Saat 12-də Şaxta babadan Nələri istəməliyik?

 
Saat 12-də Şaxta babadan Nələri istəməliyik?

Sovetin Azərbaycana qoyduğu yaralardan biri də Yeni İl bayramıdır. Əslində bayramın heç bir məntiqi, əqli səbəbləri yoxdur. Adicə köhnə təqvimin bitdiyi və yeni təqvimin gəldiyi gündür. Keçən dəfə tanışlardan biri mənim yeni il haqqındakı fikirlərimi biləndə dedi ki, onda Novruz bayramını da keçirməyin. Ona başa salmağa çalışırdım ki, Novruzla Yeni ili müqayisə etmək olmaz. Novruz Allahın qadir və böyüklüyünü göstərən bayramdır. Təbiətin oyanması, ölmüş ağacların, yarpaqların, otların yenidən göyərməsi - əslində Qiyamətdə insanların diriləcəyi ayətinin kiçik misalıdır. Gəl, belə ayət dolu bayramla adi təqvim dəyişikliyini bir eləmə.
Məsələyə bir də belə baxmaq lazımdır. Hər ay əslində ay yenilənməsi də olur. Onda gərək hər ay “yeni ay” bayramı da keçirək. Əlbəttə? əgər biz ilin dəyişməsinə 2 ay əvvəldən hazırlaşacaq qədər önəm veririksə. Təqvimin dəyişməsi nələri dəyişə bilir ki? Əgər yeni ilin gəlməsi ilə bizdə köhnə problemlər qalacaqsa, elə o köhnə il deməkdir də.

Əslində Yeni ilin olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, il yenilənsin. İl vücudumuzu, özümüzü, təbiətimizi yeniləsin. Bax onda o ilə “Yeni il” demək olar. Bunun üçün isə yanvarın 1-i lazım deyil. Belə dəyişiklik - ilin istənilən saatı, günü baş verə bilər. Yeni il də həmin gündən hesab olunmalıdır.

Heç vaxt bizim milli-mənəvi dəyərlərə yad olan bayramdan xoşum gəlməyib. Düzdür, uşaqlıqda məktəbdə belə tədbirlərə qoşulurdum. Amma adətən passiv iştirakçı olurdum. Uşaqlardan, sinif dostlarımdan geri qalmamaq üçün.
Bir də həmin günlər dərs olmurdu. Həyətə düşüb futbol oynamağımıza evdən bir söz deyilmirdi. Hamı bayram sevincində olduğundan, uşaqlar nisbətən nəzarətdən kənarda qalırdı. Əlbəttə bu da bizə, yəni uşaqlara sərf edirdi. Əslində biz bayrama yox, belə bir rahatlığa sevinirdik.

“Şaxta baba” məsələsinə gəlincə, bir nöqtəni qeyd edim. Yeni il bizim milli-mənəvi dəyərlərimizə zidd olduğundan, Sovet dövrünün tör-töküntüsü olduğundan bayramı qəbul etmədiyim kimi, yolka və Şaxta baba kimi bayram simvollarını da bəyənmirəm. Ancaq bu o demək deyil ki, mən bayram simvollarına qarşıyam. Bir bayramın xüsusi simvolu olması halını normal qarşılayıram. Əlbəttə, hər şeydə bir məntiq və əqli izah olmaq şərti ilə.

Hə, bir də dekabrın 31-də gecə saat 12-ni insanlar saniyə-saniyə gözləyirlər. Saat 12 olan kimi, Şaxta babadan nələrisə arzulayırlar.

Açığı, mən də belə şeyə qarşı olmaram, bir halda ki, şaxta baba köhnəilki şaxta babaya oxşamamağına dair bir sənəd imzalasın. Əgər təzə şaxta baba da köhnəninkinin oyunlarını çıxaracaqsa, mən belə şaxta babanı istəmirəm. Axı hicablı şagirdləri absurd iddialarla təhsil hüququndan məhrum edən şaxta baba kimin nəyinə lazımdır? Özünüz fikirləşin. Qeyd etdiyim kimi, şaxta baba köhnəilki şaxta babaya oxşamamağına dair sığorta verməlidir. Yoxsa, mən nə o yeni ili, nə də o şaxta babanı istəmirəm. Elə o ildə şaxta babada köhnəsinin tayıdır.

Təzə ildə söz azadlığı boğulacaqsa, bloqqerlər təqib ediləcəksə, Qarabağ hələ də yad əllərdə qalacaqsa - elə o köhnə ildir. Ona görə də biz qondarma yeni il bayramının toyunu yox, köhnə ilin yasını tutmalıyıq. Artıq 20 ilə yaxındır biz eyni problemləri illərin belinə ata-ata gəlirik. Uşaqlıqdan eyni arzuları eşidirəm. “Gələn ili Çənlibeldə, Çıdır düzündə keçirək”. 20 ilə yaxındır.

Nəzərə alsaq ki, Məhərrəm ayındayıq. Yeni ildən fərqli olaraq, Məhərrəm-Səfər ayları bizim milli-mənəvi dəyərimizdir. Bu o deməkdir ki, Məhərrəmlikdə yeni ili keçirmək - milli-mənəvi dəyərlərimizə hörmətsizlikdir, ilk növbədə.


Geri dön

CrazyGirl

  • 2 yanvar 2011 01:00
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
Her kese tesekkur smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 31 dekabr 2010 21:28
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
çox şey istəyirəm

--------------------

CandyGirl

  • 31 dekabr 2010 19:26
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
menim o qeder isteyim var ki.............

--------------------

Just For Legend

  • 31 dekabr 2010 17:43
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Men Shaxta babadan DAMLAMI ISTEYIREM.....

--------------------

Ulya

  • 31 dekabr 2010 17:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.Waxta babadan hec ne istemirem

sevgim

  • 31 dekabr 2010 16:39
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
hec ne istemirem.

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

CrazyGirl

  • 31 dekabr 2010 15:59
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
MARAQSIZ_HEYAT,
Caan sen menim gunumdesen ki lol

--------------------
Sən varsansa həyat çox gözəl!

duygusal

  • 31 dekabr 2010 15:53
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
men hec ne istemirem guya getirecek

: fellow

qaraqan_girl

  • 31 dekabr 2010 15:48
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
MEN SAXTA BABADAN IPHONE ISTEYIREM

Morning_Star

  • 31 dekabr 2010 15:40
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Mən demişəm.Şaxta Baba mənə 4 Gb ram gətirsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}