Yeni ildə Moskvada Quran yandırılacaq ?

 
Yeni ildə Moskvada Quran yandırılacaq ?


Artıq bir neçə gündür Rusiyanın sosial şəbəkələri və bloq servislərində “Dekabrın 31-də, Yeni İl Gecəsi Moskvanın mərkəzində, Qızıl Meydanda Quran yandıraq!” tipli çağırış dolaşır. Radikal millətçilərə şamil edilən bu çağırışla radikallar və ksenofobların Rusiyadakı “qafqazlılara cavab vermək” niyyətində olduqları vurğulanır.

Rusiya İnsan Haqları Mərkəzinin eksperti Anatoli Kravçenko Milli.Az xəbər portalına verdiyi açıqlamada bildirdi ki, aparılan araşdırmalar bu çağırışın əslində radikal millətçi Vladimir Tora məxsus olduğunu göstərib.

Torun “Livejournal” bloq-servisindəki bloqunda müəllif yazır:
“Qaynar qanlı qafqazlı oğlanlar ta Krasnodardan Moskvaya gələrək Qırmızı meydana toplaşacaqlarını və “Skinhedləri ayağımızın altına alarıq!” şüarı ilə orada ənənəvi «ləzginka» oynayacaqlarını vəd edirlər.
Qanları qafzalılardan heç də az qaynar olmayan slavyan oğlanlar da elə həmin “ayin” çərçivəsində Qızıl Meydanda Quran yandırmağa hazırlaşırlar. Deyəsən, amerikalı keşişin ideyası onların yaman xoşuna gəlib.
Doğru qərar isə məncə budur ki, Qızıl Meydanda Yeni İli qarşılamağa mümkün qədər çox rus gəlsin. Onda nə “ləzginka” olar, nə də Quranın yandırılması.
Qızıl Meydan Rusiyanın qəlbidir.
Onun rus simasını itirməsinə yol vermək olmaz.
Bu səbəbdən də təklif edirəm ki, dekabrın 31-i axşamı Qızıl Meydana mümkün qədər çox rus toplaşsın”.

Vladimir Tor adlı müəllif daha sonra yazır ki, təklifinin geniş müzakirələrə səbəb olacağını bilir.
Tor yanılmadı.


Qızıl Meydanda Quran yandırmaq “təklif”i səslənən kimi olaya reaksiya birmənalı olmadı.
Rusiyadakı ultra-millətçi, ksenofob və şovinist təşkilatlar, hərəkat və qruplar, habelə neofaşist yönlü “dazbaş“ dəstələri Torun təklifini az qala ikiəlli dəstəkləyərək dekabrın 31-də Qızıl Meydanda Quran yandırmağa hazır olduqlarını bildirdilər.

“Əslində Quranın yandırılması sırf simvolik jestdir. Bu yolla Moskvanı başına almış bu müsəlmanlara və qafqazlılara son xəbərdarlıq etməli, onlara yerlərini göstərməliyik. Qafqazlılar birdəfəlik anlamalıdır ki, Moskva rus şəhəridir, belə olub və belə də qalacaq”, - Rusiya Millətçi Gənclər Hərəkatının liderlərindən biri Oleq Kuntsevin yaydığı bəyanatda deyilir.

Moskva Baş Daxili İşlər İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr xidmətindən isə Milli.Az xəbər portalına bildirilib ki, dekabrın 31-də Qızıl Meydanda Quranın yandırılması “təklif”i sırf və aşkar təxribat, şəhərdə etnik zəmində iğtişaşlar və toqquşmalar törətməyə yönəlmiş cəhddir.
“Hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaşlar da buna yol verməyəcəklər. Belə aksiyanı həyata keçirmək istəyənlər bayram günündə ictimai sabitliyi pozmaqla yanaşı, mili dözülməzlik zəminində ağır cinayətlərin törədilməsinə rəvac verməyə çalışırlar. Moskva milisi belə təxribatlar və çirkin niyyətlərin qarşısını qətiyyətlə alacaq”, - xidmətdən bildirildi.

Yeni ildə Moskvada Quran yandırılacaq ?

