompleks növü — natamamlıq kompleksidir. Bu kompleks insanın natamamlıq hissi olub, özünün digər insanlardan pis olduğunu və buna görə də daha pis davranışa layiq olduğunu düşünməsidir. Aşağıdakılar natamamlıq kompleksi üçün zəmin ola bilər:

insanın fiziki çatışmazlıqları — bədən quruluşunda, üzündə, bədəninin digər hissələrində olan müxtəlif qüsurlar.
daxili, psixoloji (ağıl, nitq, yaddaş, diqqət, bilik, qabiliyyət, vərdiş, bacarıq, xarakterinin xüsusiyyətləri daxil olmaqla) çatışmazlıqlar.

Belə komplekslərin yaranma səbəbi adətən yeniyetmələrin yaşıdları ilə ünsiyyətində mənfi təcrübəsi, digər şəxslər tərəfindən tənqid (hətta əsaslı və obyektivdirsə də) olur.

Ən gözəl mənəm, ən ağıllı mənəm, ən bacarıqlı mənəm, mənəm, mənəm...
Amma medalyonun o biri üzü də var. Yəni bəzi insanlar daim özlərindən narazı olduqları, özlərini natamam hiss etdikləri kimi, hamıdan üstün olduqlarını düşünənlər də az deyil. Elə bu psixologiyanın daşıyıcıları da üstünlük kompleksinin “qurbanlar”ıdır. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olma hissi eqosentriklik yaradır, insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir.

Ən təhlükəli kompleks növü düşmənçilik kompleksidir
Və gəldik ən təhlükəli kompleks növünə — düşmənçilik kompleksinə. Adətən güclü adamın bu gücün ona digər insanlar üzərində hakimlik etmə haqqı verməsi və yaxud da bütün insanların təbiətcə bir-birinə düşmən, zalım olduqları və təbii olaraq aqressivliyin bir insanın digərinin hiyləsinə, məkrinə qarşı məcburi cavab reaksiya olması düşüncəsidir. Düşmənçilik kompleksinin iki inkişaf yolu var: birinci — nəinki yad, hətta yaxın və doğmalarına münasibətdə açıq aqressiya; ikinci — ətraf dünyaya gizli nifrət və açıq olub, zamanla daha mürəkkəb psixoloji problemlərə keçir (manyakların çoxu uşaqlıqda məhz bu komplekslərdən əziyyət çəkirlər).

Bütün günahlar mənimdir, hətta Romanı da mən yandırmışam...
Günah kompleksi də sadaladıqlarımız arasında heç də “əhəmiyyətinə” görə az fərqlənmir. Kompleksin bu növündə vicdan və məsuliyyət hissi güclü inkişaf etmiş şəxs daim özünə, hərəkətlərinə və digər şəxslərin analoji hərəkətlərinə görə heç bir əsas olmadan narahat olur. Ona tez-tez elə gəlir ki, onunla, onun ətrafında və digərlərilə baş verənlərə görə özü günahkardır, əslində, təbii ki, belə deyil.

Ən “məsum” adlandıra biləcəyimiz kompleks növü isə müdafiə kompleksidir. Bu kompleksin daşıyıcısı olan insanlara elə gəlir ki, ətrafındakılar ona qarşıdılar və daim pislik arzulayırlar. Buna görə də insan həmişə ehtiyac olmadığı halda belə, müdafiə olunmağa hazırdır.

Valideyn — cümlə komplekslərə bais?Psixoloqlar müəyyənləşdiriblər ki, insanların bu və ya digər komplekslərlə yüklənməsi bilavasitə uşaqlıqlarındakı olaylarla bağlıdır. Tutaq ki, hansısa psixoloji zədə və ya sarsıntı nəticəsində insanda güclü komplekslərin bünövrəsi qoyulur. Yaşıdları və valideynləri tərəfindən ələ salınma, döyülmə, cəzalandırılma kimi hallar heç vaxt nəticəsiz qalmır. Ciddi incimə halları insan xarakterinin formalaşmasına ciddi təsir göstərir.

Məsələn, valideynlərinin ayrılması azyaşlıda ciddi mənəvi-psixoloji zədələrə səbəb olur. Hər nə qədər valideynlər “əşşi, uşaq nə qanır ayrılıq nədir” deyə düşünsə də, bu addımları nəticəsində öz əlləri ilə uşaqlarından nevrotiklər yaradırlar. Yəni valideynləri tərəfindən yersiz əzizlənən uşaq da, əzilən, incidilən uşaq da bu və ya digər kompleksin qurbanına çevrilir. Bütün hallarda, orta qızıl xətt tapılmalıdır. Tutaq ki, uşaq qısa boyuna görə həmyaşıdları arasında kompleks keçirir. Qəddarlıq da olsa, deyilməlidir ki, bunda ilk növbədə valideyn günahkardır. Çünki o, övladına vaxtında və lazımlı şəkildə başa salmalıydı ki, balaca boy heç də aşağılanacaq, pis bir keyfiyyət deyil, onu həmyaşıdları yanında başıaşağı etmir.

