Ən güclü kimdir? (İbrətamiz nağıl)

 
Ən güclü kimdir? (İbrətamiz nağıl)

Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.

Daşyonan taciri süzüb öz-özünə dedi: “Yəqin dünyada özünü ən güclü sayan adam varsa, o da bu tacirdir. Kaş mən də onun kimi güclü olaydım, bu qədər nökərim olaydı”. Ömrü boyu halal zəhmətlə dolanmış və halal çörək yemiş daşyonanın ürəyindən keçənlər Allaha əyan oldu. Allah-təala onun arzusunu yerinə yetirdi, bir an içində daşyonan kişi tacirə döndü. İndi onun saysız-hesabsız sərvəti, ölçüyəgəlməz pulu və hörməti vardı, özünü hamıdan qüvvətli hesab edirdi.

Bir müddət ötüb-keçdi. Bir gün tacir (yəni keçmiş daşyonan) şəhərdə gəzərkən padşahın yoldan keçdiyini gördü. Padşahın cah-cəlalı onun gözlərini qamaşdırdı. Bəs necə, bu boyda məmləkət onun ixtiyarında idi. Hamı, hətta tacir də onun rəiyyyəti sayılırdı. Tacir fikirləşdi: “Mən padşahın yanında heç kiməm. Onun yüz min nəfərlik qoşunu var. Istədiyi an məni aradan götürə bilər. Kaş mən də onun kimi güclü olaydım”. Allah bu dəfə də onun duasını yerinə yetirdi. Dünənki daşyonan, bugünkü tacir indi də padşah oldu.

O özünü çox xoşbəxt hiss edir, əlindəki hədsiz imkandan ləzzət alırdı. Hamı onun qabağında təzim edirdi. Səfərə çıxanda əyanlar ətrafını bürüyürdü, şairlər ona mədhiyyə yazır, qonşu padşahlar hədiyyə göndərirdilər. Günlərin birində padşah (yəni keçmiş daşyonan) yenə şəhərin içinə gəzməyə çıxdı. İsti yay günü idi. Günəşin hərarəti adamın bədənini yandırır, şüaları adamın gözünü deşirdi. Padşahın başının üstünə çətir tutsalar da, istidən nəfəs ala bilmirdi. Öz-özünə dedi: “Günəşin gücünə bax ha. Nə istisinin, nə də işığının qabağını almaq olmur. Mən padşah olsam da, onun əlində aciz qalmışam. Kaş mən də Günəş kimi güclü olaydım”.

Onun arzusu bu dəfə də həyata keçdi. Padşah Günəşə döndü. İndi o, istədiyi yerə işıq saçır, hamını öz hərarəti ilə isidirdi. O, dünyanın qüdrətli padşahlarından da güclü idi. Amma bir gün səmada iri bir bulud göründü. Bulud gəlib-gəlib Günəşin qabağını tutdu. Hava soyudu, qaranlıq çökdü. Günəş buludun əlində acız qaldı. Onu qovmağa gücü çatmırdı. Öz-özünə dedi: “Bulud məndən daha güclü imiş. Onun arxasında əlacsız qalmışam. Kaş mən də bulud kimi güclü olaydım”.

Yenə onun istəyi qəbul edildi. Keçmiş daşyonan Günəş şəklindən çıxıb buluda döndü. İndi o, pənbə bulud halında səmada durmuşdu. İstədiyi an Günəşin qarşısını kəsə bilirdi. Birdən güclü külək əsdi. Bulud yerindən tərpənmək istəmirdi, amma küləyə gücü çatmadı. Külək onu qoynuna alıb istədiyi səmtə apardı. Bulud düşündü: “Eh, elə bilirdim ki, ən güclü mənəm. Sən demə, külək məndən də güclüdür. Kaş küləyə dönüb buludlara hökm edə biləydim”.

Bulud küləyə döndü, o səmtdən bu səmtə əsdi. Qarşısına çıxan hər şeyi götürüb apardı, buludları bir-birinə vurub yağış yağdırdı. Çox xoşbəxt idi, özünü hamıdan qüvvətli hiss edirdi. Amma bir gün qabağına başı göylərə dəyən qocaman dağ çıxdı. Külək dağa hücum etdi, onu yarıb o biri tərəfə keçmək istədi. Amma dağı yerindən tərpətmək mümkün deyildi. Küləyin bütün səyləri hədər oldu. Yorulub əldən düşəndən sonra öz-özünə dedi: “Demək, dünyanın ən güclüsü dağ imiş. Buludlara meydan oxuyan külək də ondan zəifdir. Kaş mən də dağ olub küləyin qabağını ala biləydim”.

Külək dağa döndü. Sevincindən uçmaq istəyirdi, amma öz yerində möhkəm durmuşdu. Bu dağın bir zərrəsini də qoparmaq qeyri-mümkün görünürdü. Artıq məqsədinə çatmışdı. Heç kim ona qalib gələ bilməzdi. Küləklər onun sinəsinə dəyib qayıdırdı. O qədər uca idi ki, buludlardan yuxarını da görürdü. Günəş onun zirvəsindəki qarları əridə bilmirdi. Dünyanın heç bir padşahının qoşunu onun sıldırım qayalarını aşıb keçməyə qadir deyildi. İndiyə kimi güclü saydığı hər şey onun yanında aciz idi.