Kimdir bu Vladimir Tor?
Quranın yandırılması «təşəbbüs»ü ilə çıxış etmiş Vladimir Torun kimliyi bizə bəllidir. Belə qatı ekstremist və radikal bəyanatla çıxış edən şəxs “Vladimir Tor“ təxəllüsü ilə yazan millətçi, 1968-ci ilin iyunun 14-də doğulmuş Vladlen Leonidoviç Kralindir.
Əslən pskovlu olan Vladlen Kralin “Vətən: Rusiya İcmaları Konqresi“ təşkilatının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvü, Rusiyavnın ən radikal millətçi təşkilatlarından biri “Qanunsuz Miqrasiyaya qarşı Hərəkat“ın Milli Şurasının üzvüdür. V.Kralin ksenofob və millətçilərin hər il keçirdikləri “Rus Marşları“nın təşkilatçılarından biridir.

V.Kralin sualları ilk əvvəl cavablamaqdan qətiyyətlə boyun qaçırsa da, sonradan danışdı.
“Təmsil olunduğum təşkilat, yəni “Qanunsuz Miqrasiyaya qarşı Hərəkat“ın rəhbərliyi ilə Moskva milisinin rəhbərləri arasında görüş oldu. Görüşdə general Kozlov da iştirak edirdi.
Müzakirə etdiyimiz əsas məsələ dekabrın 31-də Moskvadakı bayram tədbirlərində təhlükəsizliyin və asayişin təminatı idi.

Biz rusiyalı millətçilər olaraq İnternetdə radikal qafqazlıların çağırışlarından narahatlığtımızı bildirdik. Onlar dekabrın 31-dı Qızıl Meydana çıxaraq “ləzginka”nı rəqs etmək və bizə acıq vermək istəyirlər. Radikallar da buna cavab olaraq Qızıl Meydanda Quran yandırmaq istəyirlər. Hesab edirəm ki, rus insanlarının Yeni İli sakit və şən şəkildə qeyd etməyə haqları var. Milisin də borcu gərəkli təhlükəsizlik şəraitini təmin etməkdir.
Moskva milisinin rəhbərliyi bildirdi ki, Yeni İl gecəsi şəhərdə asayişin təminatına Rusiya Daxili İşlər Nazirliyinin 40 minə yaxın əməkdaşı cəlb ediləcək. Şəhərin mərkəzində nəqliyyatın hərəkəti qadağan ediləcək. Kütləvi gəzintilər və bayram yerlərində spirtli içkilərin satışı yasaqlanacaq.

Milli diasporların nümayəndələri ilə də profilaktiki danışıqlar aparılır. İndidən deyə bilərəm ki, hansısa təxribatlara imkan verməməyə çalışacağıq”, - V.Kralin söylədi.

Çox maraqlıdır: İnterentdə “rus milləti”nə ünvanlanmış çağırışla çıxış edərək Quranı yandırmağı müzakirə edən adam “təhlükəsizliyin təminatı”ndan bəhs edir.

Amma bu, nə idi ki…
Vladimir Tor, yəni Vladlen Kralin az öncə vurğuladığımız kimi, “Qanunsuz Miqrasiyaya qarşı Hərəkat”ın (DPNİ) rəhbərlərindən biridir. Və elə həmin bu DPNİ dünən xüsusi bəyanatla çıxış edərək Qızıl Meydanda Yeni İl gjecəsi Quranın yandırılmasını aşkar təxribat sayıb.
“Radikal fəalların qızıl Meydanda Quran yandırmaq istəkləri barədə yayılmış informasiyalarla bağlı olaraq təşkilatımızın Milli Şurası bildirir ki, belə aksiya radikal qruplarla yanaşı, indii dinc və tolerant olan müsəlmanların çox sərt çıxışlarına səbəb ola bilər.
Kütləvi toqquşmalar və iğtişaşlar ola bilər ki, nəticədə günahsız insanlar hərər çəkə bilər”, - təşkilatın açıqlamasında bildirilir.

Qızıl Meydana yalnız ruslar buraxılacaq?
Quranın yandırılması təşəbbüsünü pisləyən DPNİ bununla belə, əsl simasını göstərir və az sonra bildirir ki, Yeni İli Qızıl Meydanda ancaq moskvalı ruslar, Moskva sakinləri qarşılaya bilər: “Buna görə də şəhərin hakimiyyət dairələrini bayram gecəsi Qızıl Meydanda və şəhərin başqa yerlərində minlərlə qastarbayterin olmamasını təmin etməyə çağırırıq”.