Doğulan gündən bəri “mənim qara günlü balam, mənim dərdim, bəlam” kimi “əzizlənən” uşaq da istər-istəməz böyüyəndə yuxarıda yazdığımız komplekslərdən birinin qurbanına çevrilir. O, ya özünü gərəksiz hiss edəcək, ya onda natamamlıq əlamətləri baş qaldıracaq, ya da...

Komplekslərdən necə qurtulaq?
Komplekslərdən qurtulmaq üçün ciddi psixoloq seanslarına o vaxt getmək lazımdır ki, artıq onlarla yaşamağın qeyri-mümkünə çevrilir. Əsas məsələ insanın öz komplekslərinə necə yanaşmasıdır. Əgər o bu kompleksləri o qədər də ciddi bir şey qəbul etmir və ona əhəmiyyət vermirsə, bu halda nə ətrafı, nə də özü üçün ciddi problem yaranır. Amma çox nadir hallarda insanlar komlekslərinə səbirlə yanaşırlar. Bu halda nə etməli? Köhnə və sınaqdan keçmiş o məsəli xatırlayaq: nəyisə dəyişə bilmirsənsə, özünün ona münasibətini dəyiş.

Hər şey bu qədər sadədir, baş yormağa dəyməz...


Geri dön

Re►PLay

  • 6 may 2013 06:52
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
Hər şey bu qədər sadədir, baş yormağa dəyməz...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 aprel 2013 11:04
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Ureyimmm ChoXx sagol meqaleye gore love

--------------------

★Azerbaijan girl★

  • 14 aprel 2013 21:47
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler xebere gore

★NuTeLLa★

  • 14 aprel 2013 17:19
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Hər şey bu qədər sadədir, baş yormağa dəyməz...

My life die

  • 14 aprel 2013 16:54
  • Məqalə: 15
  • Şərh: 845
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
hec kim dostluq at,asin bura dostluq ucun GIRMEMIWEM!!!!!

Banned1

  • 14 aprel 2013 15:47
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Milawka R-vaa,
Ay Allah bunun şərh yazmaqına baxe uşşş şirinimlol

goz yasi

  • 14 aprel 2013 15:36
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
HMMMMMMMMMMMMMMMMMMMMMMMMMM

:: Pure Love ::

  • 14 aprel 2013 14:58
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Twkler...........

Banned549678

  • 14 aprel 2013 14:23
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Dj_Günay,caan xosdu serh ucun cox sagol bidenem

Gun_el,canim beyendiyine sevindim wirinim

DeLKa,cox sagol baci xosdu canim menim


Serhleriniz ucun cox sagolun ALLAH razi olsun

LyamKa

  • 14 aprel 2013 13:36
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
menim hic kompleksim yok ama yenede xebere gore twkler

barsa yek

  • 14 aprel 2013 13:15
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Twkler..................

--------------------

★Azerbaijan girl★

  • 14 aprel 2013 13:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler xebere gore

★Miss Love★

  • 14 aprel 2013 13:02
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Menim bu heуaтda 1 dene kompleksim var odaki problem deуil menim ucun oz elimde olan bir weуdi kompleksde demek olmaz belkede.Maraqli xeberdir тewekkurler=)

love time

  • 14 aprel 2013 12:56
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
{awards}
Hər şey bu qədər sadədir, baş yormağa dəyməz...

--------------------

Əkbər007

  • 14 aprel 2013 12:51
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
tewekkurlerr
saq olun what lol no

--------------------

мυsLiмαηκα

  • 14 aprel 2013 12:48
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
menim kompleksim yoxdu ;) ;)....

ღ★Yağmur★ღ

  • 14 aprel 2013 12:44
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Şirin bacımın məqaləsidi, əllərinə sağlıq bacım

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

shop_050

  • 14 aprel 2013 12:38
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
tewekkurler..

tewekkurler....

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

sebnem98

  • 14 aprel 2013 11:54
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Hər şey bu qədər sadədir, baş yormağa dəyməz...

--------------------

ღLovelyღ

  • 14 aprel 2013 11:43
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Gun_el

  • 14 aprel 2013 11:37
  • Məqalə: 21
  • Şərh: 2088
  • Bal:
{awards}
Menim milawkam Wehanedi de.Ellerine sagliq gulum

--------------------


✰_DeLNoLiNi_✰

  • 14 aprel 2013 11:35
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Ay canim ellerine sagliq super yazmisan love Tewekkurler Baciw__*

--------------------

classic_guiter_girl

  • 14 aprel 2013 10:50
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}