Amma... Günlərin birində dağ bir səs eşitdi. Əvvəlcə heç nə anlamadı. Sonra vücudunun sarsıldığını hiss etdi. Kim isə onun ətəklərində külüng vurur, onun qocaman bədənini qəlpə-qəlpə qoparırdı. Dağ gözlərini aşağıya çevirdi. Heyrət! Bir daşyonan öz külüngü ilə onu çapırdı. Vaxtilə onun özü də bu cür bir daşyonan idi. Özünü zəif sayıb bəyənmədi, şəkildən şəklə düşdü. Gözü ətrafda qaldı, başqasını özündən güclü bildi. Sən demə, ən güclü olduğu vaxtlar elə o zamanlar imiş – daşyonan olub, külüngü ilə sərt qayaları yardığı vaxtlar.

Ən güclü kimdir? (İbrətamiz nağıl)


Geri dön

Roya_____

  • 14 may 2013 20:26
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
ALLAH RAZI OLSUN

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:47
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Bir müddət ötüb-keçdi. Bir gün tacir (yəni keçmiş daşyonan) şəhərdə gəzərkən padşahın yoldan keçdiyini gördü. Padşahın cah-cəlalı onun gözlərini qamaşdırdı. Bəs necə, bu boyda məmləkət onun ixtiyarında idi. Hamı, hətta tacir də onun rəiyyyəti sayılırdı. Tacir fikirləşdi: “Mən padşahın yanında heç kiməm. Onun yüz min nəfərlik qoşunu var. Istədiyi an məni aradan götürə bilər. Kaş mən də onun kimi güclü olaydım”. Allah bu dəfə də onun duasını yerinə yetirdi. Dünənki daşyonan, bugünkü tacir indi də padşah oldu.

--------------------

ShoKKi_MoKKi

  • 15 aprel 2013 21:27
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
dogurdanda coox ibretamiz hekaye idi maraqla oxudum...tesekkurler..

--------------------

-Kralica-

  • 15 aprel 2013 19:47
  • Məqalə: 696
  • Şərh: 8590
  • Bal:
{awards}
coxx saqolun maraqliydiiiiiii

--------------------




pervis

  • 15 aprel 2013 17:53
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
maraqlidi tewekkur

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

:: Pure Love ::

  • 15 aprel 2013 17:51
  • Məqalə: 11
  • Şərh: 2093
  • Bal:
{awards}
tWKLER.........

Gun_el

  • 15 aprel 2013 17:38
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
Maraqli....

--------------------


Gül Əliyeva

  • 15 aprel 2013 17:23
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Təşəkkürlər

Gözlüklü

  • 15 aprel 2013 17:07
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Maraqlidi tewekkurler

barsa yek

  • 15 aprel 2013 16:55
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
MARAQLIYDI TWKLER

--------------------

shop_050

  • 15 aprel 2013 16:11
  • Məqalə: 0
  • Şərh: 2694
  • Bal:
{awards}
tewekkurler...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

legend sun girl

  • 15 aprel 2013 15:48
  • Məqalə: 89
  • Şərh: 1557
  • Bal:
{awards}
Sən demə, ən güclü olduğu vaxtlar elə o zamanlar imiş – daşyonan olub, külüngü ilə sərt qayaları yardığı vaxtlar.
necə mənalı hekayədir doğurdan insan öz həyatından razı qalmalıdı
təşəkkürlər

so_sad

  • 15 aprel 2013 15:39
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
tewekkurler

sebnem98

  • 15 aprel 2013 15:25
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Gözü ətrafda qaldı, başqasını özündən güclü bildi. Sən demə, ən güclü olduğu vaxtlar elə o zamanlar imiş – daşyonan olub, külüngü ilə sərt qayaları yardığı vaxtlar.

--------------------

✰_DeLNoLiNi_✰

  • 15 aprel 2013 15:19
  • Məqalə: 156
  • Şərh: 5824
  • Bal:
{awards}
men bunu esitmisem

--------------------
[

ღ★ Firuzə ★ღ

  • 15 aprel 2013 14:59
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
tewekkurler...

--------------------

goz yasi

  • 15 aprel 2013 14:53
  • Məqalə: 0
  • Şərh: 543
  • Bal:
{awards}
oxumaqa inciyirem

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 aprel 2013 14:33
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
TeSheKkuRLeR ChoXx SaGoLuN MeQaLeYe GoRe

--------------------

asknur

  • 15 aprel 2013 14:15
  • Məqalə: 0
  • Şərh: 227
  • Bal:
{awards}
tesekurler cox saq olun

Əkbər007

  • 15 aprel 2013 14:13
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
Tewekkurler saq olun twk fellow

--------------------

Bakılı gözəl

  • 15 aprel 2013 14:07
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
ayyyyyy cox ibretamiz hikmetli hekaye idi cox sagolun

--------------------
Eşq Əlinin(ə) gözlərində bir Fatimə təbəssümü idi..

★Украду Девушку★

  • 15 aprel 2013 13:50
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 29
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}