Prezident İlham Əliyevin təbriki

 
Prezident İlham Əliyevin təbriki

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

münasibətilə xalqı təbrik edib.


Təbrikdə deyilir: «Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Hər birimizdə böyük sevinc və səmimi duyğular oyadan

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

ərəfəsində sizi ürəkdən salamlayır və ən xoş arzularımı yetirirəm.

Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər. Gələn il Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcəkdir. Əminəm ki, qurultayda diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcəkdir.

Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusudur. Yola salmağa hazırlaşdığımız 2010-cu ildə bütün sahələrdə nəzərdə tutulmuş proqramlar uğurla icra edilmişdir. Ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verir.

Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühit hökm sürür. Cari ilin noyabrında keçirilmiş parlament seçkiləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsini və xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini və mütəşəkkilliyini bir daha nümayiş etdirdi.

Qazandığımız uğurlara baxmayaraq, hələ də müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir.

Əziz bacı və qardaşlar!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın Vətən sevgisini, xalqımızın tarix və mədəniyyətinə hörmətini, dövlətimizə və azərbaycançılıq ideyalarına sədaqətini əks etdirir. Bu bayram münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar arzulayıram!».


Geri dön

RoMaNTiK SerSeRi

  • 13 fevral 2012 23:02
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

samir_252

  • 3 may 2011 22:19
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
men ozum tebrik eliyim butun Azerbaycan xalqini

nilayka

  • 19 fevral 2011 18:13
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
men ozum tebrik eliyim butun Azerbaycan xalqini

men ozum tebrik eliyim butun Azerbaycan xalqini

--------------------

CrazyGirl

  • 2 yanvar 2011 00:43
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Ulya
maraqli deyil menim ucun tebriki
men ozum tebrik eliyim butun Azerbaycan xalqini

wink

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 1 yanvar 2011 20:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sag olsun yene ilde birdefe yada duwuruk

MuslimGirl

  • 1 yanvar 2011 15:33
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Butun azerbaycanlilari ve Legend.az userlerini hermreylik bayrami munasibeti ile tebrik edirem. Tesekkurler

Sergio Ramos

  • 31 dekabr 2010 22:13
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Sağolsun
Məndə bütün Dünya Azərbaycanlıları və Legend.az lıları təbrik edirəm

--------------------

Ulya

  • 31 dekabr 2010 20:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli deyil menim ucun tebriki wink
men ozum tebrik eliyim butun Azerbaycan xalqini wink

BaKiNkA_

  • 31 dekabr 2010 20:49
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Mende dunya azerbaycanlilarinin hemreyliy gununu ve qarwidan gelen yeni ilini tebrik edirem

R_O_M_A

  • 31 dekabr 2010 19:59
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
mende haminin qarsidan gelen her iki bayraminizi tebrik eleyirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}