DPNİ, deyəsən, unudur ki, elə öz lideri Aleksandr Belov-Potkin Qızıl Meydanda Quran yandırmağı təklif etmişdi. O, dekabrın 16-da Manej meydanındakı hadisələrdən sonra demişdi:
“Qafqazlıların belə həyasızlığına cavab olaraq Yeni İl gecəsi Qızıl Meydanda Quranı yandıra bilərik”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatındakı Qeynsvil şəhərindəki kilsənin lideri keşiş Cons da 2011-ci ilin sentyabrın 11-dəki məşum teraktların ildönümündə, bu ilin sentyabrın 11-də Nyu-Yorkda Quran yandıracağını bildirmişdi.
Lakin sonradan o, bu sərsəm “təşəbbüs”ündən əl çəkmişdi.

“Buna yol verilməyəcək”
Moskva milisi ilə yanaşı, şəhər meriyası və müvafiq dövlət qurumları dekabrın 31-də Qızıl Meydanda Quran yandırmaq təki provokasiyaya yol verilməyəcəyini bildiriblər.
Rusiya Müsəlmanlar İttifaqının rəhbəri Ravil Qaynutdin, Şimali qafyqaz Müsəlmanlarının Koordinasiya Məorkəzinin rəhbəri İsmayıl Berdıyev və Mərkəzi Dini İdarənin rəhbəri Talqat Tacuddin rusiyalı millətçilərin sözügedən təxribat cəhdlərini qətiyyətlə pisləyiblər.

Rusiya Müsəlmanlar İttifaqından Milli.Az xəbər portalına verilən açıqlamada bildirildi ki, dünən Moskvadakı müsəlman icmalarının rəhbərləri də şəhərin hakimiyyət dairələrini belə təxribat cəhdlərinin qarşısının ən sərt şəkildə alınması üçün zəruri tədbirlər görməyə çağırıblar.

Dekabrın 31-də Qızıl Meydanda Quran yandırmaqla bağlı qalmaqalın təşkilatçılarından biri Vladimir Tor-Vladlen Kralinin fotolarını təqdim edirik.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 16:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

samir_252

  • 3 may 2011 22:23
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Artiq bele olsa, muselmanlar ayaga qalxacaqlar. Buna cox eseblesdim. Allah onlara hidayet versin! Inshallah, bele bir is olmayacaq! Tesekkurler

Artiq bele olsa, muselmanlar ayaga qalxacaqlar. Buna cox eseblesdim. Allah onlara hidayet versin! Inshallah, bele bir is olmayacaq! Tesekkurler

YazYamuru

  • 2 yanvar 2011 00:49
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEEEEEHHHH AXİRƏTDƏ GÖRƏCEYİK SONLARINI belay

--------------------



CrazyGirl

  • 2 yanvar 2011 00:45
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Allahin Qezebina ducar olsunlar!

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 31 dekabr 2010 22:07
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ALLAH bəlalarını verəcək

--------------------

Lindo

  • 31 dekabr 2010 20:36
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
bele shey olar ??
twk xebere gore

Ulya

  • 31 dekabr 2010 20:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

CandyGirl

  • 31 dekabr 2010 19:08
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
hmmmmmmmmmm insallah bele olmaz

--------------------

qaraqan_girl

  • 31 dekabr 2010 18:45
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
OLA BILMEZ

MuslimGirl

  • 31 dekabr 2010 18:42
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: Morning_Star
Ola bilməz


Morning_Star

  • 31 dekabr 2010 18:38
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Ola bilməz

AskZede

  • 31 dekabr 2010 18:37
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Bu Dehsetdi
Tesekkur
love

--------------------

MuslimGirl

  • 31 dekabr 2010 18:35
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Artiq bele olsa, muselmanlar ayaga qalxacaqlar. Buna cox eseblesdim. Allah onlara hidayet versin! Inshallah, bele bir is olmayacaq! Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 84
Cəmi: 102

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}