Həmrəylik Gününün əsasını götürdüyü tarix

 
Həmrəylik Gününün əsasını götürdüyü tarix


21 il bundan əvvəl Araz çayı o taylı bu

taylı bəndini aşıb, ayrılıq möhürünü qırıb


Sabah Azərbaycan xalqının həmrəy olaraq necə böyük fədakarlıq

göstərdiyi və birliyin nəyə qadir olduğuna əyani şəkildə şahidi

olduğu bir gündür. Bu gün isə öz əsasını Naxçıvanla İran

sərhəddinin sökülməsindən götürüb. 21 il bundan əvvəl

Naxçıvanın İranla sərhəddində Araz "bar" verdi. O taylı bu taylı

bəndini aşıb, ayrılıq möhürünü qırdı. Artıq insanlar Arazın

tikanlarını mahnılarla deyil, əlləri ilə sökdülər.

Sərhəd dirəklərinin sökülməsi təkcə azadlıq çəpərinin yarılması yox,

həm də 70 il azadlığı, kimliyi qəlbində gömülməyə məhkum edilmiş

bir millətin sınmış sükutu idi.Məhz o gün çox çətinliklə yaradılmış

sevimli və sarsılmaz SSRİ mifi dağıldı. Kommunizm ideyalarının

analoqu olmayan məfkurə kimi əsarətində yaşadığı millətlərin

gözünə kül kimi üfürməsinə, qərb ideallarına mühafizəkar

yanaşmasına və nəhayət qapalı zona yaratmasına baxmayaraq,

SSRİ-nin bu cəhdləri qərbdən gələn demokratiya ideallarına

sipər ola bilmirdi. Sərhədlər nə qədər tikanlı və keçilməz olsa da,

bu ideyalar doğma Vətənə keçmək üçün tikanlı məftilər

arasında olan balaca nəfəslikdən belə yol tapırdı.

Meydan hərəkatları, azadlıq çağırışlarının timsalında isə

daha iri qandalları, buxovları qıracaq dalğaya dönüşürdü.

Sərhəd dirəklərinin sökülməsi olduqca mürəkkəb tarixi

şəraitdə baş verirdi. Bir tərəfdən Azərbaycanda milli azadlıq

hərəkatı yüksələn xətlə gedir, digər tərəfdən isə gələcək

təxribatlar üçün Moskva əsaslar yaradırdı. Təbii ki, SSRİ

toxunulmaz imperiya sərhədləri üzərinə axışan bu isanların

artıq əvvəlki kimi zahirən xoşbəxt sovet vətəndaşı olmaları ilə

öyünən sadəlövh xalq olmadığını görməyə bilməzdi və o,

Leninin təbiri ilə desək, köhnə metodlarla idarə edə bilmirdi

və xalqlar da həmin qayda ilə yaşamaq istəmirdi.

Moskva Naxçıvanda insanların sərhəd dirəklərini uçuraraq

İran ərazisində yaşayan qardaşları ilə görüşünə boğula-boğula

olsa da, dözümlə yanaşmağa məhkum idi.Bu hərəkat da

imperiya hüdudlarındakı digər milli-azadlıq hərəkatları kimi

xəstə məntiqə uyğun olaraq, bu xalqların var-dövləti hesabına

möhkəmlənmiş qüdrətli sovet ordusunun yürüşü ilə qana

qərq edilərək boğulmalı idi və "20 Yanvar" sərhəd hərəkatına

Moskvanın özünməxsus cavabı idi.Qanla verilən

cavabda isə əslində azərbaycanlılar illərlə axtardığını tapmışdı.

Su ilə pərən-pərən salınmış, qanla yoğrulmuş həmrəyliyini.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 12 dekabr 2011 15:57
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
twkler.........

--------------------

Sergio Ramos

  • 31 dekabr 2010 22:04
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Ulya

  • 31 dekabr 2010 20:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol melumata gore.maraqli idi menim ucun

CandyGirl

  • 31 dekabr 2010 19:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli melumatiydi..........

--------------------

Just For Legend

  • 31 dekabr 2010 18:17
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

Morning_Star

  • 31 dekabr 2010 17:56
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

MuslimGirl

  • 31 dekabr 2010 17:55
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler lazimli ve maraqli xebere gore. Bayraminiz mubarek!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 29
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}